Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə9/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

25

rüntü  bucağını  1:3  nisbətinədək  azaldırsınız.  Beləliklə,  ekrandakı  obyekt  üç 

dəfə böyük görünür. Bu isə, öz növbəsində, kamera ilə çəkiliş obyekti arasın­

dakı  məsafənin  üç  dəfə  azalması  deməkdir.  Nəticədə  görüm  sahəsində  ilkin 

mənzərənin 

1

/



3

­i əks olunur.

Başqa bir yandan, ge­

nişbucaqlı obyektiv çə  ki­

liş  mənzərəsinin  ge niş 

tu tu munu  yaradır.  An ­

caq  nəticədə  kadr da kı 

bü tün  məsafələri  qey ri­

təbii  şəkildə  uza dıl mış 

gö rünür. Obyek tiv san ki 

məkanı  və  mənzərənin  dərinliyini  tər pə dərək  böyüdür.  Kameraya  tərəf  və  ya 

kameradan (şəkil 25) üzübəri hərəkət (kameranın yaxınlaşması və ya uzaq laş­

ması) əslində olduğundan daha sürətli gö rünür.

Obyektivin görüntü bucağı nə qədər geniş dirsə (və ya onun fokus məsafəsi 

nə qədər qısa dır sa), çəkiliş zamanı  ka meranı dayanıqlı sax lamaq və onu ob­

yek tə üsullu yönəltmək o qə dər asan olur (şəkil 26). Ancaq həmişə geniş bu caq­

lı obyektivdən istifadə etmək lazım deyil, çünki bütün görüntülər uzaq plan da 

görünəcək. Geniş bu caqlı ob yektivlə yaxından çəkilən əşyaların hərəkəti təh rif 

olunur.

Şəkil 25.



Ultra-geniş 

bucaqlı


Geniş

bucaqlı


Standart

Teleobyektiv

Super­

obyektiv


Şəkil 26. Obyektivin görüntü bucaqları


26

Kameranın yerini dəyişdirmək gərəkdirmi?

Sual  olunur:  Əgər  fokus  məsafəsini  dəyişməklə  görüntünü  yaxınlaşdırıb 

uzaq  laşdırmaq imkanı varsa, kameranın yerini dəyişdirməyə dəyərmi? Bəlkə, fo   ­

kus məsafəsini dəyişməklə kifayətlənmək olar? Yox, bu həmişə mümkün de yil.

İlk baxışda obyektivin fokus məsafəsinin dəyişməsi sanki kameranın gö rün­

tünü yaxından və uzaqdan göstərməsinə uyğun gəlir. Ancaq diqqətlə baxanda 

görəcəksiniz ki, sonuclar heç də həmişə eyni deyil. Hansı obyektivlə çalış dı­

ğımızdan və hansı görüntü bucağıyla çəkiliş aparmağınızdan asılı olaraq kadr­

dakı görüntüyədək olan məsafə dəyişir. Məsələn, itibucaq altında çəkilən bina 

olduğundan  kiçik  görünəcək.  Eyni  binanı  genişbucaqlı  obyektivlə  çək dik də, 

əslində olduğundan xeyli böyük görünəcək.

Əlbəttə, bəzi hallarda bunun bizə fərqi olmaya da bilər. Yaxud, elə ola bilər 

ki, siz məhz bilərəkdən bu üsula əl atasınız, yəni çəkdiyiniz otağın olduğundan 

böyük  görünməsinə  çalışasınız.  Bəzən  kadrdakı  məkan  pozuntuları  ilə  barış­

maq lazım gəlir, çünki gərəkli görüntü almağın başqa bir yolunu tapa bilmir si­

niz.  Əgər  binanın  damına  qoyulmuş  heykəli  iri  planda  çəkmək  istəyirsinizsə, 

sizə uzunfokuslu obyektiv gərək olacaq; bu zaman çəkiliş məkan qarmaqarışıq 

alınacaqsa,  binanın  elementlərinin  nisbəti  pozulacaqsa,  buna  çarə  tapmaq 

qeyri­mümkündür.  Ancaq  çəkiliş  zamanı,  ən  yaxşısı,  normal  görüntü  bucağı 

olan adi obyektivdən faydalanmaqdır. Gərəkli bütün incəliklər zamanı adi ob­

yek tiv kö məyə çatır; görüntünün kadrdakı ölçüsünü dəyişdirir. Bu halda kame­

ra çəkiliş obyektivinə gərək olduğu dərəcədə yaxınlaşdırılır və ya uzaqlaşdırılır.

Əgər kameranın yerini dəyişdirməklə kadrdakı görüntünün ölçüsünü dəyiş­

mək imkanınız yoxdursa, vaxtınız çatmırsa, yaxud ortaya başqa əngəllər çıxır­

sa, bu halda gərəkli kadr almaq üçün başqa görüntü bucağı olan obyektivdən 

istifadə  edilir.  Çəkiliş  obyektinə  yaxınlaşıb­uzaqlaşma  təsəvvürü  yaratmaq 

üçün transfokatordan faydalanmaq mümkündür.

Mürəkkəb  kadr  problemini  çözməkdən  və  ya  effekt  almaqdan  ötrü,  lazım 

gələrsə,  obyektivin  görüntü  bucağını  dəyişin. Amma  məhz  lazım  gələrsə,  nə 

vaxt gəldi yox. Əgər siz tribunadan paradı çəkirsinizsə və normal obyektivdən 

faydalanmaqla  çox  yaxşı  qrup  çəkilişinə  nail  olursunuzsa,  tərəddüd  etmədən 

genişbucaqlı  obyektivdən  istifadə  edin.  Bu,  sizə  prosesin  bütün  sürəkliliyini 

əks etdirmək imkanı verəcək. Paradın ayrıntılarını – detallarını çəkmək istər­

kən, uzunfokuslu obyektivdən istifadə etmək lazımdır. Görüntü bucağını dəyiş­

məsəniz, eyni bucaqdan çəkilmiş kadrlar bir­birinə oxşayacaq. Bu şəraitdə elə 

imkanınız da olmayacaq ki, müxtəlif kadrlar almaqdan ötrü başqa çəkiliş nöq­

tə ləri axtarıb tapasınız.

Görüntü bucağını böyüdərək, sonra obyektin kadrdakı ölçüsünü onun nor­

mal  ölçüsünə  çatdırmaq  üçün  kameranı  obyektə  yaxınlaşdırsanız,  bu  mən­

zərədəki digər obyektlər xeyli uzaqlaşmış görünəcək: onların bir­birinə nisbəti 

təhrif olunacaq. Görüntü bucağını azaltsanız, əks proses baş verəcək.



27

Yadda saxlayın!

•  Elə­belə, bir səbəb olmadan görüntü bucağını dəyişməyin. “Normal” ob yektiv təbii görüntü 

və perspektiv verir.

•  Görüntü  bucağını  dəyişsəniz,  obyektlərin  perspektiv,  məsafə,  dərinlik  və  nisbətləri  təhrif 

olunacaq.

•  Unutmayın  ki,  obyektivin  bucağı  nə  qədər  itidirsə  (uzun  fokus  məsafəsi),  ka me ranın 

ahəngdar hərəkəti o qədər çətinləşir.

•  Sonralar görəcəyik  ki, obyektivin görüntü bucağı nə qədər itidirsə, o qədər də duru təsvir 

almaq çətinləşir (sezmə dərinliyi azalır).

•  Fokusa gətirmək asan olduğuna görə, genişbucaqlı obyektivdən (sezmə dərinliyi böyükdür) 

istifadə etməyə şirnikməyin. Həmin obyektiv kadrın də rinliyini təhrif et məklə, xüsusən iri 

planlarda perspektivi xeyli dəyişdirir.

•  Müxtəlif  görüntü  bucağı  olan  bu  obyektivlər  arasında  nə  qədər  açıq  fərq  du yul ma sına 

baxmayaraq, çəkilişi harada aparmağınızdan da çox şey ası lıdır. Binanın içə risində, yaxud 

döngədə çəkiliş zamanı obyektivin də yiş məsi tezcə gözə dəyir. Ancaq dəniz sahilində və ya 

açıq yerlərdə çəkilmiş kadr lardakı fərqi hətta tənqidə köklənmiş və deyingən seyrçilər də 

tutmaya bilər.

Avtomatik fokuslaşdırma qurğusu

Videokameraların əksəriyyətinin avtomatik fokuslaşdırma sistemi var. Bu, 

çox  faydalı  qurğudur,  xüsusən  çəkiliş  obyektini  izləməklə  məşğul  olduğunuz 

və obyektin haraya hərəkət edəcəyini dəqiq bilmədiyiniz zaman, yaxud qorxulu 

şəraitdə çəkərkən və tələskənlik içərisində fokusu düzgün müəy yən ləşdir mədi­

yiniz hallarda. Bəs onda nə üçün avtofokusu daim qoşulu saxlayıb fokus laş dır­

madan canımızı qurtarmırıq?

Əgər kameranızın avtomatikasına tam arxayın olsanız, gözlənilməz hallara 

hazır  olmalısınız. Avtomat  çəkiliş  üçün  seçilmiş  obyektin  dəqiq  görüntüsünü 

mak simumadək artırır, ancaq olayın necəliyinin ona dəxli yoxdur. Deməli, av­

to fokusdan çox ehtiyatla istifadə  etmək gərəkdir.

Ayrı­ayrı  kameralarda  avtofokus  sistemlərinin  mürəkkəblik  dərəcəsi  də 

müx təlifdir. Bəzi kameraların iki və ya üç pilləli fokuslaşdırma zonası var (ən 

kiçik  bucaqdan  tam  açıq  görüntü  bucağınadək).  Başqa  kameraların  yoxlama 

qurğusu  olur.  Bu  qurğu  avtofokusun  köməyilə  əllə  tənzimlənməni  dəqiq ləş­

dirməyə imkan verir. Hətta elə avtomatik sistemlər var ki, əşyanın kadrda yer­

dəyişməsindən və ya planın dəyişməsindən asılı olaraq, görüntünün aydınlığını 

da təmin edir. Avtofokus qurğularının üç növü mövcuddur: infraqırmızı (İQ), 

ultra səs (pyezosistemlər) və elektron (görüntüsünə görə).

• İnfraqırmızı  sistem  kəskin  İQ  impuls  ən  yaxın  obyektə  dəyib  qayıdaraq 

qəbuledici ilə tutulur. Sistem alınmış siqnalı işləyərək bu siqnalın əks olun­

ma bucağına görə obyektiv fokus məsafəsinə kökləyir.

• Ultrasəs sistemi səsin qavranma həddindən yuxarı diapazonda siqnal buraxır 

və həmin siqnalın qayıdış vaxtını ölçür. Fokus da həmin məlumat əsasında 

müəyyənləşdirilir.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə