Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə5/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   2   3   4   5   6   7   8   9   ...   41

saziş ləri imzalamışdır. 2015-ci ildə Ko-
reyada  keçirilmiş VII  Dünya  Su  Foru-
munda  “Azərsu”  ASC  nümayəndə
heyətinin iştirakı  və  Dünya Su Şurası
İdarə  Heyətinə  üzvlük    beynəlxalq
əməkdaşlığın genişləndirilməsi baxımın-
dan əlamətdar olmuşdur.
Daha sonra “Azərsu” ASC-nin səd -
rinin istismar üzrə müavini Köçərli Hə -
sənov,  iqtisadi məsələlər üzrə müavini
Mahir Məmmədov,  tikinti  üzrə müavini
Seymur Seyidov, İnformasiya-kommu -
nika siya texnologiyaları departamentinin
rəisi Emil Əhmədov, Texnoloji proses-
lərə nəzarət və ekologiya şöbəsinin rəis
müavini Zahid Qasımov, Suraxanı rayon
Sukanal  İdarəsinin  rəisi  Əbülfəz  Kə -
rimzadə hesabat məruzəsi ilə çıxış edə -
rək, müvafiq sahələr üzrə  2015-ci ildə
görülmüş işlər və həyata keçirilmiş təd-
birlər barədə ətraflı məlumat vermişlər.  
“Azərsu”  ASC-nin  sədri  Qorxmaz
Hüseynov iclasa yekun vuraraq, Cəmiy -
yətin  2015-ci il üzrə fəaliyyətini qənaət-
bəxş hesab etmiş, 2016-cı ildə görüləcək
işlər və qarşıda duran vəzifələr barədə
tapşırıqlarını vermişdir. Cari ildə  Bakı
şəhəri və ətraf qəsəbələrdə, eləcə də re-
gionlarda  su  təchizatı  və  kanalizasiya
sistemlərinin  yenidən  qurulması  isti -
qamətində  işlərin  davam  etdiriləcəyini
deyən Səhmdar Cəmiyyətin sədri tikinti-
quraşdırma  işlərinin  qısa  müddətdə  və
keyfiyyətlə aparılmalı olduğunu diqqətə
çatdırmışdır.
Səhmdar  Cəmiyyətin  sədri  su  it -
kilərinin  azaldılması  məqsədi  ilə  abu -
nəçilərlə işin təkmilləşdirilməsi, içməli
sudan  qeyri-qanuni  istifadə  hallarının
azaldılması,  istismar,  əməyin  müha -
fizəsinin təşkili və ekologiya sahəsində
tədbirlərin  davam  etdirilməsi  barədə
ciddi tapşırıqlar vermişdir. Qeyd olun-
muşdur  ki,  rayon  sukanal  idarələrində
müştəri  informasiya  sistemlərinin  ya -
radılması  müsbət  nəticələr  verir  və  bu
sistemin tətbiqi digər rayonlarda da hə -
yata keçiriləcəkdir.
“Azərsu”  ASC-nin  sədri  idarə  və
müəssisələrin təsərrüfat-maliyyə göstəri-
ciləri barədə ümumi  məlumat vermiş,
ayrı-ayrı  sahələr  üzrə  irəliləyişlərə  və
nöqsanlara  toxunmuşdur.  İclasda  fəa -
liyyətində nöqsanlara yol vermiş idarə və
müəssisə  rəhbərlərinə    ciddi  xəbərdar-
lıqlar  edil miş,  enerji,  material  və  nəq -
liyyat  vasi tələrindən  səmərəli    istifadə
olunması,  əmək  məhsuldarlığının  və
təşəbbüskarlığın  artırılması  ilə  bağlı
göstərişlər verilmişdir.
Qeyd  olunmuşdur  ki,  2016-cı  ildə
Bakı  şəhərində  keçiriləcək  Formula  1
yarışları, Dünya şahmat olimpiadası və
digər  beynəlxalq  tədbirlərlə  əlaqədar
“Azərsu”  ASC üzərinə düşən vəzifələrin
icrasını  təmin  edəcək,  turizm  və  iaşə
obyektlərində içməli su və kanalizasiya
sistemlərinin normal fəaliyyətinin təmin
olunmasını diqqətdə saxlayacaqdır.
n
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində  2015-ci ilin
yekunlarına  və 2016-cı ildə qarşıda duran vəzifələrə...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
YEKUN
1/2016
11


Hesabat dövründə Səhmdar Cəmiyyətin
sifarişi ilə 29 şəhər və rayon mərkəzində  su
və kanalizasiya layihələri icra olunmuşdur
ki, bu şəhərlərin 11-də işlər dövlət büdcəsi
vəsaiti,  18-də  isə  beynəlxalq  maliyyə  qu-
rumlarından cəlb olunmuş kreditlər hesabına
həyata keçirilmişdir.
Dövlət  büdcəsindən  maliyyələşdirilən
layihə  çərçivəsində  Quba  şəhərində  su  və
kanalizasiya  infrastrukturları  tamamilə
yenidən  qurulmuş,  şəhər  24  saat  fasiləsiz
içməli  su  ilə  təmin  olunmuşdur.  Ucar,
Lənkəran,  Hacıqabul,  Kürdəmir,  Zərdab,
İmişli,  Biləsuvar  şəhərlərində  yeni  su  şə -
bəkələrinin  tikintisi  başa  çatdırılmışdır.
Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə
su və kanalizasiya sistemlərinin yenidən qu-
rulması  işlərinin  böyük  hissəsi  icra
edilmişdir.
Mingəçevir  və  Yevlax  şəhərlərini  key-
fiyyətli içməli su ilə təmin etmək məqsədilə
məhsuldarlığı sutkada 55 min kubmetr olan
müasir  sutəmizləyici  qurğu  tikilərək  is-
tismara verilmiş, şəhərdaxili su təchizatı sis-
temlərinin 85 faizinin inşası başa çatmışdır.
Hazırda  yeni  yaradılmış  şəbəkə  vasitəsilə
sakinlər  24  saat  keyfiyyətli  içməli  su  ilə
təmin olunur. Təmizləyici qurğudan Yevlax
şəhərinə çəkiləcək magistral kəmərin tikin-
tisi üzrə layihə-smeta sənədləri hazırlanır.
Mingəçevir  şəhərində  tullantı  sularının
idarə olunması məqsədi ilə  3 ədəd kanaliza-
siya nasos stansiyası tikilərək istifadəyə ver-
ilmiş və bununla da Kür çayına 21 nöqtədən
axıdılan çirkab suların qarşısı alınmışdır.
Lənkəran şəhərinin su təchizatı və kana -
lizasiya sistemlərinin yenidən qurulması la -
yihəsi çərçivəsində  Xanbulançay dəryaça -
Regionlarda istehlakçıların içməli su 
kanalizasiya xidmətləri ilə
təmin olunması daha da yaxşılaşdırılır
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının ilk 2 ilində bölgələrdə istehlakçıların
içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırıl-
ması məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən genişmiqyaslı
tədbirlər həyata keçirilmişdir.
12
1/2016
HESABAT
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Regionlarda istehlakçıların içməli su və kanalizasiya
xidmətləri ilə təmin olunması daha da yaxşılaşdırılır
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
HESABAT
1/2016
13
sının yaxınlığında sutkalıq məhsuldarlığı 30
min kubmetr olan təmizləyici qurğuda işlər
tam yekunlaşmış, Lənkəran şəhərinə və ətraf
kəndlərə  içməli  suyun  verilməsi  təmin
edilmişdir. Yeni qurğudan Astara şəhəri və
27 kəndin su təchizatına hesablanmış magis-
tral  kəmərin  inşası  2016-cı  ildə  başa  çat-
dırılacaqdır.
Şəmkir  şəhərində  istehlakçıları  key-
fiyyətli  və  dayanıqlı  içməli  su  ilə  təmin
etmək üçün Şəmkirçay anbarından 16,5 km
uzunluğunda magistral su kəməri qısa müd-
dətdə tikilərək istismara verilmişdir.
2014-2015-ci illərdə Azərbaycan Höku -
mətinin  beynəlxalq  maliyyə  qurumları  ilə
birgə reallaşdırdığı su və kanalizasiya infra-
strukturlarının  yenidən  qurulması  layihəsi
üzrə  işlər  intensiv  qaydada  davam  et-
dirilmişdir.
Asiya  İnkişaf  Bankı  ilə  birgə  maliy -
yələşdirilən “Su təchizatı və kanalizasiya in-
vestisiya  proqramı”  çərçivəsində  Göyçay,
Ağdaş və Beyləqan şəhərlərində yeni infra-
strukturların yaradılması istiqamətində ciddi
addımlar atılmışdır. Belə ki, Göyçay şəhə -
rində içməli su və kanalizasiya infrastruk-
turlarının yenidən qurulması işləri tam başa
çatdırılmış  və  2015-ci  ilin  oktyabr  ayında
Prezident İlham Əliyevin iştirakı ilə açılış
mərasimi keçirilmişdir. Beyləqan şəhərində
yeni su mənbəyi yaradılmış, şəhərdaxili su
şəbəkəsinin  85  faizi  yenidən  qurulmuş  və
yeni  şəbəkə  ilə  istehlakçılara  suyun  veril -
məsi  təmin  olunmuşdur.  Bu  layihə  üzrə
Ağdaş və Beyləqan şəhərlərində içməli su
şəbəkəsinin tikintisi cari ildə başa çatdırıla-
caqdır.  “Su  təchizatı  və  kanalizasiya  in-
vestisiya proqramı” çərçivəsində Ağcabədi
şəhərinin su təchizatı və kanalizasiya sistem-
lərinin yenidən qurulması işlərinə 2016-cı
ildə başlanılacaqdır.
Almaniya  İnkişaf  Bankının  maliyyə
dəstəyi ilə həyata keçirilən “Açıq Kommu-
nal İnfrastruktur Proqramı II”  çərçivəsində
Gəncə  şəhərinin  əsas  su  mənbələri  olan
Göygöl və Qızılqayada suqəbuledici qurğu-
larının və  magistral kəmərlərin inşası ye -
kunlaşmış,  şəhərə  suyun  verilməsi  təmin
edilmişdir.  Gəncə şəhərinin bir hissəsində
paylayıcı  şəbəkə  yaradılmış  və  bu  istiqa -
mətdə  işlər  davam  etdirilir.  2016-cı  ildə
Gəncə  şəhərinin  digər  hissəsində  və  Şəki
şəhərində  içməli  su  və  kanalizasiya  şəbə -
kələrinin tikintisinə başlanılacaqdır.
Dünya Bankı ilə birgə maliyyələşdirilən
“Milli  Su  Təchizatı  və  Kanalizasiya  Xid-
mətləri Layihəsi” çərçivəsində 62 km uzun-
luğunda  Kür  sutəmizləyici  qurğuları  –
Sabirabad – Saatlı magistral kəmərinin in-
şası başa çatdırılmışdır. 2014-cü ilin dekabr
ayında  Sabirabad  şəhərinə,  2015-ci  ilin
əvvəlində  isə  Saatlı  sakinlərinə  suyun  ve -


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə