Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə4/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   2   3   4   5   6   7   8   9   ...   39

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
8
Salyan şəhərinə Şirvan-Muğan magistral
kəmərindən çəkilmiş yeni içməli 
su xəttinin açılışı olub
“Azərsu” Açıq  Səhmdar  Cəmiyyətinin
sədri  Qorxmaz  Hüseynov  dövlətimizin
başçısına məlumat verdi ki, yeni layihənin
icrası  nəticəsində  35  mindən  artıq  əhalisi
olan  Salyan  şəhərinin  12  min  500  sakini
mərkəzləşdirilmiş  qaydada  içməli  su  ilə
təmin olunacaq.
Diqqətə çatdırılıb ki, “Azərsu” ASC-nin
mütəxəssisləri Salyan şəhərinin fasiləsiz və
dayanıqlı su ilə təmin olunması üçün yeni
layihə hazırlayıblar. Həmin layihənin birinci
mərhələsində  9  kilometr  magistral  və  28
kilometr paylayıcı su xətlərinin, həmçinin
ümumi tutumu 15 min kubmetr olan 2 su an-
barının tikintisi, 7 min sayğacın quraşdırıl-
ması nəzərdə tutulur. Bu işlərin görülməsi
nəticəsində şəhərdə mərkəzləşmiş qaydada
su alan əhalinin sayının 2 dəfə artırılaraq 25
min nəfərə çatdırılması mümkün olacaq.
Salyanın içməli su təchizatı və kanaliza-
siya sistemlərinin yenidən qurulması layi-
həsi  üzrə  şəhərdə  130  kilometr  içməli  su,
123 kilometr kanalizasiya şəbəkəsinin tikin-
tisi planlaşdırılır. Eyni zamanda, 9 kilometr
uzunluğunda kanalizasiya kollektorunun və
məhsuldarlığı sutkada 20 min kubmetr olan
tullantı sularını təmizləyəcək qurğunun in-
şası nəzərdə tutulub. Ümumilikdə, perspek-
tiv  inkişaf  nəzərə  alınmaqla  layihədən  35
mindən artıq insan faydalanacaq.
Burada  rayon  ictimaiyyətinin  nü-
mayəndələri ilə görüşən dövlətimizin başçısı
çıxış etdi.
n
Sentyabrın 3-də Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni
içməli su xəttinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
mərasimdə iştirak edib.


-Mən sizi ürəkdən salamlayıram. İndicə
mənə bu layihə haqqında məlumat verildi.
2012-ci ildə Hacıqabul rayonunda böyük su
layihəsinin təməli qoyulmuşdur. Bu böyük
layihənin  tərkib  hissəsi  olan  Salyan  şə hə -
rinin su təminatı problemi bu gün öz həllini
tapır. Hesab edirəm ki, bu, tarixi layihədir.
Çünki bu zonada həmişə su problemi olmuş-
dur,  insanlar  korluq  çəkirdilər.  İndi  biz
məsələni həll edirik və vətəndaşlara təmiz,
Dünya Səhiyyə Təşkilatının standartlarına
uyğun su verilir. Bu, layihənin birinci mər -
hələsidir. Bundan sonra digər layihələr də
icra ediləcək. Kanalizasiya xətləri də çəkil -
məlidir  ki,  Salyan  rayonunda  bu  problem
birdəfəlik həll olunsun. 
Bir neçə rayon artıq bu şəbəkəyə qoşu-
lubdur.  Bu  gün  Masallı  rayonunda,  üç  il
əvvəl  Biləsuvarda,  ondan  sonra  Şirvan
şəhərində içməli su layihələrinin açılışında
iştirak etmişəm. Neftçala rayonunun su lay-
ihələri ilə bağlı probleminin həlli hələ ki,
gündəlikdədir, onlar da həll olunacaq. Yəni,
məqsəd  ondan  ibarətdir  ki,  Azərbaycanın
bütün şəhərlərində təmiz içməli su layihələri
icra  edilsin  və  vətəndaşlar  artıq  bu  prob-
lemdən uzaq olsunlar.
İçməli su problemi, bildiyiniz kimi, bizdə
bütün dövrlərdə çox kəskin problem olaraq
qalırdı.  Bizim  su  mənbələrimiz,  əfsuslar
olsun ki, məhduddur. Bizi qidalandıran əsas
çaylar ölkəmizin hüdudlarından kənarda for-
malaşır. Ona görə, biz sudan çox səmərəli
şəkildə istifadə etməliyik və edirik. Eyni za-
manda, daxili mənbələr də işə salınır. Oğuz-
Qəbələ-Bakı su kəmərinin çəkilişi məhz bu
məqsədi güdürdü ki, biz suyu daxili mən-
bədən  gətirək  və  Bakı  sakinlərinə  çatdıra
bilək.
Kür suyunun təmizlənməsi istiqamətində
çox  böyük  addımlar  atılıb.  Bu  gün  artıq
Salyan sakinləri təmiz içməli su ilə təmin
olu nurlar. Bu, bir daha demək istəyirəm ki,
tarixi layihədir. Çünki tarixdə ilk dəfədir ki,
biz  bu  layihəni  icra  edirik  və  vətəndaşlar
bunun xeyrini görəcəklər. Təmiz içməli su
Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən
çəkilmiş yeni içməli  su xəttinin açılışı olub
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
9
Prezident İlham Əliyevin çıxışı


10
3/2016
RƏSMİ
Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən
çəkilmiş yeni içməli  su xəttinin açılışı olub
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
insanın  orqanizmi  üçün  əsas  şərtdir.  Biz
istəyirik ki, Azərbaycan vətəndaşları sağlam
olsunlar, sağlam gənc nəsil yetişsin. İnsan-
larımızın sağlamlığı üçün böyük addımlar
atılır, o cümlədən səhiyyə sahəsində. Bu gün
mən  Biləsuvar  Mərkəzi  Rayon  Xəstə xa -
nasının  açılışında  iştirak  etmişəm.  Salyan
Mərkəzi Rayon Xəstəxanası artıq neçə ildir
fəaliyyət göstərir. Bütövlükdə, bu zonada bir
dənə də şəhər yoxdur ki, orada müasir tibb
ocağı olmasın.
Qeyd etdiyim kimi, içməli su insanların
sağlamlığına bilavasitə təsir edən amildir.
Bunun müsbət də, mənfi də təsiri ola bilər.
Əfsuslar  ki,  bu  vaxta  qədər  Salyana  key-
fiyyətli  suyun  verilməsi  mümkün  ol-
mamışdır. Mənə verilən məlumata görə, bəzi
hallarda birbaşa Kürdən təmizlənməmiş su
götürülürdü. İndi bu problem artıq gündə-
likdə deyil. Bütün digər problemlər də öz
həl lini  tapır   və   tapmalıdır.  Azərbaycan
inamla inkişaf edir. Bütün regionlar inkişaf
edir.  Regionların  sosial-iqtisadi  inkişafı
dövlət proqramları uğurla icra edilir, o cüm-
lədən Salyan rayonunda.
İnfrastruktur layihələri icra edilir. Salyan-
Bakı  avtomobil  yolu  artıq  neçə  ildir  ki,
fəaliyyət göstərir. İndi Bakını İran sərhədi ilə
birləşdirən  yolun  çəkilişi  davam  etdirilir.
Kənd  yolları  layihələri  Salyanda  icra
edilmişdir. Bir neçə layihə artıq istifadəyə
verilib,  yollar  açılıb.  Qazlaşdırma  uğurla
gedir.  Salyanda  qazlaşdırma  təxminən  80
faiz  təşkil  edir.  Bu  da  böyük  nailiyyətdir.
Ancaq növbəti mərhələdə biz bunu 90 faizə
çatdırmalıyıq. Gələcəkdə Salyan rayonunun
bütün yaşayış məntəqələri təbii qazla təmin
edilməlidir.
İnfrastruktur layihələri insanlara xidmət
göstərir,  eyni  zamanda,  hər  bir  rayonun
inkişafını  sürətləndirir.  İnfrastruktur  ol-
madan inkişafdan söhbət gedə bilməz. Elek-
trik  enerjisi,  yol,  qaz,  suvarma  imkanları
olmasa, heç bir rayon, heç bir kənd inkişaf
edə bilməz. Ona görə biz infrastruktur layi-
hələrinin icrasına xüsusi diqqət göstəririk,
bu məqsədlər üçün artıq çox böyük dövlət
vəsaiti  xərclənib  və  bu  proses  davam  et-
dirilir. Biz infrastruktur layihələrinə bundan
sonra da investisiya qoyacağıq. Yaxın vaxt-
larda gələn ilin dövlət büdcəsi müzakirəyə
çıxarılacaqdır. Mən artıq göstəriş vermişəm
ki, dövlət büdcəmiz əlbəttə, sosialyönümlü
olmalıdır, bütün sosial proqramlar orada tam
şəkildə əks etdiriləcək. Eyni zamanda, sər-
mayə üçün də kifayət qədər vəsait nəzərdə
tutulmalıdır ki, biz bu işləri davam etdirək.
Sosial infrastruktur, məktəb, xəstəxana
binalarının, idman qurğularının tikintisi, yol-
ların, elektrik, qaz, içməli su xətlərinin çəki -
lişi - bütün əsas şərtlər təmin edilir. Bununla
paralel olaraq, hər bir rayon çalışmalıdır ki,
ümumi işimizə daha da çox töhfə versin.
Rayonlarımızın  potensialı  böyükdür,  o
cümlədən Salyan rayonunun. Sadəcə olaraq,
gərək,  işlər  düzgün  qurulsun.  Belə  olan
halda  rayonlarımız  öz  daxili  imkanları
hesabına yaşaya bilər. Bizim bu gün əksər
rayonlarımız subsidiya, dövlət büdcəsindən
dotasiya ilə yaşayır. Buna nə qədər ehtiyac
varsa, belə də olacaq. Ancaq çalışmalıyıq ki,
hər  bir  rayonun  öz  imkanları,  potensialı
maksimum dərəcədə realizə edilsin.
Salyan rayonunun sosial-iqtisadi inkişafı
üçün çox gözəl imkanlar var. Hesab edirəm
ki, indi Salyan rayonunun inkişafı üçün yeni
dövr, yeni mərhələ başlayır. Bu yaxınlarda
yeni icra başçısı təyin edilibdir. Mən, adətən,
dövlət  məmurlarını  tərifləmirəm,  amma
deyə bilərəm ki, əvvəlki işdə - Yardımlı ray-
onunda yaxşı işləyib. Orada da əhali razılıq
edirdi və işlər yaxşı gedirdi. Nəzərə alsaq ki,
Salyan rayonunda daha da böyük inkişafa
ehtiyac var idi, mən onu buraya təyin etdim.
Təyin  edərkən  bütün  göstərişləri  verdim,
dedim ki, xalqla bir yerdə olmalısan, xalqa
qayğı  göstərməlisən.  Rayonun  bütün
məsələləri həll olunmalıdır. Hansı məsələlər


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə