Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə14/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

40

adam,  yaxud  cürbəcür  dirəklərin  olub­olmadığına  diqqət  yetirin.  Əks  halda, 

videoayırıcının okulyarına (optik cihazlarda göz önündəki şüşə) baxan za man 

görmədiyiniz əngəllə toqquşa bilərsiniz. 

Təcrübəli operatorların məhz bu səbəbdən tez­tez ora­bura boylanıb ətrafa 

göz  yetirmək,  yan­yörədə  nə  baş  verdiyini  görmək  və  bir  gözünü  video ayı­

rıcının okulyarından ayırmayaraq, o biri gözünü yummaöğa çalışmaq vər diş ləri 

var.


Yeriyərək,  xüsusən  də  tez­tez  addımlarkən, kamera  həmişə  silkələnir.  Ka­

meranın belə “hoppanıb­düşməsi”nə bəzən fikir verməmək də olar. Dərə­təpə 

yerlərdən,  adamların  sıx  toplaşdığı  kütlənin  içində,  yaxud  meşə  kolluqlarını 

yara­yara keçərkən, bu cür silkələnmə dramatik effekt də yarada bilər. Ancaq 

çəkiliş binanın içərisində gedirsə, bu, işə çox mane olacaq. Kameranızda ikinci 

operatora  kabel  uzandığı  hallarda  da  (məsələn,  həmin  operator  elektrik  bata­

reyalarını, səs aparatlarını, videomaqnitafon, yaxud işıq avadanlığını daşıya bi­

lir) cəld hərəkət üçün çətinlik törənir. Ancaq digər tərəfdən, xüsusən yanı nız­

dakı adam, heç olmasa, yolunuzdakı maneələrdən sizi xəbərdar edəcək.

Avtomobildən çəkiliş

Avtomobildən çəkiliş apararkən, bir neçə məqamı heç cür yaddan çıxarmaq 

olmaz. İmkan daxilində, ən yaxşısı odur ki, kameranı əlində saxlayıb, çəkilişi 

açıq pəncərədən aparasınız. Obyektivi, ya da kameranı çaşıb şüşəyə, yaxud av­

tomobilin gövdəsinə söykəməyin, çünki maşın silkələndiyindən aparat harasa 

toxunub zədələnə bilər, görüntünün özü isə yayğın alına bilər. Kirli, yağış lə­

kəsi qalan tozlu və ya əlvan çalarlı şüşələr, xüsusən üzərinə düşən günəş şüası, 

görüntünün  keyfiyyətini  xeyli  pisləşdirir.  Bu  zaman  görüntü  azkontrastlı,  fi­

kussuz,  yayğın,  pozuq  rəngli  alınar  və  bütün  bunlar  başqa  kadrların  yanında 

açıqca bilinir.

Çəkilişin seyriçidə doğurduğu təəssürat avtomobilin vəziyyətindən də ası­

lıdır  (şəkil  35).  Üzünüzü  hərəkət  istiqamətinə  tutub  çəkiliş  aparsanız,  baxış 

sahəsində  peyda  olan  obyektlər  ka­

meraya doğru üzbəüz hərəkət edəcək 

və  yaxınlaşdıqca  daha  dəqiq  və  ay­

dın seziləcək. Deməli, bu çox təsirli 

çəkiliş nöqtəsidir və daim seyrçi ma­

rağını təmin edir. Ancaq hərəkət yö­

nünə  əks  istiqamətdə  çəkiliş  apar­

sanız, kadra düşən hər şey uzaqlaşıb 

gözdən  itdiyi  üçün  seyrçi  marağı 

aza lacaq.  Obyekt  elə  təzəcə  kadrda 

görünəndə  sürətlə  kiçildiyindən  onu 

Şəkil 35. Avtomobilin daxilində,

 ön şüşəsinin arxasından çəkiliş



41

əməlli­başlı  sezmək  olmur.  Uzaqlaşıb  geridə  qalan  obyektləri  yan  şüşədən 

çəkmək yaxşıdır, ancaq bu da var ki, yaxınlıqda yerləşən hər şey həddən çox 

sürətlə ekrana girərək əslində sezilməyəcək!

Hərəkətdə  olan  avtomobilin  içindəki  adamı  çəkmək  üçün  ayrıca  məharət 

lazım gələ bilər! Sürücünü əks etdirən kifayət qədər geniş kadr çəkməkdən ötrü  

genişbucaqlı  (qısafokuslu)  obyektiv  gərəkdir.  Kameranı  əlində  saxlayan  ope­

ratorun tipik vəziyyətləri bu cürdür: sürücünün yanındakı oturacaqda, adətən, 

sərnişinlərin  ayağını  qoyduğu  yerdə  və  ya  arxa  oturacaqdan  qabağa  əyilərək. 

Kameralar  boltlu  kronşteynlə,  yaxud  xüsusi  rezin  məməciklə  çöl  tərəfdən 

maşına bənd edilə bilər.

§8. Əsas çəkiliş prinsipləri

Praktik şərait

Effektli çəkiliş üçün hər hansı mütləq “qayda” mövcud deyil. Doğrudan da, 

əgər kadrları hədsiz dərəcədə “düzgün” montaj edirsinizsə, nəticədə işiniz çox 

yeyin  və  qurama  görünə  bilər;  ancaq  heç  şübhəsiz  ki,  bəzi  vəziyyətlərdən 

qaçmaq lazımdır.

Çəkiliş. Qrafiki sıx olanda, durub dayanaraq hər bir kadrın kompozisiyasını 

sınaqdan  keçirməyə  sadəcə  vaxt  qalmır.  Çox  tez  qərar  çıxarmaq  lazım  gəlir. 

Ancaq kompozisiyanın əsaslarına yiyələnsəniz, nəyə diqqət yetirməyi və nəyə 

can atmağı, eləcə də maksimum effektli kadrı necə qurmağı biləcəksiniz. Çə­

kiliş  kadrlarının  nədən  uğursuz  alınmasının  səbəbini  bircə  dəfə  anlamaq  ki­

fayətdir  ki,  bütün  qalan  hallarda  o  səhvi  təkrar  etməyəsiniz. Artıq  instinktiv 

olaraq həmin səhvdən qaçacaqsınız. Hər hansı rəssam əşyaları fikirləşdiyi kimi, 

kətan üzərində yerləşdirə bilər. Videooperatorisə adətən, onun iradəsindən asılı 

olmayan  şəraitlə  kifayətlənməli  olur. Ancaq  bu,  heç  də  o  demək  deyildir  ki, 

seyrçinin  nə  görəcəyini  heç  cür  nəzarətdə  saxlaya  bilməzsiniz.  Siz  çox  yolla 

çəkiliş nöqtəsini diqqətlə seçməklə, müxtəlif görmə bucağı olan obyektivlərdən 

faydalanmaqla, eləcə də müxtəlif kadrqurma üsulları ilə, yəni çəkilən obyekti 

kadr  çəkilişinə  salmaqla  həmin  kadrın  cəlbedici  görünməsinə  nail  ola  bilər­

siniz. Üstəlik, çəkiliş obyektlərinin yerlərini qarşılıqlı olaraq dəyişmək imkanı 

görüntünün daha da yaxşılaşdırılması üçün növbəti ehtiyat yoldur.

Planların seçilməsi

Bir və ya eyni zamanda bir neçə kamerada çəkməyinizdən asılı olmayaraq, 

görüntü  fraqmentlərinin  uyumlu  ardıcıllığına  nail  olmalısınız. Yalnız  belə  ar­

dıcıllıq düşünülmüş görüntü təəssüratı yaradır. Ancaq bu, öz­özünə baş vermir, 

ən  pisi  odur  ki,  bir  sıra  ayrı­ayrı,  həm  də  rabitəsiz  “gözəl  kadrlar”  çəkib, 

onların ekranda necə uzlaşdırıldığını düşünməyəsən. Nəticədə, bir­biri ilə heç 

bir şə kildə birləşdirilməyən fraqmentlər yığını alına bilər. Etibarlı nəticələr əldə 



42

etmək  üçün  əvvəlcə  özünüzdən  ötrü  nəyi,  necə  göstərmək  istədiyinizi  gös­

tərmək vacibdir. Daha sonra hazırladığınız plana uyğun olaraq hərəkət edin.

İnandırıcı planlar

Videoistehsal – təkcə gözəl planlar çəkmək deyil, həm də konkret vəziyyəti 

göstərmək üçün münasib və zəruri sayılan planların çəkilişidir. Hərdən elə ola 

bilər  ki,  hətta  tam  bilərəkdən,  filmə  ətürpərdici  və  biabırçı  bir  kadr  artırmaq 

lazım gəlsin. Çünki yalnız bu yolla reallıqla toqquşmanın sarsıntısı yaşana bilər. 

Rəngli çəkiliş hər hansı materialı çox asanlıqla vizual baxımdan cəlbedici gös­

tərməyə qadirdir. Üfunətli tullantıları əks etdirən səhnə qürub şəfəqlərinə bü rün­

müş “maraqlı fakturası və rəng keçidləri olan gözəl mənzərəyə” çevrilə bi lər.

Düzgün  seçilmiş  plan  sırası  çəkiliş  obyektinin  sadəcə  nümayişində  daha 

çox şey deməkdir. Seçərək bəlli ardıcıllıqla düzdüyünüz görüntülər sizin baxış 

bucağınızı  –  vəziyyəti  necə  anladığınızı  və  məhz  nəyi  çatdırmaq  istədiyinizi 

bildirir. Çəkilişin mənası da, məhz, bundan ibarətdir. Sanki seyrçi ilə yan­yana 

durub,  onun  baxışlarını  yönəldir,  bu  və  ya  digər  lövhəni  necə  anlamağı  ona 

izah edirsiniz. Seyrçilərə hay­küylü bazar meydanını göstərərkən, elə bil onlara 

təklif  edirsiniz:  “Hər  şeyə  yaxşı­yaxşı  baxın,  bəlkə  siz  də  nə  isə  almaq  istə­

yirsiniz”.  Ancaq  bundan  qat­qat  daha  çox  seyrçilərin  diqqətini  gördüyü 

mənzərənin ayrı­ayrı aspektlərinə cəlb etməniz lazım gəlir. Və bu planları bəlli 

ardıcıllıqla seçib yerləşdirməklə, onların diqqətini vurğulamaq istədiyiniz vacib 

məqama yönəldə bilərsiniz: “Baxın görün, bir obyektin o birindən fərqi nədir, 

bu düşündürücü ayrıntılara diqqət yetirin”. Və yaxud, “görün, bu qadın onun 

söz lərinə necə reaksiya verir”. Bu qadının nə etdiyinə fikir verin, diqqətlə baxın 

görün, necə edir.



Yüklənmiş plan

Seyrçilərin  diqqətini  görüntünün  bəlli  məqamlarına  cəlb  edə  bilməsəniz, 

çox güman ki, onlar sizə gərək olan səhnəyə yox, başqa kadrlara baxacaq, ya 

da  darıxa­darıxa  qalacaq.  Seyrçi  bir  şeyin  üzərinə  fikrini  cəmləşdirə  bil mir, 

bütün  kadrlara  bir  yerdə  baxmağa  da  fürsət  tapmır  və  gördükləri  anla şılmaz 

qalır.  Bəlkə  də  belə  çəkilişlə  –  “Nə  gözəl  rəngarənglik!”,  yaxud  “Ne cə  də 

nəhəng kolleksiyadır!” demək istəyirsiniz, ancaq seyrçi elə qənaətə gə lə bi lər 

ki, o, heç nəyi görmədi, çünki bircə əşyanı da gərəyincə izləməyə ma cal tapmır. 

Göstərilən obyekti ayrıca əks etdirəndə, kadrlar çox vaxt qat­qat alı nır. Bunun 

üçün aşağıdakılardan faydalanmaq olar:

• obyektə bir az da yaxınlaşmaq (iri plan);

• rakurs – çəkiliş yönünü dəyişmək;

• yalnız  əsas  çəkiliş  obyektini  fokusda  saxlamaq  üçün  dərin  kəskinlikdən 

qaçmaq (kəskinliyi azaltmaq);




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə