Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə25/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

68
1/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
Ağayev T.S. Abşeron yarımadasının 
su sektorunun inkişafı
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
tral 8108  km  paylayıcı su şəbəkə, 2329 km  yenilənəcək   şəbəkə,   həcmi   1158
min   kubmetr   olan   su   anbarları, 151 km tunel  tipli kanalizasiya  kollektorları,
682  km kanalizasiya  kollektoru, 6395  km  kanalizasiya şəbəkəsi, 3378 km  yağış
kanalizasiya  şəbəkəsi,  867 km  yağış  suları  kollektorları  və  tunelləri,  məhsuldar -
lığı  sutkada  1  milyon  375  kubmetr olan 11 ədəd  tullantı sutəmizləyici qurğu nə -
zərdə tutulmuşdur [1].
2035-ci  ili  əhatə  edən Master Plan üzrə bir çox layihələr tərtib edilmiş və onların
əsasında çox mühüm və təxirəsalınmaz işlər görülmüşdür.  Master Plan hazırlanması
ilə paralel olaraq su təmizləyici qurğularında, yeni  magistral  su  kəmərlərinin, re-
gionun şəhər və qəsəbələrində su təchizatı və  kanalizasiya  şəbəkələrinin yenidən
qurulması,  əlavə  su  anbarlarının,  nasos  stansiyalarının  tikintisi   aparılmış və
digər idarəetmə strukturunda islahatlarının  aparılmasına  başlanmışdır.  Bu  layihələr
çərçivəsində  Abşeron yarımadasında 2100  km-dən artıq magistral və  şəbəkə su
xətləri, 350 km kanalizasiya kollektotu və xətti tikilmiş, 39 ədəd tənzimləyici  su
anbarı  istifadəyə  verilmlşdir.  Eyni  zamanda  1100-dən  artıq  çoxmənzilli  yaşayış
binasının  içməli  su  şəbəkəsi,  4550-dən  artıq  binanın  zirzəmisində  kanalizasiya
xətləri yenilənmiş, 280 mindən  artıq   smat   tipli   sayğac    quraşdırılmışdır.    Bu
binalarda  dik   dayaqların   pilləkən  qəfəsinə   çıxarılması   və   smat sayğacların
quraşdırılması,  su itkilərinin qarşısı alınmış və 100 faiz ödəniş təmin olunmuşdu.      
Görülən   işlərdən  ən   əhəmiyyətlisi   Ceyranbatan  Ultrasüzgəcli  Sutəmizləyici
Qurğular   Kompleksinin tikintisini  göstərmək  olar.  08  sentyabr 2011-ci  il  tar-
ixində Azərbaycan Respublikasi Pezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş
kompleks 2015-ci ilin oktyabrın 28-də Prezidentin iştirakı ilə işə salınmışdır. 
İstismara  verilən  yeni  kompleksin məhsuldarlığı  saniyədə 6,6 kubmetr və ya
sutkada 570 min kubmetr təşkil edir. Gələcəkdə  emal gücünü  saniyədə 7,5 kub-
metrə çatdırmaq mümkündür.  Unikanlığı ilə seçilən bu kompleks   dünyanın   ən
böyük   sutəmizləyici   infrastruktur   obyektidir.   Ümumilikdə  kompleksin  tərkibi
Ceyranbatan   gölündən  xam  suyun   götürülməsi  məqsədilə   tikilən   hidrotexniki
qurğular,   sutəmizləyici qurğunun  özü və  onun  texnoloji,  elektro-mexaniki in-
frastrukturu,  emal olunan  suyun optimal paylanması məqsədilə  relyef  baxımından
hündürlükdə  yerləşən  anbarlardan  və  qurğulardan anbara qədər  magistral kəmər-
lərdən ibarətdir.  Qurğuda  bütün  texnoloji  poseslər – suyun həcmi,  təzyiqi, emalı,
hər bir mərhələdə suyun  keyfiyyət  göstəricilərinin  nəzarətdə  saxlanılması  tam
avtomatlaşdırılıb  və  bütün proseslər  SCADA idarəetmə mərkəzindən aparılır. Ul-
trasüzgəcli təmizləyici qurğuda emal olan təmiz su yeni inşa edilmiş nasos stansiyası
vasitəsilə  11 kilometr uzunluğunda olan kəmərlə nisbətən hündürlükdə yerləşən su
anbarına nəql edilir.   Suyun  optimal  paylanması  və  elektrik  enerjisindən  asılılığın
aradan  qaldırılması  məqsədilə  dəniz səviyyəsindən 118 metr yüksəklikdə 50 min
kubmetr həcmində anbar kompleksi inşa olunub.  Anbarla Oğuz-Qəbələ-Bakı  su
kəmərinin  bölüşdürücü  kamerası ilə  əlaqələndirilməsi  üçün  yeni  qaldırıcı nasos


69
1/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ağayev T.S. Abşeron yarımadasının 
su sektorunun inkişafı
stansiyası quraşdırılıb.  Beləliklə,  bu  2  mənbələrin  alternativ  istismarına  şərait
yaratmaqla,  Abşeron  yarımadasının içməli su təchizatında etibarlılıq təmin olun-
muşdu.
Kompleksdə  emal  olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri
ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala  hissəsinin
tikintisi  2013-cü ildə,  22,5 kilometrlik  Qala-Zirə hissəsinin  tikintisi  isə  2014-cü
ildə  başa  çatdırılıb.    Bu  kəmərlə  ötürülən  suyun  səmərəli  paylanması,  bu əra -
zilərdə   əhalinin  fasiləsiz  su  təminatına  nail  olunması  üçün  kəmərin  marşrutu
boynca tutumu 90 min kubmetr olan  Saray,  Balaxanı,  Ramana,  Qala  və  Zirə  an-
barları  tikilib.  Gələcəkdə  daha  200 min kubmetr su anbarları  tikiləcək ki,  bu da
paylayıcı şəbəkədə sabit,  dayanıqlı hidravlik rejimin təmin olunmasına, qəza və
planlı dayanmalar zamanı fasiləsiz su təchizatının aparılmasına imkan verəcəkdir.
Xüsusilə  qeyd edilməlidir ki,  Master Plan  layihəsində  Bakıətrafı  qəsəbə və
yeni yaşayış massivlərinin daha  keyfiyyətli  içməli  suya  tələbatın  ödənilməsi,
Kür  sutəmizləyici  qurğularda  emal  olunan  suyun  bir hissəsinin Aran və Muğan
bölgəsinə yönəldilməsi / 7 rayon mərkəzi və 186 kənd /, Ceyranbatan qurğusunun
3-cü növbəsinin köhnəlməsi yeni qurğunun inşasnı zəruri etmişdir. Eyni zamanda
2013-cü il sentyabrın 28-də Taxtakörpü su anbarının  və Taxtakörpü-Ceyranbatan
su  kanalının istismara verilməsi,  Ceyranbatan gölündə kifayət  həcmdə  su  ehtiya -
tının  yaranması  yeni  kompleksin  daha  keyfiyyətli  xam  su ilə təminatına  imkan
vermişdir.  Yeni  kompleksin  mövcud su mənbələrlə əlaqələndirilməsi, istismarda
olan  magistral  kəmərlərdə  qəzalar  zamanı  su  təchizatında  dayanıqlığın  təmin
edilməsi nəzərdə tutulur. 
Ümumilikdə,  Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici  Qurğular  Kompleksinin
layihəsi çərçivəsində 30 kilometr uzunluğunda   müxtəlif  diametrli boru, 116 elek-
tro-nasos   aqreqat, 6  güc transformatoru quraşdırılmış  və komp lek sin  5,6 hektar
ərazisində böyük həcmdə abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır.  Bu
layihənin  icrası  nəticəsində  yarımadanın  şərq  hissəsində  mərkəzləşdirilmiş  su
şəbəkəsi olmayan  qəsəbələrin  və  yeni  salınmış  yaşayış  massivlərinin su problemi
birdəfəlik həll ediləcək. Tarixən yeraltı və avtosisternlərlə daşınan  sulardan istifadə
edən    Qala,  Şağan,  Mərdəkan,  Şüvəlan  və  Binə  qəsəbələri,  həmçini  Binəqədi,
Mehdiabad,  Digah,  Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Yeni Sura -
xanı, Hövsan yaşayış massivlərinin su təminatı xeyli yaxşılaşdırılıb.  Türkan və Zirə
qəsəbələlərində    yeni  mərkəzləşdirilmiş  su  şəbəkəsi  yaradılmış  və  2015-ci  ilin
noyabr  ayında  qəsəbələrə  içməli  suyun  verilməsinə  başlanmışdır.  Yuxarıda
göstərilən  qəsəbələrdə,  gələcəkdə  əhali  artımını  nəzərə  almaqla,   hazırlanmış
layihələrə uyğun mərkəzləşdirilmiş içməli su şəbəkəsinin yaradılması üzrə işlər
davam etdirilir.     
Koreya  Beynəlxalq  Əməkdaşlıq  Agentliyi   ilə   birgə   həyata  keçirilmiş  layihə
çərçivəsində  Kürdəxanı qəsəbəsində  mərkəzləşdirilmiş  su  şəbəkəsinin  tikintisi


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə