Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə36/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   33   34   35   36   37   38   39   40   41

Giriş
Mikroelementlərin təbii sularda miqdarının təyin olunması ekoloji baxımdan ak-
tual məsələlərdəndir. Çay sularında mikroelementlərin konsentrasiyası əsasən on-
ların torpaq-su sistemindəki miqrasiyasından asılıdır. Bu suların kimyəvi tərkibi
hövzənin  geokimyəvi  xüsusiyyətlərini  özündə  əks  etdirir  və  mikroelementlərin
hövzə ərazisinin süxur, torpaq və bitkilərində olan miqdarına dair fikir söyləməyə
imkan verir. 
Сanlı orqanizmlərlə yer qabığının tərkib hissəsi olan dağ süxurları və minerallar
arasında sıx əlaqə mövcuddur [2]. Buradan da canlı orqanizmlə ətraf mühit amilləri
arasındakı  funksional  asılılığın  öyrənilməsinin  zəruriliyi  meydana  çıxır.  Ətraf
mühitin ən mühüm amillərindən biri isə təbii sulardır. Təbii sular, o cümlədən çaylar
təbiətin ehtiyatlarıdır. Onların mükəmməl öyrənilməsi əhalinin su ilə təmin olun-
masına,  kənd  təsərrüfatı  bitkilərinin  suvarılmasına, energetikada, sənayedə  və
s.-də istifadə olunmasına imkan yaradır. Bu cəhətdən, XIX əsrin sonlarına qədər
Lənkəran  şəhərinin  içməli  su  ilə  təmin  olunmasında  mühüm  rol  oynayan
Lənkərançay suyunun tədqiqi maraq doğura bilər [9]. 
Təbii suların kimyəvi elementlərin istər landşaftdaxili, istərsə də, landşaftlararası
miqrasiyasında əsas amillərdən olduğunu nəzərə alsaq, mikroelementlərin həll olan
duzlar şəklində çay suları ilə səth və kontinental sulara qatıldığı aydın olar. Görkəmli
təbiətşünas alim V.İ.Vernadskinin fikrincə təbii sular öz-özlüyündə ətraf mühitlə
(Səh. 97-104)
LƏNKƏRANÇAY HÖVZƏSİNİN 
TƏBİİ SULARINDA MIKROELEMENTLƏRİN 
KONSENTRASİYASI VƏ SÜXUR-SU 
SISTEMINDƏ MİQRASİYASI
Abdullayev Ş.N., Nəsirov E.H.
“Azərsu” ASC Sukanal ETLİ, Bakı şəhəri, n.l-nur@mail.ru
Abstract. By the results of the study conducted on Lankoranchay river with aim
to study the amount of trace elements in river waters and their migration in rock-
water system, revealed that high concentration of microelements shown where they
amount high in rocks. Migration coefficients of aforementioned elements as man-
ganese, zinc, cobalt, vanadium etc. show that rivers inherit the trace elements con-
centration from rocks and soils.  
Açar sözlər: mikroelement, Lənkərançay, süxur-su sistemi, miqrasiya, miqrasiya
əmsalı. 
97
UOT 543.3
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
1/2016


çox sıx əlaqədə olmaqla, ekoloji tarazlığın yaranmasında bilavasitə iştirak edən
mürəkkəb dinamik sistemdir və mikroelementlərin bu sularda miqrasiyası onların
yer qabığında yayılmasında mühüm rol oynayır. 
Təbii sulara manqan manqanlı mineralların (pirolüzit, psilomelan, manqanit və
s.) əsasən də, dəmir-manqan filizlərinin yuyulması nəticəsində daxil olur. Manqan
ionlarının konsentrasiyasının təbii sularda aşağı düşməsinə Mn
2+
kationlarının MnO
2
və digər yüksək valentli oksidlər şəklində çökməsi ilə əlaqədardır. Çay sularında
manqanın miqdarı 1.10
-6
– 1,6.10
-4
q/l arasında tərəddüd edir, dəniz sularında isə
onun orta miqdarı 2.10
-6
q/l-dir. Yeraltı sularda manqanın miqdarı bir qədər artıq
olub, n.10
-4
q/l təşkil edir. Manqan ionlarının sanitar-məişət su anbarları üçün təyin
edilmiş yol verilən həddi 1.10
-4
q/l-ə bərabərdir. 
Təbii sulara sink dağ süxurlarının və bir sıra mineralların (sfalerit, sinkit, qoslarit,
smitsonit,  kalamin  və  s.)  aşınması  və  parçalanması  nəticəsində  daxil  ola  bilər.
Həmçinin, sənaye müəssisələrinin tullantı suları vasitəsilə sink təbii sulara daxil
olur. Təbii sularda sink əsasən ion formada, eləcə də, mineral və üzvi kompleks bir-
ləşmələr şəklində olsa da, bəzən ona hidrooksidlər, karbonatlar və s. birləşmələrin
tərkibində həll olmayan formada rast gəlinir. Çay sularında sinkin miqdarı 3.10
-6

1,2.10
-4
, dəniz sularında isə 1,5.10
-6
-1.10
-5
q/l arasında dəyişir. 
Kobaltın təbii sulara daxil olma mənbəyi mis-kolsedan və digər filizlərin yuyul-
ması, torpaqda canlı orqanizmlərin, bitki qalıqlarının parçalanması və sair hesab
olu nur. Təbii sularda kobalt birləşmələri həll olmuş və asılı formada olur. Həll olmuş
kobalt mineralları kompleks birləşmələr şəklindədir. Çirklənməmiş və zəif çirklən-
miş çay sularında kobaltın miqdarı geniş intervalda, 10
-4
-10
-6
q/l arasında dəyişirsə,
dəniz suyunda onun orta miqdarı 5.10
-7
q/l təşkil edir. 
Təbii  sularda  vandiumun  miqdarı  onun  torpaqda  və  bitkilərdəki  miqdarı  ilə
müqayisədə xeyli aşağıdır (2.10
-7
– 4,5.10
-6
q/l), dəniz suyunda isə orta hesabla 2.10-
6 q/l-ə bərabərdir. Suda vanadium davamlı anion birləşmələr [(V
4
O
12
)4; (V
10
O
20
)6]
əmələ  gətirir  ki,  bu  da  onun  miqrasiyasını  zəiflədir.  Vanadiumun  təbii  sularda
miqrasiyasında onun həll olan kompleks birləşmələrinin böyük rolu vardır. 
Endogen (qalenit) və ekzogen (anqlezit) mineralların həll olması nəticəsində
qurğuşun təbii sulara daxil olur. Çay sularında qurğuşunun miqdarı 10
-6
–10
-7
q/l
arasında dəyişir. Sənaye müəssisələrinin tullantı sularında onun miqdarı n.10
-3
q/l-
ə qədər artır. Kobalt kimi qurğuşun da təbii sularda həll olmuş və asılı hissəciklər
şəklində, mineral və üzvi-mineral birləşmələrin tərkibində olur. 
Teratogen toksik element olan kadmiumun təbii sulara daxil olma mənbəyi əsasən
süxurlardır. Kadmiumun sularda hidrooksidlər və karbonatlar şəklində çökməsi
hesabına onun konsentrasiyası aşağı düşür. Çirklənməmiş və zəif çirklənmiş çay su-
larında kadmiumun miqdarı n.10
-9
q/l təşkil edirsə, çirklənmiş və sənaye müəs-
sisələrinin tullantı sularında isə n.10
-5
q/l-ə qədər artır. Bəzi sənaye şəhərlərində
yağış suyunun tərkibində kadmiumun miqdarı 5.10
-5
q/l-a çatır. Kadmiumun ən az
1/2016
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
Abdullayev Ş.N., Nəsirov E.H. Lənkərançay hövzəsinin
təbii sularında mikroelementlərin konsentrasiyası...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
98


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə