Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə9/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

masında dağ-qırışıqlıq strukturların çat-damar sularının   rolunun tam aydınlaşdırıl-
maması, dərin flüidlərdən mümkün qidalanmalar  da əlavə edilməidir. 
Göstərilənləri və eləcə də qiymətləndirilmiş ehtiyatların təsdiq edilməsindən
keçən  hesabi  vaxtın  artıq  bitdiyini  nəzərə  alaraq    yeraltı  suların  ehtiyatlarının
yenidən qiymətləndirilməsi Azərbaycanda hidrogeoloji tədqiqatların həll edilməsi
zəruri olan problemi və  su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sxeminin hazır-
lanmasının  əsas elementlərindəndir.  Bununla əlaqədar olaraq, Fövqəladə Hallar
Nazirliyinin Dövlət Su Agentliyi tərəfindən ölkə ərazisində su ehtiyatlarının yenidən
qiymətləndirilməsinə başlanılması müsbət dəyərləndirilməlidir. Ehtiyatların yenidən
qiymətləndirilməsində  yeraltı suların mövcud ehtiyatlarının strukturunu yaradan
amillərin və xüsusiyyətlərin, ətraf mühitə təsirin əhatəli nəzərə alınmasını təmin
edən  metodlardan istifadə edilməsi zəruridir. Eyni zamanda,   dağ-qırışıqlıq struk-
turlarda   çat-damar sularının aktiv mübadilə zonası və dərin axınlar zonası üzrə is-
tismar ehtiyatlarının qiymətləndirilməsi tədqiqatlarının aparılması nühüm əhəmiyyət
kəsb edir. 
Ölkənin su ehtiyatlarının qiymətləndirilməsində ikinci, bəlkə də daha mühüm
məqam  ümumi su ehtiyatlarının qiymətləndirilməsinə yanaşma və bu ehtiyatların
tərkib hissələrinin müəyyən edilməsi ilə əlaqədardır. 
Azərbaycanın su ehtiyatları  S.H.Rüstəmov və R.M.Qaşqay  tərəfindən 30,9 km
3
,
Dövlət Hidrologiya İnstitutu tərəfindən 30, 6 km
3
, H.Y. Fətullayev  tərəfindən 30,3
km
3
, keçmiş Zaqafqaziya Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutu  tərəfindən
28,1 km
3
həcmində müəyyən edilmişdir (cədvəl 1).
Cədvəl 1. Azərbaycanın su ehtiyatlarının müxtəlif müəlliflər tərəfindən
hesablanmış qiymətləri
Qeyd edilən qiymətləndirmələrə görə  Azərbaycanın  su ehtiyatları il ərzində ölkə
ərazisinə düşən  atmosfer yağıntılarının miqdarı ilə bu yağıntıların buxarlanmaya
sərf olunan hissəsinin fərqi və ölkə ərazisinə transsərhəd axınla daxil olan səth su-
larının miqdarının cəmindən ibarətdir. 
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın 
su ehtiyatları: problemlər, yanaşmalar, reallıqlar
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
1/2016
20

Müəlliflər
İl
Su ehtiyatları, mlrd.m
3
ümumi
o cümlədən, yerli
1
S.H.Rüstəmov və R.M Qaşqay 
1978
32,3
10,3
2
S.H.Rüstəmov və R.M.Qaşqay.
1989
30,9
10,3
3
Dövlət Hidrologiya İnstitutu
1967 (1977)
30,6
8,71 (8,00)
5
Zaqafqaziya ETHMİ
1988
28,1
7,81
6
H.Y.Fətullayev
2002
30,3
-


S.H.Rüstəmov və R.M.Qaşqayın hesablamalarına görə Azərbaycan ərazisinə il
ərzində düşən 37 mlrd.m
3
yağıntılardan 26,7 mlrd.m
3
buxarlanmaya, 6 mlrd.m
3
yerli  səth  axınına,  4,3  mlrd.m
3
yeraltı  axına  sərf  olunur  [6].  S.H.Rüstəmov  və
R.M.Qaşqay ölkə ərazisinə daxil olan transsərhəd axının miqdarını 20,6 mlrd.m
3
qəbul edərək Azərbaycanın  su ehtiyatlarını 6 mlrd.m
3
yerli səth axını, 4,3 mlrd.m
3
yeraltı axın və 20,6 mlrd.m
3
miqdarında transsərhəd axının cəminə bərabər – 30,9
mlrd.m
3
miqdarında qiymətləndirirlər.
S.H.Rüstəmov və R.M.Qaşqayın qiymətləndirməsi ilə cədvəldə göstərilən digər
qiymətləndirmələrdə faktiki olaraq eyni metodika tərbiq edilmiş və bir-birinə kifayət
qədər  yaxın  nəticələr  alınmışdır.  Bir  qədər  fərqli  nəticələrin  alınması  hidroloji
müşahidələrlə əhatə olunmayan ərazilərin su ehtiyatlarının qiymətləndirilməsi ilə
bağlıdır [3].   Hesab edirik ki, su ehtiyatlarının tərkib elementlərinin  S.H.Rüstəmov
və  R.M.Qaşqay  tərəfindən  alınmış  kəmiyyət  göstəriciləri  bu  müəlliflərin  qiy -
mətləndirmələrində real şəraitin daha dolğun əks etdirilməsi və  yerli çayların axı -
mının əmələgəlmə şəraitinin dəqiq nəzərə alınması səbəbindən daha dəqiq və daha
etibarlıdır.
S.H.Rüstəmov  və  R.M.Qaşqay  tərəfindən  müəyyən  edilmiş  atmosfer  yağın-
tılarının, buxarlanmanın, atmosfer yağıntılarının yerli səth axınına və yeraltı axına
sərf olunan hissələrinin və transsərhəd axının  kəmiyyət qiymətlərini qəbul edərək
aşağıdakı məsələlərə diqqət yetirilməsini zəruri hesab edirik. 
“Su  ehtiyatları”  termininin  mahiyyətinə  uyğun  olaraq  Azərbaycan  Respub-
likasının su ehtiyatları ölkənin ərazisindəki yerüstü  su hövzələrində - çaylarda, göl-
lərdə, kanallarda, su anbarlarında  toplanmış istifadəyə yararlı suların, yeraltı su
hövzələrində  – laylarda,  su  horizontlarında,  süxurların  məsamələridə,  çat  zon-
alarında    toplanmış istifadəyə yararlı suların, dağlıq zonalardakı buzlaqların ehti -
yatlarının cəmindən ibarət olmalıdır.  
İlkin olaraq ölkənin su ehtiyatlarında yeraltı suların yerinin müəyyən edilməsi
məsələsinə aydınlıq gətirərək qeyd etməyi zəruri hesab edirik ki, ölkənin yeraltı su-
ların  ehtiyatları, hətta yuxarıda verilmiş terminoloji anlayışları nəzərə almasaq belə,
yalnız atmosfer yağıntılarının illik infiltrasiyasından ibarət ola bilməz. Atmosfer
yağıntılarının yeraltı suları qidalandıran illik infiltrasiyası yeraltı su ehtiyatlarının
yalnız bir hissəsidir. Hər bir   çay hövzəsinin, hər bir ərazinin və ölkənin yeraltı su
ehtiyatları atmosfer yağıntılarının infiltrasiyası ilə yanaşı, həm də ərazidəki  yeraltı
su  hövzələrində  uzun  dövrlər  ərzində  formalaşmış  mövcud      su  ehtiyatlarından
ibarətdir.  
Azərbaycanın  yeraltı  suları  axtarışlar,  ilkin  kəşfiyyat  və  dəqiq  kəşfiyyat
mərhələləri üzrə əhatəli geoloji, hidrogeoloji, hidroloji, geofiziki və digər tədqiqat
üsullarının tətbiqi ilə  tədqiq edilmiş,   istifadəyə yararlı yeraltı suların istismar ehtiy-
atları qiymətləndirilərək  keçmiş SSRİ və Azərbaycan Respublikası Dövlət Ehti -
yatlar  Komitəsi  tərəfindən  təsdiq  edilmiş,  potensial  ehtiyatlar  keçmiş  Dövlət
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın 
su ehtiyatları: problemlər, yanaşmalar, reallıqlar
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
1/2016
21


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə