Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə10/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

Geologiya və Mineral Ehtiyatlar Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazir-
liyinin səlahiyyətli Elmi-Texniki Şuraları tərəfindən qəbul edilmişdir. Azərbaycanın
yeraltı sularının qiymətləndirilmiş və təsdiq edilmiş illik istismar ehtiyatları 4,4
mlrd.m
3
, qəbul edilmiş potensial ehtiyatları 9 mlrd.m
3
təşkil edir [5].
Ölkə ərazisinə düşən atmosfer yağıntılarının yeraltı axına sərf olunan  4,3 mlrd.m
3
miqdarını dəyişmədən qəbul edərək, real amilləri də nəzərə alaraq qəbul etməliyik
ki,   Azərbaycanın illik su ehtiyatları 6 mlrd.m
3
yerli səth axını (yerli çayların suları)
və  20,6 mlrd.m
3
miqdarında transsərhəd axınla birlikdə  9 mlrd.m
3
miqdarında yer-
altı su ehtiyatlarının cəmindən ibarət olmalıdır  və bu cəm 35,6 mlrd.m
3
təşkil edir. 
Bununla yanaşı, “su ehtiyatları” termininin mahiyyətinə uyğun olaraq ölkənin
illik su ehtiyatlarının miqdarının müəyyənləşdirilməsində yerüstü  su hövzələrində –
göllərdə və su anbarlarında  toplanmış istifadəyə yararlı suların həcmi  də nəzərə
alınmalıdır. Yenə də,   yuxarıda verilmiş terminoloji izahları nəzərə almasaq belə,
mahiyyət baxımından qəbul etməliyik ki, ərazisində su anbarları, göllər, buzlaqlar
olan  ölkənin  su  ehtiyatları  ilə  səhrada  yerləşən  və  bu  kimi  su  mənbələrindən
məhrum olan ölkənin su ehtiyatalrı (istər ümumi, istər illik, günlük və s.) tam fərqli
anlayışlardır, fərqli mahiyyət və fərqli  əhəmiyyət kəsb edir. 
Azərbaycanda 140-a qədər müxtəlif ölçüdə su anbarı vardır. Ən iri su anbarları
Kür çayı üzərində həcmi 15,7 mlrd. m
3
olan Mingəçevir su anbarı, həcmi 2,6 mlrd.
m
3
olan Şəmkir su anbarı, Araz çayı üzərində həcmi 1,3 mlrd. m
3
olan  Araz su
qovşağı, Tərtər çayı üzərində həcmi 0,5 mlrd.m
3
olan Sərsəng su anbarlarıdır. Ölkə
ərazisindəki su anbarlarının ümumi həcmi, səthinin sahəsi, su anbarlarının ümumi
sayı və həcmi 1 mln. m
3
-dan artıq olan anbarların sayı haqqında müxtəlif mənbələrdə
fərqli məlumatlar verilir. Başqa bir araşdırmanın predmeti olan bu məsələ üzərində
çox da dayanmayaraq, qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
məlumatlarına görə   su anbarlarinin tam həcmi 21,5 mlrd. m
3
(21,4 mlrd. m
3
), işçi
həcmi 12,4 mlrd. m
3
, su səthinin sahəsi isə 694 km
2
-dir [13].  İstifadəyə verilən Tax-
takörpü və Şəmkirçay su anbarları da nəzərə alınmaqla, ən son məlumatlara görə,
ölkə ərazisində su anbarlarının tam həcmi 22,03 mlrd. m
3
təşkil edir [4].  Aşağıda
şərh edəcəyimiz yanaşmada, bu məqalənin yazıldığı tarixə  su anbarlarında  toplan-
mış suyun həcmi  haqqında rəsmi   məlumat kimi,  Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin məlumatlarına əsasən 21,5 mlrd.m
3
qəbul edilir.    
Anbarlarda toplanmış su ehtiyatlarının   çay axını ilə formalaşmasına baxmayaraq
nəzərə  almaq  lazımdır  ki,  anbarların  ehtiyatı  yalnız  çayların  bir  illik  fəaliyyəti
nəticəsində toplanmır və bu proses daha uzun müddətdə baş verir. Yəni ümumi su
ehtiyatlarının tərkib elementi olan çayların illik fəaliyyətindən asılı olmayaraq an-
barlarda toplanmış su ehtiyatları da ölkənin illik su ehtiyatlarının tərkib hissəsidir.
Anbarlarda toplanmış su ehtiyatlarının ən pis hidroloji şərait üçün  müəyyən edilmiş
miqdarının  daha  təminatlı  miqdar  kimi  ümumi  su  ehtiyatlarına  aid  edilməsi
məqsədəuyğun hesab edilir. Bu miqdarı müəyyənləşdirmək üçün şərti olaraq qəbul
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın 
su ehtiyatları: problemlər, yanaşmalar, reallıqlar
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
1/2016
22


edirik ki, il ərzində ölkə ərazisindəki anbarlara heç bir çayla su axını daxil olmur.
Eyni zamanda    anbarın yerləşdiyi ərazinin real buxarlanma şəraitindən daha pis
variant,  mümkün maksimal buxarlanma həddinə (potensial buxarlanma qabiliyyəti)
uyğun olaraq il ərzində buxarlanması mümkün olan suyun həcmi konkret anbardakı
çoxillik su həcmindən çıxılaraq anbarların potensial minimal su həcmi müəyyən
edilir.  Ölkənin  müxtəlif  əraziləri  üçün  Q.Ə.Hacıyev  və V.Ə.Rəhimli  tərəfindən
müəyyən edilmiş    mümkün maksimal buxarlanma həddinin 600 – 1400 mm-ə yaxın
qiymətlərində [1] anbarlardan maksimal illik buxarlanma təxminən 1,2-1,3 mlrd.
m
3
təşkil edir. Hesablamalar üçün bir qədər də  sərt şəraiti götürərək, anbarların
səthindən illik buxarlanmanın həcmini 1,5 mlrd. m
3
qəbul edə bilərik. Beləliklə an-
barlardakı ümumi həcmi 21,5 mlrd. m
3
olan su ehtiyatının 20 mlrd. m
3
-i  ölkənin
illik su ehtiyatlarına əlavə edilə bilər. 
Ölkənin illik su ehtiyatlarına əlavə edilən rəqəm kimi, anbarların faydalı həcmi
də götürülə bilərdi. Lakin, nəzərə almaq lazımdır ki, mövcud su anbarları əksər hal-
larda  mümkün  ümumi  21,5  mlrd.m
3
həcmə  görə      doldurulrur  və  bu  hal  real
vəziyyəti  daha  düzgün  əks  etdirir.    Bununla  əlqədar  qeyd  etmək  lazımdır  ki,
F.Ə.İmanov  və İ.S.Əliyeva tərəfindən həcmi 10 mln. m
3
-dən artıq olan 19 su anbarı
üzrə qiymətləndirilmə aparılaraq su anbarlarının inşası nəticəsində Azərbaycanın
”sabit axım” ehtiyatlarının  11,2  mlrd.m
3
artdığı göstərilir [1]. Bütün hallarda, an-
barlardakı dayanıqlı və etibarlı  su həcmi  göstəricilərinin  bu və ya digər istiqamətdə
dəyişməsindən asılı olmayaraq su anbarları ehtiyatlarının ölkənin ümumi su ehti -
yatlarındakı yeri nəzərə alınması zəruri olan real  faktdır.
Azərbaycan ərazisində ümumi sahəsi 394 km
2
olan 450-yə yaxın göl mövcuddur
ki, bunlardan da yalnız 10 gölün sahəsi 5 km
2
-dən, 25 gölün sahəsi isə 1 km
2
-dən
böyükdür.  Respublika göllərinin 200-ə yaxını   yay aylarında quruyur. Qurumayan
təbii göllərin sayı  250 -yə qədərdir. Yaranma şəraitinə görə  tektonik, buzlaq, uçqun,
sürüşmə, relikt və s. mənşəli suyunun tərkibinə görə şirinsulu, şorsulu və duzlu göl-
lər ayrılır.  Göllərinin ümumi  su ehtiyatı 0,90 mlrd. m
3
-ə, şirinsulu göllərin   ehti -
yatı isə 0,03-0,05 mlrd. m
3
-ə yaxındır.  Ölkənin ümumi su ehtiyatları ilə müqayisədə
həcminin azlığına görə göllərin su ehtiyatları ümumi su ehtiyatlarının illik həcmində
nəzərə alınmaya bilər. 
Azərbaycan  ərazisində  buzlaqlar  əsasən  Böyük  Qafqaz  dağlarının  Baş
Suayrıcında  və  Yan  silsilədə  mütləq  yüksəkliyi  3600-4000  m-dən  artıq  olan
ərazilərdə formalaşmışdır. Son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi xeyli
azalmışdır. Hazırda buzlaqların sahəsi təqribən 6,6 km
2
, su ehtiyatı isə 0,08 mlrd.
m
3
təşkil edir.  Buzlaqlar Bazardüzü zirvəsində 3,6 km
2
, Bazaryurdda 1 km
2
, Tufan-
dağda 0,5 km
2
, Şahdağda isə 1,1 km
2
sahəni əhatə edir.  Kiçik Qafqazda yalnız
Qapıcıq dağında sahəsi 0,15 km
2
olan buzlaq mövcuddur.  Buzlaqlar  çayların qi-
dalanmasında və illik su ehtiyatlarının tənzimlənməsində əhəmiyyətli rol oynayır.
Lakin göllərlə olduğu kimi, ölkənin ümumi su ehtiyatları ilə müqayisədə həcminin
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın 
su ehtiyatları: problemlər, yanaşmalar, reallıqlar
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARI VƏ ONLARIN İNTEQRASİYALI 
İDARƏ EDİLMƏSİ PROBLEMLƏRİ
1/2016
23


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə