Video cekilish texnologiyasi cdr


§4. Kinematoqrafiya və kino cəkilişi



Yüklə 0,99 Mb.
səhifə4/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   2   3   4   5   6   7   8   9   ...   44

11

Kinematoqrafiya_və_kino_cəkilişi'>§4. Kinematoqrafiya və kino cəkilişi

Kinofilmlərin istehsalını və nümayişini təşkil edən mədəniyyət və iqtisa diy­

yat  sahəsi  kinematoqrafiya  adlanır.  Kinematoqrafiya  incəsənətin  ən  kütləvi 

növü olmaqla, elmi və siyasi təbliğatın mühüm vasitəsidir. 



Kinematoqraf – hərəkət edən obyektlərin şəklini lentə çəkiliş qaydası və 

ekranda  nümayişini  təsvir  edən  qurğular  və  üsullar  kompleksidir.  “Kine ma­

toqraf” termini ilk dəfə fransız variantında Lümer qardaşlarının işləyib ha zır­

ladıqları  və  filmin  yaradılması,  göstərilməsi  sistemi  mənasını  verən  sine­



matoqraf  şəklində üzə çıxmışdır.

Kinokadrlarda  təsvirin  nisbi  miqyası,  obyektlərin  təsvirlərinin  miqyasına 

gö rə təsnifatı kinematoqrafik planlardır. Rejissor kinematoqrafik plan seçməklə 

epizodun,  yaxud  ssenari  parçasının  izahını  verir,  eləcə  də  hadisələrin  ritmini 

formalaşdırır. Hər bir kinofilm həm də ayrı­ayrı müstəqil səhnələrdən ibarətdir. 

Onların növbələşməsi isə çəkiliş və montaj proseslərində müəyyən, kifayət qə­

dər sadə qaydalara tabedir. 

Kinematoqrafik plan elə bir məntiqi ardıcıllıqla çəkilməlidir ki, hər bir epi­

zod, yaxud növbələnmiş planlar ideyanı, fikri aydın şəkildə davam etdirsin. 

Kino – kino sənətinin, kinematoqrafiyanın və ya kinoteatrın ixtisar olunmuş 

şəkildə geniş yayılmış adıdır. 

Filmin ssenarisi

Hər hansı filmi çəkərkən həmin filmin əvvəlcədən yazılmış ssenarisi olma­

lıdır. Bu ssenari müəyyən ideya əsasında yazılmalıdır. Filmdə nə isə mühüm, 

maraqlı,  həyəcanlandıran  anlar  aydın,  başa  düşülən  göstərilməlidir.  Belə  ma­

raq lı filmlər həm tamaşaçı tərəfindən maraqla izlənilir, həm də filmi çəkəni razı 

sa lır. 


Filmlər  müxtəlif  janrlarda  ola  bilər:  drama,  melodrama,  dəhşətli,  mistik, 

fan tastik, döyüş filmləri, triller, komediya və s.



a)  Dramatizm  film  və  tamaşaçılarda  hadisələrin  dramaya  xas  olan  gər­

ginliyi,  dinamiklik,  faciəvilik,  estetik  kateqoriya,  insan  həyatının  zid diy­

yətlərini  və  münaqişələrini,  insanın  onu  əhatə  edən  ictimai  və  təbii  mühitlə 

qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir. Dramatizmin əsasını insan 

davranışlarının,  ideyalarının,  səylərinin,  ehtiraslarının  dramatik  münaqişəsi 

(kon flikt) təşkil edir. 



b)  Fantaziya  sərbəst  formalı  improvizasiya  səciyyəli  əsərdir.  Fantaziya 

bə dii  təxəyyülə  əsaslanır.  Bədii  təxəyyül  –  keçmiş  duyğuların,  qavrayışların, 

təsəvvürlərin, hisslərin, təəssüratların xəyalda, xatirədə bərpa edilməsi və şüur­

lu surətdə yenidən işlənib hazırlanması əsasında bədii obrazlar yaratmaq ba ca­

rı ğı, həmin obrazları yaratmaq prosesi.



12

c)  Qorxulu filmlər dünya kinematoqrafiyasının istehsal etdiyi, tematik cə­

hət dən geniş və rəngarəng filmlərdir. Qorxulu filmlər əsrarəngiz, anormal, xa­

riqüladə  təzahürləri  təsvir  edir  və  tamaşaçılarda  qorxu,  təlaş  duyğuları  oyat­

mağa xidmət göstərir. Tənqidi ədəbiyyatda bu səpkili kino məhsulları fan tas­

tikaya aid edilir.

ç)  Macəra  filmi  daha  çox  tamaşaçıların  əylənməsi  üçün  çəkilən  kəskin 

süjetli, qeyri­adi hadisələrdən və qəhrəmanların sərgüzəştlərindən bəhs edir. 



Kinoçəkiliş

Kinoçəkmə filmin yaradılmasında ən mühüm mərhələ olub, bədii yaradıcı 

və  eyni  zamanda  istehsal  texniki  proseslərin  mənimsənilməsindən  ibarətdir. 

Son nəticədə kinematoqrafik təsvirin alındığı yaradıcılıq prosesi – kinoçəkiliş 

prosesidir.  Kinoçəkiliş  prosesində  bütün  texniki  imkanlar  təsviri  düşüncənin 

yerinə yetirilməsinə xidmət etməlidir. Kinofilmlər əsasən kinoçəkiliş aparatları 

ilə  çəkilir.  Bəzi  hallarda  videokameralarla  da  çəkilir.  Çəkiliş  şəraitinin  xa­

rakterinə  uyğun  olaraq  kinoçəkmənin  bu  növləri  var:  pavilyonda  kinoçəkmə, 

kinostudiyadankənar  (interyerlərdə)  kinoçəkmə,  naturadan  kinoçəkmə  imka­

nın dan  asılı  olaraq  kinoçəkmədə  işıqlanma  məsələlərinə  xüsusi  önəm  ve rilir. 

Tex noloji cəhətdən kinoçəkmə sinxron (eyni vaxtda səs yazılır) və “səssiz” (qa­

baqcadan və ya sonradan səsləndirmə də ola bilər) olmaqla iki qrupa bö lünür.

Ümumiyyətlə, kinofilm – vahid süjetlə bağlı olan, çəkilmiş obyektin ardı cıl 

mərhələlərinin  kadrları  toplusundan  ibarət  kinematoqrafiya  əsəridir.  Ki nokadr 

ki nofilmin bir səhnəsinin yazıldığı ayrıca epizoddur.

Kadrın ayrı­ayrı elementlərinin vahid bədii tamda ahəngdar şəkildə bir ləş­

dirilməsi kino kadrının kompozisiyası adlanır. O, həmin vahid tamda konkret 

gö rüntü formasında kadrın məzmununu verir. Xətti düzüm, işıq, tonun seçil mə­

si,  çəkilişin  məna  və  görüntü  mərkəzinin  yerləşdirilməsi,  xətti  və  ton  pers­

pektivindən istifadə – təsviri kompozisiyanın bütün bu əsas elementləri onların 

qarşılıqlı məna əlaqəsində birləşdirilir və istifadə olunur, eyni zamanda bunlar 

kadrın ideyasının daha tam, daha dərindən açılmasına kömək edir. 

Filmin xüsusi əhəmiyyət daşıyan dramaturji komponenti, ekran əsərinə ob­

raz lılıq  gətirən  ifadə  vasitələrindən  biri  də  kinomusiqidir.  Kinoda  tətbiqi 

səciyyə daşıyan musiqi plastik obrazı emosional cəhətdən ümumiləşdirir, onun 

əsas  mövzularını  üzə  çıxarır,  onlara  dərin  obrazlılıq  əlaməti  verir.  Musiqinin 

filmdəki  vəziyyətləri  çoxcəhətlidir:  a)  sosial­tarixi  mühiti  təsvir  edir;  b)  milli 

kolorit yaradır; c) filmin müəllif ideyasını ümumiləşdirilmiş şəkildə ifadə edir; 

ç) ayrı­ayrı epizodların atmosferini yaradır; d) dinamik münaqişədə mübarizə 

aparan  qüvvələrin  toqquşmasını  üzə  çıxarır;  e)  qəhrəmanlarla  müəllifin  mü­

nasibətini bildirir, onların daxili aləmini açır, hadisələrin gedişini temp­ritmik 

cəhətdən təşkil edir; ə) filmin bədii zamanını və məkanını xüsusi şəkildə təşkil 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə