Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə21/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

Ədəbiyyat siyahısı:
1. “Azərbaycanın termal və mineral su yataqları, onlardan səmərəli istifadə perspek-
tivliyi (Kür-Araz çökəkliyi)”. Elmi-tədqiqat işinin hesabatı, Bakı, ADNSU, 2014,
71 s.
2. Гуляева Л.А. Распределение бора в водах нефтяных месторождений Азер-
байджана и его kорреляционное значение. Баkу, Изв. АН АзССР, серия гео-
лигечесkих науk, №8, 1942;
3. Гинис Ю.Б., Курбанов Ш.А. Новые данные о строении СВ крыльев Не-
фтчала-Хыллинской антиклинали. Баку, Изв. АН АзССР, серия геолигече-
ских наук, № 5, 1963;
4. Şirinov N.Ş. Kür-Araz depressiyasının geomorfoloji quruluşu. Bakı, Elm nəşriyy-
atı, 1973. 102 s.
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Babayev N.İ., İsmayılov F.X. Aşаğı Kür düzündə Xıllı-
Neftçala qırışıqlıq zonasının sənaye əhəmiyyətli...
56
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
UOT  626.81 
57
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
(Səh. 57-66)
SU TƏCHİZATI VƏ TULLANTI SULARIN 
TƏMIZLƏYİCİ QURĞULAR  SİSTEMİNDƏ
TEXNOLOJİ REQLAMENTLƏRİN 
NƏZƏRİ-METODOLOJİ ƏSASLANDIRILMASI
Əbilov F.A.
1
,Tarixazər Z.Ə.
2
1
Azərsu ASC, “Sukanal” ETLİ, Bakı, fazilab@mail.ru

Azərsu ASC, “Sukanal” ETLİ, Bakı, tarixazer@rambler.ru
Abstract. In the article the mathematical expressions to determine the parameters
of the live-section of water pipes, diameters and deviations in the transition from
the pressure in the free-flow mode. Wires being computed for the design of these
expressions.
Açar sözlər:  suyun sərfi, en kəsiyi sahəsi, tullantı suyu, basqılı və basqısız rejim,
suyun boğulması, çayın məcrası, kanalizasiya şəbəkəsi, hidravliki radius, mayenin
bərabər axınlı halı.
Giriş
Su təchizatı və tullantı suların təmizləyici qurğuları, insanların yaşadığı və əmək
fəaliyyəti  göstərdiyi  yerlərdə,  əhalinin  və  müəssisələrin  həyatı  baxımdan  vacib
resurslarla təminatına, sanitar vəziyyətin saxlanılmasına yönəlmiş fəaliyyət növüdür.
Digər tərəfdən, mürəkkəb mühəndis qurğuların və konstruksiyaların istifadəsi re-
gionun ekoloji durumuna, insanların sağlamlığına və son nəticədə, cəmiyyətin sta-
billiyinə zərər vura biləcək risklərə malikdir. 
Hazırda  bütün  dünyada  su  resurslarının  effektiv  idarə  olunması  problemi
mövcuddur. Bu problem bizim Respublikamızdan da yan keçməmişdir.
Su təsərrüfatı sistemlərinin əsas problemlərinə sudan istifadənin qeyri-qənaətbəxş
olması, su təsərrüfatı qurğularının texniki vəziyyətinin, bu sahəyə investisiyaların
aktivliyinin aşağı olması aiddir. Qeyd olunan problemlər də öz növbəsində bütün
sahənin fəaliyyətinin iqtisadi effektivliyinə mənfi təsir göstərir.
Su təsərrüfatı sistemi, insanın suya olan sosial, ekoloji və iqtisadi tələbatının
təmin edilməsi üçün təbii və süni yaradılmış su obyektlərinin və mühəndisi qurğu-
ların birgə fəaliyyət göstərən coğrafi kompleksinin təzahürüdür. İstismarda olan
qurğuların etibarlı təminatı həmin müəssisələrin milli qanunverici aktlarından, nor-
malar və qaydalardan törəyən təbiəti mühafizə siyasətindən asılıdır. İstehsal pro -
sesinin texnoloji reqlamentinə xüsusi diqqət yetirmək lazımdır.


SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
Əbilov F.A.,Tarixazər Z.Ə. Su təchizatı və tullantı 
suların təmizləyici qurğular  sistemində texnoloji...
Texnoloji reqlament – müəssisənin daxili istifadə üçün normativ sənədi olaraq
istehsal üsullarını, texniki vasitələri, texnoloji normativləri, texnoloji prosesin həyata
keçirilməsinin şərtini və ətraflı ardıcıllığını təmin edir. Bu sənəd beynəlxalq və milli
standartların tələblərinə cavab verən keyfiyyətli hazır məhsul almağa imkan verir.
Həmçinin, texnoloji reqlament, işlərin daha təhlükəsiz üsullarla aparılmasını tətbiq
edir, bunun nəticəsində də optimal texniki-iqtisadi istehsal göstəricilərinə nail olmaq
mümkün olur. 
Texnoloji reqlamentdə bütün istehsal prosesləri yüksək dərəcəli dəqiqliklə şərh
edilir:
• müxtəlif şəraitdə hansı əməliyyatları və necə yerinə yetirmək;
• rejimi necə düzgün aparmaq;
• hansı temperatura, təzyiqə, sərfiyyata və s. riayət etmək;
• əsas texnoloji parametrləri və göstəriciləri necə düzgün dəyişmək;
• nəyi və hansı ardıcıllıqda açmaq və ya bağlamaq.
Su təchizatı və tullantı suların təmizləyici qurğuların texnoloji reqlamentinin
hazırlanması üçün kənar təşkilatlar və ya mütəxəssislər cəlb oluna bilər. Qanunveri-
cilikdə nəzərdə tutulan hallarda, texnoloji reqlament nəzarətedici təşkilatlarda qey-
diyyatdan keçməlidir.
Müəssisənin  texnoloji  reqlamentindən  əlavə,  texnoloji  xəritələr,  proseslərin
texnoloji və işçi təlimatları, tövsiyələr və digər texniki sənədləri də mövcuddur.
Lakin bununla belə texnoloji reqlament – su təsərrüfatı müəssisələrində istehsal pro -
seslərində iştirak edən, fəhlələr və mühəndis-texniki heyət üçün əsas işçi sənəddir.
Tədqiqatda istifadə edilən materiallar və metodika
Tədqiqatda əsasən bu sahədə beynəlxalq təcrübədə geniş istifadə olunan qabaqcıl
metodoloji yanaşmalarla yanaşı, ölkədə olan müəssisələrdə texnoloji proseslərin
təş kili üçün nəzərdə tutulmuş hüquqi-metodoloji sənədlərdən də istifadə olunmuş-
dur.
Tədqiqatın şərhi
Müasir su təsərrüfatı müəssisələrinin fəaliyyətində, iş prosesində anlaşılmaz -
lıqların  yaranmaması,  müəssisənin  rəhbərinə  yeni  əməkdaşların  təlimatlandırıl-
masına ehtiyac olmaması üçün, bu və ya digər funksional, həmçinin əməkdaşların
tez-tez təkrarlanan vəzifələrini dəqiq müəyyənləşdirən sənədin olması vacibdir. Bu
məqsədlə texnoloji reqlamentlər tətbiq edilir.
İstehsalatda əsas texniki sənəd kimi uğurla tətbiq edilən texnoloji reqlament,
sahibkarlara texniki göstəricilərinə və xüsusiyyətlərinə görə keyfiyyətli, rəqabət qa-
biliyyətli və uğurlu fəaliyyət göstərə bilən məhsul istehsalı üçün şərait yaradır. Əgər
58
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə