Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə5/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   2   3   4   5   6   7   8   9   ...   44

13

edir. Kino musiqisinə solo­instrumental nömrələr, vokal, simfonik əsərlər, xalq 

və peşəkar musiqi daxildir. Filmin musiqi kompozisiyası müəllif­rejissor ide­

yası, əsərin janr və üslubi xüsusiyyətləri ilə müəyyənləşir. 

Kino  texnikasının  əsas  texniki  vasitələri  çəkiliş  aparatları,  kino  –  video­

proyektorlar və plyonkalardır. Kino texnikasında həmçinin fotoqrafiya, optika, 

mexanika, işıq texnikası,  elektronika və s. istifadə olunur. 

Adi kinoçəkiliş kino praktikasında ən çox istifadə olunan çəkilişdir. Çə kiliş 

ob yektlərinin  hərəkət  tempinin  ekranda  düzgün  göstərilməsi  baxımından  adi 

kinoçəkilişə  ciddi  tələblər  irəli  sürülür.  Əsas  tələbin  yerinə  yetirilməsi  üçün 

zəruri  şərt  çəkiliş  zamanı  lentin  kinoçəkiliş  aparatında  və  kinoproyeksiya  za­

ma nı proyeksiya aparatında bərabərsürətli hərəkətidir. Adi kinoçəkilişdə xüsusi 

kinoçəkiliş aparatları və ya qeyri­adi dəyişiklik prosesləri tələb olunmur. 



Əldən çəkiliş TV çəkilişin dayaqsız (ştativsiz) aparılmasıdır. Bu halda ope­

rator görüntüləri çiyninə qoyduğu və ya əlində saxladığı kamera ilə çəkir. Əl­

dən çəkiliş üsulu yalnız operativ hadisə süjetlərinin çəkilişi zamanı tətbiq olu­

nur.  Belə  çəkilişdə  operatorun  sərbəst  hərəkəti  təmin  olunur  (çəkilişə  gərəkli 

yer tapmaq üçün bir nöqtədən digərinə yerini dəyişmək). Bu zaman kameranı 

əldə  möhkəm  saxlamağı  öyrənmək  lazımdır.  Kameranı  əsdirmək,  əymək 

olmaz.

Dayaqdan (ştativdən) istifadə etməklə çəkiliş – ştativdən istifadə edərkən 

aşağıdakı qaydalara əməl olunmalıdır: 

1)  Ştativin  ayaqlarını  açdıqda  üç  ayaqdan  birini  digərlərindən  3­5  sm  artıq 

açmaq lazımdır. Həmin uzun ayaq öndə, digərləri isə operatora tərəf dur­

malıdır. 

2)  Ştativi çəkiliş üçün ayrılmış yerdə qurun. Dərhal çəkiliş aparatını ştativin 

üzərində horizontal vəziyyətdə yerləşdirib  bərkidin. 

3)  Çəkiliş aparatının düzgün qurulmasını yoxlayın.



Hərəkətli kinoçəkiliş eyni çəkiliş daxilində (zamanında) kameranın müx­

təlif yerdəyişmələridir. İstənilən hərəkətdə olan nəqliyyatın istənilən hərəkətli 

nöqtəsindən (məsələn, avtomobildən, təyyarədən, teploxoddan və s.) çəkilib is­

tehsal olunan kinoçəkiliş hərəkətli kinoçəkilişdir. Hərəkətli çəkiliş zamanı alı­

nan  kadr  filmə  dinamiklik  gətirə  bilir,  əgər  düzgün  düşünülüb,  dəqiq  yerinə 

yetirilibsə.

Hərəkətli  çəkilişdə  iştirakçıları  daha  yaxşı  göstərmək  mümkün  olur,  və­

ziyyəti  geniş  canlandırma  imkanı  verir.  Bu  çəkiliş  prosesi  bir  qədər  mü rək­

kəbdir.  Hərəkət  edən  nəqliyyatda  çəkiliş  zamanı  panoram  etdikdə  kameranı 

bəzən döndərmək, sağa­sola əymək lazım gəlir, həm də fokus məsafəsini dəyiş­

mək  lazım  gəlir  (varioobyektivin  köməyi  ilə).  Bu  işləri  asanlaşdırmaq  üçün 

aşağıdakı qaydalara əməl etmək lazımdır:

1)  nisbətən qısafokuslu obyektiv;



14

2)  imkan daxilində yüksəktezlikli kinoçəkiliş çəkmək lazımdır.



Panoramlı çəkiliş

Panoramlı  kino  –  kinofilmin  çə kil­

məsi və böyükölçülü çökük ekranda nü­

mayiş etdirilməsi üsulu ekrandakı hadi­

sələrə baxarkən ta ma şaçıda həmin ha di­

sənin  canlı  “iştirakçısı”  olması  effekti 

yaranır. Panoramlı kinoda insanın ek ra nı 

ümumi  görmə  bucağı  üfüqi  müs təvidə 

150­170°­yə,  şaquli  müstəvidə  isə  55°­

yə  qədərdir.  Ekranın  sərhədləri  insanın 

aydın  görmə  həddindən  (üfüqi  müs­

təvidə  fərq  40°­yə,  şaquli  müstəvidə 

20°­yə  qədər)  xeyli  kənarda  olduğu 

üçün  ekrandakı  təsvirlərin  qavrama  şə­

ra iti  insanın  real  görmə  şəraitinə  yaxın 

olur (şəkil 9). 



Hərəkət edən obyektin panoramlı 

çəkilişi

Tamaşaçıların baxışlarını hərə kət 

edən  obyektə  çevirmək  üçün  pa no­

ramın  bu  üsulundan  tez­tez  is   ti fadə 

edirlər.  Məsələn,  ötüb­ke çən  av  to­

mobili, uçan təyyarəni, ke  çib­ge dən 

insanları göstərmək üçün pa no ramın 

bu  növündən  isti fa də  olunur.  Hə rə­

kət edən ob yektin panoramlı çəkilişi 

za ma nı nəzərə al maq lazımdır ki, ki­

no aparatı  dön dər məklə  çəkiliş  apar­

maq,  tamaşaçı  tərəfindən  hərəkətin 

Şəkil 9.

Şəkil 10. Dairəvi panoramlı kinoteatr ekranı

Şəkil 11.



15

istiqamətinin təyinində bir sıra yanlışlıq əmələ gətirir. Məsələn, düz yolda ge­

dən avtomobil, panoram zamanı sanki həmin avtomobil çəkiliş aparatına tərəf 

dönür və ya ondan uzaqlaşır. Əksinə, dairəvi hərəkət edən avtomobil elə bil ki, 

düz  yolla  gedir  (şəkli  11).  Panoramın  bu  imkanlarını  bildikdən  sonra  ondan 

istifadə  etməklə  kinokadrın  təəssüratını  gücləndirmək  olar.  Operator  tez­tez 

müşayiət panoramından istifadə edir (məsələn, idmançıların stadionda dai rəvi 

qaçışını, hippodromda at qaçışı yarışlarını, avtomobil yarışlarını və ya müxtəlif 

səh nələrdə insanların hərəkəti). Bu zaman ekranda elə bir səhnə alınır ki, guya 

həmin hərəkət edən obyektlər kinoçəkiliş aparatına paralel hərəkət edirlər. 



İstiqamətini sürətlə dəyişən panoram. Bir obyektdən digərinə keçidin pa­

noramında çox  tez­tez montaj üsulundan  istifadə olunur.  Bu  cür panoram bir 

göz qırpımında çox tez baş verir. 

Bu  zaman  panoram  çəkilişi  başdan  sona  kimi  yaxıntılı  (bulanıq)  olması 

məq sədəuyğundur. 

Qoşulma  panoram.  Bir  neçə  panoramla  yerinə  yetirilmiş  çəkilişləri  bir­

birinə elə qoşmaq mümkündür ki, bununla da ekranda çox uzun montaj edilmiş 

kadr təəssüratını yaratmaq olar. Bu da hər hansı bir hadisəni fasiləsiz göstərir. 

Məsələn,  dağdan  düşən  xizəkçinin  çox  çətin  yolda  saysız­hesabsız  döngələri 

getdiyini, tullanışlarını göstərmək olar. Bunu ayrı­ayrı  hissələrdən montaj et­

məklə  vahid  bir  xizəkçi  kimi  göstərmək  olar.  Bu  zaman  bir  neçə  xizəkçini  

müxtəlif yerlərdə çəkirlər. Bir döngədən digərinə keçidi ya uzaq planda, ya da 

xizəkçinin ağacın arxasına keçməsi anını çəkirlər. 



Panoramın qaydaları:

1.  Panoramlı  çəkilişdən  o  zaman  istifadə  olunur  ki,  tətbiqi  yaradıcılığı  həl­

lində özünü doğrultmuş olsun, çəkiləcək obyektin görüntüsünü yax şı laş dır­

sın, olayın təəssüratını gücləndirsin. 

2.  Geniş sahəli panoramda dəqiq hesablanmış tempi yerinə yetirir.

3.  Əl  ilə  çəkiliş  zamanı  hərəkət  edən  obyektin  panoramında  çəkilişqabağı 

ayağın dabanını çəkiləcək obyektə perpendikulyar qoyun. Panoramın baş­

lanğıcı səmtə bədəni döndərin. Panoramlı çəkiliş zamanı obyektin hə rə kə­

tini izləməklə bədənini həmin səmtə çevirin. 

4.  Panoram müddətində çalışan yaxşı kompozisiyalı kadr ola bilərsiniz. 

5.  Çəkilişi  panoram  etmədən  öncə  başlayın  ki,  panoramdan  öncə  çəkiləcək 

ob yekt kadra girə bilsin. 

6.  Çəkilişin sonunda panoramın tempini yavaşıdıb, obyektin kadrdan çıx ma­

sına imkan verin. 



Müxtəlif şəraitlərdə çəkiliş 

Günəş işığında naturadan çəkiliş. Günəşli gündə yaxşı işıqlandırılmış ob­

yekti çəkərkən vaxtın seçilməsinin böyük əhəmiyyəti var. Aydın havada obyekt 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə