Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə12/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

texniki  sukeçirici  qurğuların  suburaxma  qabiliyyətlərindən,  istismar  şərtləri
haqqında məlumatlardan istifadə olunmuşdur. 
Yüksək gursululuğun ötürülməsi hesablamalarında aşağıdakı məlumatlardan is-
tifadə olunur:
 su anbarının  həcm əyriləri;
 su anbarının aşağı byefində sərf - səviyyə əyriləri;
 suötürücü qurğularının suburaxma qabiliyyəti əyriləri;
 hidroloji müşahidə məlumatları;
 yüksək  axımın  zəmanət  düzəlişi  ilə  5÷0,01%  təminatlı  real  illərin  hesabi
hidroqrafları.
Qeyd olunan məlumatlar Şəmkir hidroqovşağının layihə sənədlərindən (Bakı
HidroLayihə İnstitutu), hidroloji illiklərdən və Fövqəladə Hallar Nazirliyi, Su Ehtiy-
atları Dövlət Agentliyində aparılan hidroloji hesablamalardan əldə edilmişdir. Gur-
sululuq axımın hidrotexniki qurğulardan ötürülməsi hesabi hidroqrafların  model -
ləşdirməsinin əsasında aparılır.  
Tədqiqatın şərhi
Kür çayının mənbəyi  Türkiyədə  Qızıl Gədik dağının şimal-şərq yamacında,
2720 m yüksəklikdə yerləşir. Çayın uzunluğu 1515 km, su yığma hövzəsinin ümumi
sahəsi 188000 km
2
, Azərbaycan ərazisində çayın uzunluğu 906 km, hövzənin sahəsi
isə 69300 km
2
-dir. 
Kür çayının su rejimi yaz-yay gursululuğu və sabit qış azsulu dövrü ilə xarakter-
izə olunur. Gursululuq dövründə səviyyələrin qalxması orta hesabla aprel ayının
əvvəlində  başlayır,  qarın  əriməsi  və  vaxtaşırı  yağışların  yağması  nəticəsində
səviyyələrin kəskin qalxması və düşməsi ilə müşayiət olunaraq qeyri-sabit olur. İn-
tensiv  yağışlar  yağaraq  səviyyələrin  kəskin  və  qısamüddətli  qalxmasına  səbəb
olurlar. 
Yaz-yay gursululuq axımının ən yüksək səviyyəsi və sərfi aprel-iyun aylarında
müşahidə edilir. Müşahidə dövrü ərzində suyun maksimal sərfi 1968-ci ilin aprel
ayında müşahidə olunmuşdur. 
Şəmkir  hidroqovşağı  Kür  çayı  üzərində  olan  4  hidroqovşaqlar  kaskadından
biridir. 1982-ci ildə istismara verilmiş hidroqovşaq kompleks təyinatlıdır: 
 enerji istehsalı–SES-nın quraşdırılmış gücü 380 MVt;
 suvarma suyuna tələbatın təmin olunması – Şəmkir maşın kanalı vasitəsilə
maksimum 15 m
3
/s su ötürülür;
 gursululuq axımının idarə olunması və yüksək sərflərin yumşaldılması;
 su təchizatına tələbatın təmin olunması.
Hidroqovşağın əsas hidrotexniki qurğularının tərkibi:
 istismar sutullayıcısı və aşağı byefdə ötürücü kanal;
Qarayev N.Ə.,Sultanov E.T.,Abbasov S.A.,Rəcəbov R.F.
Şəmkir hidroqovşağından gursululuq axımının...
27
1/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Qarayev N.Ə.,Sultanov E.T.,Abbasov S.A.,Rəcəbov R.F.
Şəmkir hidroqovşağından gursululuq axımının...
 torpaq bəndlər - məcra və subasar hissələri;
 su elektrik stansiyasının sukeçirici qurğuları və binası;
 Şəmkir maşın kanalının irriqasiya suqəbuledicisi.
Şəmkir hidroqovşağının əsas parametrləri cədvəl 1-də verilmişdir.
Cədvəl 1. Şəmkir hidroqovşağının parametrləri
Şəmkir su anbarının səviyyə-həcm və səviyyə-sahə əyriləri şəkil 1 və 2-də ve -
rilir.
Şəkil 1. Şəmkir su anbarının səviyyə-həcm əyrisi.
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
28
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR

Parametrin adı
Kəmiyyəti
1
Su yığım sahəsi, km
2
40 500
2
Orta çoxillik axım, mln. m
3
9 870
3
Orta çoxillik su sərfi, m
3
/s
312
4
Normal Basqılı Səviyyə (NBS), m BS
158,00
5
Ölü Həcm Səviyyəsi (ÖHS), m BS
143,50
6
Ekstremal (maksimal) Basqılı Səviyyə (EBS), m BS
159,90
7
Su anbarının həcmi, mlrd. m
3
Tam 
2,680
Faydalı 
1,425
Ölü 
1,252
8
Normal basqılı səviyyəsində su aynasının sahəsi, km
2
116
12 Tənzimləmə xarakteri
İrriqasiya rejimində
Fəsli (illik)
Energetika rejimində
Sutkalıq


Şəkil 2. Şəmkir su anbarının səviyyə-sahə əyrisi.
Şəmkir  su  anbarından  su  buraxılan  zamanı  Yenikənd  su  anbarının  təsiri
nəticəsində aşağı byefdə suyun şişməsi yaranır. Yenikənd su anbarının normal basqılı
səviyyəsi layihə üzrə 104,00 mBS qəbul olunmuşdur. Gursululuq dövründə isə ek-
stremal (maksimal) basqılı səviyyə 104,30 mBS-dən artıq olmamalıdır.
Gursululuğun  modelləşdirilməsində  normal  basqılı  səviyyə  104,00  m  əsas
götürülmüş və Şəmkir su anbarından aşağı byefə buraxılan su sərflərinin göstəriciləri
şişmə təsiri nəzərə almaqla modelə daxil edilmişdir.
Hidroqovşaqların sinfi  2.06.01-86  İnşaat Normaları və Qaydalarına (keçmiş
SSRİ) əsasən qəbul olunur. Şəmkir hidroqovşağı layihə sənədində I sinfə aid olun-
muşdur.
Normalara əsasən gursululuq dövrü üçün hidrotexniki sukeçirici qurğuların su -
buraxma qabiliyyəti aşağıdakı tələblərə cavab verməlidir [1, 4, 6, 7]:
 Əsas hesabi hal - Gursululuq sərfinin təminatı P = 0,1% 
 Yoxlama halı - Gursululuq sərfinin təminatı P = 0,01% zəmanət düzəlişi ilə
Əsas hesabi halda su anbarında suyun səviyyəsinə və sukeçirici qurğulara qoyu-
lan tələblər aşağıdakı kimidir:
 Şəmkir su anbarının faydalı həcmi yalnız illik nizamlamanı apardığına görə
aprelin 1-də su anbarının səviyyəsi Ölü Həcm səviyyəsinə kimi endirilməlidir
(143,50 mBS);
 Su anbarında gursululuğun transformasiyası nəticəsində  suyun  səviyyəsi
Normal Basqılı səviyyəni keçməməlidir (158,00 mBS);
Qarayev N.Ə.,Sultanov E.T.,Abbasov S.A.,Rəcəbov R.F.
Şəmkir hidroqovşağından gursululuq axımının...
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
29
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə