Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə39/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   33   34   35   36   37   38   39   40   41

104
1/2016
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
Abdullayev Ş.N., Nəsirov E.H. Lənkərançay hövzəsinin
təbii sularında mikroelementlərin konsentrasiyası...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ədəbiyyat siyahısı:
1. Məmmədov M.İ. Azərbaycanın hidroqrafiyası. Bakı, 2002, 266 s.
2. Вернадский В.И. Живое вещество и биосфера. M.: Наука, 1994, 670 с.
3. Ковалев Р.В. Почвы Ленкоранской области. Баку, Изд.Ак.Наук.Аз.ССР, 1966,
372 с. 
4. Перельман А.И. Геохимия ландшафта, М., 1966, 391 с. 
5. Рустамов С.Г., Кашгай Р.М. Водные ресурсы Азербайджанской ССР. Баку,
1989, 176 с. 
6. Adiano D.C. Trace elements in the terrestrias environment. – New York, Berlin,
Heyderberg, Tokio: Spinger-Verlag, 2006.-533 p. 
7. Northrop D. B., Transcarboxylase, "Journal of Biological Chemistry", 1969, v.
244,  p. 5808-27.) 
8. http://www.smallfruits.org/Strawberries/production/
9. https://az.wikipedia.org/wiki/L%C9%99nk%C9%99ran 


Giriş
Dağlıq ölkələrin əsas xüsusiyyətlərindən biri də denudasiya prosesinin həddən
artıq intensiv inkişafıdır. O, aşınma prosesində və qırıntı materiallarının formalaş-
masında, bu kütlənin yamacla aşağı hərəkətində və həmçinin eroziya prosesində
özünü göstərir. Bu baxımdan Orta Kür çökəkliyi çaylarının səthi yuyulma inten-
sivliyinin hesablanması böyük əhəmiyyət kəsb edir.
Tədqiqatda istifadə olunan materiallar və metodika
Orta Kür çökəkliyi çaylarının səthi yuyulma intensivliyinin hesablanması üçün
tədqiqat ərazisində yerləşən hidroloji müşahidə məntəqələrdə asılı gətirmələr sərfi
üzərində aparılan müşahidə məlumatlarından, ərazi çaylarının hövzələrinin sahəsi
haqqında məlumatlardan istifadə edilmişdir. Qeyd edilən məlumatlar əsas hidroloji
xarakteristika jurnallarından toplanmış və sistemləşdirilmişdir. Ərazi çaylarının səthi
yuyulma  intensivliyinin  hesablanmasında  riyazi-statistik  metodlardan  istifadə
edilmiş, alınmış nəticələr əsasında səthi yuyulma intensivliyi ArcGİS proqram təmi-
natından istifadə edilərək xəritələşdirilmişdir. 
Tədqiqatın şərhi
Hündür dağların gecə və gündüz temperaturunun dərhal dəyişildiyi kontinental
iqlim, subbuzlaq  zonasında temperaturun 0-dan aşağı olması yerli süxurların in-
tensiv dağılmasına gətirib çıxarır [6]. Qırıntı materiallarının formalaşmasının əsas
(Səh. 105-110)
ORTA KÜR ÇÖKƏKLİYİ ÇAYLARININ 
SƏTHİ YUYULMA İNTENSİVLİYİNİN
HESABLANMASI
Rəcəbov R.F. 
Fövqəladə Hallar Nazirliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Bakı 
rustam.rajabov83@gmail.com
Abstract. The article dedicated to the estimation of surface washout intensity of
the Middle Kura depression. Surface washout intensity was mapped by the using of
ArcGIS programme software. 
Açar  sözlər:    sülb  axımı,  eroziya  intensivliyi,  kimyəvi  denudasiya,  səthinin
yuyulma.
105
1/2016
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
UOT 631.459


faktoru istilik və şaxta aşınmasıdır. Gündüz saatlarında günəş istiliyinin yüksəlməsi
və gecə saatlarında qış radiasiyası dağlarda atmosferin böyük şəffaflığı və havada
qeyri-müəyyən su buxarının təşkili hesabına baş verir. Süxurların ayrı-ayrı qatlarının
həcminin qeyri-bərabər dəyişikliyini əks etdirən temperatur dəyişikliyinin böyük
amplitudası çatların yaranmasına gətirib çıxarır. Donaraq su böyük güclə qayaları
parçalayır, belə ki, çatların divarına təsir böyük həcmə çatır. Öz yerlərindən dağ
qayalarını dağıdan məhsulların intensiv silinməsi relyefin yaranmasına, yamacın
böyük sıldırımına və yüksək zonalarda bitki örtüyünün olmamasına səbəb olur [4]. 
Ekzogen  proseslərin  intensivliyi  endogen  proseslərin  intensivliyindən  və  is-
tiqamətindən asılıdır [5, 9, 12].
Çay gətirmələri hövzə və məcranın səthinin yuyulma materillarından formalaşır.
Yer səthinin yuyulması və dağılması hər yerdə baş verir. Lakin, onun intensivliyi
müxtəlif regionlarda fərqlidir. A.V.Volinin [2], E.E.Milanovskinin [10] və digər
müəlliflərin  tədqiqatları  göstərmişdir  ki,  Qafqazda-Azərbaycan  ərazisində  de-
nudasiya prosesi daha intensiv gedir.
Səthi yuyulma intensivliyinin hesablanmasında sülb axımın əsas hissəsini təşkil
edən asılı gətirmələrin əhəmiyyəti daha böyükdür. Bununla yanaşı torpaq-geoloji
şəraitdən və bitki örtüyündən asılı olaraq Azərbaycanın dağ çaylarında asılı gətir-
mələr həcminin 15-20%-i təşkil edən diblə yuvarlanan və axıdılan gətirmələrin də
əhəmiyyəti  az  deyildir.  Eroziyanın  üçüncü  komponenti  olan  suda  həll  edilmiş
kimyəvi maddələr çox hallarda sülb axımı həcminin 10%-dən azını təşkil etməklə,
B.V. Polyakov və başqalarının göstərdiyi kimi təcrübi hesabatda onun nəzərə alın-
maması mühüm xəta verə bilməz [11]. Azərbaycan şəraitində kimyəvi denudasiya
böyük  əhəmiyyətə  malikdir.  Belə  ki,  K.İ.Kulikovun  Kiçik  Qafqazda  apardığı
tədqiqatdan məlum olmuşdur ki, burada kimyəvi denudasiya ümumi denudasiya
həcminin 40-50%-ni təşkil edir [7]. Lakin heç də, həll edilmiş bu maddələrin çox
hissəsi səthi axım vasitəsilə çaya gətirilmir, belə ki, çayın qidalanmasında yeraltı
suların rolu daha böyükdür. Buna görə də onun səthi eroziyanın tam həcminə aid
edilməsi düzgün deyildir [1].
Sülb axımı haqqında mövcud məlumat tədqiqat ərazisi çaylarının hövzəsində
səthi yuyulma intensivliyini təyin etməyə imkan verir.
Eroziya intensivliyinin göstəricisi kimi, sutoplayıcı səthində (denudasiya layı)
orta illik yuyulma layının miqdarından (he) istifadə olunur. Bu, gətirmələr axımının
orta illik həcminin hövzənin sahəsinə nisbəti kimi xarakterizə edilir.
(1)
Burada,  W-orta  çoxillik  gətirmələr  həcmi  (t),  F-sutoplayıcının  sahəsi  (km
2
),
γ-süxurların həcm çəkisidir (t). Orta olaraq 2 ton/m
3
qəbul edilir [3]; 10
9
və 10
12
uyğun olaraq m
3
-dən mm
3
-ə və km
2
-dən mm
2
-ə keçid əmsallarıdır.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Rəcəbov R.F. Orta Kür çökəkliyi çaylarının 
səthi yuyulma intensivliyinin hesablanması
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
1/2016
106


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə