Water problems: science and technology



Yüklə 7,83 Kb.
Pdf görüntüsü
səhifə5/39
tarix06.05.2018
ölçüsü7,83 Kb.
#42064
1   2   3   4   5   6   7   8   9   ...   39

Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən
çəkilmiş yeni içməli  su xəttinin açılışı olub
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
3/2016
11
burada həll oluna bilərsə həll olunsun. Bu-
rada həll olunmayan məsələlər mərkəzi icra
orqanları tərəfindən həll olunmalıdır. Yəni,
Salyan rayonunun inkişafı üçün bütün lazımi
tədbirlər görülür.
Əminəm ki, gələcəkdə burada sənayenin
inkişafı sürətlə getməlidir. Mən göstəriş ver-
mişəm  hər  bir  rayonda  sənaye  zonaları
yaradılsın ki, həm iş yerləri açılsın, həm də
yerli  istehsal  artsın.  Emal  müəssisələri
yaradılmalıdır, xüsusilə kənd təsərrüfatına
daha  da  böyük  diqqət  göstərilməlidir  və
daha çox rayonun iqliminə, torpağına, şərai -
tinə  uyğun  bitkilər  yetişdirilməlidir.  İndi
bütün təhlillər aparılır, təkliflər hazırlanır.
Əminəm  ki,  yaxın  gələcəkdə  biz  gözəl
nəticələri görəcəyik.
Pambıqçılıq Salyanda bu il inkişaf edir.
Misal üçün, keçən il 400 hektarda pambıq
əkilmişdisə, bu il 2 min hektarda əkilibdir,
yəni, beş dəfə çox. Proqram üzrə gələn il 7
min hektar sahədə pambıq əkiləcək. Ondan
sonra daha da çox. Bu, əlbəttə ki, insanlara
əlavə maddi imkan yaradacaq, həm məşğul-
luğu artıracaq, həm də ümumi işimizə bir
töhfədir. İndi bizim neft gəlirlərimiz azalıb.
Bu, reallıqdır. Neftin qiyməti 3-4 dəfə aşağı
düşəndə, bizim valyuta gəlirlərimiz də 3-4
dəfə aşağı düşür.
Düzdür, bu gün Azərbaycan bu böhrana
davam  gətirə  bilir.  Deyə  bilərəm  ki,  neft
hasil  edən  ölkələrin  vəziyyətinə  baxsaq
görərik ki, Azərbaycan ən yaxşı vəziyyət-
dədir. Ancaq bununla bərabər, bizə valyuta
gətirən  ixrac  məhsulları  lazımdır.  Kənd
təsərrüfatı  məhsulları  arasında  bu  bölgə
üçün  ən  məqbul  sahələrdən  biri  də  pam-
bıqçılıqdır.
1970-ci illərdə pambıqçılıqda işləyən in-
sanlar yaxşı dolanıblar, yaxşı pul qazanıblar,
evlər tikiblər. Pambıqçılıq indiki mərhələdə
də insanlar üçün yeni imkanlar yaradacaq.


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən
çəkilmiş yeni içməli  su xəttinin açılışı olub
RƏSMİ
3/2016
12
İnsanların məşğulluğu məsələləri daim
diqqət mərkəzində olmalıdır. Biz son 13 il
ərzində 1 milyon 300 min yeni iş yeri yarat-
mışıq.  Ancaq  bu,  daimi  proses  olmalıdır.
Çünki əhali artır, tələbat artır, istehlak artır.
Ona  görə  yeni  fabriklər,  zavodlar,  emal
müəssisələri yaradılmalıdır. Hər bir rayon və
rayon rəhbərliyi çalışmalıdır ki, öz rayonuna
investisiyalar  cəlb  etsin.  İnfrastruktur  və
sosial infrastruktur layihələrinə dövlət xətti
ilə investisiyalar qoyulur və qoyulacaq. Eyni
zamanda, kənd təsərrüfatının inkişafı üçün
gübrəyə, yanacağa subsidiyalar verilir. Tor-
paq vergisi istisna olmaqla kəndlilər bütün
vergilərdən azaddır. Onlara aqrolizinq yolu
ilə texnika verilir. İndi ölkəmizə bir neçə 100
milyon dollar dəyərində yeni texnika gətirilir
ki,  kəndlilərə  verilsin,  onlar  torpağı  əkib-
becərsinlər.  Dövlət  bu  istiqamətdə  də  öz
dəstəyini əsirgəmir.
Yerli icra orqanları isə çalışmalıdırlar ki,
öz rayonlarına yerli və xarici özəl sərmayə
gətirsinlər. Xaricə getmək, orada investorları
inandırmaq lazımdır ki, sərmayə qoysunlar.
Azərbaycanda kifayət qədər böyük firmalar,
şirkətlər  var.  Onları  maraqlandırmaq
lazımdır. İndi yerli icra orqanlarının işi bun-
dan  ibarətdir.  Çünki  bir  daha  demək
istəyirəm ki, əsas infrastruktur layihələrinin
icrası dövlətin məsuliyyətidir. Bu layihəyə
dövlət  böyük  vəsait  ayırıb.  Biz  son  illər
ərzində su layihələrinə milyardlarla manat
vəsait ayırırıq. Bu layihələr gəlir gətirmir,
sırf sosial məna daşıyır. Bir çox ölkələr var
ki, pul xərcləməmək üçün bu layihələri icra
etmirlər. Buna vəsait xərcləmək istəmirlər,
qənaət edirlər. Biz isə sosial layihələri icra
edirik. Çünki bu, insanlara lazımdır. Biz bu
işləri  insanlar  üçün  yaradırıq,  qururuq,
ölkəmizi inkişaf etdiririk.
Ona görə, yerli icra orqanları da gərək
çalışsınlar ki, onların rəhbərlik etdikləri ra -
yonlarda işlər daha sürətlə getsin. Rayonlar
arasında  çox  sağlam  rəqabət  olmalıdır.
Rayon rəhbərliyinə qiymət bu nəticəyə görə
veriləcək.  Əlbəttə  ki,  rayonun  fəalları,
ziyalılar, bütün ictimaiyyət bu işlərdə həmişə
olduğu kimi, fəal olmalı və ümumi işimizə
töhfə verməlidirlər.
Sizi  bu  gözəl  hadisə  münasibətilə  bir
daha təbrik edirəm. Bu, əlamətdar, tarixi bir
gündür. Bu günü biz bir yerdə qeyd edirik.
***
Rayon sakini Səlimağa Səlimli: Möhtə -
rəm cənab Prezidentimiz. Bu gün içməli su
layihəsinin istifadəyə verilməsi bizdə böyük
fəxr,  qürur  hissi  yaradır.  Uzun  illər  boyu
Salyan  şəhərinin  əhalisi  içməli  su  sarıdan
çox əziyyət çəkiblər, lilli sudan istifadə edib -
lər  ki,  o  da  gündə  2  saat  verilib.  Əhali
məcbur olub həmin lilli suyu xüsusi daşlarda
süzərək  istifadə  edib.  Mənim  dediklərimi
burada olanlar təsdiq edə bilərlər. Amma bu
gün bütün şəhər sakinlərinə fasiləsiz içməli
suyun verilməsi onlara yeni, sağlam həyat
bəxş etdi.
Biz  salyanlılara  bu  yeni  sağlam  həyatı
bəxş  etdiyinizə  görə  bütün  Salyan  əhalisi
adından Sizə dərin minnətdarlığımı bildirir,
ömrünüzün  su  qədər  uzun  olmasını  arzu-
layıram. Allah  Sizə  yar  olsun. Allah  Sizi
qorusun. Çox sağ olun, doğma əziz Prezi-
dentimiz.
Prezident İlham Əliyev: Sağ olun.
***
Rayon sakini: Ulu Öndərimizin ənənə -
lərini  davam  etdirdiyinizə  görə  hamımız
Sizə minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyev: Çox sağ olun.
***
Prezident İlham Əliyev şəhərə suyun ve -
rilməsini bildirən düyməni basdı.
***
Sonda xatirə şəkli çəkdirildi.


Yüklə 7,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə