Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə18/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Orta Xəzərin şərq sahillərində dərinlik sularının Manqışlaq yarımadasından Kuli
burnuna qədər olan akvatoriyasında səthə qalxması (soyuq suların yayda və nisbətən
isti suların qışda) külək şəraiti və uyğun su kütlələrinin dinamikası ilə baş verir. İlin
soyuq dövrlərində üstünlük təşkil edən şimal-qərb küləkləri səth sularının sahildən
açıq dənizə daşınmasına və onların isti dərinlik suları ilə qarışmasına səbəb olur.
Nəticədə, Bekdaşdan Kuli-Mayaka qədər olan sahil ərazilərində yanvar-fevral ay-
larında  səthdə  temperatur  4-5ºS-yə  qədər  yüksəlir.  Eyni  zamanda  yayda  şərq
sahillərində  mənfi  temperatur  anomaliyasının  formalaşması  hər  il  deyil,  yalnız
dayanıqlı və güclü qovulma küləklərinin bütün sahil boyu üstünlük təşkil etməsi za-
manı müşahidə edilir. Belə ki, 1959-cu ilin avqust ayında Manqışlaq yarımadasından
Oqurçinski adasına qədər şimal-şərq küləkləri müşahidə edilmişdir. Nəticədə, isin-
miş sahil suları açıq dənizə aparılmışdır. Suyun temperaturu isə 5-10ºS azalmışdır.
1960-cı ildə dəyişən istiqamətli küləklər zamanı dərinlik sularının səthə qalxması
müşahidə edilməmişdir. Temperatur anomaliyası zonasında suyun orta çoxillik tem-
peraturu iyun-iyul aylarında dərinlik sularının səthə qalxması zonasından kənar
sahillərdə müşahidə edilən temperatura nisbətən  5-7ºS aşağıdır. Temperatur anom-
aliyası  zonasında  suyun  orta  temperatur  tərəddüdünün  amplitudası  iyul-avqust
ayında 10,0-10,7ºS-yə çatır.
E.Q.Arxipova görə dənizin səth layında daha intensiv istilik dövranı suyun orta
illik temperaturunun yuxarı qiymətində baş verir. Orta illik temperaturun yaz keçidi
sahil dayaz rayonlarda 10-25 apreldə, açıq dənizdə isə may ayının ortasında baş
verir. Payız keçidi dayaz rayonlarda 20-25 oktyabrda, dərinlik akvatoriyalarında isə
5-10  noyabrda    baş  verir  [6].  Nəticədə,  bütün  dəniz  üçün  temperaturun  illik
gedişində temperaturun fəsli xüsusiyyətlərini əks etdirən reper aylar aşağıdakılar
hesab olunur: fevral (qış), aprel (yaz), iyul-avqust (yay) və noyabr (payız).
Abşeron  arxipelağı  rayonlarında,  xüsusilə  Pirallahı, Abşeron,  Çilov  və  Neft
Daşları məntəqələrində temperaturun illik orta qiymətləri 14.8, 15.1, 15, 1ºS, illik
maksimal qiymətləri 17.3, 17.5, 18.3, 17.1ºS və illik minimal qiymətləri isə uyğun
olaraq 12.5, 12.5, 11.3, 12.3ºS-dir. Müqayisə üçün qeyd edək ki, iyul-avqust ay-
larında suyun orta temperaturu Orta Xəzərin sahillərində 25-26ºS intervalında olur.
Ekstremal isti qışda (fevral ayı) dayaz sahillərdə  10-15ºS-yə çata bilər. Fevral ayında
temperatur tərəddüdlərinin diapazonu Abşeron yarımadasında 15-16ºS intervalında
dəyişir. Qeyd olunmuş məntəqələr üzrə suyun orta, maksimal və minimal tempe -
raturlarının aylardan asılılığı analiz olunmuşdur.Yanvar ayında suyun temperaturu-
nun çoxillik orta qiyməti Pirallahı, Abşeron, Çilov və Neft Daşları məntəqələrində
5,1-7,4ºS intervalında dəyişir.  Fevraldan mart ayına qədər dənizin radiasiya qızması
bir qədər güclənir və suyun orta temperaturu ay ərzində qeyd olun muş stansiyalarda
6,7-7,6ºS-yə çatır.               
Martdan aprel ayına qədər səth layı dənizin şərq sahilində daha intensiv qızır.
Dənizin qərb sahilində suyun temperaturunun  ay ərzində 5-6ºS-ni keçməsi aprel
Abdullayev İ.M., Əsədov S.B., İsmayılov V.H. Orta və
Cənubi Xəzərdə suyun temperaturunun məkan-zaman...
47
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Abdullayev İ.M., Əsədov S.B., İsmayılov V.H. Orta və
Cənubi Xəzərdə suyun temperaturunun məkan-zaman...
ayından may ayına qədər müşahidə edilir. Adətən qızma müddətinin gecikməsi
soyuq qar sularının adveksiyasının (Şimali Xəzərdən qərb sahilboyu daxil olur)
nəticəsində baş verir.Aprel ayında bu rayonlarda temperatur 9-12ºS-yə qədər qızır.
Dənizin  açıq  akvatoriyalarında  temperaturun  yüksəlmə  intensivliyi  bir  qədər
aşağıdır. İsti illərdə suyun orta temperaturu orta çoxillik qiymətdən 2-3ºS çoxdur.
Soyuq  illərdə  suyun  orta  temperaturu  aprel  ayında  hər  yerdə  çoxillikdən  2-5ºS
aşağıdır. Ekstremal isti illərdə (1948, 1962, 1976 - cı illər) orta temperaturların müs-
bət anomaliyası 3-4ºS-yə çatmışdır. Pirallahı, Abşeron, Çilov və Neft Daşları mən-
təqələrində  suyun  orta  temperaturunun  aylardan  asılılığının  qrafiki  şəkil  1-də
verilmişdir.
Şəkil 1. Suyun orta temperaturunun aylardan asılılığı.
Aprel ayından may ayına qədər orta temperaturun yüksəlməsi (5-6 ºS-yə qədər)
müşahidə edilir. Dəniz səthindən effektiv şüalanmanın yüksəlməsi nəticəsində iyun
ayındakı radiasiya qızması bir qədər zəifləyir. Nəticədə, Orta Xəzərin Qərb sahilində
suyun  orta temperaturu  may ayından iyuna qədər 5-6ºS-yə qədər yüksəlir. Qeyd
olunmuş məntəqələrdə isə temperaturun orta qiyməti 20-22ºS intervalında dəyişir.
İyun ayından iyul və avqust aylarına qədər qızmanın intensivliyi dəniz səthindən
effektiv  şüalanmanın yüksəlmə vəziyyətindən asılı  olaraq zəifləməyə başlayır.
Suyun orta temperaturu ay ərzində dənizin Qərb sahilində 2,5-3,5ºS yüksəlir və
məntəqələrdə onun qiymətinin tərəddüdü 23,9-25,8ºS təşkil edir. Effektiv şüalan-
manın və daxili suların istilik mübadiləsinin artması zamanı dəniz səthindən istiliyin
azalması aşağı laylarda istiliyin ötürülməsinə kömək edir. Qızma intensivliyi iyuldan
avqusta qədər kəskin zəifləyir və temperaturun artımı ay ərzində 1,0-1,5ºS- ni ötmür.
48
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Abdullayev İ.M., Əsədov S.B., İsmayılov V.H. Orta və
Cənubi Xəzərdə suyun temperaturunun məkan-zaman...
Avqust ayında səth layı sularının maksimal qızması dövründə orta temperatur
Cənuba doğru yüksəlir. Qərb sahilində temperatur 22ºS-dən 26ºS -yə qədər dəyişir.
Soyuq mövsümlərdə səth sularının intensiv soyuması zamanı suların orta tem-
peraturu çoxillik temperaturdan 3-5ºS aşağıdır. Növbəti 2 ayda havanın temperatu-
runun  kəskin  düşməsi  və  zəif  şaxtaların  olması  zamanı  suyun  orta  temperaturu
sentyabrdan  oktyabra  və  oktyabrdan  noyabra  qədər  dənizin  Qərb  sahilində  ay
ərzində 4-6ºS azalır. Noyabr ayı payızdan qışa keçmə ayıdır. Orta Xəzərin Qərb
sahilində  suyun  orta  temperaturu  Cənubdan  Şimala  12-14ºS  (Abşeron  yarı-
madasında) intervalında dəyişir. Qeyd olunmuş məntəqələrdə temperaturun orta
qiyməti 7-10ºS intervalında dəyişir.
İsti illərdə noyabrda Orta Xəzərin sahilində orta temperatur çoxillikdən 2-3ºS
yuxarıdır. Anormal isti illərdə orta temperaturun müsbət qalxması 32ºS-yə çatır.
Orta temperaturun maksimal müsbət anomaliyası noyabr ayında Sumqayıtda (35ºS,
1952-ci il) müşahidə edilmişdir [1, 5].
Soyuq illərdə səth sularının intensiv soyuması zamanı suyun orta temperaturu
çoxillikdən 3-5ºS aşağı düşür. Soyuq illərdə orta temperatur anomaliyası 3-4ºS yük-
səlir. Xəzər dənizi üzərində soyuq havanın daşınması istiqamətindən asılı olaraq
mənfi anomaliyalar ocağı Orta Xəzərin Qərb sahilində yerləşir (- 5,3ºS - Çilov adası,
1931-ci il) [1, 5].
Noyabr ayından dekabra qədər orta temperaturun düşmə intensivliyi bir qədər
azalır  və  Orta  Xəzərdə  ay  ərzində  3-5ºS  təşkil  edir.  Dekabrdan  yanvara  qədər
(Abşeron arxipelağı rayonunda) suyun orta temperaturu 2-3ºS aşağı düşür.
Orta Xəzərin Qərb sahilində suyun orta aylıq temperaturunun illik amplitudası
(Neft Daşlarında) 19,3ºS -yə bərabərdir.
Dərinlik boyu suyun orta temperaturunun tərəddüdü azalır. Belə ki, 25-50 m hor-
izontlarda temperatur səthə nisbətən 2 dəfə azdır. Orta Xəzərdə 100 m horizontda
temperaturun illik fərqi təqribən 2,8ºS-dir. 200 m-dən çox dərinliklərdə temperaturun
dəyişməsi 1ºS -dən azdır.
Suyun temperaturunun çoxillik maksimal qiymətlərinin Pirallahı, Abşeron, Çilov
və Neft Daşları məntəqələrində aylardan asılılığı şəkil 2-də göstərilmişdir.  
Suyun temperaturunun çoxillik maksimal qiymətlərinin təhlilindən müəyyən ol-
unmuşdur ki, yanvar ayında qeyd olunmuş məntəqələrdə temperatur 7-9,6ºS, mart
ayında isə 8-11ºS intervalında dəyişir. Apreldən başlayaraq temperaturun 4-6ºS yük-
səlməsi müşahidə edilir. Pirallahı, Abşeron, Çilov və Neft Daşları məntəqələrində
iyul ayının temperaturları  27,6;  28,2;  27,1;  25,6ºS-yə uyğundur.  Avqust ayında
1-2ºS  yüksəldikdən  sonra  sentyabrda  temperaturların  3-5ºS  azalması  müşahidə
edilir. Dekabr ayında maksimal temperatur 9,2-12,3 ºS intervalında tərəddüd edir.
Qeyd olunmuş məntəqələrdə suyun temperaturunun minimal qiymətinin aylardan
asılılığını təhlil etsək görərik ki, yanvar ayının minimal temperaturu 1,5-3,4ºS in-
tervalında tərəddüd edir (şəkil 3). Fevralda bu qiymətlərin 1 -2ºS aşağı düşdüyünü
49
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə