68
1/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ
SULARI
SİSTEMLƏRİNİN İDARƏ
OLUNMASI
Ağayev T.S. Abşeron yarımadasının
su sektorunun inkişafı
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
tral 8108 km paylayıcı su şəbəkə, 2329 km yenilənəcək şəbəkə, həcmi 1158
min kubmetr olan su anbarları, 151 km tunel tipli kanalizasiya kollektorları,
682 km kanalizasiya kollektoru, 6395 km kanalizasiya şəbəkəsi, 3378 km yağış
kanalizasiya şəbəkəsi, 867 km yağış suları kollektorları və tunelləri, məhsuldar -
lığı sutkada 1 milyon 375 kubmetr olan 11 ədəd tullantı sutəmizləyici qurğu nə -
zərdə tutulmuşdur [1].
2035-ci ili əhatə edən Master Plan üzrə bir çox layihələr tərtib edilmiş və onların
əsasında çox mühüm və təxirəsalınmaz işlər görülmüşdür. Master Plan hazırlanması
ilə paralel olaraq su təmizləyici qurğularında, yeni magistral su kəmərlərinin, re-
gionun şəhər və qəsəbələrində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən
qurulması, əlavə su anbarlarının, nasos stansiyalarının tikintisi aparılmış və
digər idarəetmə strukturunda islahatlarının aparılmasına başlanmışdır. Bu layihələr
çərçivəsində Abşeron yarımadasında 2100 km-dən artıq magistral və şəbəkə su
xətləri, 350 km kanalizasiya kollektotu və xətti tikilmiş, 39 ədəd tənzimləyici su
anbarı istifadəyə verilmlşdir. Eyni zamanda 1100-dən artıq çoxmənzilli yaşayış
binasının içməli su şəbəkəsi, 4550-dən artıq binanın zirzəmisində kanalizasiya
xətləri yenilənmiş, 280 mindən artıq smat tipli sayğac quraşdırılmışdır. Bu
binalarda dik dayaqların pilləkən qəfəsinə çıxarılması və smat sayğacların
quraşdırılması, su itkilərinin qarşısı alınmış və 100 faiz ödəniş təmin olunmuşdu.
Görülən işlərdən ən əhəmiyyətlisi Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksinin tikintisini göstərmək olar. 08 sentyabr 2011-ci il tar-
ixində Azərbaycan Respublikasi Pezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş
kompleks 2015-ci ilin oktyabrın 28-də Prezidentin iştirakı ilə işə salınmışdır.
İstismara verilən yeni kompleksin məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya
sutkada 570 min kubmetr təşkil edir. Gələcəkdə emal gücünü saniyədə 7,5 kub-
metrə çatdırmaq mümkündür. Unikanlığı ilə seçilən bu kompleks dünyanın ən
böyük sutəmizləyici infrastruktur obyektidir. Ümumilikdə kompleksin tərkibi
Ceyranbatan gölündən xam suyun götürülməsi məqsədilə tikilən hidrotexniki
qurğular, sutəmizləyici qurğunun özü və onun texnoloji, elektro-mexaniki in-
frastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından
hündürlükdə yerləşən anbarlardan və qurğulardan anbara qədər magistral kəmər-
lərdən ibarətdir. Qurğuda bütün texnoloji poseslər – suyun həcmi, təzyiqi, emalı,
hər bir mərhələdə suyun keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması tam
avtomatlaşdırılıb və bütün proseslər SCADA idarəetmə mərkəzindən aparılır. Ul-
trasüzgəcli təmizləyici qurğuda emal olan təmiz su yeni inşa edilmiş nasos stansiyası
vasitəsilə 11 kilometr uzunluğunda olan kəmərlə nisbətən hündürlükdə yerləşən su
anbarına nəql edilir. Suyun optimal paylanması və elektrik enerjisindən asılılığın
aradan qaldırılması məqsədilə dəniz səviyyəsindən 118 metr yüksəklikdə 50 min
kubmetr həcmində anbar kompleksi inşa olunub. Anbarla Oğuz-Qəbələ-Bakı su
kəmərinin bölüşdürücü kamerası ilə əlaqələndirilməsi üçün yeni qaldırıcı nasos