Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə22/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

müəssisədə savadlı şəkildə tərtib edilmiş texnoloji reqlament tətbiq edilmişdirsə, bu
məhsulun keyfiyyətinin yüksəldilməsindən əlavə, əməyin təhlükəsizliyinin və müəs-
sisənin əməkdaşları tərəfindən işlərin görülməsi zaman qaydalara riayət edilməsinin
yüksəlməsinə zəmin yaradır. Bu şərait məhsulun təhlükəsizliyinə yalnız onun tam
istismara verilməsindən sonra deyil həmçinin bütün texnoloji proses dövründə təmi-
nat verir. Bir qayda olaraq, texnoloji reqlamentdən istehsalat müəssisəsinin işçi
qrupunun əməkdaşları bütün istehsal prosesi ərzində istifadə edirlər.
Qeyd etmək lazımdır ki, su təchizatı və kanalizasiya sistemlərində texnoloji req -
lamentlər, hidrotexniki qurğular və içməli suyun hazırlanmasında istifadə edilən
xlor,  reagentlərinin  və  membran  texnologiyası  ilə  təmizlənmə  istifadəsi  üçün
ayrılıqda hazırlanır. Bəzi hallarda su təchizatı və ya kanalizasiya stansiyası üçün bir
texnoloji reqlament tərtib edilə bilər.
Texnoloji reqlamentlərin təsnifatı
İstehsal səviyyəsindən və yerinə yetirilən işlərin məqsədindən asılı olaraq aşağıda
göstərilən müxtəlif  tipli texnoloji reqlamentlər təqdim olunur:
• daimi;
müvəqqəti
• birdəfəlik;
• laborator (işə salma qeydləri, istehsal üsulları).
Daimi texnoloji reqlamentlər inkişaf etmiş sənaye müəssisələri üçün nəzərdə
tutulmuşdur.
Müvəqqəti texnoloji reqlamentlər müəssisənin nəzdində yaradılan yeni istehsal
sahələri, texnoloji proseslərə prinsipial dəyişiklik edilmiş fəaliyyətdə olan istehsal
sahələri və yeni texnologiyalı istehsal sahələri üçün işlənib hazırlanır.
Birdəfəlik texnoloji reqlamentlər təcrübə, təcrübə sənaye qurğuları, həmçinin
fəaliyyətdə olan müəssisədə aparılan təcrübə və təcrübə sənaye işləri üçün tərtib
edilir.
Laborator texnoloji reqlamentlər (işə salma qeydləri, istehsal üsulları) labo-
rator, stend və model qurğular üçün tərtib edilir.
Daimi,  Müvəqqəti  və  Birdəfəlik  texnoloji  reqlamentlər  aşağıda  göstərilən
bölmələrdən ibarətdir:
• istehsalın ümumi xüsusiyyətləri;
•  materialların,  xammalın,  reagentlərin,  yarımfabrikatların  xüsusiyyətlərinin
təsviri;
• istehsalın texnoloji sxemi və proseslərin təsviri;
• texnologiyanın rejimlərinin normaları;
• texnoloji prosesə nəzarətin təsviri;
• istehsal prosesinin işə salınmasının və dayandırılmasının təsviri;
Əbilov F.A.,Tarixazər Z.Ə. Su təchizatı və tullantı 
suların təmizləyici qurğular  sistemində texnoloji...
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
59
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Əbilov F.A.,Tarixazər Z.Ə. Su təchizatı və tullantı 
suların təmizləyici qurğular  sistemində texnoloji...
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
• istehsalın təhlükəsiz istismarının təsviri;
• atmosfer və çirkab sularının tullantılarının, onların təkrar emal və utilizasiya
üsullarının göstərilməsi ilə təsviri;
• texnoloji və nasos-kompressor tənzimləyici və qoruyucu qurğuların qısa təsviri;
• normativ sənədlərin və zəruri təlimatların siyahısı;
• istehsalın qrafik texnoloji sxemi.
Daimi,  Müvəqqəti  və  Birdəfəlik  texnoloji  reqlamentlər  aşağıda  göstərilən
bölmələrdən ibarət olmalıdır:
• istehsalın ümumi xüsusiyyətləri;
• istehsal edilən məhsulun xüsusiyyətləri;
• ilkin xammalın, materialların, yarımfabrikatların və enerji resurslarının xü-
susiyyətləri;
• sxem və texnoloji prosesin təsviri;
• material balansı;
• əsas növ xammalın, material və enerji resurslarının sərfiyyat norması;
• istehsal tullantılarının norması;
• istehsalın və texnoloji prosesin idarə edilməsinə nəzarət;
• iş prosesində meydana gələn mümkün nasazlıqlar və onların aradan qaldırılması
üsulları;
• ətraf mühitin mühafizəsi;
• istehsal proseslərinin təhlükəsiz istismarı;
• zəruri təlimatların siyahısı;
• istehsalın texnoloji sxeminin təsviri;
• təbiəti mühafizə yönümlü avadanlıqlar da daxil olmaqla əsas texnoloji avadan-
lıqların və texniki qurğuların spesifikasiyası;
Laborator reqlament (işə salma qeydləri, istehsal üsulları) aşağıda göstərilən
məlumatlara malik olmalıdır:
• qurğunun təyinatı;
• xammalın, yarımfabrikatların, hazır məhsulun, tullantıların, çirkab sularının,
toksik,  yanğın-partlayış  təhlükəli  tullantıların  xassələri  göstərilməklə  qısa  xü-
susiyyətləri;
• texnoloji sxemlərin və avadanlıqların yerləşdirilməsinin təsviri;
• nəzarət-ölçmə avadanlıqlarının sxeminin təsviri;
• elektrik təchizatı sxeminin təsviri;
• təhlükəsiz istismar qaydalarına olan tələblər;
• ekoloji təhlükəsizlik qaydalarına olan tələblər;
• texnoloji sxemlərin və avadanlıqların rəsmxət təsviri.
Texnoloji reqlamentin bütün tələblərinə riayət edilməsi vacibdir, çünki istehsal
edilən məhsulun keyfiyyətinə, texnoloji prosesin iqtisadi və səmərəli idarə edilmə -
sinə,  avadanlıqların  qorunub  saxlanılmasına,  ətraf  mühitin  çirklənməsinin  və
60
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
Əbilov F.A.,Tarixazər Z.Ə. Su təchizatı və tullantı 
suların təmizləyici qurğular  sistemində texnoloji...
qəzaların baş verməsinin istisna olunmasına, istehsal prosesinin təhlükəsiz idarə
edilməsinə zəmin yaradır. 
Qüvvədə olan texnoloji reqlamentin tələblərini yerinə yetirməkdə günahkar olan
şəxslər, qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati və material məsuliyyətə
cəlb oluna bilərlər. 
Təmizləyici qurğuların fəaliyyətinə tətbiq edilən texnoloji reqlament, təmizləyici
qurğuları olan müəssisələr üçün mütləq sənəddir. Bu sənədsiz su təchizatı və kanal-
izasiya xətlərinə qoşulmalarla əlaqədar işlərin aparılması mümkünsüzdür. 
Qüvvədə olan texnoloji reqlamentlərə edilən düzəliş və əlavələrin razılaşdırıl-
ması, tərtib və təsdiq edilməsi həmçinin qeydiyyatdan keçirilməsi vacibdir. 
Tələbat yarandıqda (iş rejimlərinin, yüklənmənin, avadanlıqların dəyişməsi və
s.) qüvvədə olan texnoloji reqlamentə düzəliş və əlavələrin edilməsi mümkündür.
Əlavə edilmiş dəyişikliklər ümumilikdə bütün texnoloji sistemin təhlükəsizliyinə
və iş qabiliyyətinə mənfi təsir göstərməməlidir. Qüvvədə olan reqlamentlərə edilən
əlavə və dəyişikliklərin hazırlanması, razılaşdırılması və təsdiq edilməsi əsas reqla-
mentlər üçün qəbul edilmiş qaydada həyata keçirilir.
Təsdiq edilmiş texnoloji reqlamentlər qeydiyyatdan keçməlidirlər. Reqlamentlər
hansı müəssisələr üçün hazırlanmışdırsa həmin müəssisədə də nömrələnib qeydiy -
yata alınmalıdır. 
Texnoloji reqlamentin etibarlılıq müddəti qanuna uyğun olaraq tənzimlənir və
adətən etibarlılıq müddəti beş il təşkil edir. Bu müddət bitdikdə əgər müəssisədə
köklü dəyişikliklər baş verməmişdirsə reqlamentin müddəti daha beş il uzadıla bilər.
Əgər  müəssisədə  yeni  məhsul  istehsalı  planlaşdırılırsa  və  ya  yeni  avadanlıqlar
quraşdırılırsa, texnoloji reqlament iki il müddətinə tərtib edilir. 
Müəssisədə aşağıdakı hallar baş verdikdə texnoloji reqlament yenidən hazırlana
bilər:
- sənaye təhlükəsizliyi üzrə yeni qanunverici aktlar tətbiq edildikdə;
- məhsulun istehsalı texnologiyasında köklü dəyişikliklər baş verdikdə;
- texnoloji reqlamentdə istismar qaydalarının təhlükəsizliyi kifayət qədər yetərli
göstərilmədiyi səbəbindən qəzalar baş verdikdə.
Hazırki şəraitdə təbii su hövzələrinin tullantı suları, münbit torpaqların lil sahələri
ilə  çirkləndirilməsi və digər problemlər bir biri ilə əlaqəsi olmayan müstəqil prob-
lemlər kimi müxtəlif qurumlar tərəfindən araşdırılır. Bununla bərabər, içməli suyun
keyfiyyəti və onun insanların sağlamlığı üçün təhlükəsizliyi ilk növbədə sənaye
müəssisələri tərəfindən axıdılan tullantı sularının həcmi və tərkibi, kanalizasiya sis-
temlərinə qəbulu, təmizləyici qurğuların effektivliyi içməli su təchizatı mənbəyi
olan təbii su hövzələrinə axıdılma normaları ilə təyin edilir. Məlumdur ki, təbii suları
təbii tullantılardan təmizləyən su təchizatı stansiyaları, bəzi hallar istisna olmaqla,
sənaye tullantı sularının toksik komponentlərinə sədd olmaq üçün nəzərdə tutul-
mamışdır.
61
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə