Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə22/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

61

rəngin nisbəti

Televiziya kamerasının əsas işıq qaynağının rəng temperaturuna kök lən məsi 

iki  yoldan  biri  –  ya  qoşulu  avtomatik  düzəliş,  ya  da  obyektivə  müvafiq  işıq 

süzgəci  taxaraq,  sonra  ağ  rəngin  nisbətini  tənzimləməklə  gerçəkləşdirilir. 

Qoşqulu  işıq  süzgəci  lövhəcikləri  (diskləri)  operatorun  mövcud  işıqlanma  şə­

raitinə uyğunlaşmasına imkan verir. Adətən, aşağı keyfiyyətli kameralara, içə ridə 

və ya bayırda çəkiliş aparmaq üçün ikimövqeli disk quraşdırılır. Daha key fiyyətli 

kameralarla isə, bir qayda olaraq, ən müxtəlif işıq şəraitindən ötrü süz gəclərlə: 

standart  volfram­halogen  telelampası  (3200  K),  lüminessent  lampa  (48000  K), 

yaxud buludlu havada istifadə olunan “günəş” lə (6500 K) təchiz edi lir. Bundan 

başqa, diskdə bir və ya bir neçə neytral (boz) süzgəc də ola bilər. Belə süzgəclər 

rəng  temperaturunu  dəyişdirmir,  sadəcə,  görüntü  siqnal  törə di cisinin  üzərinə 

düşən  işıq  miqdarını  azaldır.  Bu  süzgəclərdən  o  zaman  çox  isti fadə  edilir  ki, 

mövcud işıq kameranın normal işindən ötrü həddindən artıq par laq sayılsın.

Kameranı  rəng  temperaturuna  kökləmək  üçün  obyektivin  önünə  çəkilişin 

aparıldığı işıqla işıqlandırılan ağ kart qoyulur. Əgər kamera ağ rəngli avtomatik 

tarazlaşdırılan disklə təchiz edilibsə, həmin sistem işə düşür. Əks halda ob yek­

tivdən ötrü müvafiq işıq süzgəci seçilir. Bundan sonra operator ağ kartın bütün 

kadrı  başdan­başa  tutacağı  qədər  görüntünü  böyüdür  və  ağ  rəngin  nisbətini 

müəyyənləşdirir.  Bu  proses  əksər  kameralarda  avtomatik  baş  verir:  video ayı­

rıcıda müvafiq işarəni görənədək əlini düymədən çəkmir. Kamerada avtomatik 

şəkildə  gerçəkləşdirilən  elektron  düzəlişlər  ağ  kartın  videosiqnalda  qırmızı, 

ma vi və yaşıl rəngləri düzgün nisbətdə çatdırılmasını təmin edir. Kamera artıq 

ağ rəngin necəliyini bildiyi üçün çəkiliş səhnəsinin yerdə qalan bütün rənglərini 

də dəqiq əks etdirəcək. Hər dəfə işığın özü, çəkiliş səhnəsi və ya yeri dəyi şən­

də, ağ rəngin nisbəti beləcə tarazlaşdırılır.



§14. İşıqlandırma 

avadanlıqları

İşıq süzgəcləri

Bəzi  hallarda  studi yadan kə­

nar  işığın  keyfiyyətini  müxtəlif 

işıq  süzgəcləri  ilə  dəqiqləş dir­

mək  olar.  “Jelatinli”  (jelatin  – 

hə   min  işıq  süzgəclərinin  nə  vaxt  sa 

ha zırladığı materialın adı   dır, nazik və 

şəffaf  lövhəcik  formasında  olan  ya ­

pışqan mad də dir) işıq süzgəcləri daha 

çox yayı lıb. Müa   sir işıq süz gəc ləri ni 

plastik  və  ya  poli es terdən  ha zır­

layırlar.  İşı ğın  rəng  tem pe ratu ru nu 

Şəkil 43. Neytral işıq süzgəci ilə çəkiliş (yuxarıda – 

filtrsiz, aşağıda – filtrli)




62

dəyiş dir mək  üçün  on lar  pən cərəyə  və  ya  işıq  ci­

hazlarına qoyulur.

Yalnız müəyyən tezlikli işığı buraxan mavi, ya 

da  dixroik  işıq  süzgəcləri  2000­4800  K  dia pa­

zonunda  işıq  şüalandıran  lampalara  bərkidilir  və 

həmin  lam paların  işıq  temperaturunu  adi  günəş 

işığına çevirir. Çəkiliş səhnəsinin təbii işığını vol­

fram­halogen  lampalı  cihazlarla  tamamlayan  za­

man belə işıq süz gəc ləri gərək olur.

Parlaq  günəş  işığının  rəng  temperaturunu  çə­

ki liş  aparılan  binanın  içə ri sindəki  işıq  qaynaq la­

rının  temperaturuna  çevirmək  üçün  eyni  üsulla 

hə min bi nanın pəncərəsinə narıncı işıq süzgəcləri 

qoyulur.  Çöl  işığının  rəng  temperaturu  çox  yük­

sək və müvafiq olaraq içəridəki işıq qaynaqlarına 

nisbətən çox­çox mavi olduğundan, onlar narıncı 

işıq süzgəcini dəqiqləşdirməyə kömək edir.

Neytral  işıq  süzgəcləri  (kameraya  quraş dı rıl mış  diskli  neytral  süzgəclərin 

funksiyasını yerinə yetirir) həddindən çox işıqlı pəncərələrin kadra düşəcəkləri 

hallarda köməyə çatır.  Bu  işıq  süzgəcləri şəffaf 

görünsələr də, əslində pəncərədən binanın içə ri­

sinə  düşən  işıq  miqdarını  azaldır  və  bu  zaman 

rəng temperaturunu təhrif edir.

İşıq süzgəclərindən istifadə edirsinizsə, bun ­

ları yadda saxlamalısınız: işığın korreksiya dərə­

cəsi çoxaldıqca çəkiliş obyektinə o qədər az işıq 

çatacaq. İşıq cihazları nə qədər az işıq ve rirsə, o 

qədər çox cihaz gərəyiniz olacaq. Cihazların sa­

yı nə qədər çox olsa, o qədər çox ka bel, qoşucu, 

dayaq və rozetka gərək olacaq.

Səyyar işıq cihazları

Lampalar.  İşıq  teleavadanlığında  iki  lampa  tipi  geniş  yayılıb.  Közərmə  

lam  paları öz quruluşuna görə, adi məişət elektrik lampalarına bənzəyir. Onlar 

vakuumlu şüşə kolbada yerləşən və yanarkən közərən volfram naqilindən dü­

zəl dilir və kifayət qədər ucuz qiymətə satılır.

Hərdən  halogenli  kvars,  ya  da  kvars  lampaları  adlandırılan  halogenli  vol­

fram  lampaları  sənaye  standartına  əsasən  buraxılır.  Peşəkar  işıq  cihazlarının 

çoxu bu lampalarla təchiz edilib. Həmin lampaların közərən volfram naqili də 

olur, kvars əriyib buxarlanmasının qarşısını alaraq, volfram hissəciklərinin kol­

banın dibinə çökməsinə imkan vermir. Bu çöküntü işığın rəng tem pera tu runa 

Şəkil 44.

Şəkil 45.



63

təsir edir. Volfram hissəcikləri kolbanın içinə çökdükcə, rəng tempe ra tu ru aza­

lan  adi  közərmə  lampalarından  fərqli  olaraq,  halogenli  volfram  lampalarının 

rəng temperaturu işləndiyi bütün müddət ərzində sabit qalır.

Nisbətən geniş yayılmış studiyadankənar işıq cihazlarının çəkisi azdır, par­

laq işığı var və asan quraşdırılır. Bunlar 500­700 vatt gücə malik rəng tem pe­

raturu 3200* K olan və 110 volt gərginlik, həm də 60 hers tezliklə çalışan üstü­

açıq (linzasız) halogenli volfram lampalı cihazlardır.

Hələ  indiyədək,  arabir  alüminli  parabolik  reflektoru  olan  köhnə  közərmə 

lampalarından  istifadə  edilsə  də,  hazırda  halogenli  volfram  lampaları  sənaye 

standartı sayılır. Səbəb də odur ki, həmin lampalar işlədiyi bütün müddət ərzin­

də  sabit,  həm  də  daha  yüksək  rəng  temperaturunu  qoruyub  saxlayır.  Bundan 

baş qa, belə lampaların həm ölçüsü kiçikdir, həm də onlar açıqtipli işıq cihazına 

bərkidilə bilər. Ancaq halogenli volfram lampasının bir çatışmazlığı var – ona 

əllə toxunmaq olmaz, çünki kolbanın üzərində əlin yağ ləkəsi – dəri piyi qa lar­

sa, bu kolba közərib partlaya bilər.



Fokuslaşdırılan və fokuslaşdırılmayan yönəltmə işıq cihazları. Studiya dan­

kənar istehsalda, adətən, iki cür fokuslaşdırılan və fokuslaşdırılmayan şüa isti bu­

raxan  yönəldici  işıq  ciha zın dan 

isti fadə  olunur.  Fokus laşdı rılan 

şüa  buraxan  ci hazlarda  ar xa  di­

var dakı tənzimləyicinin və ziy yə­

tini  dəyişməklə  işıq  bölü yü nün 

enini  ölçmək  müm kün dür.  Bu 

za man  lampa  gah  ciha zın  içəri­

sindəki  əkset di rici  səthə  yaxın­

laşır, gah da oradan ara la nır. Nə­

ti cədə, şüanın eni də ar tıb­azalır.

Ensiz  şüa  daha  sərt  və  daha  də qiq  yönəltmə  effekti  yaradır.  Enli  şüa  isə 

nisbətən yumşaq, seyrək işıq al ma ğa imkan verir. Fokuslaşdırılan işıq cihazları 

son dərəcə çoxcəhətli oldu ğun dan, stu diyadan kə nar çəkiliş lər də geniş yayılıb.

Fokuslaşdırılmayan yö nəl di ci işıqlı cihazlar sabit enli şüa buraxır. Cihazın 

içə risindəki lampanın vəziyyəti dəyişmir. Deməli, belə cihazın buraxdığı şüa­

nın enini də dəyişdirmək qeyri­mümkündür.

Yönəldici işıq cihazlarının əksəriyyətinin pərdəciyi də olur. Bu pərdəciklər 

metaldan hazırlanan lövhədən ibarətdir. Həmin lövhəni işıq cihazına bərkitmək 

və  onun  köməyi  ilə  çəkiliş  meydançasının  işıqlandırılmasına  nəzarət  etmək 

müm kündür. Cihazın bütün işığının çəkiliş səhnəsinə maneəsiz yayılması üçün 

pər dəciyi tam açmaq olar. Bəzi sahələrə işıq düşməməsindən ötrü isə pərdəciyi 

bir az örtmək lazım gəlir.



İşığın keyfiyyəti – sərt və yumşaq işıq. İstər fokus laşdı rı lan, istərsə fokus­

laş  dırılmayan yö nəldici işıq ci haz ları kəskin ciz gilənmiş kölgə verən sərt işıq 

Şəkil 46. Halogenli volfram lampası



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə