Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə406/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   402   403   404   405   406   407   408   409   ...   412

Marius heç gözləmədiyi yeni bir Ģey: içəri girən adamı o qətiyyən tanımırdı. 

Bu da ahıl bir adamdı; iri burnu, qalstukuna batıb qalan çənəsi, yaĢıl gözlüyü, ingilis aristokrat 

ailələri sürücülərinin pariki kimi, ta qaĢlarına qədər alnını örtən, dən düĢmüĢ, tumar verilmiĢ düz 

saçı, çox geyilmiĢ, lakin səliqəli, təmiz, qara kostyumu vardı. Jiletinin cibindən sallanan bir bağ 

brelok orada saat olduğunu göstərirdi. Əlində köhnə Ģlyapa tutmuĢdu. O, donqar idi, təzim etmək 

üçün əyildikcə, kürəyi daha da donqarlaĢırdı. 

Xüsusilə bir Ģey daha artıq gözə çarpırdı; onun əynindəki kostyum çox diqqətlə düymələnsə də, 

özgə adamın kostyumu olduğu aydınca bilinirdi; o çox gen idi. Burada mətləbdən bir az kənara 

çıxmaq lazım gələcəkdir. 

O zaman Parisdə, Botrelyi küçəsində, Cəbbəxananın yanında, köhnə bir evdə bir nəfər fəndgir, 

zirək yəhudi yaĢayırdı, sənəti də dələduzlara abırlı adam siması verməkdi; məlum Ģeydir ki, 

müvəqqəti, əks halda bu dələduzların hərəkətlərini məhdudlaĢdırmıĢ olardı. Bu dəyiĢiklik elə 

buradaca, kostyum vasitəsilə, bir-iki günlüyə, hər gün otuz su qiymətilə edilərdi; kostyum 

cəmiyyətin tələbinə uyğun, mümkün qədər abırlı Ģəkil olardı. Birovuz paltar verən bu adama 

―Sərraf‖ deyərdilər. Bu adı ona Paris oğruları vermiĢdi, oğrular onu ayrı adla tanımırdılar. 

Sərrafın ixtiyarında çoxlu paltar vardı; bu paltar yığımında mümkün qədər bütün zövqlər nəzərə 

alınmıĢdı; müxtəlif peĢələrin və ictimai təbəqələrin zövqü burada əks olunurdu. Hər mıxda 

kiminsə ictimai vəziyyəti köhnə, əzilmiĢ bir paltar Ģəklində asılmıĢdı. Bax, bu məhkəmə hakimi 

mantiyası, bu, keĢiĢ əbası, o yandakı – bankir sürtuku, bucaqdakı – istefaya çıxmıĢ hərbçi 

mundiri, o tərəfdəki də yazıçı, ya görkəmli bir dövlət xadiminin kostyumu idi. Bu köhnə Ģeylər 

alverçisi Parisdə oğrular cəmiyyətinin adamları ilə oynanılan, bitib-tükənməyən faciənin 

kostyumçusu idi. Onun xırdaca otağı səhnənin arxa tərəfində idi: oğrular oradan səhnəyə çıxır, 

dələduzlar orada gizlədilirdi. Cındır paltarlı bu haramzada bu paltar yığını otağına girəndə otuz 

su pul verir, o gün oynayacağı rol üçün özünə kostyum seçirdi, pilləkəndən ev yaran kimi deyil, 

dinc bir burjua kimi aĢağı enirdi. Ertəsi gün bu köhnə paltarı olduğu kimi sərrafa qaytarırdı. 

Sərraf oğrulara tamamilə inanırdı, oğrular da onun evinə oğurluğa gəlməzdilər.  

Bu paltarların bircə pis cəhəti vardı: ―Adamın əynində yaxĢı durmurdu‖, çünki onlar baĢqaları 

üçün tikilmiĢdi. Bəzisinə dar, bəzisinə gen olurdu, bəzisinin əynindən torba kimi sallanırdı, heç 

kəsə düz gəlmirdi. Ortaboy adamdan ya hündür, ya alçaq olan hər bir oğru özünü Sərrafın 

kostyumunda narahat hiss edirdi. Bu kostyumlar nə çox kök, nə də çox arıq adama yarayırdı. 

Sərraf ancaq ortaboylu, ortahəcmli adamları nəzərə almıĢdı. O, təsadüfən yanına gələn cındır 

paltarlı bir adamın ölçüsünü götürərdi, – o da nə kök olardı, nə arıq, nə uzun olardı, nə gödək. 

Buna görə də Sərrafın müĢtəriləri özlərini bu kostyumlara uyğunlaĢdırardılar, bəzən iĢ çox çətinə 

düĢərdi, onlar bacardıqları qədər iĢin öhdəsindən gələrdilər. Bu ölçülərə sığmayanların iĢi lap pis 

olardı! Məsələn, dövlət xadiminin baĢdan-baĢa qara, buna görə də çox abırlı hesab edilən paltarı 

Pittə çox gen, Kastelsikala çox dar olardı! ―Dövlət xadimi‖nin kostyumu Sərrafın kataloqunda 

belə təsvir edilmiĢdi, bu yeri qeyd edirik: ―Qara mahud sürtük, qara yun Ģalvar, ipək jilet, 

uzunboğaz çəkmə, alt paltarı‖. Kataloqun haĢiyələrində ―KeçmiĢdə səfir olmuĢ‖ sözləri 

yazılmıĢdı, bir də belə bir qeyd vardı: ―Ayrı bir karton qutuda səliqə ilə daranmıĢ parik, yaĢıl 

gözlük, brelok, quĢ lələyindən düzəldilmiĢ, pambığa bükülmüĢ, bir düymə uzunluqda iki borucuq 

vardır‖. Bu Ģeylər dövlət xadiminə, keçmiĢdə səfir olan adama aiddi. Kostyum, təbiri caizsə, 

əmanətə bənd idi: tikiĢ yerləri ağarmıĢdı, dirsəyində kiçik yırtıq görünürdü, üstəlik, sürtukun bir 

düyməsi də çatıĢmırdı, ancaq bunun elə bir əhəmiyyəti yox idi, çünki dövlət xadiminin bir əli 

gərək sürtukunun yaxası altında olsun, həmin bu əl çatıĢmayan düymənin yerini gizlədə bilərdi. 

Marius Parisin məxfi idarələri ilə tanıĢ olsaydı, o dərhal bilərdi ki, gələn adamın əynindəki paltar 

Sərrafın oğrular yuvasından birovuz götürülmüĢdür. 

Marius bu adamın gözlədiyi adam olmadığını gördükdə ovqatı təlx oldu, ona qarĢı bir ədavət 

duydu. Gələn adam həddindən artıq əyilib ona təzim edərkən Marius onu baĢdan-ayağa diqqətlə 

gözdən keçirdi və qısaca soruĢdu: 

– Sizə nə lazımdır? 

Gələn adam üz-gözünü qırıĢdıra-qırıĢdıra lütfkarlıqla gülümsədi; ancaq timsahın mehriban 

təbəssümü bu mimika haqqında təsəvvür yarada bilər. 




– Mənə elə gəlir ki, cənab baronu bu vaxta qədər ali cəmiyyətdə görmək Ģərəfinə layiq olmamağı 

heç ağlasığan Ģey deyil. Mən əminəm ki, bir neçə il bundan əvvəl sizi knyaginya Baqrationun 

evində və Fransa peri vikont Dombrenin salonunda görmüĢəm. 

Özünü, qətiyyən tanımadığı bir adamı tanıyırsanmıĢ kimi göstərmək dələduzların ən çox 

xoĢladığı üsuldur. 

Marius bu adamın danıĢığına diqqətlə qulaq asır, onun ifadə tərzinə, mimikasına fikir verirdi. 

Lakin getdikcə daha artıq inanırdı ki, bu onun gözlədiyi adam deyil: gələn adam tın-tın danıĢırdı, 

onun səsi heç də Jondretin daxmasında eĢitdiyi kəskin, sərt səsə oxĢamırdı. Marius tamam çaĢıb 

qalmıĢdı. 

– Mən nə xanım Baqrationla, nə cənab Dombre ilə tanıĢam. Mən ömrümdə heç onların evinə 

getməmiĢəm. 

Marius kobud cavab vermiĢdi, lakin naməlum adam bayaqkı kimi yaltaqlıqla dedi: 

– Cənab, belə olan surətdə, yəqin, mən sizi ġatobrianın evində görmüĢəm. Mən onun lap yaxın 

tanıĢıyam. O, çox mehriban adamdır, tez-tez də mənə deyir: ―Tenar, dost... bir stəkan vuraqmı?‖ 

Mariusun üzündə daha sərt ifadə göründü. 

– Mən cənab ġatobrian tərəfindən qəbul olunmaq Ģərəfinə nail olmamıĢam. Mətləbə yaxınlaĢın. 

Sizə nə lazımdır? 

Mariusun səsinin kəskin ahənginə cavab olaraq naməlum adam daha artıq əyilərək təzim etdi. 

– Cənab baron, iltifat buyurub məni dinləyin. Amerikada, Panamanın yaxınlığında Juaya adlı bir 

kənd var. Bu kənd tək bircə dənə evdən ibarətdir. Bu, üçmərtəbəli, böyük, çargül bir evdir, 

kərpicləri gündən yanıb bozarmıĢdır. Çargülün hər tərəfinin uzunluğu əlli futdur, hər mərtəbə 

aĢağı mərtəbədən iyirmi fut içəridədir, bu qayda ilə öz qabağında bir meydança əmələ gətirir, bu 

meydança bütün binanın ətrafını bürüyür; binanın mərkəzində daxili həyət vardır, ərzaq və hərbi 

sursat burada saxlanılır. Pəncərə yoxdur, ancaq mazğallar var, qapı yoxdur, ancaq nərdivanlar 

var; birinci meydançaya qalxmaq üçün nərdivan qoyulur, birincidən ikinciyə, ikincidən 

üçüncüyə də elə; içəri həyətə enmək üçün nərdivan var; otaqlarda qapı yerinə iri deĢik, adi 

pilləkən yerinə qoyma nərdivan var. Gecələr deĢiklər bağlanır, nərdivanlar götürülür, mazğallara 

ağızdan dolma tüfəng və muĢket qoyulur. Binanın içərisinə girmək heç mümkün deyil. Bu bina 

gündüz evdir, gecə qaladır. Onun cəmisi səkkiz yüz əhalisi var. Bax, bura belə bir kənddir. Bəs 

bu qədər ehtiyatkarlıq niyə? Çünki ora qorxulu yerdir: ora adamyeyənlərlə doludur. Belə olan 

surətdə ora niyə getmək lazımdır? Ona görə ki, ora gözəl diyardır: orada çoxlu qızıl var... 

Marius adamın sözünü kəsdi; onun səbri tükənmiĢdi: 

– Siz nə demək istəyirsiniz? 

– Onu demək istəyirəm ki, cənab baron, mən əvvəllər diplomat olmuĢam, həyatdan yorulmuĢam. 

Köhnə mədəniyyət mənim zəhləmi töküb. Mən vəhĢi adamlar arasında yaĢamaq istəyirəm. 

– Sonra? 

– Cənab baron, dünyanı xudbinlik idarə edir. Özgə adamın əkin yerində iĢləyən muzdur arvad 

dönüb yoldan keçən dilicansa baxır, amma öz əkin yerində iĢləyən kəndli arvad dönüb baxmır. 

Kasıbın iti dövlətliyə, dövlətlinin iti kasıba hürür. Hər kəs özü üçün çalıĢır. Öz xeyrini güdmək 

insanların son məqsədidir. Maqnit deyilən Ģey – qızıldır. 

– Sonra? Sözünüzü qurtarın. 

– Mən istərdim ki, gedib Juayada yaĢayım. Biz üç nəfərik. Arvadımla qızım da mənimlədir. 

Qızım çox gözəl qızdır. Bu, baha baĢa gələn, həm də uzun bir səyahətdir. Mənə bir az pul 

lazımdır. 

Marius soruĢdu: 

– Bu Ģeylərin mənə nə dəxli var? 

Naməlum adam boynunu çalağan kimi qalstukdan uzadaraq, daha artıq lütfkarlıqla dedi: 

– Yoxsa cənab baron mənim məktubumu oxumayıb? 

Bu söz həqiqətdən çox da uzaq deyildi. Doğrudan da, məktubun mənasını Marius bir o qədər də 

dərk etməmiĢdi. O, məktubu oxumaqdan artıq, onun xətinə fikir vermiĢdi. Məktubda nədən bəhs 

edildiyi heç onun yadında qalmamıĢdı. Bir az əvvəl onun ağlına yeni bir Ģey gəlmiĢdi. Naməlum 

adamın danıĢığında o belə bir söz eĢitdi: ―Mənim arvadımla qızım‖. Marius ona çox diqqətlə 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə