Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə3/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   2   3   4   5   6   7   8   9   ...   41

Dövlət başçısı bildirmişdir ki, 2015-
ci ildə dünyada iqtisadi böhranın daha da
dərinləşməsinə baxmayaraq,  Azərbay-
canda bir çox məsələlər uğurla həll olun-
muşdur.  Azərbaycanın  beynəlxalq  nü -
fu zunun artdığını vurğulayan Prezident
İlham Əliyev  ölkəmizdə ictimai-siyasi
sabitliyin qorunduğunu və bununla bağlı
tədbirlərin icra edildiyini də diqqətə çat-
dırmışdır.  Ötən il demokratik inkişaf is-
tiqamətində önəmli addımların atıldığını,
ölkəmizdə siyasi və iqtisadi islahatların
demokratik inkişafla paralel aparıldığını
vurğulayan  dövlət  başçısı  parlament
seçkilərinin şəffaf, ədalətli keçirildiyini
və  xalqın  maraqlarını  əks  etdirdiyini
bildirmişdir.
2015-ci ildə ölkədə iqtisadi inkişafın
təmin olunduğunu söyləyən Azərbaycan
Prezidenti  qeyri-neft  sənayesinin  8,4
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
1/2016
“Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrasının ikinci ilinin
yekunlarına həsr olunan konfrans 
keçirilmişdir
Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına
həsr olunan konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev konfransda iştirak etmişdir.
5


SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın...
faiz,  kənd  təsərrüfatının  6,6  faiz  art-
dığını,  enerji  sektorunda,  xüsusilə  də
“Cənub” qaz dəhlizinin icrası ilə bağlı
mühüm addımların atıldığını diqqətə çat-
dırmışdır: “Biz Azərbaycanı əvəzolun-
maz nəqliyyat mərkəzinə çeviririk.  Artıq
Asiyadan  Avropaya  və  yaxud  əksinə
daşınan yüklər Azərbaycan ərazisindən
keçir”.  Ötən il bütün sosial proqramların
icra  olunduğunu  qeyd  edən  Prezident
İlham Əliyev qarşıdakı dövrdə heç bir
sosial layihənin ixtisar olunmayacağını
bildirmişdir.
Dövlət başçısı manatın məzənnəsinin
aşağı düşməsinin obyektiv səbəblərdən
irəli  gəldiyini  bildirmiş,  2016-cı  ilin
ciddi iqtisadi islahatlar dövrü olacağını,
artıq bununla bağlı müəyyən addımların
atıldığını diqqətə çatdırmışdır.  2004-cü
ildən  regionların  inkişafı  ilə  bağlı
fəaliyyətdə  olan  dövlət  proqramılarını
tarixi hadisə adlandıran Prezident İlham
Əliyev son 12 ildə 25 elektrik stansiyası
tikildiyini,  ölkə üzrə qazlaşdırmanın 90
faizə  yaxınlaşdığını,  bütün  şəhərlərin
“mavi  yanacaq”la  təmin  olunduğunu
bildirmişdir.  Hesabat dövründə  10 min
kilometrdən  çox  yol  çəkilmiş,  3  min
məktəb,  600-ə  yaxın  xəstəxana,  41
olimpiya  mərkəzi  tikilmişdir.    Həyata
keçirilən sosial siyasət tədbirləri nəticə -
sində  maaşlar 5 dəfə, pensiyalar 7 dəfə
artmış, məcburi köçkünlər üçün 225 min
insanın yaşadığı 89 şəhərcik salınmışdır.
Prezident İlham Əliyev ölkədə son il-
lərə sahibkarlığın inkişafı ilə bağlı böyük
işlərin  görüldüyünü  demişdir.  Dövlət
başçısı  sosial  müdafiənin  yürüdülən
siyasətin  əsas  istiqamətlərindən  biri
olduğunu,  regionlarda  nəzərdə  tutulan
infrastruktur  layihələrinin,  xüsusilə  də
kənd yollarının, məktəb və xəstəxana bi-
nalarının  tikintisinin,  içməli  su  layi-
hələrinin icrasının əhəmiyyətini vurğu -
lamışdır:  “İçməli  su  layihələri  bir  çox
şəhərlərdə artıq icra edilib, 24 saat fasilə-
siz  təmiz,  beynəlxalq  standartlara,
Dünya  Səhiyyə  Təşkilatının  standart-
larına uyğun içməli su verilir. Bu layi-
hələr  davam  edir,  davam  edəcəkdir.
Bütün şəhərlərdə əhaliyə 24 saat fasilə-
siz, təmiz içməli su verilməlidir. Bununla
bərabər, çaylar boyu yerləşən kəndlərdə
təmizləyici qurğular yaradılmışdır. Ya -
rım milyon insan bax o imkanlardan is-
tifadə  edir.  Əvvəllər  onlar  çaylardan,
kanallardan su içirdilər”.
İqtisadiyyat naziri Şahin Mustafayev
çıxış  edərək    2014-2018-ci  illərdə  re-
gionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının ikinci ili çərçi və -
sində görülən işlərdən və qarşıda duran
vəzifələrdən danışmışdır. 
Ş.Mustafayev  2015-ci ildə  region-
larda infrastruktur layihələrinin icrası, o
cümlədən yol-nəqliyyat, elektrik, qaz və
su  təchi zatı  infrastrukturunun  yenilən-
məsi iş lərinin davam etdirildiyini diqqətə
çatdır mışdır: “Su təchizatının yaxşılaş -
dırılması  işləri  davam  etdirilib,  əhalisi
175 min nəfər olan 4 şəhərdə su təchizatı
layihəsi başa çatıb, regionlarda 750 kilo-
metr su, 391 kilometr kanalizasiya xətti
çəkilib, 125 minə yaxın əhalisi olan 58
yaşayış məntəqəsində modul tipli təmiz -
ləyici qurğular quraşdırılıb, əhalisi 630
min  nəfərə  yaxın  olan  34  şəhər  və  ra -
yonun  241  yaşayış  məntəqəsində  300
subartezian quyusu qazılıb”.
Sonra sahibkarlar çıxış edərək region-
RƏSMİ
1/2016
6


“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın...
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
RƏSMİ
1/2016
7
larda biznesin inkişafına dövlət dəstəyin -
dən danışmış, həyata keçirilən islahat-
ların bölgələrin inkişafında yeni mərhə -
lənin başlanğıcı olacağını bəyan etmiş -
lər.
Konfransın  yekununda  Prezident
İlham  Əliyev  bildirmişdir  ki,  2016-cı
ildə  həyata  keçiriləcək    islahatlar,  şəf-
faflıq, məsuliyyət, qeyri-neft sektorunun
inkişafı,  ixracyönümlü  məhsulların  is-
tehsalı,  idxaldan  asılılığın  azaldılması
dayanıqlı inkişafı təmin edəcəkdir.
Yerli istehsalın sürətləndirilməsi üçün
əlavə  tədbirlərin  həyata  keçirilməsinin
əhəmiyyətinə toxunan Prezident İlham
Əliyev bildirmişdir ki, dövlət qurumları
və özəl sektorlar iş yerlərinin bağlandığı
bölgələrdə bu məsələnin həllini diqqət
mərkəzində saxlamalıdırlar. Ölkə əhali -
sinin artıq 9 milyon 700 min nəfərə çat-
dığını  qeyd  edən  dövlət  başçısı  bu
və ziyyətin yeni iş yerlərinin yaradılma -
sını tələb etdiyini diqqətə çatdırmışdır.
Son 12 ildə Azərbaycanda 70 mindən
çox  müəssisənin  yaradıldığını  deyən
Prezident İlham Əliyev sahibkarları da
yeni iş yerlərinin yaradılmasında fəal ol-
mağa  çağırmış,  məşğulluq  idarələrinə
müraciət  edənlərin  işlə  təmini  üçün
dövlət  müəssisələrində  yeni  vakan-
siyaların  açılması  ilə  bağlı  tapşırıqlar
vermiş, özəl sektorun da bu amili nəzərə
almasının  vacibliyini  vurğulamışdır.
Prezident İlham Əliyev bildirmişdir ki,
biznes və investisiya mühitinin yaxşılaş -
dırılması  ilə  bağlı  məsələlər  diqqət
mərkəzində saxlanmalı, vergi və gömrük
orqanlarının  fəaliyyəti  tam  şəffaf  ol-
malıdır.
Daxili bazarın, yerli istehsalın qorun-
ması, inhisarçılığa yol verilməməsi ilə
bağlı  fikirlərini  bildirən  dövlət  başçısı
idxal qarşısında duran süni maneələrin
aradan qaldırılması və qiymətlərin tən -
zimlənməsi  ilə  bağlı  tapşırıqlar  ver-
mişdir.


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə