Video cekilish texnologiyasi cdr



Yüklə 0,99 Mb.
səhifə39/44
tarix25.06.2018
ölçüsü0,99 Mb.
#51763
1   ...   36   37   38   39   40   41   42   43   44

108

dəyişirik.  Hərçənd,  həmin  prinsipə  dəqiq  əməl  etməliyiksə,  uzaq  plandan  iri 

plana keçəndə səs perspektivini də dəyişmək lazımdır. 

Studiyadankənar  çəkilişlərdə  səs  perspektivi  tez­tez  pozulur.  Bu  ona  görə 

baş verir ki, vizual baxımdan çəkiliş obyektinədək olan məsafəni dəyişsək də 

(tu talım, transfokatorun köməyilə obyekti yekəldək), mikrofonun qeydə aldığı 

akustik  perspektivi  əvvəlki  ölçüdə  saxlayırıq.  Xüsusən,  stasionar,  yaxud  ka­

merada gömülmə mikrofon olanda. Çox iri plan ümumi plandan kəskin fərq­

lənir və akustik perspektiv qaydasına ciddi əməl etsəydik, səs də dəyiş məliydi. 

Ancaq bu, baş vermir, çünki mikrofonun harada – kamerada və ya səs qay na­

ğında nisbətdə götürdüyümüz vəziyyəti əvvəlki kimi qalır. 

Çəkiliş obyektinin kameraya nisbətdə yerini dəyişdiyi halda, görüntü ilə səs 

arasındakı münasibətlərdə başqa bir çətinlik ortaya çıxa bilər. Tələbələrin çək­

diyi filmdən sevdiyimiz bir misalı göstərək. Planların birində dar meşə yolu ilə 

üzübəri  kameraya  tərəf  hərəkət  edən  avtomobil  çəkilmişdi.  Öncə  avtomobili 

çox uzaqda görürük, güclə sezilir. Onun motorunun səsi də, buna uyğun olaraq, 

güclə eşidilir. Sonra operator transfokatorun köməyilə görüntünü gücləndirir və 

avtomobil bütün ekranı tutur. Əslində isə, avtomobil hələ də uzaqdadır və hə­

min  səbəbdən  motorunun  uğultusunu  da  əvvəlki  kimi  güclə  eşidirik.  Daha 

sonra  operator  kameranı  boş  yola  yönəldir,  sanki  avtomobil  artıq  ötüb­keçib. 

Bir müddət ekranda həmin boş yolu görürük və əslində kadr arxasında qalan 

maşın  kameraya  yaxınlaşmaqda  davam  edir.  Bir­iki  saniyədən  sonra  maşın, 

doğ rudan da, kameraya olan yeri ötüb­keçir. İndi motorun səsini tam gücü ilə 

eşidirik, halbuki bu səsi avtomobilin görüntüsü bütün ekranı tutanda eşit mə liy­

dik.  Videosıranın  perspektivi  akustik  perspektivdən  qoparılıb  ayrıl dı ğın dan, 

sanki səs görüntünü təqib edərək, ona çatmaq istəyirdi. Əslində isə mo to run sə­

si avtomobili müşayiət etməliydi. 

Səsin iştirakı

Yaxından və uzaqdan gələn səslər bir­birindən fərqlənir. Akustik pers pek­

tivdən bəhs edərkən, xatırlatmışdıq ki, həmin səslər, hər şeydən öncə, yük sək­

lik dərəcələrinə görə müxtəlifdir. Bundan başqa, onlar keyfiyyətcə də fərq lənir . 

Səslənmə  keyfiyyətindəki  bu  fərqə  iştirak  effekti  deyilir  (“bulunma  effekti”, 

“ordalıq effekti” kimi də işlənir). Yaxın səs, sadəcə, yüksək eşidilir, həm də ya­

xından gəlir. Mikrofonlar lap yaxınlıqdan və məsafədən yazdıqları səsləri müx­

təlif cür qeydə alır. Bilavasitə səs qaynağının yaxınlığında mikrofonlar oberton, 

yəni  əsasən  səsə  xüsusi  rəng  verən  əlavə  tonların  və  səs  çalarlarının  geniş 

spektrini qəbul edir, məsafədən yazılanda isə həmin spektr mikrofona düşmür. 

Akustik iştirak effektinə səsi yaxın məsafədən yazmaqla nail olmaq müm­

kündür.  Bilavasitə  dodaqların  önündə  tutulan  əl  mikrofonu,  danışan  adamın 

ağzından,  az  qala,  yarımmetr  məsafədə  həmin  adamın  pencəyinə  bərkidilmiş 



109

“ilgək” mikrofondan daha böyük iştirak effekti yaradır. “İlgək” mikrofonsa, öz 

növbəsində,  beş  metr  uzaqlıqdan  adama  tuşlanmış  “lülə”  mikrofondan  daha 

parlaq  ifadə  edilmiş  iştirak  effekti  almağa  imkan  verir.  Teleproqramların  ço­

xun da  iri  planlar  geniş  istifadə  olunduğu  üçün,  insan  səsinin  yazılması  mak­

simum  iştirak  effekti  yaratmalıdır.  Bu  vacib  keyfiyyət  danışan  adamın  ka me­

raya və deməli, həm də seyrçiyə yaxınlığını vurğulayır. 

Proqramın səs hissələrinin qurulması

Səsin yüksək qeydəalınma keyfiyyətini təmin etməkdən ötrü mikrofonların 

tipi və qurulması ilə bağlı bir sıra texniki qərar qəbul etmək vacibdir, proq ram­

ların tipinə və səs tərtibatına, quruluşuna aid bir çox strateji qərarlar da qə bul 

edilməlidir.

Şərhçi ilə, yoxsa şərhsiz?

Hər  hansı  tipə  aid  sənədləri  və  ya  xəbər  proqramını  hazırlayarkən,  səs 

tərtibatının  strategiyasını  müəyyənləşdirmək    baxımından  çözülməli  başlıca 

məsələ  –  həmin  proqramda  şərhçinin  və  ya  aparıcının  iştirak  edib­etməməsi 

məsələsidir.  Bəzi  sənədli  film  ustaları  ona  üstünlük  verirlər  ki,  hər  şey  gös­

tərilən  materialın  özündən  aydın  olsun,  yəni  öz  proqramlarında  şərhdən  fay­

dalanmağı sevmirlər. Şərhdən istifadə edib­edilməməsi, nəticə etibarilə hər bir 

ayrıca halda şəxsi zövq və məqsədəuyğunluq məsələsidir. 

Şərh  xeyli  faydalı  funksiyaları  yerinə  yetirir.  Məsələn,  ekspozisiya  funk­

siyasını şərhçi ekranda baş verənlər barədə zəruri təfərrüatı seyrçiyə çox tezcə 

çatdırmağa  qadirdir.  Əks  halda,  seyrçilər  proqram  iştirakçılarının  dağınıq  və 

adda­budda qeydlərindən həmin məlumatı çıxarmaq üçün özlərini çox yormalı 

olacaqlar. Şərhin köməyi ilə ekranda müzakirə edilən texniki və ya elmi prob­

lemlərin mahiyyətini də tez və anlaşıqlı şəkildə açıqlamaq mümkündür. Təəs­

süf ki, mütəxəssislər öz sahələrindən söz açanda, çox vaxt hədsiz qəliz, ya da 

son dərəcə geniş və uzun­uzadı danışırlar. Şərh proqramın ayrı­ayrı fraqment lə­

rinin bütöv halında birləşdirmək üçün çoxsəcərəli yoldur və nəhayət, şərhin kö­

məyi ilə proqram iştirakçılarının seyrçilərə tanıtmaq xeyli əlverişlidir. Bu, bir 

qayda olaraq, seyrçinin subtitr oxumağa məcbur etməkdən daha rahat yo lu dur.

Kadr, yoxsa kadr arxasında?

Müsahibəyə  əsaslanan  bir  proqram  hazırlamaq  istəyirsinizsə,  lap  əv vəl­

cədən həmin proqramda müxbir suallardan istifadə edib­etməyəcəyiniz də qiq­

ləşdirməlisiniz.  İstifadə  edəcəksinizsə,  sizə  mikrofon  gərək  olacaq.  Ancaq 

bundan  başqa daha bir məsələni də həll etməlisiniz – suallar kadrda veriləcək, 

yoxsa kadr arxasında?




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə