Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə19/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

50
1/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Abdullayev İ.M., Əsədov S.B., İsmayılov V.H. Orta və
Cənubi Xəzərdə suyun temperaturunun məkan-zaman...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
görürük. Mart ayından yüksəlməyə başlayan temperaturun minimal qiyməti iyun
ayında Pirallahı, Abşeron, Çilov və Neft Daşları məntəqələrində uyğun olaraq 20,7;
20,5;  18.8;  17,7ºS-yə  çatmışdır. Avqust  ayında  minimal  temperatur  3-6ºS  yük-
səlmişdir.
Sentyabr ayından minimal temperaturun azalmağa başladığınıı şəkildən də gör-
mək olar. Dekabr ayında temperaturun minimal qiyməti qeyd olunmuş məntəqələrdə
uyğun olaraq 4,6; 4,1; 1,6 və 4,7ºS-yə bərabər olmuşdur.
Şəkil 2. Suyun maksimal temperaturunun aylardan asılılığı.
Şəkil 3. Suyun minimal temperaturunun aylardan asılılığı.


51
1/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Abdullayev İ.M., Əsədov S.B., İsmayılov V.H. Orta və
Cənubi Xəzərdə suyun temperaturunun məkan-zaman...
Dəniz səthində maksimum temperatur avqustda müşahidə edilir. Maksimum tem-
peratur  25-50  m  horizontda  oktyabrın  ikinci  yarısında,  100  m  horizontda  isə
noyabrın axırı-dekabrın əvvəlində baş verir.
Soyuq illərdə suyun minimal temperaturu payız-qış konveksiyası və turbulent
qarışma nəticəsində demək olar ki, eyni zamanda 0-100 m layda müşahidə edilə
bilər. Qarışma prosesinin zəifləməsi zamanı temperaturun minimumu 100 m hori-
zontda səthə nisbətən 15-25 gün gecikir.
Nəticə
Beləliklə, təhlilin nəticələri göstərir ki, hava və suyun temperatur anomaliyasının
dəyişmə  tendensiyası  əksər  hallarda  (86-97%)  eyni  zamanda  baş  verir. Anom-
aliyanın əks dəyişmə tendensiyası daha tez-tez müşahidə edilir. Anomaliya tenden-
siyasının asinxronluğunun ehtimalı 3-14 %-ə qədər olur. Suyun temperaturunun orta
aylıq anomaliyası dəniz akvatoriyası üzərində və ona bitişik sahillərdə dayanıqlı at-
mosfer proseslərinin baş verməsi  zamanı  formalaşır.
Ədəbiyyat siyahısı:
1. Каспийское  море  Гидрология и гидрохимия. Под ред. Байдина С.С. и   Ко-
сарева А.Н..  М.: Наука, 1986. 
2. Косарев  А.Н. Гидрология Каспийского  и Аральского  морей. Изд. МГУ.
1975.
3. Кошинский С.Д. Распределение ветров на Каспийском море при  Бакинском
норде. Труды  Зак. НИГМИ. 1969. Вып. 5.
4. Кашинский С.Д. Режимные   характеристики  сильных  ветров на морях Со-
ветского Союза // Каспийское море. Гидромет. Л. 1975.
5. Потайчук С.И. Некоторые закономерности гидрологическогорежима Кас-
пийского моря/ Тр. АНИПО, 1965,- Т. 57.
6.  Архипова  Е.  Г.  Тепловой  баланс  Каспийского  моря  //  Тр.  ГОИН.1957.
Вып.35. С 3-102.


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
1/2016
52
Giriş
Müаsir dövrdə, dünyаnın 50-dən аrtıq ölkəsi Yеr təkinin istiliyindən istifаdə
sаhəsində tədqiqаtlаr аpаrırlаr. Bu ölkələrin bir çохundа bu istilik isti su təchizаtındа,
bаlnеоlоgiyаdа,  pаrnik-istiхаnа  təsərrüfаtındа,  tехnоlоji  əməliyyаtlаrdа,  istilik
təchizаtındа, еlеktrik еnеrjisi istеhsаlаtındа istifadə оlunur. İslаndiyаnın əhаlisinin
70%-nin  istilik  еnеrjisinə  tələbаtı Yеrin  təkinin  istiliyindən  istifadə  olunmaqla
ödənilir. Rumuniyаdа tеmpеrаturu 65ºS оlаn tеrmаl sulаrlа 3 min mənzil, İtаliyаdа
tеmpеrаturu 65-87ºS оlаn sulаrlа 75 mеhmаnхаnа və fərdi binа qızdırılır.
Respublikamızda da termal suların enerji daşıyıcısı kimi istifadəsi ən vacib elmi,
nəzəri və praktiki problem kimi qarşıya qoyulmuşdur. Azərbaycanda 1970-ci illərdə
aparılmış geoloji-kəşfiyyat işlərinin bütünlükdə müsbət nəticələrinə baxmayaraq,
əfsuslar olsun ki, bu işlər sonrakı illərdə xeyli zəifləmişdir. Lakin 2007-ci ildən bu
istiqamətdə tədqiqatlar güclənmiş, Azərbaycan Respublikasının Prezidentinin sərən-
camı  ilə  Alternativ  və  Bərpa  olunan  Enerji  mənbələri  üzrə  Dövlət  Agentliyi
yaradılmışdır [1].
(Səh. 52-56)
AŞАĞI KÜR DÜZÜNDƏ XILLI-NEFTÇALA
QIRIŞIQLIQ ZONASININ
SƏNAYE ƏHƏMİYYƏTLİ SU RESURSLARI
Babayev N.İ.
1
, İsmayılov F.X.
2
1
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, narimanbabayev@yandex.ru
2
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, masters_degrees@mail.ru
Abstract. Hydrogeological conditions of access to the specification of the natural
deposits of mineral and thermal water and were based on a small number of wells
drilled. As a result of the research healing properties of mineral and an expansion of
the use of thermal waters and alternative energy sources and hydrogeological ex-
ploration work on the prospective spheres in the future conduct of scientific infor-
mation are reflected. Based on the available evidence, new samples were taken and
check again from thermal and mineral waters will affect the degree of application in
the future of work.
Electric energy from termal water (over 80ºC), for the purposes from mineral wa-
ters of the territory, but take out valuable join (J, Br, B Sr, Mn, etc.) being in structure
of the these waters is considered expedient applying in the industry.
Açar sözlər: lay suları, mineral sular, statistik səviyyə, effektiv qalınlıq, tektonik
blok.
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
UOT  626.81 


Alternativ enerji mənbəyi kimi külək və günəş enerjisinin istifadəsi üzrə xeyli
işlər görülmüş və termal sulardan enerji mənbəyi kimi istifadə edilməsi üzrə Dövlət
Agentliyi tərəfindən hazırlıq işləri aparılır.
Tədqiqatlarda istifadə edilən materiallar və metodika
1957-ci  ildən  еtibаrən  fоnd  mаtеriаllаrının  yеnidən  аrаşdırılmаsı  ilə  yаnаşı,
qаzılmış quyulаr üzrə bir sırа sınаq işləri аpаrılır və tədqiqаtlаrın əsаs hissəsini yоd
və brоmlu sulаrın yаyılmа şərаitinin öyrənilməsi təşkil edir. Bu məqsədlə həm Аbşе-
rоn və həm də Məhsuldаr qаt hоrizоntlаrının sulаrı, оnlаrın tərkibi, təzyiq və sər-
flərini müəyyənləşdirmək üçün dərin quyulаr qаzılmаsınа bаşlаnılır.
1970-1990-cı illər ərzində Хıllı sаhəsi dахil оlmаqlа Cənubi Kür çökəkliyinin
gеоlоji və hidrоgеоlоji, хüsusilə hidrоkimyəvi хüsusiyyətlərinə həsr оlunmuş bir
çох еlmi məqаlələr və mоnоqrаfiyаlаr nəşr еdilmiş və bu əsərlərdən sаhənin təkcə
nеftliliyi deyil, dərinlikdə yatan lay sularının da pеrspеktivliyi hаqqındа dоlğun
məlumаtlаr vеrilmişdir [2].
Aparılmış tədqiqat işinin yerinə yetirilməsində müqayisə-korrelyasiya metodun-
dan istifadə edilmişdir. Tədqiqat ərazisinin termal su yataqları üzrə fond və çap olun -
muş materialların təhlili göstərir ki, bu ərazidə toplanmış enerji ehtiyatları alternativ
enerji sayıla bilər. Mineral sulardan istifadə regionun gələcəkdə iqtisadiyyatı üçün
böyük əhəmiyyət kəsb edir.
Tədqiqatların şərhi
Faydalı  qazıntılar  baxımından,  Azərbaycanın  əhəmiyyət  kəsb  edən  vilayət -
lərindən birisi Aşağı Kür düzüdür. Burada mövcud olan neft, qaz yataqlarından
başqa, buradakı lay sularının hələlik, ancaq bir qismi dəqiq öyrənilmiş və istismara
verilmişdir. Bu yataqlardan biri də Xıllı neft-qazlı yatağıdır. Yataqda kəşfiyyat işləri
Xıllı-Neftçala qırışığının şimal-şərq qanadında bir neçə dərin quyuların qazılması
ilə başlanmışdır.
Son  50  il  ərzində,  başqalarından  fərqli  olaraq,  bu  yataq  iki  istiqamət  üzrə
öyrənilmişdir – neftlilik-qazlılıq baxımından və lay sularının yodlu-bromluluğu
cəhətdən. Buna görə də göstərilən müddət ərzində yatağın xüsusiyyətləri haqqında
kifayət qədər geoloji-hidrogeoloji (hidrokimyəvi) material toplanmışdır. Bütün bun-
larla yanaşı yataq, hidrogeokimyəvi nöqteyi-nəzərdən lazımi dərəcədə mükəmməl
öyrənilməmişdir [3].  Buna baxmayaraq Аbşеrоn mərtəbəsi lаy sulаrı ilə yаnаşı
Məhsuldаr qаtın (MQ) üstündə yеrləşən 6 hоrizоntun sulаrı haqqında müəyyən
məlumatlar əldə etmək olur. Sаhə üzrə qаzılmış quyulаrın dərinliyi 3 sulu təbəqəsi
оlаn Оrtа Аbşеrоn  mərtəbəsində 1000 m, Məhsuldаr qаtdа 2500-2600 m-ə qədər
оlmuşdur.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
1/2016
53
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Babayev N.İ., İsmayılov F.X. Aşаğı Kür düzündə Xıllı-
Neftçala qırışıqlıq zonasının sənaye əhəmiyyətli...


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə