Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə7/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   2   3   4   5   6   7   8   9   10   ...   44

19

Şəkil 17. Kadrların sıxlaşması



Fiqurlu maskaların tətbiqi ilə çəkiliş

Hərdən  filmlərin  çəkilişi  işinin  gedişində  çəkilişi  fiqurlu  maskaların  ar xa­

sından  göstərmək  zərurəti  yaranır.  Bu  müxtəlif  fiqurlar  qara  fonda  olan  ka­

ğızlardan hazırlanır. Məsələn, binokl, teleskop, açar deşiyi, sütunlar, pəncərə, 

yarımaçıq qapı və s. formalarda (şəkil 18).

Həmin  maskalar  obyektivin  qarşısında  30­50  sm  məsafədə  yerləşdirilir. 

Mas ka obyektivdən nə qədər müvafiq olaraq uzaqda yerləşdirilsə, onun kon tur­

ları bir o qədər kəskin alınar.



Maket  kinoçəkilişləri.  Hər 

hansı bir obyektin kiçik nü mu­

nəsi,  modeli,  qurulacaq  de ko­

rasiyanın, studiyanın ümu mi an ­

samblı, həcm­fəza təsviri, çə  kil­

miş obyektin, məsələn, iri həc m­

li  tikilinin,  zavodun,  də mir yol 

qovşağının,  qatarın,  gə mi nin, 

təy yarənin,  avtobusun  və  s. 

kiçildilmiş modeli, müəyyən ki çik öl­

çüdə təsviri maketdir. Müəy yən sə bəb­

lərdən çəkilişin natura ob yek tini lentə 

almaq  mümkün  olma dıqda  ma ket­

lərdən  istifadə  edilir.  Ma ketlər  aşa ğı­

dakı  tələblərə  cavab  ver mə lidir:  on lar 

maksimal  dərəcədə  də qiq,  müm kün 

qədər  çoxdetallı  olma lı,  müəyyən  və 

dəqiq  miqyasda  yerinə  ye tiril mə li dir 

ki, onun maket olması nə zərə çarp ma­

sın. Maketləri çox vaxt kadr da na tura 

çəkilişi ilə birlikdə yerləşdirirlər. 

Şəkil 18. Fiqurlu maskalar

Şəkil 19.



20

Maket  kinoçəkilişi  – 

bi nanın, zavodun tikil məsi­

ni və ya əksinə dağıdıl ma­

sını,  binanın,  avtomo bi lin, 

təy yarənin  yanmasını,  qa­

tar ların  toqquşmasını  və  s. 

Naturada  çəkilməsi  müm­

kün olmayan səhnələri çək­

mək üçün tətbiq edilən çə­

kiliş  üsuludur  (şəkil  20). 

Maketin  təbii  işıq landı rıl­

ma sına  böyük  diqqət  yetirilməlidir.  Maketləri,  adətən,  orta  və  ümumi  planda 

çəkirlər. Çünki iri plan ekranda saxtalığı tez nəzərə çarpdıra bilər. Hava per s­

pektivi  təsəvvürü  alınması  üçün  bəzən  maketin  qarşısında  yüngülcə  kir şan­

lanmış şüşə də qoyulur. Hərəkət edən maketləri yüksək tezliklə çəkmək olar. 

Maket nə qədər kiçik olarsa, kinoçəkilişin tezliyi bir o qədər böyük olar.



Televiziya üçün çəkiliş

Televiziyanın  ekranındakı  təsvirlərə  adi  otaq  işıqlandırılmasında  baxılır. 

Ona görə də ekranda işıqlanma yaranır, təsvirin rəng çaları dəyişir. Həm işıqla 

detallar, həm də kadrın qara yerləri itir. Bundan başqa, televiziya sistemi, rəng 

çalarlarını avtomatik korreksiya etmir və parlaqlığa görə eyni münasibəti yara­

da  bilmir. Televiziya  ekranında  ən  yaxşı  təsvir  orta  boz  çalarda  və  orta  kon­

trastlıqda verilir. Həddən ziyadə işıqlı və ya əksinə, qaranlıq epizodlar çox bö­

yük çalar təhrifləri ilə verilir. 

Adi kinofilmlərdən fərqli olaraq televiziya filmləri azkontrastlı və işığa görə 

çox qara olmalıdır. Pozitiv təsvirlərin minimal optik sıxlığı təxminən 0,4 və ya 

hətta  artıq  olmalıdır  ki,  işıqlı  sahələrdə  təsvir    yaxşı  görünsün.  İnsan  üzünün 

təsvirini optik sıxlığı 0,75 ± 0,15 səviyyəsində olmalıdır. Ən qaranlıq yerlərdə 

maksimal sıxlıq 2,0­dan çox olmamalıdır. Çalışmaq lazımdır ki, ardıcıl gedən 

kadrların çalarları eyni olsun. Televiziya üçün çəkilən filmlərdə aşağıdakı qay­

daları gözləmək lazımdır. Yağmurlu havada və yağışdan sonra kinoçəkiliş za­

manı müxtəlif əşyaların üstlərinin işıqlanma intervalı xeyli artır. Eyni za manda 

təsvirə yaraşıq verir. Yağış damlalarını daha yaxşı göstərmək üçün qarşı plan 

kontur (əks) işıqlanmadan istifadə olunur. 



Makroçəkiliş

Kiçikölçülü  obyektlərin  böyük  miqyasda  çəkilməsi  makroçəkiliş  adlanır. 

Yadımıza salaq ki, təsvir ilə həmin təsvirdəki predmetin həqiqi ölçüləri ara sın­

da nisbət fərqi nəzərə çarpır. Makroçəkilişdə miqyas 1:10 və daha çox ola bilər.

Şəkil 20.



21

Yaxında  yerləşən  obyektivin  təsvirinin  fokuslanması  üçün  obyektivi  çox 

irəli  çəkmək  tələb  olunur.  Obyektivin  fokus  məsafəsinin  təyini  üçün  təsvirin 

miq yasına mütənasib (uyğun) artması asılılığı aşağıdakı kimi təyin edilir. 



f ´= f (m+1)

Burada f ´ – fokus məsafəsinin qoşulması (sonrakı)



f  – əsas fokus məsafəsi

m – təsvirin miqyasıdır. 

Obyektivin qoşulma fokus məsafəsi artdığına görə işığın gücü azalır. Mak­

roçəkilişdə görüntünün miqyasının artırılması zamanı çətinliklər yaranır. Belə 

ki, diafraqmanı çox irəli çəkdikdə görüntünün ümumi dəqiqliyi pisləşir. 

Adi  kino  obyektivlərdə  korreksiya  uzaqda  yerləşən  əşyaların  (canlı  və  ya 

cansız) təsvirlərinin fokuslanması üçün hesablanıb, 1:1 nisbətində böyük təsvir 

almaq üçün, yəni qoşulma fokus məsafəsi obyektivlə çəkiləcək obyekt arasında 

məsafədən  çox  olan  halda  çəkiliş  aparatının  obyektivini  tərsinə  çevirmək  la­

zımdır  (yəni  arxa  tərəfini  qabağa  qoymaq  lazımdır).  Makroçəkilişdə  obyekt 

obyektivə çox yaxın yerləşir. Burada çəkilən obyektin elementar nöqtələrindən 

gələn işıq şüaları konusvari formada olur, bu da obyektivin bəbəyinin (gö zü­

nün) əsasını təşkil edir. Bu zaman işıq gücünün effektivliyi ancaq yarığa nə zə­

rən deyil, həm də obyektivin gözünün miqyasından da asılı olur.

Müasir  genişbucaqlı  obyektivlərin  deşiyinin  miqyası  1,5­ə  çatır.  Bəbəyin 

diametrini millimetrlərlə ölçmək olar. 

Makroçəkiliş zamanı obyektin 

işıqlandırılması

Makroçəkilişdə  –  çəkiləcək  ob­

yekt  ilə  obyektiv  arasındakı  məsafə 

az  olduğundan  adi  çəkilişlərə  nəzə­

rən  bu  çəkilişin  işıqlandırılması  bir 

qədər çətinlik törədir. Adi çəkilişdəki 

işıqlanmadan  daha  yüksək  səviyyəli 

işıqlanma  bu  çəkilişi  tələb  edir.  Bu 

çə kilişdə yarımşəffaf güzgülərdən də 

istifadə edilir.

Şəkil 21.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə