Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə37/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   33   34   35   36   37   38   39   40   41

miqdarı (8.10
-10
– 9,6.10
-9
q/l) Yapon adalarından şərq hissədə, Sakit okeanın dərin-
liklərində aşkar edilmişdir [6, 7, 8]. 
Məqalədə Lənkərançay suyunda manqan, sink, kobalt, vanadium, qurğuşun və
kadmium kimi elementlərin çay suyunda miqdarı, süxur – su sistemində miqrasiyası
verilmişdir.
Tədqiqatlarda istifadə edilən material və metodika
Tədqiq  edilmiş  Lənkərançay  hövzəsinin  su  şəbəkəsi  yaxşı  inkişaf  etmişdir.
Hövzənin  çay  şəbəkəsinə  Lənkərançay  və  onun  yeddi  əsas  qolu  daxildir.
Lənkərançayın qollarının biri ona sol, altısı sağ sahildən qovuşur. Lənkərançay
daşqın  rejimli  çay  olub,  qidalanmasının  66%-ni  yağış,  6%-ə  qədər  qar  və  28%
yağıntı suları təşkil edir. Buna hövzədə, xüsusən də çayın sağ sahilində yağıntıların
çox düşməsi birbaşa təsir edir. 
Lənkərançay öz başlanğıcını Talış silsiləsinin Kömürkü dağının 1880 m yüksək-
liyindən  götürür  və  birbaşa  Xəzər  dənizinə  tökülür.  Uzunluğu  81  km,  çay
çəbəkəsinin sıxlığı 1,16 km/km
2
, orta meyilliyi 29,7%-dir. Çayda daşqınların orta
çoxillik davamiyyəti 9-10 gündür [1].
Lənkərançayın suyu kimyəvi tərkibinə görə hidrokarbonatlı kalsiumludur. Çay
suyunun bulanıqlığı geniş intervalda dəyişir və 3987-4890 mq/l arasında olur. Bu
da ayrı-ayrılıqda çayın qollarının və onun sutoplayıcı sahələrinin dağların meşəsiz
ərazilərində yerləşməsi ilə əlaqədardır. Lənkərançay rütubətli subtropik zonanın çay-
ları arasında minerallığı daha az (0,10-0,77 q/l) olan çaylara aid olub, minerallaşma
dərəcəsi 0,36-0,41 q/l-ə qədərdir [3].
Lənkərançay hövzəsində dağətəyi düzənlikdən dənizə doğru getdikcə ərazinin
geomorfoloji xüsusiyyətlərindən asılı olaraq lokal şəkildə olsa da, qrunt sularının
səviyyəsinin artması baş verir. Dağətəyi sahədə qrunt sularının səviyyəsi dərində
olduğu üçün torpaq əmələ gəlmə prosesinə təsiri demək olar ki, yoxdur. Lakin akku-
mulyativ ekoloji rayonun çəmən bataqlı torpaqlarında, xüsusən çökəklik sahələrdə
qrunt  sularının  torpaq  əmələ  gəlmə  prosesində  rolu  özünü  aydın  göstərir  və
mikroelementlərin  yayılmasına,  eyni  zamanda  onların  miqrasiyasına  təsir  edir.
A.İ.Perelmanın landşaftda hipergen miqrasiyasına görə elementlərin geokimyəvi
təsnifatında tədqiq olunan bütün mikroelementlərin (Mn, Zn, Co, V, Pb və Cd) su
miqrantlarına aid olduğu göstərilir. Bu təsnifatdan aydın olur ki, sink, qurğuşun və
kadmium turş və zəif turş sularda daha aktiv miqrasiya edir. Vanadium isə həm turş,
həm də qələvi sularda sink, qurğuşun və kadmiumdan fərqli olaraq əsasən anion
formada fəal miqrasiya edir. Manqan və kobaltın bu mühitdə nisbətən inersiyalı
miqrasiyası müşahidə olunur [4].
Çay suyunun kimyəvi tərkibinə antropogen amillər, əmələ gələn aqrolandşaftlar,
torpaqların çirklənməsi, meliorasiyası və s. kimi amillər təsir edir [5].
1/2016
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Abdullayev Ş.N., Nəsirov E.H. Lənkərançay hövzəsinin
təbii sularında mikroelementlərin konsentrasiyası...
99


Lənkərançayda mikroelementlərin miqdarının təyin olunması və miqrasiyasının
öyrənilməsi məqsədi ilə su nümunələri götürülmüşdür. Nümunələr il ərazində Lerik
rayonunun  Qosmalyon  (çayın  yuxarı  axını  –  təxminən  1600  m  hündürlük)  və
Bibioni (çayın orta axını – təxminən 550-600 m hündürlük) və Lənkəran rayonunun
Gərmətük (çayın aşağı axını - təxminən -21 m hündürlük) kəndləri ərazisində çaydan
götürülmüşdür. Yaz və payız mövsümlərində çay suyu daha intensiv dəyişikliyə
uğradığı üçün həmin fəsillərdə götürülən su nümunələrindəki mikroelementlərin
miqdarı müqayisəli formada analiz olunmuşdur. 
Məlumdur ki, kimyəvi elementlərin landşaftda, xüsusilə də, torpaq və bitkilərdə
yayılması və miqdarı bilavasitə bu elementlərin torpaqəmələgətirən süxurdakı miq-
darından və süxurun xüsusiyyətindən asılıdır. Yuxarıda göstərildiyi kimi, torpaq pro-
filinin qatları üzrə mikroelementlərin miqdarının dəyişməsinə belə torpaqəmələ -
gətirən süxurun xarakteri və elementin buradakı miqdarı təsir edir. 
Tədqiq  olunan  mikroelementlərin  süxur-su  sistemində  yayılmasının  və
miqrasiyasiyasının öyrənilməsi məqsədi ilə torpaqəmələgətirən süxurlar nəzərə alın-
maqla sutoplayıcı ekoloji rayonda dağ-çəmən bozqır (karbonatsız gilli şistlərin el-
lüvisi) və dağ boz-qəhvəyi (karbonatsız gilli şistlərin ellüvisi), tranzit ekoloji rayon
ərazisində dağ-meşə qonur (gilli şistlər və tufoqumsallar) və dağ meşə sarı (sarı
aşınma qabığının şistləri və sarı aşınma qabığının gilli qumsalları), akkumulyativ
ekoloji  rayon  ərazisində  isə  burada  yayılmış  hər  üç  torpaq  tipinin  yayıldığı
sahələrdən (sarı aşınma qabığının gilli, delüvial-prolüvial çöküntüləri və lilli-qumlu
dənizsahili çöküntülər) nümunələr götürülmüşdür. 
Süxur və su nümunələrində mikroelementlərin miqdarı atom-absorbsion metodla
təyin edilmişdir. 
Tədqiqatların şərhi
Təhlillərin nəticələri göstərir ki, tədqiq olunan mikroelementlərin suda miqdarı
ərazidə  landşaftın  digər  elementləri  ilə  müqayisədə  xeyli  aşağıdır  (cədvəl  1).
Yuxarıda  qeyd  edildiyi  kimi,  mikroelementlərin  çay  sularında  miqdarı  suyun
kimyəvi tərkibindən başqa, mikroelementlərin ərazidə yayılan torpaq əmələ gətirən
süxurlardakı miqdarından da asılıdır. Onların suda miqdarı n•10-8%-ə qədərdir.
Tədqiq olunan mikroelementlərin Lənkərançayın suyunda miqdarı manqan üçün
0,065-0,114  mq/l;  sink  0,009-0,026;  kobalt  0,00095-0,0029;  vanadium  0,0215-
0,042;  qurğuşun  0,00024-0,00080;  kadmium  üçün  isə  0,000026-0,000059  mq/l
arasında dəyişir. 
Müəyyən edilmişdir ki, mikroelementlərin miqdarı akkumulyativ ekoloji rayonun
ərazisində çay suyunda (çayın aşağı axını) suayırıcı və tranzit ekoloji rayonlarına
nisbətən yüksəkdir. Bu isə mikroelementlərin yüksək dağlıq zonadan çay axını ilə
mənsəbə doğru gətirilməsi ilə əlaqədardır.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Abdullayev Ş.N., Nəsirov E.H. Lənkərançay hövzəsinin
təbii sularında mikroelementlərin konsentrasiyası...
SUDAN İSTİFADƏNİN EKOLOJİ PROBLEMLƏRİ
1/2016
100


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə