Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə41/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   33   34   35   36   37   38   39   40   41

M ü S A B İ Q Ə
XIX əsrin ikinci yarısından başlayaraq neft-mədən sənayesinin və digər sənaye
sahələrinin intensiv inkişaf etməsi ilə əlaqədar əhalisi yüksək sürətlə artan Bakı
şəhərinin içməli su ilə təmin edilməsi şəhər ərazisi və Abşeron yarımadasında
içməyə yararlı yerüstü su mənbələrinin olmaması, yeraltı su mənbələrinin məh-
dudluğu səbəbindən ciddi problemlərlə üzləşmişdir. Şəhər əhalisinin artan tələ-
batının  Zuğulba bulaqlarından gətirilən, su quyularından çıxarılan, barjalarla
daşınan sular hesabına təmin edilməsi mümkün olmadığına görə Bakı Şəhər Du-
ması mənbələrini Kür və Samur çaylarından götürməklə iki layihənin tərtib ol-
unması qərarına gəlmiş və bu məqsədlə 1899-cu ildə mühəndis V.Q.Lindleyi
Bakıya dəvət etmişdir. Bakıdan Kür və Samur çaylarına qədər olan ərazilərin
öyrənilməsi zamanı V.Q.Lindley Şollar kəndi sahəsində çoxsaylı bulaqlara rast
gəlir  və  o,  şəhərin  su  təchizatı  məqsədi  ilə  bu  bulaqların    tədqiqi  məsələsini
qaldırır. Lakin ilk vaxtlar şəhər hakimiyyətinin bu tədqiqatları maliyyələşdirməyə
razı olmaması və bir sıra digər səbəblər üzündən layihələndirmə işləri yalnız
1909-cu ildə başa çatdırılır və su kəmərinin tilintisinə 1911-ci ildə başlamaq
mümkün olur.  Bakı əhalisi üçün həyat çeşməsi olan Şollar suyu 1917-ci ilin mart
ayında Azərbaycanda ilk mərkəzləşdirilmiş su təchizatı sistemi ilə şəhər ərazisinə
daxil olur.  
2017-ci ildə ölkənin   ictimai-iqtisadi tarixində mühüm əhəmiyyət kəsb edən
Şollar mənbəyindən  I Bakı-Şollar su kəmərinin çəkilişinin 100 illiyinin tamam
olması ilə əlaqədar olaraq
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti
I Bakı-Şollar su kəmərinin 100 illik yubleyi ilə əlaqədar 
alim və tədqiqatçılar üçün ən yaxşı elmi-tədqiqat işləri üzrə
M ü S A B İ Q Ə
elan edir
Müsabiqədə iştirak etmək istəyən tədqiqatçılar elmi-tədqiqat işlərini 2016-cı
ilin sonuna kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (“Sukanal” Elmi-Tədqiqat
və  Layihə  İnstitutu,  AZ  1012  Bakı,  Azərbaycan,  Moskva  prospekti  73;  Tel:
(+99412) 430-08-25/35 (daxili: 27-37)) təqdim etmələri təklif edilir.  Hər işti-
rakçıdan həmmüəlliflərlə birlikdə və ya fərdi olmaqla, yalnız bir elmi-tədqiqat
işi qəbul olunur.
Qaliblər 2017-ci ilin mart ayında müəyyən ediləcəkdir. 
1/2016_111___Müsabiqənin_tələbləri'>SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
1/2016
111



Müsabiqənin tələbləri:
• Elmi-tədqiqat işi müsabiqəyə tədqim olunana qədər heç bir dövri nəşrdə çap
olunmamalıdır;
• Qaliblər Münsiflər heyəti (münsiflər heyəti xüsusi meyarlarla seçilmiş nü-
fuzlu alimlərdən təşkil olunacaqdır) tərəfindən seçiləcəkdir.
Müsabiqənin istiqamətləri:
• Şollar su kəməri  –  dayanıqlı və etibarlı  su təchizatı sistemi;
• Qədim – tarixi su qurğuları;
• Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər;
• İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi
Məqalələrin tərtibi qaydaları:
Əlyazmanın strukturu və həcmi:
1. Məqalələrdə müəllif (və ya müəlliflərin) soyadı tam, adı və atasının adının
baş hərfləri, e-mail ünvanları və təqdim olunan işin yerinə yetirildiyi təşkilatın
adı göstərilməlidir.
2. Məqalənin mətni aşağıdakı hissələrdən ibarət olmalıdır: giriş, tədqiqatın
şərhi, nəticə və ədəbiyyat siyahısı, annotasiya (10 sətirdən artıq olmamaq şərti
ilə ingilis dilində). Mətn 8-10 səhifə həcmindən artıq olmamaqla (cədvəl və şəkil-
lər daxil) MicrosoftWORD proqramında (versiya 2003-2007) Times New Roman,
12 ölçulu şriftlə, 1.0 intervalvə 1.25 sm abzas buraxılışı ilə A4 formatlı vərəqlərdə
aşağıdakı göstəricilərlə çap olunmalıdır:
• yuxarıdan 2 sm;
• aşağıdan 2 sm;
• soldan 2.5 sm;
• sağdan 1.5 sm.
Şəkillərin adı şəkillərin altında, cədvəllərin adları isə cədvəllərin üstundə ver-
ilməlidir. Şəkil və cədvəllərə istinad mötərizədə göstərilir (şəkil 1), (cədvəl 2).
Düsturlar mətndə “Equation Editor”la göstərilir. Mətndən bir sətir sonra ədəbiyyat
siyahısı verilir. Mətndə ədəbiyyata istinad kvadrat mötərizədə rəqəmlərlə göstərilir
[1].  Ədəbiyyat  siyahısı 12-lik şriftlə, əlifba sırası ilə, nömrələnmiş şəkildə tərtib
olunur.
Məqalələrin müəllifləri məqalənin sonunda öz əlaqə nömrələrini qeyd etmə-
lidirlər.
Birinci yeri tutan elmi-tədqiqat işinin müəllifi mükafatlandırılacaqdır. 
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
MÜSABİQƏ
1/2016
112



Su itkisi konfransı
01.31-02.03.2016-cı il tarixlərdə Hindistanın Banqlor şəhərində Su İtkisi Kon-
fransı keçirilmişdir. Konfransda dünyada su sahəsində mütəxəssislər su ilə bağlı bir
sıra məsələlər müzakirə etmişdir. Tədbirdə su itkisi ilə bağlı yaşanan problemlərə
mütəxəssislər, nizamlayıcı və siyasi şəxslər aydınlıq gətirməyə çalışmışdır.  
(Mənbə: https://www.globalwaterjobs.com/Events/event_738.html)
Membran Texnologiyası və Sərgisi 2016
01-05 fevral 2016-cı il tarixlərdə ABŞ-ın Texas Ştatında Membran Texnologiya
Konfransı və sərgisi keçirilmişdir. Amerika Su İşləri Assosiasiyası və Amerika Mem-
bran  Texnologiyası  birgə  olaraq  artıq  5-ci  ildir  ki,  membran  su  təmizləmə
texnologiyasında yenilikləri müzakirə etmək üçün bu tədbiri keçirməkdədir.
(Mənbə: https://www.globalwaterjobs.com/Events/event_695.html)
Aqua-Term Sərgisi
Rusiyanın Moskva şəhərində 02-05 fevral 2016-cı il tarixlərdə istilik sistemi
səna yesi, su təchizatı, havalandırma, hovuzlar üçün qurğular, sauna və spa ilə bağlı
Aqua-Therm sərgisi Rusiya və beynəlxalq istehsalçıların innovasiyalarını nümayiş
etdirmək üçün bir platformaya çevrilmişdir. 
(Mənbə: https://www.globalwaterjobs.com/Events/event_748.html)
Daşqınların modelləşdirilməsi və proqnozlaşdırılması
Birləşmiş Krallığın Nyukasl şəhərində 15-19 fevral 2015-ci il tarixlərdə Daşqın-
ların modelləşdirilməsi və proqnozlaşdırılması adlı kurs keçirilmişdir. Kursda əvvəl-
cədən  daşqın  olma  ehtimalını  hesablamaq  risklərin  idarə  edilməsi  məsələləri
müzakirə mövzusu olmuşdur. 
(Mənbə: https://www.globalwaterjobs.com/Events/event_984.html)
Ətraf Mühitlə Əlaqə Konfransı
ABŞ-nın San-Antonio şəhərində 16-19 fevral 2016-cı il tarixlərində eroziya,
çöküntü və yağış suları sənayesi ilə əlaqədar Ətraf mühitlə əlaqə Konfransı keçi -
rilmişdir. 4 gün davam edən konfransda eroziya və çöküntülərə nəzarət, yağış su-
larının idarə edilməsi, səth sularının bərpası ilə bağlı elmi müzakirələr aparılmışdır.
(Mənbə: https://www.globalwaterjobs.com/Events/event_810.html)
1/2016
DÜNYADAN SORAQLAR
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
113


1
Su yeganə nemətdir ki, üç – bərk, maye və qaz formasına malikdir. Bundan
başqa, onun özündə bir sıra digər komponentləri, o cümlədən atom molekul -
larını da birləşdirmək xüsusiyyəti var.
2
Planetin 75 faizi su ilə örtülüdür. Yer kürəsindəki suyun 97,5 faizini okean suları
təşkil edir. Yalnız 2,5 faiz su təmizdir. Təmiz suyun 70 faizi buzlaqlarda cəm-
ləşib. İnsanın əldə edə biləcəyi 30 faiz suyun yalnız 1 faizi içmək üçün yarar-
lıdır  ki,  bu  da  dünya  suyunun  yalnız  0,007  faizidir. Təmiz  su  belə  istifadə
olunur: 70 faiz irriqasiyaya, 22 faiz sənaye müəssisələrinə, yalnız 0,08 faiz
məişət ehtiyaclarının ödənməsinə.
3
Suyun  istilik  tutumu  xüsusiyyəti  onun  sənayedə  istifadəsinə  imkan  verir.
Məsələn, dəmirin 1 dərəcə qızdırılmasına eyni çəkidə olan suyun qızdırılmasına
lazım olan enerjidən daha az enerji lazımdır.
4
İnsan orqanizmində su oksigendən sonra ikinci yeri tutur. Qanımızın 92 faizi
sudan ibarətdir. İnsan beyninin 75, sümüklərinin isə 22 faizini də o təşkil edir.
Əgər insan bədənindəki suyun 2 faizini itirirsə, o zaman susuzluq hiss edir. İtki
68 faiz arası olanda bədbin əhvalruhiyyə, 10 faizə çatanda qallusinasiya halı
yaşanır,  12  faizdə  isə  ölüm  baş  verir.  Yeməksiz  6  həftə  yaşaya  bildiyimiz
təqdirdə, susuz bu, cəmi bir neçə gün mümkündür.
5
Təmizlənməmiş su insanda baş verən xəstəliklərin 80 faizi üçün səbəb ola bilər.
Qarın boşluğu xəstəliklərindən yaranan ölüm hallarının səbəbinin 88 faizini
keyfiyyətsiz sudan istifadə təşkil edir.
6
İnsan ömrü boyu orta hesabla 35 ton su içir. Ondan 105 litri, yəni təxminən
420 stəkanı duzlu və təmiz deyil.
7
Bir stəkan qazlı sudan sonra 30 stəkan adi su içmək lazımdır ki, orqanizmdəki
turşuqələvi balansı bərpa olunsun.
8
Hər 4 şəhər sakinindən biri təmiz suya çıxış imkanına malik deyil. Yer kürəsi
əhalisinin təqribən yarıdan çoxu təmiz su baxımından çatışmazlıq hiss edir.
9
İçməli suyun üçdə biri yalnız su borularındakı sızmalar səbəbindən insanlara
çatmır. İnkişaf etməkdə olan ölkələrdə lazım olan suyun 40-50 faizi itkiyə gedir.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
BUNU BİLMƏK MARAQLIDIR
1/2016_INFORMATION_SU_PROBLEMLƏRİ:_ELM_VƏ_TEXNOLOGİYALAR__Formating_sample'>1/2016
114
Su haqqında 9 maraqlı fakt


1/2016
115
Müəlliflər üçün qaydalar  
Jurnal haqqında: “Su problemləri: elm və texnologiyalar” jurnalı resenziyalı elmi nəşr
olmaqla 2014-cü ildə “Azərsu”ASC sədrinin №226 15 may 2014-cü il tarixli əmri əsasında
təsis edilmişdir.
Jurnalın elmi missiyası: “Su problemləri: elm və texnologiyalar” jurnalında əsasən su
sektorunun müasir problemlərini və su təsərrüfatının ümumkonseptual məsələlərini optimal
nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə
üstünlük verilir.
Jurnalın dili: Məqalələr  Azərbaycan, türk, ingilis və rus dillərində qəbul edilir. 
Əlyazmaların resenziyalaşdırılması:  Redaksiyaya təqdim edilən əlyazmaların dərc
edilib-edilməməsinə resenzentlərin rəyindən sonra   növbəlilik prinsipi əsasında qərar verilir.  
Müəlliflik hüquqları: Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və
bu  məqalələrin  bütün  nəşr  hüquqları  eksklyuziv  olaraq  “Su  problemləri:  elm  və
texnologiyalar” jurnalına aiddir. Jurnalda cap edilmiş məqalələrin eynilə digər nəşrlərdə
dərcinə yalnız redaksiyanın yazılı icazəsilə, sitatların verilməsinə isə mənbə göstərilmək
şərtilə yol verilir.
Məqalələrin tərtibi qaydaları
Əlyazmanın strukturu və həcmi:
1. Məqalələrdə müəllif (və ya müəlliflərin) soyadı tam, adı və atasının adının baş hər-
fləri,  e-mail      ünvanları  və  təqdim  olunan  işin  yerinə  yetirildiyi  təşkilatın      adı
göstərilməlidir.
2. Məqalənin mətni aşağıdakı hissələrdən ibarət olmalıdır: annotasiya  (10 sətrdən artıq
olmamaq şərti ilə ingilis dilində), açar sözlər (5-7 söz), giriş, istifadə edilən tədqiqat
materialları və metodika, tədqiqatların şərhi, nəticə və ədəbiyyat siyahısı.
Mətn  8-10  səhifə  həcmindən  artıq  olmamaqla    (cədvəl  və  şəkillər  daxil)  Microsoft
WORD proqramında (versiya 2003-2007) Times New Roman, 12 ölçülü şriftlə, 1.0 interval
və 1.25 sm abzas buraxılışı ilə A4 formatlı vərəqlərdə aşağıdakı göstəricilərlə çap olun-
malıdır:
• yuxarıdan 2 sm
• aşağıdan 2 sm
• soldan 2.5 sm
• sağdan 1.5 sm
Şəkillərin adı şəkillərin altında, cədvəllərin adları isə cədvəllərin üstündə verilməlidir.
Şəkil və cədvəllərə istinad mötərizədə göstərilir (şəkil 1), (cədvəl 2).  Düsturlar mətndə
Equation Editorla göstərilir. Mətndən bir sətir sonra ədəbiyyat siyahısı verilir. Mətndə
ədəbiyyata istinad kvadrat mötərizədə rəqəmlərlə göstərilir [1]. Ədəbiyyat siyahısı əlifba
sırası ilə 12 ölçülü şriftlə nömrələnmiş şəkildə tərtib olunur.
MƏLUMAT
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Tərtibat nümunəsi
Məqalələr çap formasında 2 nüsxədə və elektron şəkildə redaksiyaya (AZ1012. Bakı,
Azərbaycan, Moskva prospekti, 73) təqdim edilməlidir.
E-mail: rashail.ismayilov@gmail.com
Əlaqə telefonları: (+99412) 430-08-25/35; (daxili: 27-37).
Su təchizatı və kanalizasiya......
Məmmədov E.A
1
., Əliyev S.Ə
2
.
1
“Azərsu” ASC, Bakı şəhəri, mammadov@...
2
AMEA Geologiya Institutu, Bakı şəhəri, aliyev@...
Abstract. The paper....
Açar sözlər: Su mənbələri, içməli su, suyun keyfiyyəti, kanalizasiya şəbəkəsi
Giriş
Müasir dövrdə Azərbaycanda.........
Tədqiqatlarda istifadə edilən materiallar və metodika
Məqalədə..........
Tədqiqatların şərhi
Su təchizatı sistemləri..........
Nəticə 
Beləliklə, təhlil nəticəsində........
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı aşağıdakı qaydada tərtib olunmalıdır:
1. Rüstəmov S.H. Azərbaycan SSR-nin çayları və onların hidroloji xüsusiyyətləri. Baкı, Elm,
1960, 196 s.
2. Геология Азербайджана. Том VIII. Гидрогеология и инженерная геология. Баку, “Nafta-
Press”, 2008, 380 c.
3. Dakova S. Low flow and drought spatial analysis. BALWOIS Conf., Ohrid, Macedoniya,
May 2004, p. 25-29.
MƏLUMAT
116
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


NOTES FOR CONTRIBUTORS
About journal: Journal "Water problems: science and technology", being a peer-re-
viewed scientific publication, has been founed on the basis of the order dated May 15, 2014,
with number No:226, signed by the chairman of "Azersu" OJSC.
The scientific mission of the journal: In "Water problems: science and technology"
journal in mainly concentrated in publication of articles about contemporary problems of
water sector as well as articles reflecting common conceptual water management issues
from optimal-theoretical, practical and scientific-methodological points of view.
Language of the journal: The articles are accepted in Azerbaijani, Turkish, English
and Russian languages.
Review of the manuscripts: The Editorial Office will make decision on publishing of
manuscripts after their review by reviewers.
Copyrights: Copyrights of the articles published in the journal are reserved and publi-
cation right of these articles belongs exclusively to"Water problems: science and techno -
logy" journal. Publication of the same articles in other journals is permitted only upon
written permission of editorial house and source of the references should be mentioned if
reference to these articles is made in any other article.
Compilation of articles
The structure and volume of the manuscripts:
1.  In  the  article  full  surname  of  the  author(s)  and  first  letter  of  his/her  name  and
patronymic should be mentioned, as well as email addresses, and name of the organ-
ization in which the work was done.
2. The text of the article should consist of the following parts: abstract (not more than
10 lines and in English language), keywords (5-7 words), introduction, study mate-
rials and methods used, interpretations of the studies, conclusion and references.
The text must be printed out on A4 sheets, with single-line spaced, saved in Microsoft
Word program (2003-2007) with Times New Roman font, font size of 12, interval of 1.0 ,
indentation of 1.25 cm and be no longer than 8-10 pages (including tables and pictures),
with the following margins:
• Top 2 cm
• Bottom 2 cm
• Left 2.5cm
• Right 1.5 cm
The names of tables should be mentioned above the tables, the names of pictures should
be mentioned below the pictures. References to the pictures and tables shall be given in
brackets (picture 1), (table 2).  Formulas shall be shown via Equation Editor. Reference list
should be given with one line space after the main body. Reference to external literature
shall be mentioned in square bracket and with numbers [1]. The reference list shall be drawn
up in alphabetical order, with 12 font size and in the sequentially numbered form.
117
1/2016
INFORMATION
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Formating sample
Articles must be submitted to the editorial office (“Azersu” OJSC, 73, Moscow-
Avenue, AZ 1012, Baku, Azerbaijan) in 2 copies .
E-mail: rashail.ismayilov@gmail.com
Contacts:
(+99412) 430-08-25/35; 
(ext.: 
27-37
).
Water supply and sanitation .......
Mammadov E A
1
., Aliyev, S. E.
2
1
Azersu ASC, Baku, mammadov@.......  
2
ANAS Geology Institute Baku, aliyev@..... 
Abstract. The paper....
Key words: water sources, drinking water, water quality, sewage network
İntroduction
In modern times, in Azerbaijan .........
Materials and method used in the study
In the article ..........
İnterpretation of studies 
Water supply systems ..........
Conclusion  
So, as a result of the analysis ........
Reference List
References should be made in the following manner:
1. Rustamov S.H. Rivers of the USSR Azerbaijan and their hydrological features. Baku, Elm,
1960, p.196.
2. Геология Азербайджана. Том VIII. Hydrology and engineering hydrology. Baku, “Nafta-
Press”, 2008, p. 380.
3. Dakova S. Low flow and drought spatial analysis. BALWOIS Conf., Ohrid, Macedoniya,
May 2004, p. 25-29.
118
1/2016
INFORMATION
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR

Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə