Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
27
 
 
СУЩЕСТВУЮЩАЯ СИСТЕМА НАУЧНО-
ИССЛЕДОВАТЕЛЬСКИХ И ТЕХНОЛОГИЧЕСКИХ 
ПАРКОВ В СТРАНАХ ЕВРОПЕЙСКОГО СОЮЗА 
 
PЕЗЮМЕ 
 
В  статье  было  исследовано  промышленное  сотрудничество  Евро-
пейского союза с университетами ряда стран. Здесь изначально были расс-
мотрены  текущая  ситуация  в  Великобритании  в  текущей  сфере  и  соз-
данные  научно-исследовательские  парки.  Были  отмечены  стратегии,  ис-
пользуемые  в  научных  парках  в  Англии  и  их  выполняемые  функции. 
Кроме того, даны ряд информаций о программах, применяемых в рамках 
СПУИ. В статье приведены определенные условия, изложенные в рамках 
СУИ  в  Великобритании.  Позже,  следующим  рассматриваемым  государ-
ством  стала  Германия.  Особенно  были  упомянуты  некоторые  универси-
теты  и  научные  общества  связанные  с  Германией.  В  статье  отражаются 
информации  о  существующих  правовых  и  институциональных  механиз-
мах,  также  развитие  научных  исследований  в  Германии  и  в  направлении 
повышения  промышленного  применения  научных  исследований  в  целях 
расширения  возможностей.  При  рассмотрении  Франции  были  затронуты 
вопросы  плана  развития  высшего  образования  применяемого  в  стране  и 
поддержка инноваций в стране, создания технопарков и бизнес-центрах. В 
статье также говорится о существующей системе в этой сфере в странах, 
как  Испания  и  Нидерланды.  Были  показаны  основные  направления 
программ,  учитывающих  сотрудничество  государства  и  частного  сектора 
в  направлении  на  развитие  научных  исследований  и  некоторые  вопросы 
связанные с динамикой средств, уделенных на исследования в Испании. В 
статье  были  отмечены  отличительная  особенность  концессионной  систе-
мы,  связанной  с  исследованиями  в  Нидерландах,  критерии  налоговых 
льгот в этой области и различные аспекты системы налогового льгота. В 
конце статьи перечислены ряд предложений и рекомендаций. 
Ключевые слова: научные парки, центр Ламберта, «Академическая 
свобода»,  немецкие  университеты,  научные  общества,  бюро  техноло-
гических  передач,  Торговые  Агентства  Патентов,  София  Антиполис, 
налоговые льготы. 
 
Hazırda  yüksək  texnologiyalar  və  innovasiyalar  cəmiyyətin  zəruri  tələ-
batına çevrilməkdədir. Dünya iqtisadiyyatında informasiya, informasiya texno-
logiyaları sahələrinin xüsusi çəkisi və rolu  yüksək sürətlə artmaqdadır. Bu sa-
hələrin inkişafını zəruri edən amillərdən biri də iqtisadiyyatın digər sahələrinin 
inkişafına  təsir  imkanlarının  böyük  olmasıdır.  İnformasiya  və  informasiya 
texnologiyaları,  yüksək  texnologiyaların  tətbiqi,  mövcud  texnologiyaların  tək-


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
28
 
 
milləşdirilməsi  məsələləri  dövrümüzün  ən  aktual  məslələrinə  çevrilməkdədir. 
Bu  istiqamətdə  yüksək  nailiyyətlər  əldə  etmiş  ölkələr  özlərinin  yüksək  inkişaf 
səviyəsini  təmin  etməyi  bacarmışdır.  Lakin  burada  bir  həqiqət  də  var  ki,  istər 
cəmiyyətin,  istərsə  də  iqtisadiyatın  və  onun  müxtəlif  sahələrinin  inkişafı  məhz 
elmin,  təhsilin,  elmi-texniki  tərəqqinin  inkişafından  birbaşa  asılıdır.  Bu  isti-
qamətdə ən önəmli məsələlərdən biri elmin nailiyyətlərinin iqtisadiyata tətbiqi, 
iqtisadiyyatın  elmin,  elmi  sistemin  inkişafına  səmərəli  təsiri  mexanizmlərinin 
qurulmasıdır.  Bu  iki  sahə  ayrılıqda  deyil,  kompleks  şəkildə  fəaliyyət  göstər-
dikdə daha yüksək effektivliyə malikdir. Avropa Birliyi üzvü olan bir sıra ölkə-
lər  elmin  və  iqtisadiyyatın  qarşılıqlı səmərəli  fəaliyyət  mexanizmlərinin  qurul-
ması  ilə  fərqlənir.  Burada  İngiltərə,  Almaniya,  Fransa,  Hollandiya,  İspaniya, 
Belçika və s. kimi ölkələri qeyd etmək olar. 
ABŞ-da Stenford və MTİ kimi universitet sənaye işbirliyi sahəsində uğur 
qazanmış  universitetlərdən  nümunə  götürülərək  İngiltərədə  ali  təhsil  qurum-
larının olduğu yerlərə elmi-tədqiqat parkları qurulmağa başlanılmışdır. Kembric 
və  Heriot  Uotda  1972-ci  ildə  qurulanlar  İngiltərənin  ilk  elmi  parklarıdır.  Elmi 
parkların sayı 1989-cu ildə 32 və 1999-cu ildə 46-ya yüksəlmişdir. Hal-hazırda 
bu sayı 100-ü keçmişdir [11]. 
İngiltərədəki  elm  parklarında  mövcud  firmaların  80%-ə  qədərinin  ən  çox 
15 işçisi vardır. Bu da onu göstərməkdədir ki, elm parkları ən çox kiçik və orta 
ölçülü  müəssisələrə  istiqamətlənmiş  fəaliyyət  göstərməkdədir.  Bu  firmalar 
xüsusilə  biotexnologiya,  avadanlıq,  kompüter  və  kommunikasiya  texnologi-
yaları,  sənaye,  ətraf  mühit  və  enerji  istiqamətli  texnologiyalar  üzərində 
işləməkdədirlər [11]. 
İngiltərədə  elm  parklarının  qurulmasında  fərqli  strategiyalardan  istifadə 
edilir. Burada əsas üç strategiya fərqləndirilir: 
-
 
elm parklarının universitet və ya hər hansı bir ali təhsil qurumu tərəfindən 
yaradılması və maliyyələşdirilməsi
-
 
elm  parklarının  universitet  və  ya  ali  təhsil  qurumu  və  hər  hansı  bir  özəl 
investor  ilə  birlikdə  qurulması.  Bu  strategiyanın  özəlliklərindən  biri  də 
odur  ki,  burada  elm  parkları  ayrıca  hüquqi  şəxs  kimi  fəaliyyət  göstər-
məkdədir; 
-
 
universitet  və  ya  ali  təhsil  qurumlarının  rolunun  məhdud  olduğu,  ortaq 
sərmayə  qoyuluşuna  əsaslanan  idarəetmə  üsulu.  Burada  parkın  gündəlik 
fəaliyyətinə uyğun olaraq tədqiqatçıların dəstəyi gözlənilir. Buna baxma-
yaraq bu parkların bir çoxu universitet və ya ali təhsil qurumlarının mül-
kiyyətindədir. 
İngiltərədəki  elmi-tədqiqat  parkları  əsasən  aşağıdakı  funksiyaları  yerinə 
yetirir: 
-
 
texnologiya sahəsində mübadilə; 
-
 
innovasiya fəaliyyəti ilə məşğul olan firmaların yaradılması və bu sahədə 
fəaliyyət göstərən firmaların fəaliyyətinin təkmilləşdirilməsini həyata ke-


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə