Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə11/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

azlığına görə buzlaqların da ehtiyatları ümumi su ehtiyatlarının illik həcmində nəzərə
alınmaya bilər. 
Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının illik su ehti -
yatları 55-56 mlrd. m
3
təşkil edir (cədvəl 2).
Cədvəl  2. Azərbaycan Respublikasının illik su ehtiyatları
Analoji yanaşma daha əvvəl Prof. F.İmanov tərəfindən irəli sürülmüşdür. Prof.
F.İmanova görə Azərbaycanın yerüstü su ehtiyatları 30,9 mlrd. m
3
, yeraltı su ehtiy-
atları 9,0 mlrd. m
3
, şirin sulu göllərin ehtiyatları 0,03-0,05 mlrd. m
3
, su anbarlarının
ümumi həcmi 20,6 mlrd. m
3
qəbul edilir [3].
Müəlliflər  Azərbaycan  Respublikasının  illik  su  ehtiyatlarının  tərkib  ele-
mentlərinin cədvəl 2-də verilmiş qiymətlərinin reallığa uyğunluğunu qəbul etməklə
yanaşı, bu göstəricilərin son nəticə və mütləq dəyişməz kimi qəbul edilməsi iddia -
sında deyildirlər. Əksinə, hesab edirlər ki, su ehtiyatlarının tərkib elementlərinin
kəmiyyət göstəriciləri, mahiyyəti etibarilə daim yenilənən, ərazinin fziki-cografi,
hidroloji və geoloji-hidrogeoloji şəratinə uyğun olaraq əsrlərlə tənzimlənmiş qa-
nunauyğunluqlar çərçivəsində dəyişkən, təsərrüfat fəaliyyəti nəticəsində təsirlərə
məruz qalan göstəricilərdir. Bu elementlərin hər biri, qeyd edildiyi kimi,  əhatəli
hidroloji, geoloji, hidrogeoloji, geofiziki, geoekoloji və digər  müvafiq araşdırmalar,
tədqiqatlar və  təhllillər əsasında dəqiqləşdirilməli və yenilənməlidir.   Ölkənin su
balansının tərkib hissələrinin, su ehtiyatlarının yaranma və qidalanma mənbələrinin
kəmiyyət  elementlərinin,  transsərhəd  yerüstü  və  yeraltı  su  axınının  kompleks
tədqiqatlarla, xüsusilə empirik yanaşmalarla qəbul edilmiş göstəricilərin eksperi-
mental  tədqiqatlarla  dəqiqləşdirilməsi  əsasında  qiymətləndirilməsi  müstəsna
əhəmiyyət kəsb edir. Burda əsas məqsəd, ehtiyatların  tərkib elementlərinin   hər
birinin ümumi su ehtiyatlarında yerinin düzgün müəyyən edilməsi  və eyni zamanda
bu elementlərin kəmiyyət göstəricilərinin mümkün qədər düzgün və dolğun nəzərə
alınması zərurətindən ibarətdir.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın 
su ehtiyatları: problemlər, yanaşmalar, reallıqlar
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
1/2016
24

Su ehtiyatlarının tərkib hissələri
Su ehtiyatları, mlrd. m
3
1
Yerli çay axını
6
2  Transsərhəd çay axını
20,6
3
Yeraltı sular
9
4
Su anbarlarında toplanmış sular
20
Cəmi 
55,6


Ədəbiyyat siyahısı
1. Hacıyev Q.Ə.,  Rəhimli V.Ə., Azərbaycan SSR inzibati rayonlarının iqlim sə-
ciyyəsi. Bakı, Elm, 1977, 269 s.
2. Q.C. Hüseynov, A.B. Ələkbərov. Azərbaycanın su ehtiyatlarinin inteqrasiyali
idarə  edilməsi,  problemlər  və  həll  yollari.  “Su  problemləri:  elm  və
texnologiyalar” elmi jurnalı, №1, Bakı, 2015, səh. 33-44.
3. İmanov F.Ə. Azərbaycanın su ehtiyatları və onların inteqrasiyalı idarə edilməsi.
Xəzər  Beynəlxalq  su  texnologiyaları  konfransının  materialları,  Bakı,  2013,
səh.116-122.
4. İmanov F.Ə., Əliyeva İ.S. Azərbaycanın su ehtiyatları ilə təminatının yaxşılaşdırıl-
masında su anbarlarının rolu // “Su Problemləri: elm və texnologiyalar”  elmi ju-
rnalı, № 2, 2015. Bakı, s. 29-37.
5. Геология Азербайджана. Том VIII. Гидрогеология  и инженерная геология.
Баку, Изд. “Nafta-Press”, 2008,  380 с.
6. Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Азербайджанской ССР. Баку.
Элм,1989, 184 с.
7. http://dic.academic.ru/dic.nsf/enc_geo/67
8. http://dic.academic.ru/dic.nsf/enc_geolog/846
9. http://bse.sci-lib.com/article005776.html 
10.http://files.school-collection.edu.ru/dlrstore/34b6967b-31a3-fcbe-edf2-
a55e23e5b637/1000400A.htm
11. https://ru.wikipedia.org/wiki/
12. http://www.ecosystema.ru/07referats/slovar/03v.php
13. http://eco.gov.az/az/67-hidrometeorologiya 
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın 
su ehtiyatları: problemlər, yanaşmalar, reallıqlar
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARI VƏ ONLARIN İNTEQRASİYALI 
İDARƏ EDİLMƏSİ PROBLEMLƏRİ
1/2016
25


UOT 556(075.8)
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Giriş
Hidroqovşaqların  istismar  prosesində  ən  vacib  məsələlərdən  biri  gursululuq
axımının hidrotexniki qurğulardan təhlükəsiz buraxılmasıdır. Hidroqovşaqlarda su
ötürücü qurğular 0,01% təminatlı, yəni on min ildə bir dəfə ehtimal edilən maksimal
su sərfinin və axım həcminin buraxılması üçün nəzərdə tutulur. Su sərfinin belə
nadir təminatlı hesabi xarakteristikası dağılması ağır nəticələrə gətirib çıxara biləcək
Şəmkir hidroqovşağı kimi xüsusi məsuliyyətli obyektlər üçün qəbul edilir. Qərb
ölkələrinin təcrübəsində belə vacib hidroqovşaqlar ehtimal edilən maksimal daşqın
üsulu ilə (Probable Maximun Flood) yoxlanılır. Rusiyanın Hidrolayihə İnstitutunda
aparılan müqayisəvi hesablamalar göstərmişdir ki, ehtimal edilən maksimal daşqın
üsulu ilə alınan hesabi maksimal su sərfləri hətta 0,01% təminatlı hesabi maksimal
su sərflərindən yüksəkdir.
Şəmkir hidrotexniki qovşağı Kür çayı üzərində olan 4 su anbarından birincisidir.
Bu səbəbdən gursululuq axımı keçən zaman ”birinci zərbəni” də məhz bu su anbarı
alır. Bu, ilk olaraq Şəmkir hidroqovşağından gursululuq axımının ötürülməsinin
modelləşdirilməsini tələb edir.
Tədqiqatda istifadə olunan materiallar və metodika
Şəmkir hidroqovşağından gursululuq axımının ötürülməsinin HEC ResSim proq -
ram təminatı vasitəsilə modelləşdirilməsi zamanı anbara daxil olan gündəlik su sərfi
məlumatlarından,  su  anbarının  səviyyə-həcm,  səviyyə-sahə  əyrilərindən,  hidro-
(Səh. 26-38)
ŞƏMKİR HİDROQOVŞAĞINDAN 
GURSULULUQ AXIMININ ÖTÜRÜLMƏSİNİN 
HEC ResSim PROQRAM TƏMINATI 
VASİTƏSİLƏ MODELLƏŞDIRİLMƏSİ
Qarayev N.Ə., Sultanov E.T., Abbasov S.A., Rəcəbov R.F.
Fövqəladə Hallar Nazirliyi, Su Ehtiyatları Dövlət Agentliyi
rustam.rajabov83@gmail.com
Abstract. The article dedicated to tranmission of high flow from the Shamkir
water reservoir. HEC ResSim softwater used for modelling prepared by the Hydro-
logic Engineering Center (HEC) of the U.S. Army Corps of Engineers. 
Açar sözlər: gursululuq, hesabi hidroqraf, suburaxma qabiliyyəti, hədəf səviyyə.
26
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə