Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə8/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

regional  istismar  ehtiyatlarının  indiki  real  vəziyyəti  tam  əks  etdirmədiyini  və
qiymətləndirilmiş ehtiyatların əsasən azaldıldığını göstərir.  Bu əsasən ehtiyatların
qiymətləndirilməsindən keçən vaxt ərzində su təsərrüfatı şəraitində, yeraltı suların
qidalanma mənbələrinin kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişik-
liklərlə  əlaqədardır.  Bununla  yanaşı,  hidrogeoloji  parametrlərin  və  ehtiyatların
qiymətləndirmə  metodikasının  və  yanaşmaların  da  korrektə  edilməsinə  ehtiyac
vardır. 
Dağətəyi düzənliklərin məsamə-lay hövzələrində yeraltı suların regional istismar
ehtiyatlarının  qiymətləndirilməsi  sahə  və  xətt  üzrə  bərabər  məsafələrdə  yer-
ləşdirilmiş abstrakt quyulardan ibarət  sugötürücülərin sabit rejimli  məhsuldarlığının
analitik hesablama metodları ilə 10000 gün  müddətinə  aparılmışdır. 
Yeraltı suların qiymətləndirilmiş ehtiyatlarının real şəraitlə uyğun gəlməməsi bir
neçə səbəblərlə əlaqədardır. 
Əsas  məqamlardan  biri  ondan  ibarətdir  ki,  yeraltı  suların  intensiv  istismar
edildiyi 1970 -1980 - cı illərdə onların istismar və istifadə dinamikasının, eləcə də
hidrogeoloji parametrlərin dəyişməsinin təhlili regional istismar ehtiyatlarının hətta
o dövr üçün etibarlılıq dərəcəsini qiymətləndirməyə imkan verir. Məsələ ondadır
ki, o dövrdə istehlak edilən yeraltı suların 80% -dən çoxu suvarma məqsədləri üçün
istifadə edilirdi. Bu zaman, suvarma rejimi vegetasiya dövründə yeraltı suların mak-
simal, ilin qalan dövrlərində isə çox az miqdarda çıxarılması   ilə səciyyələnirdi.
Yeraltı suların ehtiyatlarının qiymətləndirilməsi il ərzində bərabər istismar rejimi
üçün aparıldığı halda,   faktiki istismar suvarmadan asılı olaraq  qeyri-bərabər re-
jimdə aparılırdı. Başqa sözlə, hesablamanın riyazi asılılıqları faktiki olaraq real is-
tismar rejiminə tam uyğun gəlmirdi [2].   
İkincisi, texnogenez şəraitində əlavə qidalanma mənbələrinin (çay suları, digər
laylardan  sorulmalar,  suvarma  sahələrindən  infiltrasiyalar  və  s.)  cəlb  olunması
nəticəsində  yeraltı suların mövcud istismar ehtiyatları yaranır. Yearltı suların ehti -
yatlarının qiymətləndirilməsində istifadə edilən metodikalar mövcud ehtiyatların
strukturunu formalaşdıran əlavə qidalanma mənbələrini tam nəzərə almağa imkan
vermir. Yuxarıda qeyd edilənlər yeraltı suların çıxarılması və istifadəsinin 1980-ci
illərdə - onların daha intensiv istismar edildiyi  dövrdə   aparılmış qeydiyyatı üzrə
faktiki göstəricilərdə öz əksini tapır.  Belə ki, Qarabağ və Mil düzənliklərində yeraltı
suların o dövrdəki istismar həcmi təsdiq edilmiş ehtiyatları 3 dəfə, Cəbrayıl düzən-
liyində 2 dəfə üstələmişdir. Lakin, bu yataqlarda yeraltı suların ehtiyatlarının tükən-
məsi    və    ya  keyfiyyətinin  pisləşməsi  halları  müşahidə  edilməmişdir.  Digər
ya taqlarda yeraltı suların istismarının maksimal intensivliyi təsdiq edilmiş ehtiyat-
ların 20-25%-dən artıq olmamışdır ki, bu da təsdiq edilmiş ehtiyatların dürüstlüyünü
qiymətləndirməyə imkan vermir. Qeyd edilən faktlar bütün yataqlar üzrə yeraltı su-
ların istismar ehtiyatlarının qiymətləndirilməsinin dürüstlülik dərəcəsinə mənfi təsir
etmişdir.  
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın 
su ehtiyatları: problemlər, yanaşmalar, reallıqlar
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
1/2016
18


Bu məsələdə mühüm amillərdən biri hesablamalarda istifadə edilən hidroge-
oloji parametrlərin son dövrlərdə qazılmış kəşfiyyat və kəşfiyyat-istismar quyu-
larında aparılan  suçəkmə sınaqlarının  nəticələri ilə müqayisə əsasında  müəyyən
edilmiş yüksək olmayan dürüstlülük dərəcəsidir. Məsələn, Qanıx-Əyriçay düzən-
liyində yeraltı suların istismar ehtiyatlarının qiymətləndirilməsini əsaslandıran 70-
ci illərdə qazılmış kəşfiyyat quyularının maksimal sərfi  58 l/s-ni keçmədiyi halda,
2009-2010-cu illərdə eyni sahələrdə qazılmış kəşfiyyat-istismar quylarının sərfi həm
özüaxar rejimdə və həm də, nasoslarla suçəkmə sınaqları zamanı 100-250 l/s və
daha çox olmuşdur. Qeyd edilməlidir ki, 70-ci illərdə qazılmış quyuların diametri
273 mm, 2009-2010-cu illərdə   qazılmış   quyların diametri isə 354 mm olmuşdur.
Yəni quyuların diametrindəki fərqlər sərflərdəki böyük fərqlərə səbəb ola biləcək
qədər deyildir. Başqa bir misal. Qarabağ düzənliyində 1980-ci illərdə yeraltı suların
istismar ehtiyatlarının qiymətləndirilməsinin əsaslandırılması üçün qazılmış quyu-
larda 22-25 l/s sərflə aparılan suçəkmə sınaqları zamanı səviyyənin enməsi 8-17 m
təşkil edirdisə, eyni sahədə 2012-ci ildə qazılmış kəşfiyyat quyusunda 27 l/s sərflə
aparılan suçəkmə sınaqları zamanı səviyyə cəmi 2 m enmişdir.
Son illərdə aparılan bu və ya digər tədqiqatların  nəticələrinə əsasən müəyyən
edilən hidrogeoloji parametrlər  təsdiq edilmiş ehtiyatların qiymətləndirilməsinin
əsasını təşkil edən  hidrogeoloji parametrlərdən əhəmiyyətli dərəcədə fərqlənir və
xeyli yüksəkdir.  Tədqiqatların nəticələri bu fərqin əsas səbəbinin quyuların kon-
struksiyası  və quyularıda aparılan suçəkmə sınaqları ilə əlaqədar olduğunu deməyə
əsas verir. Ehtiyatların qiymətləndirilməsini əsaslandıran kəşfiyyat quyuları əsasən
rotor üsulu ilə və əksər hallarda quyunun dibinə qədər bir diametrlə gil məhlulu ilə
yuyulmaqla qazılırdı. Quyuların erlift üsulu ilə işlənilməsi quyunun açdığı su hori-
zontlarının gil məhlulundan tam təmizlənməsini təmin edə bilmirdi. Bu səbəbdən
quyularda aparılan suçəkmə sınaqları vaxtı su horizontu bütün qalınlığı boyunca sı-
naqlanmaya cəlb oluna bilmirdi və sınaqlama faktiki olaraq su horizontunun qalın-
lığının bir hissəsini əhatə edirdi. Yəni suçəkmə sınaqları vaxtı alınan sərf və səviyyə
düşməsi su horizontunun bütün qalınlığını deyil, onun bir hissəsini səciyyələndirirdi.
Lakin quyulardan alınmış nəticələr layın bütün effektiv qalınlığına aid edilirdi ki,
bu da düzgün olmayan nəticələrə gətirirdi.       
Əvvəlki illərdə qazılmış quyularda borunun arxa hissəsi bir qayda olaraq   çınqıl
ilə  doldurulmurdu.  Son  illər  qazılmış  hidrogeoloji quyuların  nəticələri  xüsusilə
əlaqəsiz süxurlara qazılmış quyularda boruarxası hissənin çınqılla keyfiyyətli doldu-
rulmasının çox mühüm əhəmiyyət kəsb etdiyini göstərir. 
Hidrogeoloji  quyuların  qazılmasında  quyunun  konstruksiyasının  düzgün
seçilməsi, qazmanın son diametrə müvafiq genişləndirmə mərhələləri ilə çatdırıl-
ması, layların mümkün qədər yaxşı yuyulması etibarlı hidrogeoloji parametrlərin
alınmasında müstəsna əhəmiyyət kəsb edir.
Bu siyahıya Azərbaycan ərazisində dağətəyi hövzələrdə yeraltı suların yaran-
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın 
su ehtiyatları: problemlər, yanaşmalar, reallıqlar
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
1/2016
19


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə