Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə7/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   2   3   4   5   6   7   8   9   10   ...   41

likdir. Atmosferdəki buxarlar, okean və dənizlərin istifadə edilməyən duzlu suları
potensial su ehtiyatlarını təşkil edir [7].  
Geoloji (Dağ) Ensiklopediyaya görə  “su ehtiyatları”na çayların, göllərin, kanal-
ların,    su anbarlarının, dəniz və okeanların istifadəyə yararlı suları, istifadəyə yararlı
yeraltı sular, həmçinin qütb və dağ buzlaqlarının suları (buzları), atmosfer yağıntıları
aid edilir [8].  
Böyük Sovet Ensiklopediyasında “su ehtiyatları”na  çayların, göllərin, kanal-
ların, su anbarlarının, dəniz və okeanların xalq təsərrüfatında istifadəyə yararlı suları,
istifadəyə yararlı yeraltı sular, torpaqdakı nəmlik, buzlaq və qar örtüyünün suları
aid edilir [9]. 
Təhsil Ensiklopediyasında “su ehtiyatları” deyildikdə maye, bərk və qaz halında
olan sular və onların Yer kürəsində yayılması başa düşülür. Bu anlayışa görə su
ehtiyatları – Yerin səthində təbii hövzələrdə (okeanlar, dənizlər və bataqlıqlar), Yerin
təkində (yeraltı sular), bütün bitki və canlılarda, həmçinin süni sututarlarda (su an-
barları, kanallar və s.) toplanmışdır [10].  
Vikipediyada “su ehtiyatları” anlayışına su obyektlərində yerləşən və istifadə
edilən və ya istifadə edilə bilən yerüstü və yeraltı sular aid edilir. Vikipediyaya görə
“su ehtiyatları” daha geniş mənada - maye, bərk və qaz halında olan sular və onların
Yer kürəsində yayılması kimi qəbul edilir [11].   
Ekoloji  lüğətdə “su  ehtiyatları”  deyildikdə  təsərrüfatda  istifadə  edilə  bilən
yerüstü  (çaylar, göllər, kanallar, su anbarları, dənizlər, okeanlar) və yeraltı su ehti -
yatları qəbul edilir. Bu lüğətə görə su ehtiyatlarına həmçinin torpaqdakı nəmlik,
buz laqların suları, atmosferdəki hava buxarları aid edilir  [12].  
Beləliklə, demək olar ki, bütün istinad mənbələrinə əsasən “su ehtiyatları”na
aşağıdakılar aid edilir:
- yerüstü  su hövzələrində (çaylar, göllər, kanallar, su anbarları) toplanmış isti-
fadəyə yararlı sular;
- yeraltı su hövzələrində (laylar, su horizontları, süxurların məsamələri, çat zo -
naları) toplanmış istifadəyə yararlı sular; 
- dəniz və okeanların istifadəyə yararlı suları;
- buzlaqların suları (buzları);
- atmosfer yağıntıları.
Azərbaycanın təbii su ehtiyatları müxtəlif illərdə, təbii ki, müəyyən fərqli yanaş-
malarla müxtəlif müəlliflər tərəfindən qiymətləndirilmişdir. Ölkənin su ehtiyatlarının
mütləq böyük hissəsini yerüstü sular təşkil etidiyinə görə bu qiymətləndirmələr
əsasən yerüstü suların domionantlığı ilə  bir qayda olaraq hidroloq mütəxəssislər
tərəfindən aparılmış, qiymətləndirmələrin nəticələri elmi əsərlərdə, kitablarda əks
etdirilmişdir.  Ehtiyatların qiymətləndirilməsində ümumi birləşdirici   məqam ondan
ibarətdir ki, demək olar ki, bütün müəlliflər və bu məsələlərlə məşğul olan mütəxəs-
sislər,  o  cümlədən  də  məqalənin  müəllifləri,    Azərbaycanın  su  ehtiyatlarının
16
1/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın 
su ehtiyatları: problemlər, yanaşmalar, reallıqlar
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


17
1/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın 
su ehtiyatları: problemlər, yanaşmalar, reallıqlar
qiymətləndirilməsindən danışdıqda bu   qiymətləndirməni ilk olaraq aparmış, əsər-
lərində geniş hidrometeoroloji faktiki informasiyanın toplandığı və əhatəli təhllilərin
aparıldığı  proffessor Saleh Rüstəmovun adını hörmət və ehtiramla yad edir, onun
qiymətləndirmə nəticələrini əsas kimi qəbul edirlər. 
Yeraltı suların ehtiyatlarının qiymətləndirilməsi hidrogeoloq alim və mütəxəs-
sislər tərəfindən aparılmışdır. Respublika ərazisinin yeraltı sularının  istismar ehti -
yatlarının qiymətləndirilməsi ilk dəfə 1962-cü ildə Y.R.Göyçayski və Y.R.Fialko
tərəfindən  aparılmışdır  [5].  Sonrakı    illərdə  digər  geoloq  və  hidrogeoloqlar
tərəfindən Azərbaycanın müxtəlif bölgələrində  yeraltı suların axtarışı, ilkin və dəqiq
kəşfiyyatı aparılmış, tədqiqatların  nəticələri  əsasında  hidrogeoloji regionlar və
konkret   yataqlar  üzrə yeraltı suların istismar ehtiyatları hesablanaraq keçmiş SSRİ
Dövlət  Ehtiyatlar  Komissiyası  və  ya Azərbaycan  Dövlət  Ehtiyatlar  Komissiysı
tərəfindən təsdiq edilmişdir.  
Su ehtiyatlarının qiymətləndirilməsində yerüstü və yeraltı suların yaranma və
qidalanma mənbələrinin müəyyən edilməsi və qiymətləndirilməsindən və ümumi
su ehtiyatlarının tərkib elementlərinin müəyyən edilməsi və qiymətləndirilməsindən
irəli  gələn  bir  sıra  qeyri-müəyyənliklər  vardır  ki,  məqalənin  əsas  məqsədi  bu
məsələlərə aydınlıq gətirilməsindən ibarətdir. 
Birinci  məsələ  ilə  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  su  ehti -
yatlarının 1980-ci illərdəki son qiymətləndirilməsindən  keçən dövr ərzində ölkə
ərazisində su təsərrüfat şəraiti, sudan istifadənin strukturu dəyişmiş, yerüstü və yer-
altı su ehtiyatlarının qidalanma mənbələrində ciddi dəyişikliklər baş vermiş, iqlim
dəyişiklikləri tendensiyaları meydana çıxmışdır [2]. 
Ölkə ərazisində yerüstü suların ehtiyatları ilə əlaqədar müvafiq qurumlar,  insti-
tutlar,  alim  və  mütəxəssislər  arasında  ümumi  qəbul  edilmiş  vahid  mövqe,
razılaşdırılmış kəmiyyət göstəriciləri yoxdur. Yerüstü axını formalaşdıran atmosfer
yağıntılarının illik miqdarı, atmosfer yağıntılarının yerüstü axına və yeraltı axına
sərf olunan hissələrinin təyini, ekoloji axımın miqdarı üzrə metod və yanaşmalarda,
hesablamalarda, bu elementlərin   ümumi su balansındakı yerinin təyin edilməsində
boşluqlar mövcuddur. Atmosfer yağıntılarının buxarlanmaya sərf olunan 70%-dən
artıq  hissəsinin  təyini  eksperimental  tədqiqatlara  əsaslanmadan  təxmini  yanaş-
malarla müəyyən edilir. 
Yeraltı suların əsas ehtiyatlarının toplandığı dağətəyi məsamə-lay hövzələrində
yeraltı suların regional istismar ehtiyatları keçən əsrin 70-80-ci illərində hesablan-
mışdır. Dağətəyi  hövzələr hüdudunda 50-dən artıq konkret yataq üzrə yeraltı suların
sugötürücü qurğuların tikintisinə əsas verən ehtiyatları hesablanmış və Dövlət Ehti -
yatlar Komitəsində təsdiq edilmişdir. 
Son illər Azərbaycanda bir sıra yeraltı sugötürücü qurğuların tikintisi və istismarı
işləri həyata keçirilir. Bir sıra konkret sugötürücü qurğularla   əlaqədar aparılan kəş-
fiyyat  –  istismar tədqiqatlarının nəticələrinin təhlili yeraltı suların təsdiq edilmiş


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə