Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə32/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

UOT 628.381
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
1/2016
85
Giriş
Nəzəri cəhətdən təsdiq olunub ki, suların durulma üsulu ilə təmizləyən qurğuların
arasında ən effektlisi nazik laylı durulduculardı. Onlar digər durulduculardan fərqli
olaraq bir sıra vacib üstünlüklərə malikdirlər. Emal olunan suların sərfləri eyni
olduğu halda adi qurğulara nisbətən nazik laylı durulducuların inşası üçün 4-5 dəfə
az tikinti sahəsi tələb olunur, müdaxilə edilmədən suların lazımi keyfiyyətə çatdırıl-
masını bu durulducular 3-4 dəfə az müddətində aparır.
Hər hansı bir durulducunun su təmizləmə effektivliyi onun işlək həcminin istifadə
dərəcəsindən asılıdır. Adi durulducularda bütöv maye kütlə axını sərbəst və müstəqil
hərəkət etdiyindən onun ayrı-ayrı şırnaqları bir-birilə kəsişir, qarışır və burada su-
ların durulması üçün şərait tələb olunan sakit, müntəzəm və bərabər axın rejimini
lazımınca təmin edilə bilmir. Hazırda mövcud durulducularda həcmlərinin istifadə
olunma əmsalı 40-60 % -dan artıq olur Ümumiyyətlə asılı maddələrin qravitasion
ayrılma şəraitinin yaradılmasına təsir edən həlledici amil qurğunun supaylayıcı və
suayırıcı sistemləridir. 
Tədqiqatda istifadə edilən materiallar və metodika
Bu problemə həsr olunmuş çoxsaylı tədqiqatlarda durulducularda, xüsusən də
nazik laylı qurğularda suların paralel lövhələrarası məkanlarda bərabər su axımın
təşkilində (yalnız belə halda nazik layın yüksək effektivliyi təmin oluna bilər) çətin-
liklər qeyd olunmuşdur.
(Səh. 85-90)
NAZİK LAYLI DURULDUCULARIN 
SUPAYLAYICI SİSTEMİNİN NƏZƏRİ ƏSASLARI
Şəfizadə İ.H.
“Azərsu” ASC, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, nicol_ici@hotmail.com
Abstract. In work questions of uniform distribution of water in thin layer settlers
are considered. Full use of working volume of a settler is a guarantee of his success-
ful work. Water distribution in the known designs of similar settlers won't be coor-
dinated with laws of hydraulics. By analytical researches, it is established that top
parallel plates have to settle down on a settlement curve. 
Açar sözlər:  nazik laylı durulducu, paralel lövhələr, suların müntəzəm paylan-
ması, hidravliki hesabatlar, lövhələr düzümü.


Naziklaylı durulducunun lövhələri arasından suyun bərabər paylanmasının prin-
sipial konstruktiv həlli hələ 1959-cu ildə amerikalı tədqiqatçılar D.Kornelissen və
Q.Eylers  tərəfindən  təklif  olunmuşdur.  Oxşar  tipli  qurğular  sonralar  geniş
yayılmışdır [1]. Bu təklifə əsasən suyun hərəkət istiqamətilə düzülən hər ardıcıl
lövhə əvvəlkindən bir qədəq yüksəkdə yerləşdirilməlidir. Belə ki, qurğunun uzun-
luğu boyunca en kəsiyində paralel lövhələrin yuxarı tilləri ilə əmələ gələn xəyalı
AO düz xətti horizontalla hər hansı bir bucaq əmələ gətirir (şək.1,a). Məlum kon-
struksiyaların əksəriyyətində bu xətt horizontal qəbul edilmişdir, belə ki, bucaq sıfra
bərabərdir (şək.1,b) [2, 3, 4, 5].
Durulducunun uzununa en kəsiyində suların bərabər və müntəzəm paylanmasını
təmin edə biləcək məlum konstruktiv həllər hec də qənaətbəxş hesab oluna bilməz,
çünki onlar ixtiyari seçilmiş, nəzəri cəhətdən sübut olunmayıb və ümumiyyətlə,
hidravlika  qanunlarına  uyğun  deyillər.  Əslində  paralel  lövhələr  (3)  arasında  su
axınının eyni sürətdə axması üçün onların üzərində hərəkət edən əsas su axını öz
sərfini  lövhələr  arasında  bərabər  paylaşdırmalıdır.  Beləliklə,  lövhələr  üzərində
hərəkət edən suyun həcmi paylaşdırıcı həcm (1) kimi hesab oluna bilər, onun axını
isə açıq dəyişkən kütləli axındır [6]. Dəyişkən kütləli axından eyni sərfin ötürülmə
şərtinin ödənilməsi üçün bu axının sürəti şaxələnmə nöqtələrində (bizim halda hər
bir lövhə üzərində) eyni olmalıdır. Durulducunun uzunluğu boyunca en kəsiyində
lövhələrin yuxarı tilləri ilə əmələ gələn OA xəttinin horizontal olması bu qanunu
pozur, çünki sabit en kəsiyə malik olan paylaşdırıcı həcmində suyun sərfi və sürəti
arası kəsilmədən dəyişilir, azalır. OA düz xəttinin bir qədər maili olması paylayıcı
su  axınından  bərabər  su  həcminin  ayrılmasını  təmin  edə  bilməz,  belə  ki,  pay-
laşdırıcıda  su  sərfinin  azalması  ilə  uyğun  olaraq  axırıncı  lövhə  üzərində  sərfin
qiymətinin sıfra qədər düşməsi tələb olunur.
Şəkil 1. Nazlı laylı durulducuların sxemi.
1-supaylaşdıran həcm,   2- paralel lövlələr, O və A - birinci və sonuncu lövhələrin yuxarı tilləri, 
Z
h
– basqı itkisi,   OA – lövhə tilləri ilə yaranan xəyali xəttlər.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Şəfizadə İ.H. Nazik laylı durulducuların 
supaylayıcı sisteminin nəzəri əsasları
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
1/2016
86


Belə halda OA xəttinin son nöqtəsi su güzgüsü üzərində yerləşdirilməlidir. Bun-
dan  başqa  nəzərə  almaq  lazımdır  ki,  istənilən  açıq  su  axınında,  eləcə  də  pay-
laşdırıcıda axının yuxarı qatları aşağı qatlarına nisbətən daha sürətlə hərəkət edir
[7]. Lövhələrin yuxarı tillərinin paylaşdırıcı su axınından eyni sərflərin ayırmasını
təmin etmək üçün lövhələrin hər bir tilinin digərinə nisbətən yüksəkliyi ilə suyun
həmin en kəsiyindəki sürəti arasında mütənasiblik olmalıdır. Belə halda isə pay-
laşdırıcının uzunluğu boyunca yanaşı dayanan lövhə tillərinin yüksəkliyi müxtəlif
və dəyişkən olmalıdır. Onda lövhələrin tillərini birləşdirən OA xətti düz xətt ola
bilməz. Demək olar ki, nazik laylı durulducuda lövhələrarası fəzada suyun bərabər
paylanması məsələsinin məlum olan konstruktiv həllərindən heç biri hidravlikanın
qanunları ilə uyğunlaşmır.
Tədqiqatların şərhi
Nazik laylı durulducuda işçi həcmin istifadə dərəcəsinə (həcmin istifadə əmsalı)
həlledici təsir edən yeganə faktor paylaşdırıcıda su axınının hətəkət rejimidir. Onun
formalaşması qurğunun konstruktiv və hidravliki parametrlərindən asılıdır. Bunlara
qurğuda  ümumi  su  sərfi,  paylaşdırıcının  dərinliyi  və  uzunluğu,  əsas  axından
lövhələrarası fəzalara ayrılan şırnaqların dönmə bucağı və onların sürəti, lövhələrin
uzunluğu və aralarında olan məsafəni aid etmək lazımdır. Bütün göstərilən para-
metrlər bilavasitə durultma prosesinin texnoloji hesablamaları ilə bağlıdır, yalnız
heç bir hesabatda iştirak etməyən paylaşdırıcının dərinliyi ixtiyari qəbul oluna bilər.
Beləliklə paylaşdırıcının uzunluğu boyunca dərinliyinin tənzimlənməsi suyun bütün
lövhələrarası fəzalarında bərabər ayrılması üçün kifayət edə bilər. Deməli problem
qurğunun uzunluğu boyunca en kəsiyində paralel lövhələrin tillərindən yaranan xət-
tin şəklinin təyini ilə həll oluna bilər. 
Paylaşdırıcı həcmdə su axına yol boyunca sərfi bərabər azalan açıq axın kimi
baxaraq və hidravlikanın dəyişkən kütlələr axını nəzəriyyəsindən istifadə edərək
axının ümumi bərabərliyini yaza bilərik [6].
(1)
burada, α

- sürət göstəricisinə düzəliş əmsalı; - sərbəst düşmə təcili; - kütləsi
dəyişən axının canlı en kəsiyi; - suyun sərfi; p/γ - pyezometrik yüksəklik; -hən -
dəsi  təzyiq;  i

-  paylaşdırıcının  yan  divarında  sürtünmə  təzyiq  itkisi;  dx  -  pay-
laşdırıcının həcmində sonsuz kiçik məsafə; θ - lövhələrarası fəzalara ayrılmış suyun
sürətinin  paylaşdırıcıda  əsas  axının  sürət  istiqamətinə  proyeksiyası;  dq  -  pay-
laşdırıcının sonsuz kiçik məsafədə elementar su sərfidir. 
Paralel lövhələr qurğuda iki cür yerləşdirilə bilər. Birinci halda paylaşdırıcıda
əsas axın lövhələrin yuxarı tillərinə çarpır, “çarpan axın” adlanan axın əmələ gəlir
Şəfizadə İ.H. Nazik laylı durulducuların 
supaylayıcı sisteminin nəzəri əsasları
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
1/2016
87


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə