Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə16/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
10000 m
3
həcmə malik su anbarına daxil olur. Buradan isə diametri 2000 mm olan
borularla Bakı şəhərinə nəql edilir. Əsas hissəsi şüşə lifli xüsusi materialdan (GRP)
hazırlanmış magistral kəmər mürəkkəb relyefə malik ərazidən keçməklə +410 m
mütləq yüksəklikdən +190 m mütləq yüksəkliyədək dəyişən 260 km məsafədə (şəkil
2) uzanmışdır (şəkil 2). Yüksəkliklər fərqindən yaranan böyük təzyiqi tənzimləmək
üçün isə kəmər boyu iki təzyiqə nəzarət, bir təzyiq qırıcı kamera inşa edilmişdir.
Oğuz-Qəbələ-Bakı su kəmərinin əsas hissəsi 12 m-lik GRP borulardan ibarətdir. Bu
boruların quraşdırılmasında qaynaq işlərindən istifadə edilməmişdir. Belə ki, borular
bir-birlərinə keçirilməklə bərkidilmiş və ətrafı qum fraksiyası ilə kipləşdirilmişdir.
Lakin kəmərin çay keçidləri və yüksək təzyiqli yerlərində xüsusi izolyasiya olunmuş
eyni diametrli polad borular (cəmi 55 km) istifadə edilmişdir. Məhz bu kəmər ilə 5
m
3
/san məshuldarlıqlı yeraltı suyun 260 km məsafə qət etdikdən sonra belə Bakı
şəhərinin qərbindən şərq qurtaracağı Pirallahı adasına qədər özüaxar nəql edilməsi
kimi özəlliyi vardır. Kəmər vasitəsi ilə nəql edilən suyun keyfiyyət göstəricilərinə
nəzarət iki məntəqə üzrə: Oğuz rayonu ərazisində kəmərin başlanğıcı +410 və Bakı
şəhərində  kəmərin  qurtarağacı  +190  məntəqələrindəki  laboratoriyalarda  həyata
keçirilir. İstismar müddətində suyun keyfiyyət göstəriciləri içməli su standarlarına
uyğun olaraq stabil qalmaqdadır.
Rüstəmov E.H. Oğuz-Qəbələ-Bakı su kəmərinin 
beş illik istismarı prosessində yeraltı su yatağının...
41
1/2016_SU_PROBLEMLƏRİ:_ELM_VƏ_TEXNOLOGİYALAR_Şəkil_1._Oğuz_yeraltı_su_yatağının_və_sugötürücü_qurğuların_yerləşməsi_və_quyulardan_götürüntü.'>1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəkil 1. Oğuz yeraltı su yatağının və sugötürücü qurğuların yerləşməsi və
quyulardan götürüntü.


SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Rüstəmov E.H. Oğuz-Qəbələ-Bakı su kəmərinin 
beş illik istismarı prosessində yeraltı su yatağının...
Oğuz-Qəbələ-Bakı Su Kəmərinin mənbəyində layihələndirmə zamanı yeraltı su
yatağında 100 ədəd istismar quyusunun və 50 ədəd müşahidə quyusunun qazılması
nəzərdə tutulmuşdur. Nəzərdə tutulan istismar quyularının sərfinin isə orta hesabla
50 l/san olması geoloji-texniki cəhətdən əsaslandırılmışdır. Lakin qazma zamanı
layihə üzrə nəzərdə tutulan quyularının sərfinin tamam fərqli, daha yüksək məhsul-
darlığa malik olduğu aydın olmuşdur. Belə ki, qazılmış quyuların əksəriyyətindən
yeraltı sular özüaxar (fontanla) hasil olmuşdur. Özüaxar və nasosla test edilən quyu-
larının faktiki sərflərinin layihə üzrə nəzərdə tutulandan iki dəfə və daha çox (100-
140  l/san)  olduğu,  layihənin  tamamlanmasına  vaxt  məhdudiyyəti  və  maliyyə
vəsaitinə qənəat nəzərə alınaraq istismar quyularının sayı 100-dən 79-a qədər və
uyğun olaraq (təsir radiusu nəzərə alınaraq) müşahidə quyularının sayı 50-dən 20-
yə qədər azaldılmışdır. Nəticə etibarı ilə 5 m
3
/san suyun hasil edilməsi (istismarının
ilk illərində) məhz 75-79 quyu vasitəsi ilə mümkün olduğu nəzərdə tutulmuşdur.
2010-cu ilin dekabr ayından fasiləsiz olaraq 3.5-5.0 m
3
/san məhsuldarlıqla is-
tismar edilməkdə olan Oğuz yeraltı su yatağında aparılmış rejim-müşahidə işlərinin
nəticəsinin təhlilinə əsasən istismar zamanı yatağın hidrodinamiki şəraitinin qeyri-
simmetrik formada paylanması məlum olmuşdur. Belə ki, Oğuz yeraltı su yatağı
hidrogeoloji  xüsusiyyətlərinin  müxtəlifliyinə  görə  Daşağılçay,  Əlicançay  və
Türyançayın gətirmə konuslarında formalaşan yeraltı suları olmaqla şərti olaraq mü-
42
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəkil 2. Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası, yerləşmə planı və profili.


SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
vafiq hissələrə ayırmaqla təhlil edilmişdir. Təhlil zamanı məlum olmuşdur ki, is-
tismardan əvvəl Daşağılçayın aşağı profili, Əlicançay və Türyançayın hər iki pro-
filləri üzrə yerləşən quyularda su səviyyəsi yer səthindən yuxarıda qərarlaşdığı
halda, Daşağılçayın yuxarı profilindəki quyuların əksəriyyətində isə yer səthindən
təxminən 2-3 m dərinlikdə qərarlaşmışdır. İstismarın ilk illərində Əlicançayın yuxarı
profilinin  mərkəz  hissəsində,  daha  sonra  Daşağılçayın  yuxarı  profilinin  şərq
hissəsində  su səviyyəsi yer səthindən aşağıya doğru yönəlməyə başlamış və sonrakı
illərdə isə yeraltı suların səviyyəsi əlavə cəlb edilən resurs hesabına asimmetrik də -
yişikliyə uğrayaraq nisbətən qərarlaşmış və vahid sistem halında formalaşmışdır.
Beləliklə, Oğuz yeraltı su yatağının beş illik istismarı prossesində sistemin işlək
vəziyyətində yeraltı su səviyyəsi Daşağılçayda təxminən 30 m, Əlicançayda 35 m
olmuş,  Türyançayda  isə,  qərbə  doğru  3-5  m  yönəlmə  nəzərə  alınmasa,  də -
yişməmişdir. Rejim-müşahidə işlərinin təhlili nəticəsində yeraltı suların səviyyəsinin
yayılma qanunauyğunluğu yeraltı suların gələcək istismarı prossesində Türyançayın
yeraltı sularının əlavə olaraq vahid sistem halında cəlb ediləcəyi təhlil edilmişdir.
Belə ki, qərb və mərkəz hissələrdə yeraltı su səviyyəsinin şərq hissəyə nisbətən də -
yişməsi şərq hissəsi tərəfdən əlavə olaraq qidalanma ilə nəticələnməsi və səviyyənin
də yişməsində stabilləşmənin gedəcəyi ehtimal edilir.
Bununla yanaşı Oğuz yeraltı su yatağının beş illik istismarı prosesində səviyyə
düşməsinin yol verilən norma daxilində olmasına baxmayaraq bəzi istismar quyu-
larında suqaldırıcı boru ilə istismar kəməri arasında dinamik su səviyyəsinin kəskin
düşdüyü müşahidə edilmişdir. Araşdırma zamanı, quyuların istismarı prossesində
elektrik təchizatında baş verən intensiv dayanmalar, yüksək məhsuldarlıqla istismar,
çınqılla  doldurmada  rast  gəlinən  problemlər,  yatağın  litoloji  xüsusiyyətlərinin
özünəməxsusluğu və s. amillərin təsiri ilə yuxarıda qeyd edilən quyular üzrə filtr
arxası hissənin qismən (artan tendensiya ilə) tutulması ilə nəticələnmiş və quyular
üzrə dinamik su səviyyəsinin yeraltı su səviyyəsini real xarakterizə etdirmədiyi təhlil
edilmişdir. Belə olduğu halda bu quyular üzrə psevdosəviyyə (yalançı səviyyə)
düşməsi uzunmüddətli istismar prossesində quyularda texniki problemlərin art-
masına səbəb olacağı ehtimal edilir.
Nəticə
Tədqiqat işinin nəticəsi olaraq Oğuz yeraltı su yatağının  beş illik istismarı pro -
sesində  yeraltı  su  səviyyəsinin  asimmetrik  olaraq  paylanması  orta  hesabla
Daşağılçayın  gətirmə  konusunda  30  m,  Əlicançayın  gətirmə  konusunda  35  m
düşməsi və Türyançayın gətirmə konusunda isə, demək olar ki (qərbə doğru 3-5 m
yönəlmə nəzərə alınmasa), dəyişməməsi müşahidə edilmişdir.
Bəzi  istismar  quyularında  dinamik  su  səviyyəsinin  kəskin  düşməsi  yuxarıda
sadalanan amillərin təsiri nəticəsində filtrlərin qismən tutulması ilə izah edilir. Filtr -
Rüstəmov E.H. Oğuz-Qəbələ-Bakı su kəmərinin 
beş illik istismarı prosessində yeraltı su yatağının...
43
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə