Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə9/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
ƏMƏKDAŞLIQ
3/2016
20
İyulun 6-dan 26-dək Çin Xalq Respublikasında “Çinin inkişaf təcrübəsi”
mövzusunda seminar keçirilmişdir. Seminarda iştirak etmək üçün “Azərsu”
ASC-nin əməkdaşları Çin Xalq Respublikasında səfərdə olmuşlar.
"Azərsu" ASC-nin əməkdaşları 
Çində keçirilmiş seminarda iştirak ediblər
Çin Kommersiya Nazirliyinin təşkil
etdiyi  seminar  inkişaf  etməkdə  olan
ölkələrin  Çinin  inkişaf  təcrübəsi  haq -
qında  məlumatlandırılması  və  ölkələr
üzrə  qabaqcıl  təc rübələrin  müzakirəsi
məqsədi ilə keçiril mişdir.  
Bundan  başqa,  qədim  İpək  Yolu
üzərində  yerləşən  ölkələrin  iqtisadi
əlaqələrinin genişlənməsi mövzularında
fikir mübadiləsi aparılmışdır.
Ümumilikdə  14  ölkəni  təmsil  edən
seminar iştirakçıları arasında “Azərsu”
ASC  ilə  yanaşı,  Azərbaycan  Respub-
likasının  Prezidenti  yanında  Vətən-
daşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentli yinin və “Azərbay-
can  Dəmir  Yolları”  QSC-nin  əmək-
daşları olmuşlar.
Seminar çərçivəsində iştirakçılar pay-
taxt  Pekinlə  yanaşı,  Sian  və  Çendu
şəhərlərində də olmuşlar.


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
LAYİHƏLƏR
3/2016
21
Yeni su təchizatı sisteminin açılış mərasi-
mində  çıxış  edən  Quba  rayon  icra  ha ki -
miyyəti başçısının müavini Nəsrulla Və liyev
“Azərbaycan  Respublikası  regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na
uyğun olaraq bölgələrdə  genişmiqyaslı in-
frastruktur layihələrinin həyata keçirildiyini
bildirmiş,  ölkə  rəhbərliyinin  kəndlərin
içməli  su  təchizatının  yaxşılaşdırılmasını
daim  diqqətdə  saxladığını  vurğulamışdır:
“Son  illər  bölgələrdə  həyata  keçirilən  su,
təbii  qaz,  yol  layihələri  regionların    inki -
şafına böyük təkan vermiş və əhalinin sosial
vəziyyətinin yaxşılaşmasına səbəb olmuş-
dur.  Bu  istiqamətdə  əhalinin  içməli  su
təchizatının  yaxşılaşdırılması  ilə  bağlı
görülən işlər xüsusi qiymətləndirilməlidir.
Qəçrəşdə istismara verilən  su təchizatı sis-
temləri kən din sosial inkişafına böyük töh-
fədir".
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal”
MMC-nin direktorunun birinci müavini Vəli
Həsənov bildirmişdir ki, regionların sosial-
iqtisadi inkişafı dövlət Proqramlarına uyğun
olaraq  regionlarda  43  şəhər  və  rayon
mərkəzində su layihələrinin icrasına başlan-
mış  və  artıq  23  şəhərdə  işlər  başa  çat-
dırılmışdır.  2016-cı  ildə  daha  7  rayon
mər kəzində  su  layihələrinin  icrası  yekun-
laşacaq, eyni zamanda Ağcabədi və Qazax
şəhərlərində işlərə başlanılması nəzərdə tu-
tulur.  “Azərsu” ASC  rayon  mərkəzləri  ilə
Quba rayonunun Qəçrəş kəndinin içməli su
təchizatı yaxşılaşdırılıb
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda rayon mərkəzləri ilə yanaşı, kənd
və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam
etdirir. Belə layihələrdən biri də Quba rayonunun Qəçrəş kəndində uğurla başa çat-
dırılmışdır.


yanaşı içməli sudan əziyyət çəkən kəndlərdə
də  təxirəsalınmaz  tədbirlər  görür:  “Möh -
tərəm  Prezident  İlham  Əliyevin  res pub -
likanın hər bir şəhər və kəndinin keyfiyyətli
içməli  su  ilə  təmin  edilməsi  barədə
tapşırıqlarına  uyğun  olaraq  genişmiqyaslı
işlər  həyata  keçirilir.  2013-cü  ildə  Quba
şəhərinin su təchizatı və kanalizasiya sistem-
lərinin  yenidən  qurulması  layihəsi  uğurla
başa çatdırılıb.      
Bu  gün  açılışını  etdiyimiz  su  təchizatı
sistemləri turizm zonası kimi tanınan Qəçrəş
kəndinin inkişafına müsbət təsirini göstərə -
cəkdir. “Azərsu” ASC hazırda Masallı ray-
onunun  Muğan  bölgəsində  yerləşən  5
kəndinin, Yardımlı, Ağsu, İsmayıllı rayon-
larının  sudan  əziyyət  çəkən  kəndlərində,
həmçinin Biləsuvar rayonu və Taxtakörpü
ərazisində  məskunlaşan  məcburi  köçkün-
lərin su təchizatının yaxşılaşdırılması məq -
sədilə layihələr icra edir”.
Açılış mərasimində çıxış edən sakinlər
kəndin ən böyük qayğılarından olan içməli
su məsələsinin həllinə göstərdiyi diqqət və
qayğıya  görə  ölkə  rəhbərliyinə,  “Azərsu”
ASC-nin  kollektivinə    minnətdarlıqlarını
bildirmişlər. 
Quba  rayonunun  Qəçrəş  kəndində  icra
olunan layihə çərçivəsində mövcud magis-
tral kəmərin 4,4 km-lik hissəsi yenidən qu-
rulmuş,  kəndin  yüksəklikdə  yerləşən
hissəsində ümumi tutumu 600 kubmetr olam
2  su  anbarı  tikilmiş,  kənd  daxilində  poli-
etilen borularla 2 km uzunluğunda paylayıcı
şəbəkə  yaradılmışdır.  Hazırda  paylayıcı
şəbəkədən evlərə çıxışların və birləşmələrin
verilməsi işləri həyata keçirilir. Layihənin
icrası nəticəsində Qəçrəş kəndinin yüksək-
likdə  yerləşən  hissəsində  yaşayan  1250
sakininin içməli su problemi öz həllini tap-
mışdır.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Quba rayonunun Qəçrəş kəndinin 
içməli su təchizatı yaxşılaşdırılıb
LAYİHƏLƏR
3/2016
22


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
LAYİHƏLƏR
3/2016
23
“Qobustan  şəhərinin  su  təchizatı  və
kanalizasiya sistemlərininin yenidən qurul-
ması” layihəsi  2030-ci ilə qədər perspektiv
inkişaf nəzərə alınmaqla Qobustan şəhərində
11,7 min nəfərin  içməli su təchizatının və
kanalizasiya  xidmətlərindən  istifadəsinin
yaxşılaşdırılmasına  hesablanmışdır. Layihə
çərçivəsində  Qobustan  rayonunun  Təsi,
Bədəlli,  Sədəfli,  Dərəkənd  kəndlərinə  də
içməli  su  veriləcəkdir.  Ümumilikdə    layi-
hədən 14 minədək sakin faydalanacaqdır.
İnşasına 2015-ci ilin may ayının 10-da
başlanan  layihə  çərçivəsində  6  ədəd  sub-
artezian quyusu qazılmış, ümumi uzunluğu
1055 metr olan quyulararası xəttin 550 metr-
lik,    7,2  km  magistral  xəttin  isə  6,9  km
hissəsində işlər başa çatmışdır, Daşarası və
Nərimankənd  kəndlərində  ümumi  tutumu
2000 kubmetr olan 4 su anbarında isə tikinti
işləri davam etirilir.
Şəhər  üzrə  layihələndirilmiş  61,4  km
içməli su  şəbəkəsinin 37 km-lik hissəsində
işlər başa çatdırılmış, 850 yaxın  evə  birləş -
mə  verilmişdir.  Eyni  zamanda    59,2  km
kanalizasiya şəbəkəsinin 46,8 km-lik hissə -
sində  işlər  yekunlaşmış,    şəbəkə  üzərində
1060 ədəd kanalizasiya baxış quyusu  inşa
edilmiş, 1653 ünvana  birləşmə verilmişdir.
Qobustan  şəhərində  tullantı  sularının
təmiz lənib  zərərsizləşdirməsi  şəhərin  kə-
narında  inşa  ediləcək  və  məhsuldarlığı
sutkada 2500 kubmetr olan tullantı sutəmiz -
ləyici qurğusunda həyata keçiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan hökuməti və
Yaponiya  Beynəlxalq  Əməkdaşlıq Agent -
liyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhər-
lərdə su təchizatı və kanalizasiya layihəsi”
çərçivəsində  Qobustan  şəhəri  ilə  yanaşı,
Naftalan, Xaçmaz, Xızı, Qusar şəhərlərinin
su  təchizatı  və  kanalizasiya  sistemlərinin
yenidən qurulması nəzərdə tutulur.  Naftalan
şəhərində su və kanalizasiya şəbəkələrinin
tikintisi  başa  çatıb,  tullantı  sutəmizləyici
qurğusunun inşasına hazırlıq gedir, Qusarda
su və kanalizasiya sistemlərinin tikintisi üzrə
işlər yekunlaşmaq ərəfəsindədir, Xaçmaz və
Xızıda isə içməli su və kanalizasiya sistem-
lərinin  inşası işləri davam etdirilir.
Qobustan şəhərində içməli su təchizatı və 
kanalizasiya sistemlərinin yenidən qurulması 
layihəsinin icrası uğurla davam etdirilir
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  “Azərbaycan Respublikası regionlarının sosial-
iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində
içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin
icrasını davam etdirir. Azərbaycan hökuməti vəYaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya
layihəsi” çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistem-
lərinin yenidən qurulması üzrə  tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə
yetirilmişdir.


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə