Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə17/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

lərin tutulmasının qarşısının alınması və yatağın hidrodinamiki tarazlılığının bərpası
üçün ilkin olaraq Türyançayın gətirmə konusunda quyuların qazılması (ilkin layi-
hədə nəzərdə tutulan saya çatdırmaq şərti ilə), texniki problem ilə müşahidə edilən
quyuların təmiri və ya yeniləri ilə əvəz edilməsi, ehtiyat istismar quyularının qazıl-
ması  və  ya  texniki  problemli  quyuların  təmir  edilərək  ehtiyatda  saxlanılması,
müşahidə quyularının sayının artırılması, rejim-müşahidə işlərinin tam avtomat-
laşdırılması, yeraltı su yatağı hüdüdlarında hidroloji, və hidrometroloji stansiyaların
qurulması ilə istismarın (elektrik təchizatı, nasos avadanlığı, idarəetmənin tam av-
tomatlaşdırılması ilə təkmilləşdirilməsi) optimallaşdırılması zəruri hesab edilir.
Ədəbiyyat siyahısı:
1.  Алекперов.А.Б.  Ожидаемые  изменения  геоэкологической  ситуации  под
влиянием крупного отбора подземных вод в Алазань-Агричайской долине
Азербайджана - Ресурсы подземных вод “Mатериалы Международной на-
учной конференции”, Москва, 13-14 мая 2010 г, стр.128-133.
2. Геология Азербайджана Том VIII Гидрогеология  и Инженерная. Изд. “Nafta-
Press”, Bakı-2008.
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Rüstəmov E.H. Oğuz-Qəbələ-Bakı su kəmərinin 
beş illik istismarı prosessində yeraltı su yatağının...
44
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
UOT 551.465
45
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Giriş
Xəzər dənizində suyun temperaturunun paylanması xeyli mürəkkəbdir. Bu ilk
növbədə Xəzərin şimaldan cənuba böyük məsafədə uzanması, həm də iki iqlim
qurşağında (subtropik və mülayim) yerləşməsi, onun fiziki-coğrafi şəraiti, atmos-
ferlə istilik mübadiləsinin müxtəlifliyi, suyun adveksiyası ilə əlaqədardır. 
Akvatoriyada  suyun  temperaturunun  sutkalıq,  fəsli  və  çoxillik  gedişləri
öyrənilmişdir. Suyun temperaturunun səth layında sutkalıq dəyişkənliyi 1-2ºS təşkil
edir ki, bu radiasiya balansının nəticəsində baş verir. Qarışmanın intensifikasiyası
(soyuq) dərinlik sularının qalxması, yaxud advektiv daşınma halında temperaturun
sutkalıq dəyişkənliyi 3-5ºS-dən daha çox olur.
Temperaturun sutkalıq tərəddüdü yaz qızması (aprel-may) və payız-qış soyuması
(sentyabrda - sahil yaxınlığı rayonlarda, oktyabr-noyabrda - dərinlik rayonlarında)
dövründə müşahidə edilir.
Suyun temperaturunun qeyri-periodik tərəddüdləri Orta Xəzərin sahil yaxınlığın-
dakı dərinliklərdə Dərbənddən Nizovaya və Kəndərlidən Kuli Mayaka qədər olan
ərazidə müşahidə edilir. Bu dəyişkənlik dəniz səthində təkcə istilik balansı hesabına
deyil, həmçinin suyun dinamikası hesabına baş verir.
(Səh. 45-51)
ORTA VƏ CƏNUBİ XƏZƏRDƏ 
SUYUN TEMPERATURUNUN
MƏKAN-ZAMAN DƏYİŞKƏNLİYİ
Abdullayev İ.M.
1
, Əsədov S.B.
2
, İsmayılov V.H.
3
1
Bakı Dövlət Universiteti,Bakı şəhəri,fev1950@mail.ru
2
Bakı Dövlət Universiteti, Bakı şəhəri,sabir_asadov@mail.ru
3
Bakı Dövlət Universiteti,Bakı şəhəri,vusalhakimoglu@gmail.com
Abstract.  The  Caspian  Sea  is  the  largest  enclosed  water  basin  in  the  world.
Spreading of Caspian Sea to the meridional direction, at a distance of 1200 km, is
the  reason  for  changing  hydro-physical  parameters  occuring  there  in  time  and
space.The study of the sea temperature regime is one of the most actual issues.In
this article has been studied spatial and temporal change of temperature in different
areas of the Middle and South Caspian. 
Açar sözlər: Xəzər dənizi, suyun temperaturu, temperaturun sutkalıq, fəsli və
çoxillik gedişi, temperatur anomaliyası, Abşeron akvatoriyası.


SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Abdullayev İ.M., Əsədov S.B., İsmayılov V.H. Orta və
Cənubi Xəzərdə suyun temperaturunun məkan-zaman...
46
1/2016
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Tədqiqatlarda  istifadə  edilən  materiallar və  metodika
Tədqiqatlarda  Moskva Dövlət Universitetinin  arxiv  materiallarından  istifadə
Xəzər dənizində suyun  temperaturunun  məkan və zamana  görə  dəyişkənliyi işlən-
mişdir.
Tədqiqatın şərhi
Qərb sahillərində suyun temperaturunun qısa periodlu (3-5 gün) və əhəmiyyətli
(12-16ºS) tərəddüdləri əsasən yayda müşahidə edilir. Onlar sahil zonasında 10ºS
temperaturlu dərinlik sularının qalxması ilə əlaqədardır və bu səthdən dibə qədər
temperaturun kəskin dəyişməsini əmələ gətirir.
Temperaturun şaquli qradienti 2-3ºS/m-ə çatır. Sahil yaxınlığında bilavasitə soyuq
su zolağı-mənfi temperatur anomaliyası zonası əmələ gəlir. Suyun temperaturunun
sonrakı artması daha yavaş baş verir. İlin soyuq vaxtında (dekabr-mart) dərinlik su-
larının səthə qalxması əks effektlə - Dərbənd sahili yaxınlığında suyun temperatu-
runun 9-11ºS-yə və Aşağı Körpudə (Nizovoy Pristan) isə 11-13ºS-yə qədər artması
ilə müşahidə olunur [3, 4, 5].
Suyun temperaturunun kəskin düşməsi Abşeron yarımadasının şimal sahillərinə
qədər yayıla bilər. Belə ki, 1957-ci il avqust ayında Pirallahı adasında suyun tem-
peraturu 36 saat ərzində 9ºS-dən də çox azalmışdır (29,1ºS-dən 19,8ºS -yə qədər).
Analoji hadisə 1950 və 1951-ci illərdə (avqustda) müşahidə edilmişdir. Daha kəskin
temperatur kontrastları gün ərzində 1971-ci il avqustda qeydə alınmışdır. Abşeron
yarımadasının  şimal  sahillərində  suyun  temperaturu  9  avqustdan  (19°º-dan)  10
avqusta (19ºº-a) qədər 24,0ºS-dən 14,4ºS-yə qədər azalmışdır.
Soyuq dərinlik sularının sahil zonasında səthə qalxması prosesi sistematik deyil,
ancaq müəyyən hidrometeoroloji şəraitin uzlaşması zamanı və hər şeydən öncə
mülayim və şiddətli sahil küləklərinin əmələ gəlməsi və uzun müddət saxlanması
zamanı müşahidə edilir. Bu hadisənin təbiəti kifayət qədər öyrənilməmişdir. Orta
Xəzərin qərb sahillərində Abşeron arxipelağı da daxil olmaqla suyun temperaturu-
nun kəskin düşməsi haqqında ilk qeydlər 1940-cı ildə C.Y.Şerbak tərəfindən hazır-
lanmışdır. O, göstərmişdir ki, dərinlik sularının müstəsna tez (12-24 saat ərzində)
və əhəmiyyətli dərəcədə səthə qalxması sürəti 15 m/s-yə qədərdir  və daha çox
müşahidə olunan  cənub-şərq küləklərindən sonra baş verir.
A.N.Kosarev əsasən Şerbakın fikirlərini təsdiq edərək qeyd edir ki, Dərbənd
yaxınlığında dərin sahil sularının şaquli qalxması üçün “apvellinq” yaxşı şərait
yaradır və bu temperaturun kəskin enməsinə səbəb olur [2].
N.D.Klevtsovanın tədqiqatları göstərir ki, dərin soyuq suların səthə qalxması yal-
nız Dağıstan sahillərində deyil, həmçinin bir çox hallarda Mahaçqaladan Sumqayıta
qədər və dənizin digər açıq rayonlarında  da müşahidə  edilir.


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə