Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə13/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

37

yetərincə yaxşı sezilməyəcək, – onda bu zaman problemi iki 

ümumi yolla həll edə bilərsiniz.

Siz  bir  sıra  planları  ay­

rılıqda  çəkərək,  sonradan 

ar dı cıl  montaj  zamanı  seyr­

çi lərin  qavrayışında  ümumi 

mənzərəni yarada bilərsiniz. 

Ancaq  bu  zaman  fikir  ver­

mək lazımdır ki, bu ardı cıl­

lıq  bir­birinə  bağlı  olma yan 

pərakəndə çəkilmiş və “hə də­

fə  dəyən  planların”  ni zam sız 

yığnağına çevril mə sin. Başqa 

variant da var. Siz üfüqi müs­

təvidə yer lə şən çə ki liş obyek­

tinin tam gö rün tüsünü almaq­

dan  ötrü  ka me ranı  ya vaş­ya­

vaş və ara sı kəsilmə dən lentə 

al dı ğınız səhnədə gəziş di rir si­

niz. Bu zaman ça lı şın ki, kə­

sik­kəsik  və  ni zam sız  üfüqi 

yerdəyişmələrə yol verməyəsiniz. Eyni zamanda çox uzun və “bomboş” üfüqi 

panoramdan  da  çəkin.  Çalışın  ki,  hər  bir  panoram  çəkilişin  aydın  məqsədi 

olsun  və  çəkilişin  dayandığı  məqamlar  lentə  alınan  səhnənin  ən  maraqlı  mə­

qamına düşsün. Ən başlıcası, sanki bağça sula yır mışsınız kimi, kameranı o yan 

bu yana gəz dirməkdən qaçın. Düzdür, işə başlayarkən belə çəkiliş sizi şirnik­

ləndirə bilər. Ancaq çəkdiyiniz lentə baxıb işinizin nəticəsini görəndə, çətin ki, 

belə çəkiliş üsulu sizdə maraq oyatsın! Kameranın hər hansı yerdəyişməsi kimi 

üfüqi və şaquli panorama da ehmallı olmalı və nəzarətdə saxlanmalıdır. “Hə­

dəfdən yan ötmək” lazım deyil, ka meranın hər bir yer də yişməsi çox eh mallıca 

sonluqla bit məlidir.



Hərəkət edən obyektlərin izlənməsi

Hərəkət edən obyekti çəkmək – kameranı əlinə götürüb, sadəcə, həmin ob­

yektlərin ardına düşmək demək deyil! Hərəkətin “öhdəsindən gəlmək” bacarığı 

operatorun ustalıq dərəcəsini göstərir.

Kameranı  əlinizdə  saxlarkən,  onu  tərpətmirsinizsə,  kadrda  hərəkət  edən 

obyekt obyektivin görmə sahəsinin qırağına çataraq, çox tezcə gözdən itə bilər; 

xüsusən, həmin obyekt ekranın böyük hissəsini  tutaraq “darısqal” kadrda çox 

sürətlə yerini dəyişirsə. Bu halla qarşılaşanda vəziyyətdən bir neçə yolla çıxa 

bilərsiniz:

Şəkil 31. Şaquli

panoram

Şəkil 32. Panoram zamanı



operatorun mövqe seçimi


38

• Hərəkət edən obyektin ümumiyyətlə kadr çər çi­

və sindən  çıxmasına  imkan  verə  bilərsiniz  (“əl­

dən bu raxa bilərsiniz”). Seyrçinin diqqətini baş­

qa  əş yaya  yönəltmək  istəyəndə,  məhz  həmin 

üsul dan fayda lanırsınız.

• Siz planı genişləndirə bilərsiniz – transfokatorla 

təs viri “xırdaladın” və ya hə rəkət edən obyektin 

kadr dan  çıxması  üçün  geriyə  çəkilin.  İrəli­geri 

gə zişən və ya əllərini yelləyən adamı çəkən za­

man bu, ən yaxşı yoldur.

• Obyekti  kadrda  saxlamaq,  məsələn,  otaqda  gə­

zi şən  adamı  kamera  ilə  iz ləmək  üçün  üfüqi  və 

ya  şaquli  səthlərdə  panoram  çəkilişi  aparmaq 

olar. Ancaq bu halda çox iri plandan istifadə etməyin. Əks halda, obyektin 

hə rəkətlərini  ehmallıca  izləmək  çox  çətin  olur  və  kadr  obyektin  özünə  də 

dar lıq edir.

• Kameranın  yerini  elə  dəyişə  bilərsiniz  ki,  obyekt  kadrda  qalsın  (məsələn, 

qövs üzrə hərəkət etməklə).

• Obyekti  kadrda  saxlamaq  şərti  ilə  onunla  birlikdə  hərəkət  edə  bilərsiniz 

(hərəkətli çəkiliş).

• Hərəkəti  izləməkdən  əl  çəkib  obyektin  kadrdan  çıxmasına  imkan  verərək, 

daha sonra onu yeni çəkiliş nöqtəsində “haqlaya” bilərsiniz. 

Kameranın  bəzi  hərəkətlərinə  müxtəlif  adlar  verilib  (“yekəltmə”,  “xırda­

latma”, “təpmə”, “qövs”, “qağ”, panoram çəkiliş, enişli çəkiliş, pedallı çəkiliş).

Şəkil 33. Kameranın hərəkəti.

Yuxarıya  şaquli  panoram;  aşa­

ğıya şaquli panoram; sağa üfiqi 

panoram; sola üfiqi panoram; ka­

meranın  (pedalla)  qaldırılması; 

ka me ranın (pedalla) endirilməsi; 

sağa  hərəkət;  “xırdalatma”  ka­

meranın geriyə hərəkəi; sola hə­

rəkət; “qövs” 

Şəkil 34.



39

Bəzi çəkiliş manevrləri isə universal terminlərlə ifadə edilir. Panoram çəkilişi 

deyərkən, çox vaxt həm üfüqi, həm də şaquli panoram nəzərdə tutulur.

Əgər çəkilişi bir kamera ilə  aparırsınızsa, yuxarıda sadaladığımız sonuncu 

varianta görə, siz çəkilişi dayandıraraq, yerinizi dəyişməli və kameranı ye nidən 

obyektə tuşlayandan sonra işinizə davam etməlisiniz. Bununla belə, hərəkətin 

hansı hissəsini isə çəkə bilməyəcəksiniz. Söz yox, həmin hərəkəti sizdən ötrü 

təkrarlasalar,  vəziyyətdən  çıxmaq  mümkündür,  bu  halda  yeni  çəkiliş  nöqtəsi 

tap maq  üçün  çəkilişi  dayandırdığınız  andan  başlayaraq,  həmin  çəkilişi  tama­

mlaya bilərsiniz. İki və daha çox kameradan istifadə etsəniz, hə rəkəti tam çəkə­

cəksiniz: təkcə o yetər ki, lazımi anda o biri kameranı işə sal malısınız. Hansı 

çəkiliş üsulunu seçməyiniz isə istər əməli, istərsə bədii ba xım dan bu üsulların 

hansını daha münasib saxlamağınızdan asılıdır. 

Kadrın qurulması

Hərəkət edən obyektin həmişə “görüntü”nün tən ortasında saxlanılması, ilk 

baxışda məntiqli görünə bilər. Ancaq tezliklə məlum olacaq ki, bu zaman “gö­

rüntü” müvazinətsiz və xeyli darıxdırıcı görünür. Hərəkət edən obyekti “gö rün­

tü”nün tən ortasında saxlayın. Panoram çəkilişini apararkən çalışmaq la zımdır 

ki, həmin obyekt bu kadrın həmişə mərkəz nöqtəsindən bir qədər geridə qalsın, 

nəticədə  “görüntü”  daha  çevik  alınacaq.  Hərəkətin  sürəti  nə  qə dər  çoxdursa, 

“görüntü” də bir o qədər çox yerini dəyişəcək.

Ən  başlıcası,  bərabərsürətli  olmayan  panoram  çəkilişi  zamanı  obyektin 

“kadr da  oynamasına”  yol  verməməkdir.  (Bu  o  vaxt  olur  ki,  ştativin  panoram 

baş lığı  yetərincə  müqavimət  göstərmir.)  Kamera  gözcüyündən  obyekti  iz lə­

məyə çalışanda onu daim itirib­tapacaqsınız və nəticədə böyük səhvə yol verə 

bi  lər siniz;  həmin  obyekt  gah  kadra  düşəcək,  gah  da  ondan  çıxacaq  (bu  daha 

çox o vaxt olur ki, sürətlə hərəkət edən obyekti dördbucaqlı obyektivlə iri plan­

da  çəkməyə  cəhd  göstərsəniz  və  ya  ştativin  panoram  başlığı  həddindən  ar tıq 

mü qavimətlə fırlansın).



Operatorun sərbəst yerdəyişməsi

Kameranı çiyninizə qoymaqla bol­bol çəkiliş aparmaq istəyirsinizsə, yaxşı 

olardı  ki,  çəkiliş  zamanı  necə  hərəkət  edəcəyinizi  əvvəlcədən  məşq  edəsiniz. 

Çəkiliş obyektinə yaxınlaşmaq, ondan uzaqlaşmağı sınaqdan keçirin. Qövs üz­

rə yerinizi dəyişməyə, bir tərəfdən o biri tərəfə yanpörtü hərəkət etməyə alışın. 

Çəkiliş vaxtı yaxşı kompozisiya planını və fokus məsafəsini qoruyaraq, ka me­

ranı dayanıqlı şəkildə eyni səviyyədə saxlamaq, göründüyü qədər də asan deyil.

Çəkiliş aparılan obyekt sizdən uzaqlaşırsa, aydın məsələdir ki, onun arxa­

sınca  hərəkət  etmək  lazımdır.  Ancaq  ehtiyatlı  olun!  Hərəkət  marşrutunu 

öncədən  yoxlayıbsınızsa,  yan­yörənizə  və  ayaqaltına  palaz,  pilləkən,  kabel, 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə