Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə26/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

70
1/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
Ağayev T.S. Abşeron yarımadasının 
su sektorunun inkişafı
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
başa  çatmış  və  2014-cü  ildə  20 minədək  qəsəbə sakinləri 24 saat fasiləsiz içməli
su ilə təmin olunub. 
Baki  şəhərinin  şərq  hissəsinin  içməli  su  təchizatında  müstəsna  əhəmiyyəti
olan 41 Şərq  və  82 Şərq anbarlar   kompleksində  aparılmış  yenidənqurma  işləri
nəticəsində  şəhərin   Nizami,   Xətai,   Suraxanı   və Sabunçu rayonlarının əksər
hissələri fasiləsiz rejimdə içməli su ilə təmin edilib. 
2015-ci ildə  Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyələşdirilən  Badamdar
qəsəbəsinin  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
icrasına başlanmış və işlər sürətlə davam edilir. Bakı şəhərinin   digər  rayonlarında,
eləcə  də   Sumqayıt  və   Xırdalan   şəhərlənin   su   təchizatı   və   kanalizasya
şəbəkə lərində əsaslı yenidənqurma işləri aparılır.  
Master Plana əsasən  Abşeron yarımadasında  kanalizasiya  infrastrukturunun
inkişafı  istiqamətində  də mühüm tədbirlər həyata keçirilir.  Ötən müddətdə yeni
kollektor və xətlərin,  çirkab sutəmizləyici  qurğuların tikintisi,  mövcud xətlərin
rekonstruksiyası,  göstərilən xidmətlərin keyfiyyətinin  yüksəldilməsi  istiqamətində
əhəmiyyətli addımlar atılıb. Yarımadada formalaşan tullantı suların nəql olunması
ilk növbədə  150  kilometr uzunluğunda  tunellər  və  mikrotunellər  layihələn -
dirilmişdir.  İnnovativ  texnologiyalardan  istifadə  etməklə Dərnəgül-Bakıxanov-
Günəşli   (1254 min nəfərə xidmət edəcək),  Bayıl-Bibiheybət-Lökbatan  (382 min
nəfərə xidmət edəcək), Xocaəsən-Bləcəri-Xırdalan (626 min nəfərə xidmət edəcək)
və    Zabrat-Kürdəxanı-Pişağı  (219  min  nəfərə  xidmət  edəcək)  tunellərin  inşası
aparılır.
Sumqayıt-Buzovna və Şüvəlan  tullantı sutəmizləyici  qurğuların,  Novxanı-
Sumqayıt   kanalizasiya kollektorunun inşası, mövcud kanalizasiyaların rekonstruk-
siyası Xəzər dənizinə təmizlənmədən atılan tullantı sularının həcmini əhəmiyyətli
dərəcədə azaltmışdır.
2015-ci ildə 14 kilometrlik Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya tuneli tikil -
miş, Lökbatan tullantı suları təmizləyici  qurğular  kompleksinin  ərazisində  yeni
nasos stansiyası quraşdırılmışdır.  Böyükşor  gölünün, Su İdman  Sarayının  ətrafında
və  digər ərazilərdə  kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması işləri
həyata keçirilmişdir. Bakı buxtasına və Böyükşor gölünə axıdılan tullantı suların
qarşısı tam alınmışdir. 
Yarımadanın  qəsəbə  və  kəndlərində,   hazırlanmış  layihəyələrə  uyğun  mərkəz -
ləşdirilmiş   kanalizasiya şəbəkələrinin tikintisi davam edir. 
Yeni  inşa  edilmiş  və  2013-cü  ildə  istismara  verilmiş   Mərkəzi  Laboratoriya
ən  müasir  avadanlıq  və texnologiyalarla  təchiz  olunmuş,  burada  138  parametr,
o cümlədən  içməli suyun  84, tullantı sularının 54 parametri üzrə tədqiqatlar aparılır.
Burada  Abşeron  yarımadasını  içməli  su  ilə  təmin  edən  mənbələr,  su təmizləyici
qurğular,  su anbarları,  həmçini bütün  kateqoriyalar üzrə su istehlakçiları daxil ol-
maqla 1800-dək ünvandan   götürülən    nümunələrin   təhlili  (analizi)   aparılır.


71
1/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ağayev T.S. Abşeron yarımadasının 
su sektorunun inkişafı
Yeni laboratoriya   respublikanın  istənilən bölgəsində və şəraitdə  analizlərin apa -
rıl  ması  imkanları  da  təmin  edilmişdir.  Bu  məqsədlə  səyyar  laboratoriya  kimi
fəaliyyət göstərən  2,  su nümunələrinin  daşınması üçün isə  4 xüsusi təyinatlı
nəqliyyat vasitəsilə  rayon mərkəzlərində su nümunələrinin analizləri aparılır.
İstehlakçılara  verilən  içməli  suyun  dəqiq  uçotun aparılmasi, ödəniş səviy -
yəsinin yüksəldilməsi, debitor borc   probleminin  aradan   qaldırılması,   israfçılığın
və   su   itkilərinin   qarşısının   alınması  məqsədilə   su sayğaclarının quraşdırılması
istiqamətində intensiv işlər davam edir.
01  yanvar 2015-ci  il tarixə Abşeron yarımadası üzrə 915096  abonent mövcud-
dur ki, onların yalnız 71,5 faizi sayğacla təmin olunmuşdur.  İstistirmarda  olan
654713    ədəd  su  sayğaclardan  376902  ədədi  mexaniki  tipli,  277811  ədədi  isə
SMART-KART tiplidir. 2011-ci ildən bəri görülən tədbirlər nəticəsində su itkiləri
8,3 faiz azalmış,   vəsaitin    yığım   səviyyəsi   93,5   faizə   çatdırılmışdır.   Beləliklə,
son  illər  ərzinndə görülmüş işlər nəticəsində Bakı şəhəri üzrə fasiləsiz rejimdə su
ilə təmin olunan əhalinin xüsusi çəkisi 79,2 faizə yüksəlib [2].
2015-ci  ildə  abunəçiləri  su  sayğaclarla  təmin  edilməsi  ilə  yanaşı sayğacların
yoxlamadan  keçirilməsi, xətaların  müəyyən   edilərək  aradan  qaldırılması,  onlara
mütamadi  texniki  xidmət  göstərilməsi və təmiri məqsədilə Suölçən Cihazların
Sınaq və Kalibrləmə Labaratoriyası istismara  verilmişdir.  Laboratoriya  Türkiyə
və  Avropa  ölkələrinin  istehsalı   olan  cihaz  və  avadanlıqla  təchiz  edilmiş,   işçi
personalı   müvafiq   təlim keçmişdir.  Sınaq  qurğuları  Standartlaşdırma, Metrolo -
giya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Dövlət Reyesternə  salınmış  və  ser-
tifikatlaşdırılmış, sonradan Komitənin rəyinə əsasən “Sınaq və kalibrləmə labo  -
ratoriyalarının  səlahiyyətliliyinə ümumi tələblər” standartına  uyğun  akkreditasiya
olunmuş və bununla da uyğunluluğun qiymətləndirilməsi fəaliyyətilə məşğul olmaq
hüququ əldə etmişdir. 
Master Planın  tövsiyələrinə əsaslanaraq ötən dövr ərzində  “Azərsu”  ASC-nin
informasiya-kommunikasiya  texnologiyaları infrastrukturu müasir tələblərə   uyğun
qurularaq, iş  proseslərinin avtomatlaşdırılması  məqsədilə  tətbiq  edilən  sistem-
lərin,  elektron  xidmətlərin,  İT  infrastrukturunun dayanaqlı və fasiləsiz fəaliyyəti
təmin olunub.
İnfrastruktur   obyektlərinin  və  paylayıcı   şəbəkələrin   yenidən   qurulması  za-
manı   SCADA  sisteminin tətbiqinə  başlanılıb.  Bu  sistem  infrastrukturun  vahid
mərkəzdən    idarə  olunmasını    təmin  etməklə,    suyun  mənbədən    istehlakçıya
ötürülməsini  onlayn  rejimdə  tənzimləməyə  imkan  verir.  SCADA sistemi va-
sitəsilə anbarlarda  suyun  həcmi,  siyirtmələrin  işçi vəziyyəti, anbar  çıxışlarında
və şəbəkədəki təzyiq,  anbarlardakı ehtiyatın həcmi avtomtik müəyyən edilir və
daim nəzarətdə saxlayır.
Eyni zamanda Coğrafi İnformasiya Sisteminin /GİS/ yaradılması istiqamətində
fundamental işlər görülüb. “AzərsuGİS” sistemi vasitəsilə bütün  şəbəkə infrastruk-


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə