Water problems: science and technology


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə35/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

94
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
İsmayılov R.A. Müşahidə məlumatları olmadıqda
ekoloji axımın hesablanması (Xəzər dənizinə...
Azərbaycan ərazisindən Xəzər dənizinə birbaşa axan çaylarda ayrı-ayrı regionlar
üzrə sutоplаyıcının sаhəsi ilə еkоlоji ахım аrаsındа əlаqələr nəzərdən keçirilmişdir.
Bu Böyük Qafqazın şimal-şərq yamacı çaylarının misalında şəkil 1-də göstəril miş -
dir. Qurulmuş əlaqələrdə korrelyasiya əmsalı R=0,72-dir. Böyük Qafqazın şimal-
şərq  yamacı  çaylarının  müşahidə  məlumatları  olmayan  məntəqələri  üçün
q
ek
=0,001(F
or
)+0,3792  reqressiya  tənliyindən  istifadə  olunaraq  ekoloji  axımı
hesablamaq olar. 
Eyni qayda ilə hesablamalar Abşeron-Qobustan və Lənkəran təbii vilayəti çayları
üçün aparılmışdır. Abşeron-Qobustan çaylarında müşahidə məlumatı olmayan mən-
təqələrdə ekoloji axımı hesablamaq üçün reqressiya tənliyi q
ek
=1,117(F
or
)+0,3792,
Lənkəran təbii vilayəti çayları üçün isə q
ek
=146,93(F
or
)+409,9 kimidir. Azərbaycan
ərazisindən Xəzər dənizinə birbaşa axan çaylarda qurulmuş  əlaqələrinin təhlili
göstərir ki, faktiki olaraq bütün qrafiklərdə bir neçə (1-dən 3-ə qədər) nöqtə əlaqə
xəttindən kəskin meyl edir. Çox zaman belə nöqtələr sutoplayıcı sahəsi kiçik olan
(F
or
<60 km
2
) çaylara uyğun gəlir. Bu da ekoloji axıma fiziki-coğrafi amillərin təsiri
ilə izah olunur. 
Böyük Qafqazın şimal-şərq yamacı çayları üçün qurulmuş  əlaqəsindən görünür
ki, yay dövründə çayların daimi qar və buzlaqlardan qidalanmaları üstünlük təşkil
etdiyindən bəzən ekoloji axım əyridən yayınır (şəkil 2). Əksinə, qidalanmasında
yağış suları üstünlük təşkil edən digər ərazi çаylarında ekoloji axım kəmiyyətinin
ümumi qanunauyğunluqlardan kənara çıxması baş verir. 
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
1/2016
Çay-məntəqə
Q
or
, m
3
/s
Q
min
, m
3
/s
Q
ek
, m
3
/s
q
ek
, l/san km
2
Qusarçay-Quzun
4,60
0,45
0,59
0,85
Qudyalçay-Qırız
8,24
1,42
1,25
1,56
Qudyalçay-Küpçal
6,97
1,05
1,09
1,36
Ağçay-Cек
2,24
0,45
0,40
1,10
Qaraçay-Rüк
2,78
0,27
0,51
0,72
Caqaçuqçay-Rustоv
0,86
0,002
0,05
0,17
Vəlvələçay-Təngəaltı
4,04
0,18
0,49
0,78
Хarmidоrçay-Хaltan
0,41
0,001
0,011
0,26
Sumqayıtçay-Pеrекişкül
1,73
0,010
0,007
0,004
Pirsaatçay-Pоladlı
3,02
0,001
0,13
0,06
Göytəpə-Prişib
0,63
0,005
0,01
0,03
Viləşçay-Şıхlar
4,55
0,02
0,17
0,17
Bоladıçay-Dıryan
1,45
0,001
0,02
0,07
Lənкərançay-Lənкəran
11,7
0,024
0,25
0,23
Təngərü-Vaqо
3,08
0,025
0,14
0,59
İstisuçay-Alaşa
1,31
0,009
0,05
0,83
Cədvəl 1.Azərbaycan ərazisindən Xəzər dənizinə birbaşa axan çaylarda
ekoloji axımın hesablanmış qiymətləri, orta çoxillik və minimal su sərfləri


İsmayılov R.A. Müşahidə məlumatları olmadıqda
ekoloji axımın hesablanması (Xəzər dənizinə...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
1/2016
95
Lənkəran təbii vilayəti çaylarında Böyük Qafqazın şimal-şərq yamacı çaylarından
fərqli olaraq hövzənin orta hündürlüyü artdıqca ekoloji axımın kəmiyyəti azalır (şəkil
3). Bunun əsas səbəbi Lənkəran təbii vilayətində azonallığın mövcud olmasıdır. Belə
ki, Böyük Qafqazın şimal-şərq yamacında hündürlük artıqca yağıntının miqdarı art-
dığı halda Lənkəran təbii vilayətində əks proses baş verir. Burada hündürlük artdıqca
yağıntının miqdarı azalır.
Tədqiq olunan ərazi çayları üçün qurulmuş və əlaqələrindən istifadə olunmaqla
müşahidə  məlumatları  olmadıqda  hövzənin  müəyyən  sahəsində  ekoloji  axımı
müəyyən etmək olar. Həmin əlaqələr bütöv bir region üçün qəbul edilə bilər. Aşkar-
lanmış əlaqələrdə korrelyasiya əmsalı kifayət qədər yüksəkdir. Bu da müşahidə
məlumatları olmadıqda Azərbaycan ərazisindən Xəzər dənizinə birbaşa axan çay-
larda ekoloji axımın müəyyən edilməsində daha dəqiq nəticələrin əldə edilməsinə
şərait yaradır.
Şəkil 1. Böyük Qafqazın şimal-şərq yamacı çaylarında ekoloji axımla 
sutоplаyıcının sаhəsi arasında əlaqə qrafiki.
Şəkil 2. Böyük Qafqazın şimal-şərq yamacı çaylarında ekoloji axım ilə 
sutоplаyıcının orta hündürlüyü arasında əlaqə qrafiki.


Nəticə
Azərbaycan ərazisindən Xəzər dənizinə birbaşa axan çаyların suyundan müxtəlif
təsərrüfat tədbirləri üçün istifadə olunduğundan həmin çayların məcralarında  suyun
miqdаrının аzаlmаsı baş verir. Ərazi çaylarında ekoloji axımın tələblərinə əməl olun -
ması öz növbəsində su ehtiyatlarından səmərəli istifadə olunmasına şərait yarat-
maqla, çay ekosistemlərində baş verən bütün maddələr və enerji mübadiləsinin
tənzimlənməsinə şərait yaradır. 
Beləliklə, Azərbaycan ərazisindən Xəzər dənizinə birbaşa axan çaylarda ekoloji
axımın təmin olunması üçün aşağıdakı şərtlərin olması vacibdir:
a) Çaylarda heç bir çirkləndirici inqrediyent YVQH-ni keçməməlidir;
b) Çay ekosistemlərində maddələr və enerji mübadiləsinin təmin olunması üçün
ekoloji axım kəmiyyəti qəbul olunmuş səviyyədə saxlanılmalıdır.  
Ədəbiyyat siyahısı:
1. İsmayılov R.A. Xəzərə axan Azərbaycan çaylarının ekoloji vəziyyətinin tədqiqi (hidrokimyəvi
göstəricilərə görə). Azərbaycan MEA-nın xəbərlər jurnalı. Yer elmləri üzrə № 2, Bakı, 2010, s.
49-52.
2. İsmayılov R.A. Azərbaycan ərazisindən Xəzər dənizinə axan çayların ekoloji vəziyyətinin tədqiqi.
Coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtorefer-
atı. Bakı, 2012, 26 s.
3. Imanov F.A., Abbasov R.Kh., Environmental flow and recommendations for their estimations.
Proceedings of the international symposium “Natural Cataclysms and global problems of the
modern civilization”. Baku-Innsbrusk, 2007, p. 688-593.
4. Tharme R.E.  A global perspective on environmental flow assessment: emerging trends in the
development and application of environmental flow metedologies for rivers. River research and
applications, 19. USA, 2003, p. 397-441.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
İsmayılov R.A. Müşahidə məlumatları olmadıqda
ekoloji axımın hesablanması (Xəzər dənizinə...
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
1/2016
96
Şəkil 3. Lənkəran təbii vilayəti çaylarında ekoloji axım ilə sutоplаyıcının orta
hündürlüyü arasında əlaqə qrafiki.


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə