Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

Ölmüşəm, son dəfə dərdli ürəyim  
Vurur ki, bu dərdi sənə söyləyim. 
B e n v o 1 i o. Eşit sözlərimi, gəl, unut onu. 
R o m e o. Öyrət unutmağı sən mənə, öyrət. 
B en vo lio. 
Azadlıq, sərbəstlik ver gözlərinə,  
Başqa gözəllərə diqqət ilə bax. 
Romeo. 
Bu daha da gözəl göstərər onu.  
Qəşəng xanımların üzündən öpən 
 Xoşbəxt maskaların zülmət qoynunda  
Günəş üz axtarır baxışlarımız.  
Korlar itirdiyi göz işığını  
Əvəzsiz sərvəti unuda bilməz.  
Dünya gözəlini sen göstər mənə,  
Hüsnünə baxdıqca görəcəyəm ki,  
Daha çox gözəldir mənim ilahəm.  
Hələlik, mən getdim.  
Ah, bu dünyada  
Mənə unutmağı kim öyrədər, kim?!  
Gərək dərd içində ömrüm puç olsun. 
B en vo 1 i o. 
Qoy səni öyrətmək mənə borc olsun. 
Hər ikisi gedir. 
İKİNCİ  SƏHNƏ 
Küçə. Kapuletti, Paris və nökər gəlirlər. 
K a p u l e t t i .  
Montekki mənimtək cərimələndi.  
Məncə, bizim kimi yaşlı adama  
Dinc, rahat yaşamaq çətin olmazdı. 
P a r   i s. 
Hörmət sahibisiz hər ikiniz də,  
Heyf, çoxdan bəri çəkişirsiniz.  


İndi cavabınız mənə nədir bəs? 
K a p u l e t t   i. 
Əvvəl nə demişdim deyirəm yenə,  
Mənim ciyərparəm hələ uşaqdır.  
Onun hələ yoxdur heç on dörd yaşı,  
Qoy iki bahar da gül açıb solsun,  
Gül balam yetişib gəlinlik olsun. 
P a r i s. Ondan daha gənclər ana olurlar. 
K a p u l e t t i .  
Tezcə yetişənlər tez də solurlar.  
Bütün ümidimi uddu bu torpaq,  
Yeganə ümidim qızımdır ancaq.  
Onunla danışın, mehriban Paris,  
Çalışın, könlünü ələ alın siz.  
Onun arzusudur mənim hər arzum,  
Ürəkdən razıyam razısa qızım.  
Köhnə bir adətə edib ehtiram,  
Qonaqlıq verirəm mən də bu axşam.  
Qonağım gələcək dəstəbədəstə,  
Buyurun, yeriniz gözlərim üstdə.  
Qonaq çoxaldıqca şənlənər məclis,  
Siz kasıb evimdə aləm görərsiz.  
Göyün çırağını kölgədə qoyan  
Canlı ulduzlara olarsız heyran.  
Yazın ilk sevinci, ilk müjdəsitək,  
Füsunkar aprelin tər qönçəsitək  
Canlı qönçələrə nəzər salarsız,  
Hüsnündən, səsindən ləzzət alarsız.  
Seçin özünüzə tale ulduzu,  
Sevin ən layiqli, ən gözəl qızı.  
Qızım elə gözəl olmasa da, bax,  
Onların sayını artırar ancaq. 
 Di gəlin, gedəyin! (Xidmətçiyə bir kağız verərək). 
Romeo. 
Bəli, oxuyuram dönük bəxtimin  
Acı dərdlərini, bəlalarmı.  
N ö k ə r. 


Bunu öyrənmisiz özünüz yəqin,  
Yazılmış kağızı oxuyarsınız? 
 Romeo. 
Bəli, hərfləri, həm də o dili 
Bilsəm, oxuyaram.  
N ö k ə r. 
Düz 
deyirsiniz, 
Sağlıqla 
qalın. 
(Getmək 
istəyir). 
R o m e o. Zarafat edirdim.  
Dayan, oxuyum (Kağızı açıb oxuyur). "Senyor Martino qadını 
və qızları ilə; Qraf Anselmo gözəl bacıları ilə; dul ledi 
Vitruvno; Senyor Plaçensio və onun sevgili bacısı qızları; 
Merkusio və onun qardaşı Valentin; əmim Kapuletti, arvadı və 
qızları ilə; gözəl bacım qızı Rozalina; Liviya; Senyor Valensio 
və onun əmisi oğlu Tibalt; Lusio və şən Yelena" (Kağızı verir). 
Ən gözəl məclisdir, söz ola bilməz. Yaxşı, hara dəvət olunur 
bunlar?  
N ö k ə r. Ora, yuxarıya.  
R o m e o. Yəni haraya?  
N ö k ə r. Bizim evimizə, şam yeməyinə.  
R o m e o. De, kimin evinə?  
N ö k ə r. Mənim ağamın.  
Ro meo. 
Ah, mən doğrudan da hər şeydən 
əvvəl Gərək bunu səndən soruşa 
idim. 
Nökər. Mən özüm bunu sizə sualsız-sorğusuz deyə 
bilərəm. Mənim ağam məşhur varlı - dövlətli Kapulettidir. 
Əgər sizin Montekki nəsli ilə qohumluğunuz yoxdursa, xahiş 
edirəm, buyurun, bir piyalə şərab nuş edin. Sağlıqla qalın! 
Gedir. 
B e n  vo lio. 
Sənin qəlbən sevib məftun 
olduğun Gözəl Rozalinaın şam 


eyləyəcək Veronanın məşhur 
gözəlləriylə 
Kapulettinin bu qonaqlığında.  
Sən də get oraya, ayıq gözlərlə  
Onu o güllərlə müqayisə et,  
Başına gələcək ağılın, huşun,  
Qarğa görünəcək sənin qu quşun. 
Romeo. 
Ah, mömin gözlərim dönüksə, qardaş,  
Belə dəhşət olmaz bu təhqir kimi.  
Acı göz yaşlarım oda dönsün kaş,  
Qoy yansın gözlərim bir kafir kimi.  
Dünya yaranandan bu günə qədər  
Elə bir gözəli görməyib bəşər. 
B en vo 1 io. 
 
Onu sən görmüsən həmişə yalqız,  
Yanında olmayıb başqa gözəl qız.  
Büllur tərəzidir gözümüz bizim, 
 Gözəllik çəkirik hər vaxt, əzizim.  
Hər iki gözündə o durub ancaq,  
Gəl, biz bir gözünə başqa gül qoyaq.  
Gün kimi nur saçan o nadir gövhər  
O gülün yanında adi görünər.  
R o m   eo. 
Gedərəm, özgə qız mənə nədir, nə?!  
Yalnız baxmaq üçün onun hüsnünə. 
Gedirlər. 
 
 
ÜÇÜNCÜ SƏHNƏ 
 
Kapulettinin evində bir otaq. 
 Ledi Kapuletti ile dayə gelirlər. 
 
L e d i       K a p u l e t t i .   Dayə, qızım hanı? Çağır yanıma. 
D a y  ə. 


And olsun on iki yaşımda ikən 
İtirdiyim qızlıq bəkarətimə, 
Mən onu çağırdım. Ey körpə quzum, 
 
Mənim tovuz quşum, ay qız Cülyetta! Allah, 
özün saxla, bu qız hardadır? 
Cülyetta daxil olur. 
C ü 1 y e t t a. Gəldim, nə var belə? 
D a y ə. Anan çağırır. 
C ü 1 y e t t a. Anacan, burdayam, nədir sözünüz? 
L e d i     K a p u l e t t i .  
Fikrimiz budur ki... Dayə, indi get, 
Sən məni qızımla bir az tək burax. 
Bizim danışmalı bir sirrimiz var. 
Yox, dayan, qulaq as, sən ki qızımı 
Yaxşı tanıyırsan körpəliyindən.  
D a y  ə. 
Doğrudur, mən onun yaşını sizə 
Danışa bilərəm saatbasaat. 
L e d i     K a p u l e t t i .   Hələ on dörd yaşı tamam olmayıb.  
D a y   e. 
Mərc gələrdim mən öz on dörd dişimdən, 
Heyf ki, ağzımda on dörd diş qalır, 
Hələ on dörd yaşı tamam olmayıb. 
Məhsul bayramına nə qalır, xanım? 
  L e d i     K a p u l e t t i .   Düz  iki həftədən bir azca artıq. 
  D a y   ə. 
Ya artıq, ya əskik, nə fərqi vardır. 
Məhsul bayramının əvvəllərində 
Onun on dörd yaşı tamam olacaq. 
Susanna onunla həmyaşıd idi. 
Allah rəhmət etsin təkcə balama, 
Onu Allah aldı mənim əlimdən. 
Gözlərimin ağı-qarası idi. 
Xanım, mən deyəndir, bayramqabağı 
Onun on dörd yaşı tamam olacaq. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə