Water problems: science and technology



Yüklə 5,97 Kb.
Pdf görüntüsü
səhifə6/41
tarix26.01.2018
ölçüsü5,97 Kb.
#22494
1   2   3   4   5   6   7   8   9   ...   41

rilməsi təmin edilmişdir. Gələcəkdə magis-
tral  kəmərin  marşrutu  boyu  yerləşən  50
kəndin su təchizatı da öz həllini tapacaqdır.
Dünya Bankı ilə birgə reallaşdırılan layihə
üzrə Şamaxı və Qəbələ şəhərlərində də işlər
davam etdirilmiş, Şamaxıda su təchizatı sis-
temlərinin 96 faizi, kanalizasiya şəbəkəsinin
87  faizi  tikilmişdir.  Qəbələ  şəhərində  su
mənbəyində işlər yekunlaşmış, şəhərdaxili
şə bəkənin tikintisi davam etdirilmişdir.
Yaponiya 
Beynəlxalq 
Əməkdaşlıq
Agentliyindən  cəlb  olunmuş  kreditlər  he -
sabına Naftalan şəhərinin su və kanalizasiya
şəbəkəsi  yenidən  qurularaq  istismara  ve -
rilmişdir.  Bu  layihə  çərçivəsində  Qusar
şəhərində  işlərin  80  faizindən  çoxu  icra
edilmiş və ilin  sonuna qədər işlərin başa çat-
dırılması planlaşdırılır. Eyni zamanda Xaç-
maz  şəhərinin    su  mənbəyində  yenidən -
qurma işləri yekunlaşmış, şəhərdaxili su və
kanalizasiya şəbəkəsinin tikintisi davam et-
dirilir.  Bu  layihə  çərçivəsində  Qobustan
şəhərində işlərə 2015-ci ildə başlanmış, Xızı
şəhərində isə şəbəkənin yaradılmasına cari
ildə başlanılması nəzərdə tutulmuşdur.
“Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrası dövründə İslam
İnkişaf Bankı ilə birgə reallaşdırılan “Azər-
baycanın 6 rayonunda milli su təchizatı və
kanalizasiya proqramı layihəsi”nin icrasına
başlanılmışdır.  Hazırda  Gədəbəy,  Astara,
Tərtər, Daşkəsən şəhərlərində tikinti işləri
davam  etdirilir.  2016-cı  ildə  Gədəbəy  və
Daşkəsən  şəhərlərində  su  və  kanalizasiya
şəbəkələrinin tikintisinin başa çatdırılması,
Qazax şəhərində isə  yeni layihənin icrasına
başlanılması nəzərdə tutulur.
Son illərin ən böyük infrastruktur layi-
hələrindən olan Ceyranbatan ultrasüzgəcli
sutəmizləyici  qurğular  kompleksinin  is-
tismara verilməsi regionların da içməli su
təminatının yaxşılaşmasına öz töhfəsini ver-
mişdir.
Belə  ki,  bu  kompleks  istismara  ve ril -
dikdən sonra Kür sutəmizləyici qurğuların-
dan  Bakıya  ötürülən  suyun  daha  çox  his -
səsinin regionların təminatına yönəldilməsi -
nə şərait yaranmışdır. İndiyə qədər Şirvan-
Muğan qrup su kəməri ilə Şirvan şəhərinin
yalnız  bir  hissəsinə  su  verilirdisə,  hazırda
şəhərin əksər hissəsi bu mənbədən qidalanır.
Yaxın günlərdə şəhərin təminatı tamamilə
Kür mənbəyindən aparılacaqdır ki, bununla
da  ötən  əsrin  50-ci  illərində  istismara  ve -
rilmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş
Şirvan su təmizləyici qurğusunun fəaliyyəti
tam da yandırılacaqdır. 
Azərbaycan  Respublikası  regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramının icrası ilə əlaqədar şəhər-
lərlə  yanaşı,  içməli  sudan  əziyyət  çəkən
kənd və qəsəbələrdə də həlli vacib layihələr
icra edilmişdir. Ötən 2 ildə düşmən mövqe-
ləri  ilə  üzbəüz  kəndlər  də  daxil  olmaqla,
Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər,
Goranboy, Tovuz,  Şəmkir,  Şəki,  Zaqatala,
Balakən, Quba, Qusar, Göyçay, Ucar, Kür -
də mir, Saatlı, Lənkəran, Yardımlı rayonla -
rının 51 yaşayış məntəqəsində 120 min nə -
fərin içməli su problemi öz həllini tapmışdır.
Ümumilikdə, Dövlət Proqramı çərçi və -
sində “Azərsu” ASC tərəfindən regionlarda
2014-2015-ci illərdə 1380 km magistral və
şəbəkə  su  xətləri,  490  km  kanalizasiya
kollektoru və şəbəkə xətləri, 2 sutəmizləyici
qurğu,  61  su  anbarı,  7  su,  3  kanalizasiya
nasos stansiyası tikilmişdir.  Eyni zamanda
16 subartezian quyusu qazılmış, 61 min ədəd
smart tipli sayğac quraşdırılmışdır. Görül -
müş işlər nəticəsində 226 min nəfər ilk dəfə
mərkəzləşdirilmiş  qaydada  içməli  su  ilə
təchiz edilmiş, rayon mərkəzlərində fasiləsiz
su ilə təmin olunanların sayı 625 minə çat-
dırılmışdır. Bununla da bölgələr üzrə fasilə-
siz içməli su ilə təmin olunma səviyyəsi 41,2
faizə, ölkə üzrə isə 64,5 faizə yüksəlmişdir.
n
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Regionlarda istehlakçıların içməli su və kanalizasiya
xidmətləri ilə təmin olunması daha da yaxşılaşdırılır
HESABAT
1/2016
14


UOT 551.493
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
1/2016
15
Hər bir ölkənin (və ya inzibati bölgənin, çay hövzəsinin və digər ərazi vahidinin)
su ehtiyatları  əhalinin içmək və təsərrüfat-məişət ehtiyacları, qida istehsalı və ərzaq
təhlükəsizliyinin təmin edilməsi,   suvarma və kənd təsərrüfatının digər sahələrində
istifadə,  sənaye və texniki məqsədlər, hidroenergetika,  kurortologiya və balneoloji
məqsədlər  üçün  istifadədə,  ətraf  mühitin  tərkib  elementləri  olan  meşə  və    bitki
örtüyünün, canlı aləmin mövcudluğu, ekoloji su təhlükəsizliyinin təminatında  heç
bir digər maddi sərvət ilə əvəz edilməsi mümkün olmayan müstəsna əhəmiyyət kəsb
edir. Eyni zamanda su ehtiyatlarının mümkün qədər düzgün və etibarlı qiymət -
ləndirilməsi əhali məskunlaşması, sənaye və aqrar sektorun inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsində, bu ehtiyatlardan ədalətli və təminatlı interqasiyalı   istifa -
dənin   təmin edilməsində müstəsna əhəmiyyətə malikdir.  
“Su ehtiyatları” (rus dilində - “вoдные ресурсы”;  ingilis dilində   -  “water re-
sources”; alman dilində -  “wasserschetze”, “wassersquellen”; fransız dilində -  “res -
sources d eau”; ispan dilində -  “recursos de agua”)   anlayışı nədir, bu termin altında
nə başa düşülür və onun mahiyyəti nədən ibarətdir?
Coğrafi Ensiklopediyada “su ehtiyatları” deyildikdə təsərrüfatda istifadə edilə
bilən sular qəbul edilir.  Su ehtiyatları – çaylarda, göllərdə, su anbarlarında, bu-
zlaqlarda, yeraltı hövzələrdə, toplanmış  istifadəyə yararlı sular və torpaqdakı nəm-
(Səh. 15-25)
AZƏRBAYCANIN SU EHTIYATLARI: 
PROBLEMLƏR, YANAŞMALAR, 
REALLIQLAR
Ələkbərov A.B.
1
, İmanov F.Ə.
2
1
“Azərsu” ASC, Bakı şəhəri, azgeoeco@gmail.com 
2
Bakı Dövlət Universiteti, Bakı şəhəri, farda_imanov@mail.ru
Abstract.  In  this  article  according  to  various  sources  the  term  of  “Water  re-
sources” is elucidated and assesment of  Water resources in Azerbaijan is interpreted.
There are some uncertainaties arising from  determinig and assesment of compo-
nents, creation and source in water resources assesment. The authors substantatiates
the importance of reassesment of water resources with facts and they consider ex-
pedient to take into consideration the evaluated underground water resources and
water resources in reservoirs in total water resources. 
Açar sözlər: Su ehtiyatları, inteqrasiyalı idarəetmə, transsərhəd sular, yenidən
qiymətləndirmə, potensial buxarlanma. 


Yüklə 5,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə