Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə24/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

65
1/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əbilov F.A.,Tarixazər Z.Ə. Su təchizatı və tullantı 
suların təmizləyici qurğular  sistemində texnoloji...
- Texnoloji prosesə nəzarət. 
Təmizləmə prosesinin bütün mərhələləri üzrə analitik nəzarətin göstəriciləri (la -
bo rator və ya avtomatik), analiz üçün nümunə götürülən mərhələsinin adı, nümunə
götürülən yeri, nəzarət edilən göstəricilər, üsullar, nəzarətin norma müddəti cədvəl
formasında göstərilir.
- İstehsal obyektinin normal şəraitdə işə salınması və dayandırılmasının əsas
amilləri.
Bu bənddə digər texnoloji və yardımçı obyektlərlə (məsələn, qurğuları xammal,
elektrik enerjisi və digər material resurslar ilə təchiz edən müəssisələr) qarşılıqlı
əlaqəsi göstərilməsi şərti ilə təmizləyici qurğuların işə salınması və qəza şəraitində
dayandırılması qaydaları şərh edilir.
- İstehsalın təhlükəsiz istismarı. 
Bu bənddə təmizləyici qurğularda risklərin xüsusiyyətləri, qəza şəraiti və baş
verə biləcək hallar, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması
üsulları,  texnoloji  proseslərin  və  avadanlıqların  qəzalardan  mühafizə  edilməsi,
təmiz ləyici qurğuların istismarı zaman işçi heyətin təhlükəsizliyinin mühafizəsi
göstəriciləri verilir.    
- Mümkün ola biləcək nasazlıqlar, qəza şəraiti, onların aradan qaldırılması və
xəbərdarlıq edilməsi üsulları. 
Bu götəricilər cədvəl şəklinə salınır və tələb olunan formada ətraf mühitin çirk-
lənməsinə, yanğına, partlayışa, işçilərin zəhərlənməsinə və ya zədə almasına səbəb
ola  biləcək  antropogen  və  texnogen  xassəli  fövqəladə  halların    xüsusuiyyələri
haqqında məlumatlar toplanır. Cədvələ nəzarət, tənzimləmə və mühafizə avadan-
lıqlarının iş rejimlərinin göstəriciləri daxil edilir. 
Nəticə
İçməli su təchizatı sahəsinin əhalinin sağlamlığı və həyat fəaliyyətində yüksək
əhəmiyyətini, onların fəaliyyəti üçün əlverişli ekoloji şəraitin yaradılmasını nəzərə
alaraq, texnoloji reqlamentlərin işlənib hazırlanması yüksək məsuliyyətli məsə -
lələrdən biridir. 
Su  təsərrüfatı  kompleksində  texniki  reqlamentlərin  hazırlanması  və  tətbiq
edilməsi üçün, digər dövlətlərin bu sahədə qanunverici aktları ilə qüvvədə olan nor-
mativ sənədlərin müqayisəli analizinin aparılması vacibdir. Həmçinin, İSO 9000 və
14000 beynəlxalq standartlarına uyğun olaraq keyfiyyətin və ekoloji idarəetmə sis-
temlərinin müqayisəsi də vacibdir. 
Bununla belə texniki reqlamentlərin hazırlanması prosesində Azərbaycan Res -
publikasının su təsərrüfatı kompleksinin fəaliyyətini tənzimləyən mövcud normativ
bazaların formalaşması və tətbiq edilməsi təcrübəsi maksimum həddə nəzərə alın-
malıdır.  


Ədəbiyyat siyahısı:
1. “Su Təchizatı və Tullantı Suları haqqında” Azərbaycan Respublikası Qanunu,
1999.
2. Su təchizatı. Xarici Şəbəkələr və Qurğular ( TN və Q 2.04.02-84, 1985-ci il nəşri)
3. “Su obyektlərinin mühafizəsi və istifadəsi sahəsində Dövlət nəzarətinin aparıl-
ması qaydaları” AR Nazirlər kabinetinin 1998-ci il 29 sentyabr 198 saylı Qərarı
4. Правила технической эксплуатации систем и сооружений коммунального
водоснабжения и канализации. МДК 3-02.2001.
5. Яковлев  С.В.,  Карелин  Я.А.,  Ласков  Ю.М.,  Калицун  В.И.  Водоотведе-
ние  и очистка  сточных  вод.  М.:  Стройиздат,  1996. -591  с.
6. Технологический регламент очистных сооружений канализации МУП «Во-
доканал» г.Хабаровска.
7. Справочник по современным технологиям очистки природных и сточных
вод и оборудованию / под ред. В.Ф. Карпухина. – М.: Министерство при-
родных ресурсов, 2001. -253 с.
8. Ультрафильтрация. Руководство по эксплуатации. OOO “Kaufmann Tech-
nology”.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Əbilov F.A.,Tarixazər Z.Ə. Su təchizatı və tullantı 
suların təmizləyici qurğular  sistemində texnoloji...
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
1/2016
66


UOT 614.7 (477.75)
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
1/2016
67
(Səh. 67-73)
ABŞERON YARIMADASININ 
SU SEKTORUNUN İNKIŞAFI
Ağayev T.S.
“Azərsu” ASC, Bakı şəhəri, ağayevtelman@mail.ru
Abstract. Administrative regions of Baku, Sumgait and surrounding a part of
Absheron region “Great Baku Regional Plan” is prepared by the order of Baku city
executive body. Material and documents related to this basic plan is prepared by
“Azersu” OJSC and it is taken into account in Master Plan 2035 recent year. İn this
paper information is presented about works in Great Baku areas.
Açar sözlər:  Master Plan, su təchizatı, kanalizasiya, sutəmizləyici qurğular, su
kəmərləri.
Giriş
2011-2013-cü  illərdə tərtib edilmiş  Master Plan çərçivəsində Abşeron regionu
üzrə müəyyənləşdirilən meyarlar fundamental planlaşdırma əsasları nəzərə alınaraq
hazırlanmışdır.Tövsiyə edilmiş bütün sistemlər üzrə təfərrüatlar dolğun və ətraflı
şəkildə araşdırılaraq təqdim olunmuşdur. Master Planın həyata keçirilməsində böyük
dəstək  Azərbaycan  Respublikasının Prezidentinin müvafiq olaraq 2011-ci və 2014-
cü illərdə qəbul edilmiş Sərəncamları: “2011-2013-cü illərdə Bakı şəhərinin və onun
qəsəbələrinin  sosial-iqtisadi  inkişafına  dair Dövlət  Proqramı” və  “2014-2016-cı
illərdə  Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı” olmuşdur.
Tədqiqatın şərhi
Böyük  Bakı  ərazisinin  su  təchizatı,  tullantı  və  yağış   suları  sistemlərinin
inkişafı   üçün 2035-ci ilə hazırlanmış Master Plan regionun  su  təminatında  və
kanalizasiya   xidmətlərinin   yüksək  səviyyədə aparılmasına zəmin yaratmışdır.
Qeyd  etmək  lazımdır  ki,  gələcəkdə   hər  10  ildən   bir  suya  olan  təlabatının,
əhali  sayının və digər məsələlərin nəzərdən keşirilməsi, hətta ərazinin 2035-ci ildən
sonrakı 30-50  illik prespektiv inkişaf  planları da bu Master Planın tövsiyələrindən
yararlanacaqdır.  
2013-cü ilin  dekabr  ayında “Azərsu” ASC-də Master Planın ətraflı təqdimatı
lahiyəçi təşkilat tərəfindən keçirilmişdir. Sənədə əsasən 250 km uzunluğunda magis-


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə