Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə408/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   404   405   406   407   408   409   410   411   412

– oxucular bunu bilirlər. Həmin Mariusla bu cənab Ponmersi arasında bir əlaqə olduğu 

Tenardyenin heç ağlına da gəlməzdi. 

Ponmersi adına gəlincə, Vaterloo ətrafındakı vuruĢmada o ancaq bu sözün son iki hecası olan 

―mersi‖ni eĢitmiĢdi; buna o, heç əhəmiyyəti olmayan bir təĢəkkür kimi həmiĢə qanuni bir nifrət 

duyurdu. 

Tenardyenin qızı Azelma, atasının əmri ilə, yeni evlənənləri toy günündən baĢlayaraq izləyirdi; 

Tenardye həm qızının vasitəsilə, həm də özünün apardığı axtarıĢ nəticəsində bəzi Ģeylər öyrənə 

bilmiĢdi. O özünü nəzərə çarpdırmadan, bir çox sirli düyünləri açmağa müvəffəq olmuĢdu. O öz 

zirəkliyi nəticəsində, bir dəfə BaĢ kanalda rast gəldiyi adamın kim olduğunu kəĢf etmiĢdi, ya da 

bir çox vəziyyətləri nəzərdən keçirməklə baĢa düĢmüĢdü. Adamı tanımaqla, çox asanlıqla onun 

adını bilmiĢdi. BilmiĢdi ki, baronessa Ponmersi Kozetta özüdür. Lakin bu məsələdə ehtiyatlı 

hərəkət etməyi qərara almıĢdı. Kozetta kim idi? Kozettanın kim olduğunu o heç özü də bilmirdi. 

O belə güman edirdi ki, Kozetta qeyri-qanuni doğulmuĢ qızdır, – Fantinanın macərası həmiĢə 

ona Ģübhəli görünürdü. Lakin bunu söyləməkdən ona nə xeyir? Susmaq üçün ona pul 

verəcəkdilərmi? O, zənn edirdi ki, bundan da yaxĢı sirlər var, onları sata bilər. Bir də axı əldə 

dəlil olmadan baron Ponmersinin yanına gedib: ―sənin arvadın qeyri-qanuni doğulmuĢ qızdır‖ 

deməkdən nə çıxacaqdı? Bu ancaq sirrin üstünü açan adamın beli ilə baronun təpiyi arasında çox 

əlaqə yaranmasına səbəb ola bilərdi. 

Tenardyenin fikrincə, Mariusla söhbət hələ heç baĢlanmamıĢdı. Hərçənd o geri də çəkilmiĢdi, 

strategiyanı da dəyiĢmiĢdi, tutduğu mövqedən də çəkilmiĢdi, bir cəbhəni buraxıb o biri cəbhədə 

də durmuĢdu, lakin mühüm sirrin heç üstünü açmamıĢdı, amma beĢ yüz frank cibində yatırdı. Bir 

də ki, o tamamilə doğru olan bir məsələni söyləmək fikrində idi; bu məsələdə, hətta baron 

Ponmersi kimi əlində yaxĢı məlumat olan, yaxĢı silahlanmıĢ bir adamın qarĢısında özünü güclü 

hiss edirdi. Tenardye təbiətli adamlar üçün hər bir danıĢıq – vuruĢmadır. BaĢlamaq istədiyi bu 

vuruĢmada hansı mövqedə durmaq lazımdı? O, kiminlə danıĢdığını bilmirdi, lakin nə barədə 

danıĢacağını bilirdi. O, ildırım sürətilə öz daxili qüvvəsini nəzərdən keçirdi və ―mən 

Tenardyeyəm‖ sözünü söylədikdən sonra susub gözləməyə baĢladı. 

Marius fikrə dalmıĢdı. Bəli, o, nəhayət, Tenardyeni tapmıĢdı. O çox istəyirdi ki, bu adamı tapsın, 

həmin adam indi burada idi. Deməli, o, polkovnik Ponmersinin tapĢırığını yerinə yetirə bilər. Bu 

fikir onu alçaldırdı: o qəhrəman bu quldura borclu idi, Mariusa atasının qəbirdən verdiyi vaksel 

hələ ödənilməmiĢdi! 

Onun Tenardyeyə olan münasibəti həm mürəkkəb, həm də ziddiyyətli idi, bununla belə o, gərək 

atasına edilən yaxĢılığın əvəzini verəydi; onun atasının bədbəxtliyi burasında idi ki, belə bir 

alçaq tərəfindən xilas edilmiĢdi. Hər necə olsa, Marius daxilən təmin olunduğunu hiss edirdi. 

Nəhayət, o, polkovnikin xəyalını belə bir yaramaz adamın əlindən azad edə bilərdi; ona elə 

gəlirdi ki, atasının xatirəsini borc həbsxanasından çıxarar. 

Bundan əlavə onun qarĢısında baĢqa bir vəzifə dururdu: o istəyirdi ki, mümkün eləyə bilsə, 

Kozettaya verilən sərvətin mənbəyini öyrənsin. Sanki, belə bir imkan vardı. Bəlkə də, Tenardye 

bu barədə bir Ģey bilirdi. Onun ürəyindəkini bilmək faydalı olardı. Marius da bundan baĢladı. 

Tenardye bu ―böyük qənimət‖i jiletinin cibinə qoyub, mehribanlıq, hətta nəzakət ifadə olunan 

baxıĢlarını Mariusa zillədi. 

– Tenardye, mən sizə adanızı dedim. Ġndi sizin mənə demək istədiyiniz sirrin üstə gələk. 

Ġstəyirsiniz mən bu sirri sizə deyim? Mənim də əlimdə məlumat var. Siz bu saat əmin olacaqsınız 

ki, mən siz biləndən çox bilirəm. Siz dediniz ki, Jan Valjan qatil və oğrudur. Ona görə oğrudur 

ki, o, dövlətli bir fabrik sahibi olan cənab Madleni soymuĢdur. Ona görə qatildir ki, polis agenti 

Javeri öldürmüĢdür. 

Tenardye: 

– Cənab baron, mən sizin dediyinizi baĢa düĢə bilmirəm. 

– Bu saat baĢa düĢərsiniz. Qulaq asın. Pa-de-Kale vilayətində min səkkiz yüz iyirmi ikinci ildə 

bir adam yaĢayırmıĢ; o əvvəllər məhkəmə ilə düz gəlməmiĢ, lakin sonra cənab Madlen adı 

altında islah olunmuĢ, yenə də yaxĢı ad çıxarmıĢdır. O tam mənasında ədalətli bir adam 

olmuĢdur. O, qara ĢüĢədən xırda Ģeylər düzəldilən fabrik açmıĢ, bununla da bütün bir Ģəhərin 




vəziyyətini yaxĢılaĢdırmıĢdır. O, özü də varlanmıĢdır, lakin bu ikinci növbədə, həm də təsadüfi 

olmuĢdur. O, yoxsulların dərdinə qalmıĢ, onlara atalıq etmiĢdir. O, xəstəxana, məktəb açmıĢdır. 

Özü xəstələrə baĢ çəkərmiĢ, qızlara cehiz verərmiĢ, dul arvadlara kömək edərmiĢ, yetimləri 

övladlığa götürərmiĢ; o, elə bil ki, bu Ģəhərin qəyyumu olmuĢdu. O, Fəxri legion ordeni ilə təltif 

edilmiĢ, lakin bunu almamıĢdır. Onu Ģəhərin bələdiyyə rəisi seçmiĢlər. Bir nəfər cəza müddətini 

çəkib gəlmiĢ katorqa dustağı varmıĢ, bu adam onun vaxtilə cinayət etdiyini, həm də öz 

cinayətinin cəzasını çəkmədiyni bilirmiĢ. Gedib bunu xəbər vermiĢ, bu adamı tutdurmuĢdur; 

onun tutulmasından istifadə edərək Parisə getmiĢ, Lifit bankından – mən bunu kassirin sözündən 

bilirəm – saxta imzalı bir çeklə yarım milyon frankdan artıq pul almıĢdır; bu pul cənab Madlenin 

imiĢ. Cənab Madlenin bu qayda ilə pulunu oğurlayan da katorqa dustağı Jan Valjan imiĢ. Ġndi 

keçək ikinci məsələyə. Bu barədə də siz mənə yeni heç bir Ģey söyləməyəcəksiniz. Jan Valjan 

polis agenti Javeri öldürmüĢdür; özü də tapança ilə öldürmüĢdür. Mən özüm bunu görmüĢəm. 

Tenardye bayaqkı söhbətdə məğlub edilmiĢdi, lakin indi Mariusa qalib gəlmiĢ adam nəzərilə 

baxdı: vuruĢmanın taleyi yenə də onun əlində idi; o, əldən verdiyi mövqeləri bircə anda geri 

qaytara bilərdi. Ancaq o, yaltaqcasına gülümsədi; alçaq təbiətli adam qalib də gələndə öz 

mütiliyini mühafizə etməlidir; Tenardye Mariusa dediyi bu sözlə kifayətləndi: 

– Cənab baron, siz düzgün yolda deyilsiniz. 

O, berloq dəstəsini mənalı-mənalı səsləndirərək, cümləni xüsusilə qeyd etdi. 

Marius etiraz etdi: 

– Necə? Siz bunu inkar edəcəksiniz? Bu ki, həqiqətdir! 

– Bu, xalis fantaziyadır. Cənab baronun mənə iltifat buyurduğu etimad bunu söyləməyə məni 

borclu edir. Həqiqət və ədalət hər Ģeydən əvvəldir. Adamları haqsız yerə təqsirləndirməkdən 

mənim xoĢum gəlmir. Cənab baron. Jan Valjan heç də cənab Madlenin pulunu oğurlamamıĢdır, 

bir də ki, Jan Valjan heç də Javeri öldürməmiĢdir. 

– Bax, bu yeni sözdür! Necə axı? 

– Bunun iki səbəbi var. 

– Hansılardır? Deyin! 

– Birinci budur: Jan Valjan cənab Madlenin pulunu oğurlamamıĢdır, çünki Jan Valjan özü cənab 

Madlendir. 

– Bu nə cəfəngiyatdır siz danıĢırsınız? 

– Bax, bu da ikincisi: Jan Valjan Javeri öldürməmiĢdir. Javeri Javer özü öldürmüĢdür. 

– Siz nə demək istəyirsiniz? 

– Mən onu demək istəyirəm ki, Javer özünü öldürmüĢdür. 

Marius özündən çıxdı: 

– Sübut edin! Sübut edin! 

Tenardye söylədiyi cümləni qədim altıbölgülü vəznlə ifadə etdi: 

– Polis – agenti – Javer – Alverçi – körpüsü – yanında – suda – boğulmuĢ – halda – gəmi – 

altından – tapılmıĢdır. 

– Sübut edin! 

Tenardye yan cibindən boz rəngli zərf çıxartdı; zərfin içində müxtəlif biçimli qatlanmıĢ vərəqlər 

vardı. 

Sakitcə dedi: 



– Bu mənim sənədlərim. 

Sonra əlavə etdi: 

– Cənab baron, mən sizin xeyriniz üçün Jan Valjan haqqında bütün məlumatı əsaslı surətdə 

öyrənməyə çalıĢmıĢam. Mən qəti deyirəm ki, Jan Valjanla Madlen eyni adamdır. Mən ki bunu 

qəti deyirəm, deməli, əlimdə sübut vardır. Sübut da əlyazması ilə deyil; əlyazması adamı 

inandırmaya bilər, çünki çox asanlıqla onun saxtasını düzəltmək mümkündür; mənim gətirdiyim 

sübut çap olunmuĢdur. 

Tenardye bunu deyib zərfin içindən iki qəzet çıxartdı; qəzetlərin rəngi saralmıĢdı; onlardan tütün 

iyi gəlirdi. 



Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə