Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə13/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

 Gursululuq  dövründə bütün suburaxıcı qurğular – sutullayıcı və SES-nın su
keçirici qurğuları tam suburaxma qabiliyyəti ilə işləməlidir. 
Yoxlama halında su anbarında suyun səviyyəsinə və sukeçirici qurğulara qoyulan
tələblər aşağıdakı kimidir:
 Su anbarında gursululuğun  transformasiyası nəticəsində suyun səviyyəsi eks -
tremal (maksimal) səviyyəni keçməməlidir(159,90 mBS);
 Gursululuq  dövründə bütün suburaxıcı qurğular – sutullayıcı və SES-nın su
keçirici qurğuları  tam suburaxma qabiliyyəti ilə işləməlidir.
Şəmkir hidroqovşağının 33 illik istismari ərzində sutullayıcı qurğunun kon-
struksiyalarında mühüm zədələnmələr aşkar olunmuşdur. Təmir işləri bitmədiyi
zaman gursululuq dövründə maksimal su sərflərini aşağı byefə ötürmək üçün su-
tullayıcı qurğunun suburaxma qabiliyyəti azalır. Bu baxımdan gursululuq dövründə
təmir işləri davam etdiyi zaman su keçirici qurğuların suburaxma qabiliyyətinin
təyini üçün xüsusi olaraq aşağıdakı təmir halları da modelləşdirilmişdir. 
1-ci təmir halı (orta ağır şərt) - sutullayıcının 3 aşırımlı yuxarı başlığının orta
(bir) aşırımı təmirdədir;
2-ci təmir halı (ağır şərt) - sutullayıcının 3 aşırımlı yuxarı başlığının orta (bir)
aşırımı təmirdədir, SES-ı fasiləsiz rejimdə işlədiyindən (təxminən 90 gün) turbin-
lərindən biri dayanmaq məcburiyyətindədir; 
3-cü  təmir  halı  (çox  ağır  şərt)-sutullayıcının  aşağı  byefində  yerləşən  enerji
söndürücü qurğu tam şəkildə bərpa olunmayıb. 
Sutullayıcıdan maksimal sərflər buraxılan zaman aşağı byefdə konstruksiyaların
yüksək dərəcədə dağılma ehtimalı yaranır. Bu halda gursululuq axımının yalnız
SES-nın 2 turbini vasitəsilə ötürülməsi modelləşdirilmişdir.Təmir hallarının mo -
delləşdirilməsinin məqsədi gursululuq dövründə su keçirici qurğulardan ötürülə
bilən maksimal su sərflərinin və onların təminatlarının təyinidir.
Su  anbarında  su  səviyyəsinin  sürətlə  qalxması  və  ya  enməsi  torpaq  bəndin
dayanıqlığına və yuxarı yamacın mühafizə örtüyünə dağıdıcı təsir edə bilər. Su
səviyyəsinin qalxma və enmə sürəti torpaq bəndin istismar qaydalarında qeyd olun -
muşdur.  Məlumat  olmadığından  su  anbarlarının  istismar  qaydalarının  hazırlan-
masının rəhbər sənədinə əsaslanaraq  Şəmkir hidroqovşağı üçün qalxma sürətinin
məhdudiyətləri: bəndin alt hissəsi üçün – 0,50 ÷ 1,0 m/gün, orta hissəsi üçün - 0,25
÷ 0,5 m/gün, üst hissəsi üçün (axırıncı 2÷3 m) – 0,25 ÷ 0,1 m/gündür. Su səviy -
yəsinin enmə sürətinin məhdudiyyətləri isə: bəndin üst hissəsi üçün – 0,3 m/gün,
bəndin qalan hissəsi üçün – 1,0 m/gün təşkil edir.
Kür çayının orta axınında sistematik hidroloji müşahidələr Tbilisi (Gürcüstan),
Qıraq Kəsəmən, Kirzan, Xuluf, Qarasaqqal, Samux və Mingəçevir məntəqələrində
aparılmışdır.
Kür çayı üzərində vaxtilə fəaliyyət göstərmiş Xuluf  hidroloji məntəqəsi Şəmkir
hidroqovşağı tikiləndən sonra aşağı byefdə qalmışdır. Gursululuq axımının buraxıl-
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
1/2016
30
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Qarayev N.Ə.,Sultanov E.T.,Abbasov S.A.,Rəcəbov R.F.
Şəmkir hidroqovşağından gursululuq axımının...


masının modellləşdirilməsində bu məntəqənin müşahidə məlumatlarından istifadə
olunmuşdur. 
Gursululuq axımı suvarma mövsümündən əvvəl keçdiyindən mövcud hesabla-
malarda Şəmkir hidroqovşağına qədər suvarma məqsədləri üçün götürülən su nəzərə
alınmır.  Hidroloji  müşahidə  məntəqələrində  çoxillik  dövr  ərzində  aparılmış
müşahidələrin təhlili nəticəsində aşağıdakılar müəyyən edilmişdir:
- Azsulu illər sırasından sonra (adətən ardıcıllıq 2-3 il təşkil edir), bir qayda
olaraq,  növbəti ildə yüksək təminatlı çoxsulu ilin baş verəcəyini ehtimal etmək
olar;
- Çoxsulu illər – 1940, 1963,1968, 1976; 1978, 1987, 1988, 1993, 2002 və 2005;
- Şəmkir hidroqovşağına yaxın olan Xuluf hidroloji məntəqəsində müşahidə
dövrü ərzində ən yüksək su sərfi 21 aprel 1968-ci il tarixində 2840 m
3
/san ol-
muşdur ki, bu da 0,7% təminatlı su sərfinə uyğundur.
Xuluf məntəqəsində hesabi hidroqrafların qurulması üçün gursululuq axımının
və orta gündəlik maksimal su sərflərinin 1914-2014-cü illərin sırası əsasında 0,01%
zəmanətli düzəlişi ilə, 0,1%, 1,0%, 3,0% və 5,0% təminatlı hesabi qiymətləri qəbul
olunmuşdur.
Real çoxsulu illər (1940, 1968, 1976, 1978, 1987 və 1988) onların gursululuq
hidroqraflarının maksimal su sərfinə, axım həcminə və əlverişsiz formasına görə
seçilmiş və həmin hidroqrafları əsasında hesabi hidroqraflar qurulmuşdur.
Kür çayının Xuluf hidroloji məntəqəsinin gursululuq dövrü üçün 3 tip hidroqraf
müəyyən edilmişdir (şəkil 3).
Şəkil 3. Kür çayının Xuluf məntəqəsində gursululuq dövrünün hesabi hidroqrafları.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
1/2016
31
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Qarayev N.Ə.,Sultanov E.T.,Abbasov S.A.,Rəcəbov R.F.
Şəmkir hidroqovşağından gursululuq axımının...


Tip I. Hesabi maksimal su sərfi gursululuq dövrünün əvvəllərində müşahidə edilir
və bir maksimum müşahidə edilir. Bu tip hidroqraf maksimal sərflərin davamiyyət-
inə görə 2 yerə bölünür:
a) Gursululuq dövründə keçən maksimal sərflərin davamiyyəti 15 gündən azdır
(1940);
b) Gursululuq dövründə keçən maksimal sərflərin davamiyyəti 15 gündən çoxdur
(1968, 1978, 1988).
Tip II. Hesabi maksimal su sərfi gursululuq dövrünün ortalarında müşahidə edilir
(1976); davamiyyəti 30 gün olmuş (12.05÷10.06.1976) və bir maksimum müşahidə
edilmişdir.
Tip III. Hesabi maksimal su sərfi gursululuq dövrünün sonunda müşahidə edilir
(1987); davamiyyəti 22 gün olmuş (07.06÷28.06.1987) və bir maksimum müşahidə
edilmişdir.
Qurulmuş hesabi hidroqraf tiplərinin formaları şəkil 3-də göstərilir.
Şəmkir hidroqovşağında sutullayıcının giriş başlığı 3 aşırımlı, qapılar ilə tənzim
olan suaşırıcıdan ibarətdir. Başlığın qaşı 144,20 m səviyyəsində yerləşir. Aşırımların
eni 8,0 m-dir. Su anbarında normal basqılı səviyyə  (NBS) olduğu halda sutul-
layıcının bir qapısının suburaxma qabiliyyəti 800,5 m
3
/s, ekstremal (maksimal)
səviyyəsində isə  980,7 m
3
/s-dir [2, 3, 5].
Şəmkir hidroqovşağının tərkibində bəndyanı tipli su elektrik stansiyası (SES)
fəaliyyətdədir. SES-in iki turbinin quraşdırılmış gücü 380 MVt təşkil edir. Layihəyə
əsasən gursululuq dövründə turbinlər tam gücü və suburaxma qabiliyyəti ilə işləmə-
lidirlər. Gursululuq dövründə SES daimi (bazis) iş rejimində işləyir. Ortasulu və
çoxsulu illərin gursululuq dövrlərində turbinlər gərgin iş rejiminə keçirlər.
HEC ResSim proqramı ABŞ-ın Hərbi Mühəndislər Korpusunun Su Ehtiyatları
İnstitutunun Mühəndis Hidrologiyası Mərkəzi tərəfindən hazırlanmışdır [8].
Proqram vasitəsi ilə bir və ya bir neçə su anbarından ibarət kaskad üçün aşağıdakı
hesablamaları aparmaq mümkündür:

daşqınların idarə olunması;

azsulu dövrdə çay axımının optimal nizamlanması;

su təchizatının tələblər üzrə planlaşdırılması;

su anbarlarının tənzimlənməsi və real vaxtda operativ qərar qəbul etmə. 
HEC ResSim modelləşdirməsi şərti olaraq 2 yerə bölünür (şəkil 4):
1.
Giriş məlumatlarının daxil edilməsi.
-
Su sərfi haqqında məlumatlar;
-
Su anbarı haqqında məlumatlar-səviyyə-sahə və səviyyə həcm əyriləri;
-
Hidrotexniki qurğular haqqında məlumatlar - sukeçirici qurğular və onların
suburaxma qabiliyyətləri.
2. Çıxış məlumatları/Modelləşdirmə nəticələri.
-
Su anbarında gündəlik su səviyyələri;
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
1/2016
32
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Qarayev N.Ə.,Sultanov E.T.,Abbasov S.A.,Rəcəbov R.F.
Şəmkir hidroqovşağından gursululuq axımının...


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə