Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə4/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   2   3   4   5   6   7   8   9   ...   41

1/2016
RƏSMİ
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Prezident  İlham  Əliyev  investisi -
yaların  təşviqi,  ixracın  stimullaşdırıl-
ması,  geniş  özəlləşdirmə  proqramının
icrası, bank sektorunun fəaliyyətinin tək-
milləşdirilməsi  ilə  bağlı  tədbirlərin
görülməsinin vacibliyini bildirmiş, bu il
hər  bir  rayonda  sənaye  zonalarının
yaradılmasına dair tapşırıq vermişdir.
Dövlət başçısı neft gəlirlərinin azal-
masına  baxmayaraq  infrastruktur  layi-
hələrinin  həyata  keçiriləcəyini  diqqətə
çatdırmışdır: “İçməli su layihələri də icra
edilməlidir. Bu layihələr insanları içməli
su ilə təmin edəcək və edir, yeni iş yer-
lərinin yaradılmasına gətirib çıxaracaq.
Biz içməli su layihələrinin icrasında da
bu  işləri  daxili  istehsalla  təmin  edirik.
Son illər ərzində daxili istehsala verdi -
yimiz  diqqət,  qoyduğumuz  sərmayə,
bax, indi bu reallığı təmin edir. Əgər biz
bunu etməsəydik indi idxaldan daha da
çox asılı vəziyyətdə olacaqdıq.
Ona görə, infrastruktur layihələri icra
edilməlidir. Bəziləri hesab edir ki, neftin
qiymətinin 4 dəfə düşməsi ilə bağlı biz
xərcləri daha da ixtisar etməliyik. Təbii -
dir ki, bu, belədir. Ancaq hesab edirəm
ki,  biz  2016-cı  ildə  infrastruktur  və
biznes layihələrini icra etməklə ölkəmizə
daha da böyük di namizm verə bilərik və
biz bunu edəcəyik.
Son illər ərzində 1500-ə yaxın sub-
artezian quyusu qazılmışdır. Keçən ilin
sonunda bu məqsədlər üçün Prezidentin
ehtiyat  fondundan  əlavə  10  milyon
manat ayrılmışdır. Ola bilər ki, il ərzində
əlavə vəsait ayrılacaq. Subartezian quyu-
larının  qazılması  prosesi  davam  et-
dirilməlidir”.
Dövlət  başçısı  çıxışında  ölkədə  is-
tehsal edilən ərzaq və qeyri-ərzaq məh-
sullarında 
mövcud 
olan 
xarici
komponentlərin  azaldılması,  bu  məh-
sulları və xammalı istehsal edən müəs-
sisələrin  yaradılması  istiqamətində
işlərin  gö rülməsinin  vacibliyi  qeyd  et-
mişdir. Kənd təsərrüfatının inkişafının,
torpaq fondunun dəqiq uçotunun aparıl-
masının, 
meliorasiya 
tədbirlərinin
gücləndiril məsinin, heyvandarlığın, bit -
kiçiliyin,  xüsusilə  də  pambıqçılığın
inkişafının  diqqətdə  saxlanmasının
əhəmiyyətinə toxunan Prezident İlham
Əliyev  zəruri  qida  məhsullarına  olan
tələbatın  ödə nilməsi,  bu  məhsullarda
idxaldan  ası lılığın  aşağı  salınması  ilə
bağlı fikirlərini bildirmişdir.
Qarşıda  “Biz  özümüzü  100  faiz
taxılla  təmin  etməliyik”  kimi  öhdəlik
müəyyənləşdirən Prezident İlham Əliyev
turizmin  inkişafı,  ekoloji  məsələlərin
həlli, korrupsiya və rüşvətxorluğa qarşı
mübarizə  ilə  bağlı  tədbirlərin  sürət -
ləndirilməsinin  vacibliyini  bildirmiş,
dövlət qurumlarının və məmurların yerli
məhsullardan imtina etmələrinin yolve -
rilməz olduğunu vurğulamışdır: “Azər-
baycanda bir nəfər də olsun toxunulmaz
adam  yoxdur,  hamı  qanun  qarşısında
cavabdehdir. Məmurlar xalqla bir yerdə
olmalıdır”.
Prezident İlham Əliyev Azərbaycanın
bundan  sonra  da  uğurla  inkişaf  edəcə -
yinə  əminliyini  bildirmiş,  müstəqillik
yolunda xalqımıza uğurlar arzulamışdır.
Rəsmi hissədən sonra konfrans işini
panel iclasları ilə davam etdirmişdir.
n
8


1/2016
YEKUN
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
9
İclası  giriş  sözü  ilə  açan  “Azərsu”
ASC-nin  sədri  Qorxmaz  Hüseynov
bildirmişdir ki, Prezident İlham Əliyev
tərəfindən həyata keçirilən sosial-iqtisadi
siyasət nəticəsində 2015-ci ildə Azərbay-
canda  dinamik inkişaf  təmin olunmuş-
dur. Qlobal iqtisadi böhranın təsirlərinə
baxmayaraq sosial və infrastruktur layi-
hələrinin icrası davam etdirilmişdir. Ötən
il içməli su təchizatı və kanalizasiya sek-
torunda    da  mühüm  layihələr  həyata
keçirilmiş, istehlakçılara göstərilən xid-
mətlərin yaxşılaşdırılması istiqamətində
ciddi  addımlar  atılmışdır:  “Dövlət
başçısının əhalinin  24 saat  fasiləsiz və
keyfiyyətli içməli su il təmin olunması
ilə  bağlı  tapşırıqlarına  uyğun  olaraq
2015-ci  ildə    Bakı  şəhəri  və  Abşeron
yarımadasında,  eləcə  də  respublikanın
29  şəhər  və  rayon  mərkəzində  və
kəndlərdə  layihələr  icra  edilmişdir.
Görülmüş tədbirlər nəticəsində ölkə üzrə
200  min  nəfərin  içməli  su  təchizatı
yaxşılaşdırılmış, 186 min nəfər ilk dəfə
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində
2015-ci ilin  yekunlarına  və 2016-cı ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclas keçirilmişdir
Yanvarın  30-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətində  2015-ci ilin  yekun-
larına    və  2016-cı  ildə  qarşıda  duran  vəzifələrə  həsr  olunmuş    iclas  keçi -
rilmişdir.


mərkəzləşdirilmiş qaydada içməli su ilə
təmin olunmuş,  102 min nəfərin su təc -
hizatı  fasiləsiz  rejimə  keçirilmişdir.
Bununla da ölkə üzrə fasiləsiz rejimdə su
ilə təmin olunan əhalinin xüsusi çəkisi
64,5 faizə, Bakı şəhəri üzrə 79,2 faizə
yüksəlmişdir”.
Ötən il Cəmiyyət üçün  ən əlamətdar
hadisə  möhtərəm  Prezident  İlham
Əliyevin iştirakı ilə Ceyranbatan Ultra-
süzgəcli Sutəmizləyici Qurğular Komp -
leksinin  açılışı  olmuşdur.   Yeni  komp -
leksin  istismara  verilməsindən  sonra
Türkan  və  Zirə  qəsəbələrinə  içməli
suyun verilməsinə başlanılmış və sakin-
lər bu mənbə hesabına  daha keyfiyyətli
su ilə təmin olunur.
2015-ci ildə Kürdəxanı qəsəbəsində
su təchizatı sistemlərinin yenidən qurul-
ması  layihəsinin  icrası  başa  çatmış,
Badamdar    və  Nardaran  qəsəbələrində
yeni layihələrin icrasına başlanılmışdır.
Hesabat ilində 14 km-lik Bayıl-Bibihey-
bət-Lökbatan  kanalizasiya  tuneli  tik-
ilmiş,  Lökbatan  çirkab  su  təmizləyici
qurğular  kompleksinin  ərazisində  yeni
nasos stansiyası quraşdırılmışdır. I Av -
ropa  Oyunları  ilə  əlaqədar  Böyükşor
gölünün, Su idman sarayının ətrafında və
digər  ərazilərdə,  həmçinin  Mingəçevir
şəhərində  su  və  kanalizasiya  sistem-
lərinin  tikintisi  və  yenidən  qurulması
işləri həyata keçirilmişdir.
Azərbaycan  Respublikası  region-
larının  sosial-iqtisadi  inkişafı  proq -
ramına  uyğun  olaraq  regionlarda  yeni
layihələr  həyata  keçirilmişdir.  2015-ci
ildə  Astara, Daşkəsən, Tərtər və Qobus-
tan şəhərlərində su təchizatı və kanaliza-
siya  sistemlərinin  yenidən  qurulması
layihə -  lərinin  icrasına  başlanılmışdır.
Ucar şəhərində yeni su təchizatı, Göyçay
şəhərində isə su təchizatı və kanalizasiya
sistemləri  istismara  verilmişdir.  Min -
gəçevir  şəhərində  yeni  texnologiyaya
əsaslanan və məhsuldarlığı sutkada 55
min kubmetr olan sutəmizləyici qurğu-
nun  inşası  başa  çatmışdır.  Şəmkir  şə -
hərinin içməli su təchizatının yaxşılaş-
dırılması  məqsədilə  16,5  km  uzunlu -
ğunda  Şəmkirçay-Şəmkir  magistral  su
kəməri tikilib istismara verilmişdir. Ötən
il Kürdəmir, Ucar, Yevlax,  Yardımlı, Za-
qatala,  Füzuli,  Tovuz,  Quba,  Şəmkir,
Şəki,  Beyləqan  rayonlarının  66  min
nəfər sakini olan 29 kəndində içməli su
təchizatı yaxşılaşdırılmışdır.
Hesabat dövründə 866 km içməli  su,
285 km kanalizasiya xətləri çəkilmiş,  35
su anbarı  və 12 su və kanalizasiya nasos
stansiyası tikilmiş, 6 subartezian quyusu
qazılmış, 52 mini smart tipli olmaqla 80
mindən çox su sayğacı quraşdırılmışdır.
İl ərzində istehlakçılara 289 milyon
kubmetr su satılmış, 192 milyon kubmetr
həcmində 
kanalizasiya 
xidmətləri
göstərilmişdir. Göstərilən xidmətlər üzrə
yığım  səviyyəsi  2,4  faiz  artaraq  93,6
faizə yüksəlmiş,  abonent sayı 56 min ar-
taraq 1 milyon 377 minə çatmışdır.
Təlim-Tədris  Mərkəzinin,  Suölçən
Cihazların Sınağı və Kalibrlənməsi La -
boratoriyasının  fəaliyyətə    başlaması,
Mərkəzi Laboratoriyanın akkreditasiya
sertifikatı  alması  ilin  əlamətdar  hadi -
sələri  kimi  qeyd  olunmuşdur.  Ötən  il
“Azərsu” ASC Böyük Britaniyanın Bi-
water və onun yerli tərəfdaşı Nobel Oil
şirkətləri,  eləcə  də   Azərbaycan    Milli
Elmlər  Akademiyası  ilə  əməkdaşlıq
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində  2015-ci ilin
yekunlarına  və 2016-cı ildə qarşıda duran vəzifələrə...
YEKUN
1/2016
10


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə