Video cekilish texnologiyasi cdr


II FƏSİL. VİDEOKAMERADAN İSTİFADƏ



Yüklə 0,99 Mb.
səhifə8/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

22

II FƏSİL. VİDEOKAMERADAN İSTİFADƏ

Kamera gərəksizi kənara atır

Kamera çox məhdud ölçüdə, təxminən 1 m × 1,2 m 

sahədə  yerləşən  ob yektlə ri  çəkir.  Ka me ranın  gö­

rüm sahəsindən qıraqda qalan heç nəyi seyr çi gör­

mür.  Obyekt  hansı  yaxınlıqdan  çəkil məlidir?  İri 

plan bütün detalları özündə əks et di rir. Hətta bəzi 

tam artıq detalları da. Bu plan sey r   çiyə mənzərəni 

tam  görmək  imkanı  vermir,  onun  diqqətini  mən­

zə rənin bir hissəsinə yö nəl dir (şəkil 22).

Siz çalışmalısınız ki, detal və xırdalıqlar seyr­

çiyə “sırınmasın”. Seyrçiyə “Bura bax! Bu na diq­

qət  yetir!  Yaxşı­yaxşı  bax!”  komandası  vermək 

ol maz.  Seyrçini  məcbur  etmək  yox,  inan dırmaq 

la zımdır. Xeyli üsul var ki, seyr çinin diq qətini nə­

zərə  çarpdırmadan  üsulluca  gərəkli  nöqtəyə  yö­

nəlt mək olur. Bun dan ötrü məc buri iri planlardan 

faydalanmağa  ehtiyac  qal mır.  Mənzərəni  elə  bir 

kom pozisiyada ver mək mümkündür ki, sanki olay 

yerini seyrçi ilə birgə do laşırsan. İşıqdan da fay­

da lanmaq olar. 

Uzaq plan bütövlükdə olay yerini seyrçiyə göstərərək, ona şəraitin ab­ha va­

sını hopdurur, adamlarla əşyaların məkandakı nisbətlərini an la dır. Uzaq planın 

çatışmazlıqları da var. Seyrçi detalları, incəlikləri görmür. Məsələn, o, fut bol­

çunun topu qovduğunu görür, ancaq futbolçu topu itirərkən üzündə hansı ifadə 

yarandığını  gör mür.  Uzun  plan  görünən  mənzərə  barədə  ən  ümumi  təsəvvür 

oya dır. Bu planın əsas üstünlüyü odur ki, seyrçiyə fikrini cəmləmək, ekranda 

baş verənləri düşünmək imkanı yaradır. Yəni seyrçinin diqqətini özündə cəm­

ləş dirməklə,  xırda  detallara  yayınmasının  qarşısını  alır.  Yaxşı  qurulmuş  və 

mon taj  edilmiş  proqram  iri  və  ümumi  planların  bir­birini  əvəzləyən  sırası 

deməkdir. Hər bir plan məhz öz funksiyasını yerinə yetirmək üçün çox diqqətlə 

seçilir. Bu funk siya nədir? Olayın harda baş verdiyini auditoriyaya göstərmək, 

məhz  nəyin  baş  verdiyini  bildirmək,  olayın  mahiyyətini  seyrçilərə  anlatmaq, 

bütün xırdalıq və detalları görmək imkanı yaratmaq.

1.  Detal (ayrıntı, incəlik). Lap iri plan (LİP) görüntünün bir detalını ayırır.

2.  Üz. Çox iri plan (ÇİP) – alnın ortasından üz görünür.

3.  Baş. Portret planı (PP) – kadrda bütövlükdə baş görünür.

4.  İri plan (İP) – kadrda baş və çiyinlər görünür.

5.  Orta­iri plan (OİP) – kadrda insan fiqurunun sinənin üst yarısınadək gö rü nür.

6.  Birinci plan (1P) – bu elə orta plandır ki, kadrda insan fiquru qurşağadək 

görünür.


Şəkil 22.


23

7.  Orta  plan  (OP)  –  insan  fiquru  dizlərinədək  görünür  (bu  planı  ¾  plan  da 

adlandırırlar).

8.  Orta­ümumi plan (OÜP) – kadrın yuxarısında və aşağısında azacıq boşluq 

olmaqla, insan fiquru bütövlükdə görünür.

9.  Ümumi  plan  (ÜP)  –  kadrda  insan  fiquru  ekranın  hündürlüyünün  ¾­dən 

½­dək məsafəsində görünür.

10.  Uzaq plan (UP) – insan fiquru ekranın hündürlüyünün yarısından az öl­

çüdə yer tutur.

İnsan  fiqurunun  hansı 

his  səsinin ekranda yerləş mə ­

sindən  asılı  olaraq  çəkil miş 

planları və ya kadrlar bu şə­

kildə bölünür (şəkil 23).



§5. Nələr ekrana düşür

Deyilən planların nə dərəcədə dolğun əks etdirilməsi:

• kameranın vəziyyətindən;

• kamera ilə çəkiliş obyekti arasındakı məsafədən;

• kameranın görüntü bucağından (görüm sahəsindən) asılıdır.

Kamera  obyektivinin  görüm  sahəsi  (görüntü  bucağı)  fokus  məsafəsindən 

asılı  olaraq  dəyişir.  “Zoom”  tipli  obyektiv  (transfokator)  öz  diapazonu  da xi­

lində istənilən fokus məsafəsində qoyula bilər. 6:1, 8:1­dən 18:1­dəkdir. An caq 

44:1  və  daha  böyük  nisbətlərə  də  rast  gəlinir.  Bəzi  böyük  transfokatorların 

taxmaları da olur. Bu, fokus məsafəni daha da artırmağa imkan yaradır. Taxma 

obyektivlərdən o vaxt istifadə edilir ki, obyektivin diapazonundan daha böyük 

olan fokus məsafəsi gərək olur. Adətən taxmalar fokus məsafəsini ikiqat artırır. 

Ancaq bu zaman obyektivin işıq gücü zəiflədiyindən görüntü pisləşir. Ob yek­

tivin maksimum və ya minimum görüm bucağının dəyişdirilməsinin daha bir 

üsulu  əlavə  obyektivdən  (telekonvertordan)  faydalanmaq  yoludur.  1,5­lik  

Şəkil 23. İnsan fiqurunun çəkilişi




24

te lekonvertor  6:1­lik  obyektiv  9:1  sisteminə  çevirə  bilir.  Bəzən  genişbucaqlı  

əlavə obyektiv obyektivin görüm sahəsini genişləndirməyə imkan yaradır. Bun­

dan  başqa,  uzlaşdırıcılar  (adaptorlar)  vasitəsilə  də  fokus  məsafəni  ikiqat  ar­

tırmaq imkanı var. Uzlaşdırıcı kamera ilə əsas obyektiv arasında bərkidilir. Bu 

yaxşı nəticə verir, ancaq transfokatorla hər hansı detalı iri planda göstərdikdə, 

görüntü bucağı lap kiçik olur.

Obyektivin fokus məsafəsini artırmağa imkan verən bu üsullardan hər biri­

nin öz çatışmazlığı var. Ancaq hər halda, kameramızı imkan diapazonu xeyli 

ge nişlənir.

Sonuncu bir incəlik: bilirsiniz ki, öz obyektivinizi fotoaparatın obyektivi ilə 

də dəyişə bilərsiniz. Sadəcə, fokus məsafəsi bəlli və daha uyğun obyektiv seç­

mək lazımdır.

Görüntü bucaqları müxtəlif olan obyektivlərdən istifadə

Obyektivin “normal” və ya “adi” adlanan bucağı təbii dərinlikdə, məsafədə 

və nisbətdə görüntü almağa imkan verir. Bu görüntü bucağı 20 dərəcə ilə 28 

də rəcə arasında olur.

Obyektiv görüntü bucağı (uzun fokus məsafəsi) mənzərənin teleskopik gö­

rün tülərini verir. Bu bucaq iriləndikcə, sanki yaxınlaşan mümkün gö rün tü nün 

nis bətən seyrək seqmentini əks etdirir (şəkil 24).

Kameranı  obyektə 

ya  xınlaşdıra  bil mə di yi ­

niz  və  ya  yaxın laş dır­

maq  istəmə diyi niz  za ­

man iti görüntü bu ca ğı­

nın üstünlükləri çox  dur. 

Ancaq bu za man yana­

kı effektlər  də  ya ranır: 

tez­tez  ob yekt lər  bir­

bi ri nə  “qa rı şır”,  mə  kan 

sıxılır, kadrın dərinliyi azalır. Hərəkətin əks etdirilməsində də problem yaranır: 

əgər obyekt iri görüntü bucağı olan obyektivlə çəkilibsə, ən sürətli hərəkət belə 

müəmmalı şəkildə yavaşıyır. Bu yavaşıma obyektin ka me raya ya xınlaşması və 

ya uzaqlaşması zamanı xüsusən nəzərə çarpır.

Özünüz də tezliklə görəcəksiniz ki, böyük fokus məsafəsini çəkərkən ka me­

ranı tam hərəkətsiz saxlamaq necə mürəkkəbdir. Çünki itibucaq altında çəkər­

kən, kameranı zəif titrəyişi belə diqqəti çəkir və görüntü atlanıb­düşməyə baş­

layır (kameranı möhkəm dayaq üzərində bərkidin, ştativdən faydalanın və s.).

Obyektivin  fokus  məsafəsini  dəyişməklə  onun  görüm  sahəsinin,  görüntü 

bucağın dəyişdiyinizi unutmayın. Fokus məsafəsini 3 dəfə artırmaqla siz, gö­

Şəkil 24.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə