Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə410/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   404   405   406   407   408   409   410   411   412

– Cənab baron, mənim belə bir Ģeyi güman etməyə möhkəm əsasım vardır: öldürülən o cavan 

adam dövlətli bir xarici imiĢ, özünün də çoxlu pulu varmıĢ; Jan Valjan onu tovlayıb 

öldürmüĢdür. 

Marius köhnə, qanlı, qara sürtuku yerə atıb çığırdı: 

– O cavan adam mən idim, bu da sürtuk! 

Sonra mahud parçanı Tenardyenin əlindən qapıb aldı, əyilib sürtukun cırılmıĢ yerinə qoydu, bu 

lap o yer ilə düz gəlirdi, sürtukun cırılmıĢ ətəyi düzəldi... 

Tenardye donub qaldı. Bu anda onun fikrindən ancaq bir Ģey keçdi: ―Eh, uduzdum!‖ 

Marius dikəldi; o həm acığından, həm də sevincindən tir-tir əsirdi. 

Əlini cibinə soxub qəzəblə Tenardyenin üstünə yeridi, əlində sıxdığı beĢ yüz franklıq və min 

franklıq biletləri onu lap sifətinə uzatdı: 

– Siz alçaqsınız! Siz yalançısınız, iftiraçısınız, xəbissiniz! Siz o adamı müqəssir etmək 

istəyirdiniz, amma onu təmizə çıxartdınız! Onu məhv etmək istəyirdiniz, ancaq bir Ģeyə 

müvəffəq oldunuz: onu yüksəltdiniz! Qatil sizsiniz! Tenardye – jondret, mən sizi xəstəxana 

bulvarındakı o yırtıcılar zağasında görmüĢəm! Sizi katorqaya, istəsəm lap ondan o yana 

göndərməyə mənim əlimdə əsas var. Alın bu bir mini, əclafın biri əclaf! 

O, min franklıq bileti Tenardyenin üstünə tulazladı. 

– Hə, Jondret – Tenardye, alçaq fırıldaqçı, baĢqalarının sirrini satan, sirlər alverçisi, zülmət 

tədqiqatçısı, mənfur əclaf, qoy bu sizə dərs olsun! BeĢ yüz frankı da alın, itilin buradan! Sizi 

Vaterloo xilas etdi. 

Tenardye mat qalmıĢdı; o, beĢ yüz və min franklıq biletləri ciblərinə dürtə-dürtə mızıldandı: 

– Vaterloo? 

– Bəli, quldur! Siz orada bir polkovniki ölümdən xilas etmisiniz... 

Tenardye baĢını qaldıraraq Mariusun dediyini düzəltmək istədi: 

– Generalı. 

Marius acıqlı-acıqlı qıĢqırdı. 

– Polkovniki! General üçün mən sizə heç bir quruĢ da verməzdim. Siz hələ baĢqalarını bədnam 

eləmək üçün cəsarət edib bura da gəlmisiniz! Deyirəm sizə: elə bir cinayət yoxdur ki, siz onu 

etməmiĢ olasınız! Rədd olun buradan! Bir də gözümə görünməyin! XoĢbəxt olun, – mənim sizə 

arzu etdiyim budur. Ah, yırtıcı! Bu da üç min frank! Alın! Sabah siz öz qızınızla Amerikaya 

getməlisiniz, öz qızınızla, çünki sizin qızınız ölüb, yalançı hərif! Mən sizin getməyinizi 

izləyəcəyəm, quldur, getməmiĢdən əvvəl sizə iyirmi min frank da verəcəyəm. Çıxın gedin, qoy 

baĢqa yerdə sizi boğazınızdan assınlar! 

Jondret ikiqat olub təzim etdi: 

– Cənab baron, bütün ömrüm boyu sizə minnətdar olacağam. 

Tenardye heyrət və təəccüb içində, üstünə uçan bu dövlətin xoĢ yükü, gözlənilmədən qopan bu 

tufanın yağdırdığı bank biletləri altında əzilə-əzilə otaqdan çıxdı; o heç bir Ģey baĢa düĢmürdü. 

Hərçənd o yerlə yeksan olmuĢdu, lakin çox sevinirdi; belə bir tufana qarĢı onun üzərində ildırım 

sipəri olsaydı, o bundan narazı qalardı. 

Bu adamla elə buradaca qurtaraq. Tenardye burada təsvir edilən hadisədən iki gün sonra, 

Mariusun köməyilə, qızı Azelma ilə bərabər, baĢqa ad altında Amerikaya getdi, o özü ilə, Nyu-

Yorkdakı bank müəssisəsi üstünə yazılmıĢ iyirmi min franklıq köçürmə bir veksel də apardı. 

Tenardyenin, bu alçaq təbiətli adamın mənəviyyatı düzələn Ģey deyildi: Amerikada da o, 

Avropada olduğu kimi, xəbis bir adam olub qaldı. Pis adamın əlinə yaxĢı Ģey də düĢəndə, bu 

yaxĢı Ģeyi o pis Ģəklə salıb məhv edir. Tenardye Mariusun pulu ilə qul alverçisi oldu. 

Tenardye evdən çıxan kimi Marius bağa yüyürdü. Kozetta hələ də bağda gəzirdi. 

– Kozetta! Kozetta! – deyə çığırdı. – Gedək, tez ol gedək! Gedək! Bask, fiakr! Gedək, Kozetta! 

Ah, ilahi! Məni o xilas edib! Bircə dəqiqə də ləngimək olmaz! ġalını çiyninə at! 

Kozetta elə bildi ki, Marius dəli olub, lakin onun sözündən çıxmadı. 

Mariusun nəfəsi tutulurdu; o əllərini sinəsinə sıxaraq ürəyinin çırpıntısını sakitləĢdirmək 

istəyirdi. Addımlarını iri-iri ataraq, otaqda o baĢ-bu baĢa gəziĢir, Kozettanı qucaqlayırdı. Dönə-

dönə deyirdi: ―Ah, Kozetta! Mən nə əclaf adamam!‖ 




Marius özünü lap itirmiĢdi. O, Jan Valjanın yüksək mənəviyyatlı insan olduğunu anlamağa 

baĢlayırdı. Onun qarĢısında misli-bərabəri olmayan xeyirxah, yüksək və mülayim, sakit, eyni 

zamanda əzəmətli bir insan surəti canlanırdı. Katorqa dustağı müqəddəs adama çevrilmiĢdi. Bu 

ecazkar dəyiĢmə Mariusu valeh etmiĢdi. O nələr gördüyünü tamamilə dərk etmirdi, ancaq onu 

bilirdi ki, əzəmətli bir Ģey görmüĢdür. 

Bir dəqiqədən sonra fiakr qapıda dayandı. Marius Kozettanı fiakra mindirdi, sonra da özü mindi. 

Sürücüyə: 

– Cəld ol, – dedi. – Silahlı adam küçəsi, yeddi nömrəli ev! 

Fiakr yola düĢdü. 

Kozetta həyəcanla dedi: 

– Ah, nə böyük səadət! Silahlı adam küçəsi! Mən cürət edib o küçə haqqında sənə bir söz deyə 

bilmirdim. Biz cənab Janın yanına gedirik. 

– Bəli, sənin atanın yanına! O indi həmiĢəkindən daha artıq sənin atandır, Kozetta! Kozetta, mən 

indi baĢa düĢürəm. Sən deyirdin ki, QavroĢla göndərdiyin məktubu mən almamıĢam. Yəqin, 

məktub onun əlinə düĢmüĢdür. Kozetta, o da məni xilas etmək üçün barrikadaya gəlmiĢdir. Onun 

nəsibi hami olmaqdır; buna görə də məni xilas edərkən baĢqalarını da xilas etmiĢdir; Javeri də o 

xilas etmiĢdir. O məni girdabdan çıxartmıĢdır ki, sənə versin. O, məni dalına alıb, bu dəhĢətlisi 

çirkab kanalından keçirib gətirmiĢdir. Ah, mən nə nankor adamam! Kozetta o sənin tanrın idi, 

sonra da mənim tanrım oldu. Bir təsəvvür elə: o çirkab kanalında bir çala vardı, o çalada batmaq 

olardı, eĢidirsənmi, Kozetta, lehmə içində batmaq olardı! O, məni bu çaladan keçirib aparmıĢdır. 

Mən bihuĢ olmuĢam, heç bir Ģey görməmiĢəm, heç bir Ģey eĢitməmiĢəm, baĢıma nələr gəldiyini 

bilməmiĢəm. Biz bu saat onu apararıq, istəsə də, istəməsə də, daha bizdən ayrı yaĢamayacaq. 

Ancaq evdə olaydı! Ancaq biz onu evdə görəydik! Mən bütün ömrüm boyu ona dua edəcəyəm. 

Kozetta, yəqin ki, elə-belə də olmuĢdur. QavroĢ mənim kağızımı ona vermiĢdir. Ġndi hər Ģey 

aydın oldu. BaĢa düĢürsənmi? 

Kozetta heç bir Ģey baĢa düĢmürdü. 

O ancaq bunu dedi: 

– Sən haqlısan. 

Ekipaj sürətlə gedirdi. 

 

 



BEġĠNCĠ FƏSĠL. 

 

Hər gecənin bir gündüzü var. 



 

Jan Valjan qapının döyüldüyünü eĢidib baĢını çevirdi. Zəif səslə dedi: 

– Gəlin. 

Qarı açıldı Kozetta ilə Marius astanada göründü. Kozetta otaga cumdu. 

Marius qapının çərçivəsinə söykənərək astanada qaldı. Jan Valjan: 

– Kozetta! – deyərək titrək əllərini ona sarı uzadıb kresloda dikəldi: o həyəcanlı idi, bənizi meyit 

kimi ağarmıĢdı, lakin gözlərində böyük sevinc vardı, Kozetta həyəcandan nəfəsi tutula-tutula Jan 

Valjanın sinəsinə sıxıldı. 

Jan Valjan sarsılmıĢ halda, güclə eĢidilən səslə dedi: 

– Kozettadır! Odur! Sizsiniz,xanım!? Sənsən!? Ah, ilahi! – Kozettanın onu bağrına basdığını hiss 

edərək səsini ucaltdı: 

– Sənsən?! Sən buradasan?! Deməli, sən məni bağıĢlayırsan?! 

Marius göz yaĢını saxlamaq üçün gözlərini qıyaraq bir addım qabağa yeridi, hönkürtüsünü 

boğaraq pıçıldadı: 

– Mənim atam! 

Jan Valjan dedi: 

– Siz də, siz də məni bağıĢlayırsınızmı?! 

Marius bir kəlmə də söz deyə bilmədi; Jan Valjan əlavə etdi: 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə