Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə407/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   404   405   406   407   408   409   410   411   412

baxdı, – bu nüfuzedici baxıĢa məhkəmə müstəntiqinin özü qibtə edə bilərdi. O, sanki, bu 

naməlum adamı yoxlayırdı. Marius ona cavab olaraq ancaq bunu dedi: 

– Aydın danıĢın. 

Naməlum adam barmaqlarını jiletinin cibinə qoyaraq, belini düzəltmədən, baĢını qaldırdı, o da 

yaĢıl gözlüyün ardından Mariusa diqqətlə baxaraq dedi: 

– Qoy siz deyən olsun, cənab baron. Fikrimi aydın deyim. Mən sizə bir sirr satmaq istəyirəm. 

– Sirr? 

– Bəli. 


– Bu sirr mənə aiddir? 

– Bəli, qismən. 

– Nə sirdir? 

Marius bu adama qulaq asdıqca get-gedə ona daha diqqətlə baxırdı. 

Naməlum adam: 

– Müqəddiməni pulsuz söyləyəcəyəm, – dedi. – Bu, sizi maraqlandıracaq, görərsiniz. 

– Söyləyin. 

– Cənab baron, sizin evinizdə bir nəfər oğru və qatil yaĢayır. 

Marius diksindi: 

– Mənim evimdə? Yox, yaĢamır. 

Naməlum adam dirsəyi ilə Ģlyapasını azca təmizləyərək halını pozmadan dedi: 

– Qatil və oğru. Cənab baron, XahiĢ edirəm nəzərə alın ki, mən qanun qarĢısında uzun illərdən 

bəri cəza çəkməklə təmizlənən, Allah qarĢısında tövbə etməklə bağıĢlanan köhnə, unudulmuĢ, 

keçmiĢ günahları demirəm. Mən lap bu yaxınlarda edilən cinayəti, hələ məhkəməyə məlum 

olmayan iĢləri deyirəm. Sözümə davam edirəm. Bu adam hiyləgərliklə sizin etibarınızı 

qazanmıĢ, baĢqa ad altında ailənizə soxulmuĢdur. Mən bu saat o adamın əsil adını deyərəm. Özü 

də lap pulsuz deyərəm. 

– Mən qulaq asıram. 

– Onun adı Jan Valjandır. 

– Mən bunu bilirəm. 

– Mən onun kim olduğunu da sizə deyərəm, bunu da pulsuz deyərəm. 

– Deyin. 

– KeçmiĢdə o, katorqa dustağı olmuĢdur. 

– Mən bunu bilirəm. 

– Mən bunu sizə söyləmək Ģərəfinə nail olduqdan sonra, yəni indicə bildiniz. 

– Xeyr. Mən bunu əvvəl bilirdim. 

Mariusun səsindəki etinasızlıq, iki dəfə ―mən bunu bilirəm‖ deməsi, verdiyi cavabının qısa və 

qəti olması naməlum adamın qəlbində qəzəb hissi oyatdı. O, Mariusa qeyzli bir nəzər saldı, elə o 

saat da qəzəbini boğdu. Bu baxıĢ nə qədər ani olsa da, Mariusun nəzərindən qaçmadı; belə baxıĢı 

bir dəfə gördükdən sonra daha unutmaq olmaz. Belə bir alov, ancaq alçaq adamların qəlbində 

doğa bilər, onu fikrin pəncərəsi olan göz bəbəyi əks etdirir: gözlük dalında heç bir Ģey gizlətmək 

olmaz, – ĢüĢə ilə cəhənnəmi hasarlamaq olarmı?! 

Naməlum adam gülümsədi: 

– Cənab baron, etiraza cəsarət etmirəm. Hər halda, sizə aydın olmalıdır ki, mənim əlimdə bu 

adam haqqında yaxĢı məlumat var. O Ģeyi ki, mən indi sizə demək istəyirəm, bu, ancaq mənə 

məlumdur. Bu, xanım baronessanın sərvəti haqqındadır. Bu, dəhĢətli bir sirdir. Bu sirr satılır. 

Mən onu hamıdan əvvəl sizə təklif edirəm. Çox ucuz qiymətə, iyirmi min franka. 

Marius: 


– Bu sirr də mənə o biri sirlər kimi məlumdur, – dedi. 

Naməlum adam hiss etdi ki, qiyməti bir az endirmək lazımdır. 

– Cənab baron, on min verin, mən onu sizə açım. 

– Təkrar edirəm: siz mənə yeni bir Ģey deyə bilməyəcəksiniz. Mən sizin demək istədiyinizi 

bilirəm. 

Naməlum adamın gözlərində yenə alov parıldadı. O, səsini ucaltdı: 




– Axı mən gərək bu gün nahar eləyəm! Sizi əmin edirəm ki, bu, dəhĢətli sirdir. Cənab baron, 

mən bunu deyəcəyəm. Budur deyirəm. Mənə iyirmi frank pul verin. 

Marius diqqətlə ona baxdı: 

– Mən sizin ―dəhĢətli‖ sirrinizi də, Jan Valjanın adı kimi, həm də sizin adınız kimi bilirəm. 

– Mənim adımı? 

– Bəli. 


– Cənab baron, mənim adımı bilmək çətin deyil. Mən öz familiyamı sizə bildirmək Ģərəfinə nail 

olmuĢam, məktubda imzam var. Mənim adım budur: Tenar. 

– ...dye. 

– Necə? 


– Tenardye. 

– Bu kimdir? 

Təhlükə üz verəndə oxlu kirpi öz iynələrini dikəldir, peyinqurdu özünü ölülüyə qoyur, köhnə 

qvardiya dördbucaq Ģəklində düzülür, amma bu adam qəhqəhə ilə güldü. 

Sonra sürtukunun qolundakı tozu çırpıb təmizlədi. 

Marius sözünə davam etdi: 

– Siz həm də fəhlə Jondretsiniz, məzhəkə artisti Fabantusunuz, Ģair Janflosunuz, ispaniyalı don 

Alvaressiniz və nəhayət, Balizar xalasınız. 

– Xala? Necə? 

– Sizin Monfermeyldə yeməkxananız vardı. 

– Yeməkxana? Heç vaxt. 

– Bir də deyirəm: siz Tenardyesiniz. 

– Mən bunu inkar edirəm. 

– Siz əclafsınız. Alın! 

Marius cibindən çıxardığı bank biletini naməlum adamın sifətinə çırpdı. 

– TəĢəkkür edirəm! BağıĢlayın, beĢ yüz frank! Cənab baron! 

O, heyrət içində təzim edə-edə bileti qamarlayıb baxdı. 

– BeĢ yüz frank! – O öz-özünə inanmırdı; sonra dili dolaĢa-dolaĢa mızıldandı: – Böyük 

qənimətdir! 

Birdən o ucadan dedi: 

– YaxĢı da, olan olub, keçən keçib! Ġndi gəlin sərbəst nəfəs alaq! 

O, meymun cəldliyi ilə saçını alnından atdı, gözlüyünü götürdü, toyuq lələyindən düzəldilmiĢ 

borucuqları burnundan çıxarıb elə bu saat haradasa gizlətdi (oxucular kitabımızın baĢqa bir 

səhifəsində bu borucuqlarla tanıĢ olmuĢlar), adam Ģlyapasını baĢından necə asanlıqla götürürsə, o 

da öz maskasını elə asanlıqla götürdü. 

Onun gözləri parıldadı, qabarıq alnındakı iyrənc qırıĢıqlar düzəldi, burnu dimdik kimi sivriləĢdi, 

yırtıcı, vəhĢi heyvan sifətini xatırladan hiyləgər sifəti yandan göründü. 

O, əvvəlki tın-tınlıqdan zərrə qədər də əsər qalmayan kəskin bir səslə dedi: 

– Cənab baron çox arif adammıĢ! Mən Tenardyeyəm. 

Bu sözdən sonra donqarlaĢdırılmıĢ belini də düzəltdi. 

Əlbəttə, o, Tenardye idi; o heyrətdən hələ də özünə gələ bilmirdi; o, hətta karıxa bilsəydi, 

karıxardı da. O, Mariusu təəccübləndirməyə gəlmiĢdi, lakin özü təəccüb içində qaldı. Özünü 

alçaltdığı üçün ona beĢ yüz frank verdilər, o da məmnuniyyətlə aldı, lakin bu heç də onun 

ĢaĢqınlığını azaltmadı. 

O, ömründə birinci dəfə idi ki, baron Ponmersini görürdü, – geyimini, sir-sifətini dəyiĢsə də, 

baron Ponpersi onu tanıdı: baron Ponmersi onun bütün sirrinə bələddi. O, ancaq Tenardyeni 

deyil, Jan Valjanı da yaxĢı tanıyırdı. Bu cavan, bu sərt, bu alicənab adam kim idi ki, baĢqalarının 

adını, hətta bütün ləqəblərini bilsə də, pul kisəsəini onların qarĢısında belə səxavətlə açırdı, 

dələduzları bir hakim kimi ifĢa edirdi, sarsaq bir adam kimi də onlara pul verirdi? 

Oxucuların yadındadır: bir zamanlar Tenardye Mariusun qonĢusu olsa da, onu heç görməmiĢdi, – 

Parisdə belə hallar az olmur. O, ancaq bu evdə Marius adlı cavan, həm də çox kasıb bir adamın 

yaĢadığını qızlarından ötəri eĢitmiĢdi. Bu adamın heç üzünü də görmədən ona məktub yazmıĢdı, 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə