Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə404/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   400   401   402   403   404   405   406   407   ...   412

Burası da vardı ki, Mariusla Kozetta bir neçə gündü Parisdən getmiĢdilər. Onlar Verona 

getmiĢdilər. Marius Kozettanı atasının qəbri üstünə aparmıĢdı. 

Marius yavaĢ-yavaĢ Kozettanın fikrini Jan Valjandan yayındırırdı. Kozetta buna müqavimət 

göstərmirdi. 

Müəyyən hallarda uĢaqların bəzi hərəkətlərinə çox amansızcasına qiymət verir, onu nankorluq 

adlandırırlar, lakin onların bu nankorluğu həmiĢə belə amansız məzəmmətə layiq 

görülməməlidir. Bu, təbiətin nankorluğudur. Təbiət, – biz bunu baĢqa bir yerdə də demiĢdik, – 

―qabağa baxır‖. Təbiət canlı məxluqatı gələnlər və gedənlər adı altında iki yerə bölür. Gedənlər 

zülmətə, yeni gələnlər iĢığa doğru üz çevirir. Qoca ilə cavan arasındakı soyuqluq da buradan 

əmələ gəlir: bu, qocalar üçün facianə, cavanlar üçün zəruri bir haldır. Bu soyuqluq əvvəl hiss 

olunmasa da, yavaĢ-yavaĢ artır və ağac budağının böyüməsinə bənzəyir. Budaqlar ağac 

gövdəsinin üstündə qalsa da, ondan get-gedə uzaqlaĢır. Bu, budaqların təqsiri deyil. Cavanlıq 

sevincə, Ģənliyə, iĢığa, sevgiyə doğru can atır. Qocalıq həyatın sonuna doğru irəliləyir. Qocalıqla 

cavanlıq bir-birini gözdən itirmir, lakin onlar daha bir-birindən ayrılmıĢdır. Cavanlarda həyat 

laqeydliyi, qocalarda qəbir laqeydliyi vardır. Gəlin bu yazıq uĢaqları müqəssir hesab etməyək. 

 

 



ĠKĠNCĠ FƏSĠL. 

 

Yağı qurtaran çırağın son iĢığı. 



 

BĠr gün Jan Valjan pilləkəndən aĢağı düĢdü, küçədə bir neçə addım atdı, sonra tumbanın üstündə 

oturdu; bu həmin tumba idi ki, QavroĢ iyunun 5-də axĢam onu burada oturmuĢ, fikrə dalmıĢ 

görmüĢdü. Jan Valjan tumbanın üstündə bir az oturduqdan sonra yenə öz otağına getdi. Bu, 

kəfgirin son hərəkəti idi. Səhər o, otaqdan çıxmadı. Ertəsi gün yataqdan qalxmadı. 

Dalandar arvadı ona səhər yeməyi üçün bir az kələm, ya bir-iki kartof hazırlayır, üstündə də yağ 

verirdi. Bir səhər o gəlib Jan Valjanın saxsı boĢqabına baxaraq həyəcanla dedi: 

– Əzizim, siz heç dünən qoyulan yeməyi yeməmisiniz! 

Jan Valjan: 

– YemiĢəm, – deyə etiraz etdi. 

– BoĢqab elə dolu qalıb ki! 

– Su qabına baxın. BomboĢdur. 

– Bu o deməkdir ki, siz suyu içmisiniz, amma yeməyi yeməmisiniz. 

– Nə eləyim axı, mən ancaq içmək istəyirdim. 

– Buna susmaq deyirlər, əgər bu zaman bir Ģey yemək istəmirsinizsə, buna isitmə deyirlər. 

– Sabah yeyərəm. 

– Bəlkə, troitsa günü yediniz? Bu gün niyə yemirsiniz? Heç deyərlər ki, ―Sabah yeyərəm?‖ Heç 

elə Ģey olar ki, mənim biĢirdiyim xörəyə əl vurmayasınız?! Özü də necə ləzzətli xörəkdir! 

Jan Valjan qarının əlindən tutub mehribanlıqla dedi: 

– Söz verirəm ki, yeyərəm. 

Dalandar arvadı: 

– Mən sizdən narazıyam, – dedi. 

Jan Valjan bu rəhmdil qadından baĢqa heç kəsi görmürdü. Parisdə elə küçə var ki, oradan heç 

kəs keçmir, elə ev var ki, ora heç kəs ayaq basmır. Jan Valjan belə küçələrdən və belə evlərdən 

birində yaĢayırdı. 

Jan Valjan, hələ gəzən vaxtlar, mis satan alverçidən bir neçə sua Ġsanın çarmıxa çəkilmiĢ xırdaca 

Ģəklini alıb, çarpayısının qabaq tərəfində mıxdan asmıĢdı. Adam bu xaçı öz qarĢısında görəndə 

həmiĢə təsəlli tapır. 

Bir həftə keçdi, Jan Valjan otaqda bircə addım da atmırdı. O, hələ yatağı tərk etməmiĢdi. 

Dalandar arvadı ərinə deyirdi: 




– Yuxarıdakı qoca daha yataqdan dura bilmir, heç nə yemir, o çox qala bilməyəcək. Görünür, 

onun bir dərdi var. Onun qızı yaxĢı adama ərə getməyib – heç kəs bu fikri mənim baĢımdan 

çıxara bilməz. 

KiĢi olduğu üçün öz üstünlüyünü tamamilə dərk edən dalandar dedi: 

– Əgər o, dövlətlidirsə, qoy həkim çağırsın. Əgər kasıbdırsa, qoy elə belə keçinsin. Əgər həkim 

çağırmasa, onda öləcək. 

– Çağırsa necə? 

– Onda da öləcək. 

Dalandar arvadı, ―mənim səkim‖ dediyi sal daĢlar arasından çıxan otu paslı bıçaqla qoparmağa 

baĢladı. O, otları qopara-qopara mızıldanırdı: 

– Adamın yazığı gəlir. Elə səliqəli qocadır! Cücə kimi ağappaqdır. 

Birdən küçənin o baĢında həkimi gördü, bu qərara gəldi ki, xəstəyə baĢ çəkməyi özü ondan xahiĢ 

eləsin. Məhəllə camaatını bu həkim müalicə edirdi. 

Həkimə: 


– Üçüncü mərtəbədədir, – dedi. – BirbaĢa yanına gedə bilərsiniz. Açar həmiĢə qapının üstündə 

olur. Yazıq daha yataqdan qalxa bilmir. 

Həkim Jan Valjanın yanına getdi, onunla danıĢdı. 

AĢağı düĢəndə dalandar arvadı sorğu-suala baĢladı: 

– Həkim, necədi? 

– Sizin xəstənin halı çox pisdir. 

– Ona nə olub? 

– Hər Ģey və heç Ģey. Aydın görünür ki, onun ən çox istədiyi bir adam əlindən çıxıb. Adam 

bundan ölür. 

– O özü sənə dedi? 

– Dedi ki, özümü yaxĢı hiss eləyirəm. 

– Həkim, siz yenə də gələcəksiniz? 

Həkim: 

– Bəli, gələcəyəm, – dedi. Ancaq onun yanına mən yox, baĢqa bir adam gəlməlidir. 



 

 

ÜÇÜNCÜ FƏSĠL. 



 

FoĢlevanın arabasını qaldıran adama 

qələm ağırlıq eləyir. 

 

AxĢam Jan Valjan hiss etdi ki, dirsəyi üstə qalxmağa çətinlik çəkir; biləyinə toxundu, nəbzini 



hiss etmədi. O, tez-tez qırıq-qırıq nəfəs alırdı, bədənində əvvəlkindən daha artıq zəiflik duyurdu. 

Nədənsə bərk narahat olaraq ayaqlarını çarpayıdan güclə aĢağı saldı, geyinməyə baĢladı. Evdən 

bayıra çıxmadığından köhnə iĢ paltarını bütün baĢqa paltarlarından üstün tuturdu. Geyinərkən bir 

neçə dəfə dayanıb nəfəsini dərdi. Gödəkcəsinin qollarını geyərkən o qədər əziyyət çəkdi ki, 

alnını tər basdı. 

Jan Valjan tək qalandan sonra boĢalmıĢ otaqlara mümkün qədər az girmək üçün çarpayısını 

dəhlizə qoymuĢdu. 

O, sandıqçanı açıb Kozettanın uĢaqlıq paltarlarını çıxartdı. 

Bir-bir açıb yatağın üstünə sərdi. 

KeĢiĢin Ģamdanları buxarının üstündə, əvvəlki yerində idi. Qutudan iki Ģam çıxarıb, Ģamdanlara 

qoydu. Yay olduğundan, hava hələ iĢıq idi, lakin o, Ģamları yandırdı. Hava iĢıqkən yandırılan 

Ģamları bəzən ölü olan evdə görmək olar. 

Otaqda yeriyərkən atdığı hər addım onu əldən salırdı, buna görə o tez-tez dayanıb dincəlirdi. Bu, 

qüvvə sərf olunduqdan sonra əmələ gələn adi yorğunluq deyildi, – adi halda sərf olunan qüvvə 

sonra yerinə gəlir. Bunlar onun son hərəkətləri idi; onun həyatı damla-damla axaraq sönür, 

qüvvəsi həmiĢəlik olaraq tükənirdi. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   400   401   402   403   404   405   406   407   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə