Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə27/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

turu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrə  köçürülür.  “Azərsu”
ASC-yə   məxsus  bütün  yeraltı  və   yerüstü   infrastruktur   məlumatlarının toplan -
dığı  bu  sistemə  01.01.2016-cı il  tarixə  Abşeron  yarımadası üzrə  6079 km su,
1588 km kanalizasiya,  80 km  yağış  su   xətləri,  986  su   anbarı, 75  nasos  stan-
siyası,  unikal  kod  verilmiş  400400    bina  və  tikili haqqında  və    6161 km  yol-
ların  vektorlaşdırılması,  içməli  su   (44939 ədəd)  və  kanalizasiya  (66604 ədəd)
şəbəkəsində baş vermiş qəzalar barədə məlumatlar daxil edilmişdir.
“Azərsu GİS” sistemi  ilə bir  çox  texniki,  texnoloji  proseslərin  idarə  edilməsilə
Müştəri İnformasiya, SCADA, Elektron Kargüzarlıq, Mühafizə və Təhlükəsizlik
sistemləri kimi digər məlumat bazaları ilə inteqrasiya olunaraq,  abonetlərin  xəritə
üzərində  təsviri,  “Qaynar Xətt”ə   daxil  olan  müraciətlərin   operativ   idarə olun-
ması,  baş  verən  qəzalara  dərhal   müdaxilə  edilməsi  və  aradan  qaldıralmasına
nəzarət  və s. su  və kanalizasya infrastrukturundakı hər bir obyektdə detallı məlumat
əldə edilməsinə şərait yaradır. İcra olunan layihələr  arasında “Müştəri İnformasiya”
sistemi   öz  çəkisi   ilə   diqqət  çəkir.  Sistemdə  texniki   şərt, müqavilə,   hesabat
və  faktura  çapı və digər  əməliyyatların  avtomatlaşdırılması  təmin   edilib.   Ödəmə
sistemdəki  islahatlar  nəticəsində smatr-kartların “Milli Ön” və “E-Manat” ödəmə
terminallarında  oxunması  və  yüklənməsi  təmin  edilib.  İstehlakçılara  göstərilən
müştəri xidmətlərinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi məqsədilə “Asan
xidmət” mərkəzlərində abunəçilərə bir çox istiqamətlər üzrə xidmət göstərir.
Ötən müddətdə mühasibat uçotunun Maliyyə Hesablarının Beynəlxalq Standart-
larına uyğun aparılması istiqamətində   işlər  görülüb.  Yeni  standartlara  keçidlə
əlaqədar  “Ernst & Young”  şirkəti  ilə bağlanmış müqaviləyə müvafiq  konsolidasiya
sistemlərinin   avtomatlaşdırılması  üçün  1C proqramının tətbiqinə başlanılıb və
uğurla davam etdirilir.
Yeni  infrastruktur  yaradılarkən  müasir  texnologiyalar,  avadanlıqlar,  cihazlar
və  sistemlərdən istifadə bu  sahədə  kadr   potensialının   güclərdirilməsini  zəruri
edir.   Artan  təlabatı  qarşılamaq  və  işçilərin  peşə hazirlığını  yüksəltmək  üçün
təlim  proqramlarının  icrasına  başlanılıb.  Son  illər  cəmiyyətin  2000-nə  yaxın
əməkdaşı  yerli  və  xarici  təlimlərə  cəlb  olunub.    Bunların  280-dan  çoxu  xarici
ölkələrdə təşkil olunmuş təlim və treninqlərdə iştirak edib.
“Azərsu “ASC  ilə  Təhsil  Nazirliyi,  Milli  Elmlər  Akademiyası,  Bakı Dövlət
və  Azərbaycan Memarlıq və İnşaat   Universitetləri    ilə  imzalanmış   təhsil,  elm,
ixtisasartırma,  təlim-tədris  və  məşğulluğu   sahəsində əməkdaşlığa dair memoran-
dum və müqavilələr kadr potensialının gücləndirilməsinə töhvə verməkdədir. 
Gerşəkləşdirilən  layihələrın  vacib  tərkib hissəsi ətraf mühitə və insan sağlam-
lığına  ola  biləcək  təsirin  və  onun  nəticələrinin  ətraf  mühitin    keyfiyyət  norma-
tivlərinə  və  ekoloji  tələblərə uyğunluğu  araşdırılaraq  icra edilr.  Fəaliyyətində
ekoloji  layihələrin  icrasına  önəm   verən   “Azərsu" ASC   ətraf   mühitin  qorun-
ması  və ekoloji  sabitliyin təmin olunması məqsədilə tabeliyindəki müəssisə və
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ağayev T.S. Abşeron yarımadasının 
su sektorunun inkişafı
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
1/2016
72


təşkilatların, anbar və digər qurğuların ərazisində aparılmış   yaşıllaşdırma  tədbirləri
nəticəsində  son  4  ildə  300 mindən artıvq müxtəlif növ ağac, bundan başqa kol və
bəzək bitkiləri əkilmişdir.      
Nəticə
Master Plan çərçivəsində görülən tədbirlər nəticəsində abanentlərin sayğacla
təminatı 71,5%-ə çatdırılmış, su itkiləri 8,3% azalmış, vəsaitin yığım səviyyəsi isə
93,5% olmuşdur. Bakı şəhərində fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi
çəkisi 79,2%-ə yüksəlmişdir.
Ədəbiyyat siyahısı:
1. “Tekno Yapı” İnşaat Senaye ve Ticaret A.Ş. /Türkiyə/ “Abşeron yarımadasının
içməli su təchizatı,  kanalizasiya və yağış suları sisteminin 2035-ci ilə Master
Planı”. Bakı 2013-cü il.   
2.  “Azərsu”  ASC-nin  2015-ci  il  üzrə  Maliyyə-Təsərrüfat  fəaliyyətinin  yekun
hesabatı.
Ağayev T.S. Abşeron yarımadasının 
su sektorunun inkişafı
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
1/2016
73


Giriş
Kanalizasiya sistemlərinin elmi əsaslandırılmış, tikinti norma və qaydalarına mü-
vafiq  lazımi  şəkildə  layihələndirilməsi  həm  iqtisadi,  həm  də  ekoloji  baxımdan
əhəmiyyət kəsb edir. Bu, kanalizasiya şəbəkəsi borularının hidravliki hesabatlarının
yerinə yetirilməsi dəqiqliyindən, boruların verilən sərfə və qanunauyğunluğa mü-
vafiq seçilməsindən, yerli şəraitin relyefindən, boruların tullantı suları ilə yüklənə
bilməsi dərəcəsindən və s. asılıdır.
Layihə işlərinin yerinə yetirilməsində verilən sərfə, dolma dərəcəsinə uyğun boru
diametrlərinin, bu sərfin borunun en kəsiyindən lazımi sürətlə keçməsini təmin edən
mailliklərin təyini, istismarda olan borulara əlavə su sərflərinin axıdıla bilməsi, boru-
lara əlavə xətlərin birləşdirilə bilməsi mümükünlüyü və s. müəyyən çətinliklərə
səbəb olur.
Məqalədə  bunlarla  əlaqədar,  tikinti  norma  və  qaydalarına  müvafiq  boruların
dolma dərəcəsinə uyğun hidravliki parametrlərinin təyini məsələsinə baxılmışdır.
Tədqiqatlarda istifadə edilən materiallar və metodika
Tədqiqatda su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsinə aid
tikinti norma və qaydalarından, bu sahə üzrə texniki ədəbiyyatlardan, boruların
hidravliki prametrlərinin təyini metodikasından istifadə olunmuşdur.
(Səh. 74-77)
TİKİNTİ NORMA VƏ QAYDALARINA ƏSASƏN
BORULARIN DOLMA DƏRƏCƏSİNƏ UYĞUN
HİDRAVLİKİ PARAMETRLƏRİN TƏYİNİ
Cavadzadə E.B.
1
, Əhmədov F.Ş.
2
, Cəfərov C.F.
3
1
“Azərsu” ASC, “Sukanal” ET və Lİ, Bakı şəhəri, cavadzade@hotmail.com
2
“Azərsu” ASC, “Sukanal” ET və Lİ, Bakı şəhəri, fizuli.axmedov@mail.ru
3
“Azərsu” ASC, “Sukanal” ET və Lİ, Bakı şəhəri, ceferov11@hotmail.com
Abstract. In the article the determination of the degree of filling in accordance
with the hydraulic parameters, the issue of sewer pipes. Accordingly, water con-
sumption slope schedule of oil prices has been designed parameters. 
Açar sözlər: suyun sərfi, borunun diametri, axın sürəti, hidravliki radius, Şezi
əmsalı, kanalizasiya sistemləri, tullantı suyu, maillik.
74
1/2016
SU TƏCHİZATI, TULLANTI VƏ YAĞIŞ SULARI 
SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
UOT 626.824-52
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə