Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
40
 
 
sibətlərin  daha  da  mürəkkəbləşdiyi,  dünya  bazarlarında  tələbin  xüsusiyyətlə-
rinin  dəyişdiyi,  rəqabət  mühitinin  dərinləşdiyi  bir  şəraitdə  innovasiyalar,  elmi-
texniki  yeniliklər,  ixtiralar  və  onların  tətbiqi  məsələləri  hər  bir  aspekt  üzrə  öz 
aktuallığını  daha  da  artırmışdır.  Bu  proses  bilik  iqtisadiyyatını  dövrün  əsas 
tələblərindən birinə çevirmişdir. 
Türkiyə  Respublikasının  son  illərdəki  sosial-iqtisadi  nəticələrini  təhlil 
etsək təhsildə aparılan islahatların nəticəsi kimi bu ölkənin bilik iqtisadiyyatının 
yaradılmasında  böyük  nailiyyətlər  əldə  etdiyi  müşahidə  olunur.  Belə  ki,  ölkə 
iqtisadiyyatında  ixracatın  strukturunda  yüksək  bilik  tələb  edən  texnologiya, 
maşınqayırma və cihazqayırma məhsulları üstünlük təşkil edir. Sözsüz ki, bilik 
iqtisadiyyatının formalaşmasında düzgün təşkil olunmuş təhsil sistemi dayanır. 
Dünya iqtisadiyyatında son dövrlərdə bir sıra sahələrdə öz xüsusi çəkisini 
artırmağı  bacaran  Türkiyə  öz  təhsil  sistemini  və  təhsil  proqramlarını  xeyli 
dərəcədə  təkmilləşdirməyə  nail  olmuşdur.  Təhsilin  keyfiyyəti  baxımından 
böyük nailiyyətlər əldə olunmuşdur. Təhsildə xüsusilə tətbiqi əhəmiyyətə malik 
istiqamətlərdə  görülən  tədbirlər  öz  səmərəsini  göstərməkdədir.  Bir  sıra 
universitetləri dünyanın nüfuzlu universitetləri sırasına daxil olmuşdur. Bu uni-
versitetlərin  hazırladığı  yüksək  ixtisaslı  kadrlar  elmi-tədqiqat,  iqtisadiyyat  və 
başqa bir sıra sahələrdə fərqlənməyə başlamışdır. 
Hazırda  Türkiyə  ali  təhsildə  yaradılmış  güclü  maddi-texniki  bazası, 
münasib təhsil şəraiti, təhsil və yaşayış xərcləri ilə də əmək bazarında rəqabət-
qabiliyyətli,  yüksəkixtisaslı  kadrların  hazırlanması  imkanlarını  xeyli  geniş-
ləndirmişdir. 
Türkiyə  ali  təhsil  sisteminin  yenidən  qurulması  mərhələsi  2011-ci  ilin 
fevral ayından bu yana davam etməkdədir. Bir çox universitet yenidənqurmanın 
nə  cür  olmalı  olduğu  ilə  bağlı  raport  hazırlamışdır.  Misal  üçün  ODTÜ  tərə-
findən hazırlanan raportda, universitet təşkilatlanmasında, maliyyə və akademik 
strukturun  idarəedilməsində,  personal  seçimi  və  məşğulluğunda  universitetin 
müstəqil bir quruluşa malik olmasının önəmi vurğulanmışdır [10, s.8]. 
Bundan  başqa  burada  universitetlərdə  ixtisaslaşma,  beynəlxalq  rəqabət 
standartlarına uyğunlaşma, məhsuldarlıq, hesabatlılıq, universitetin idarə heyə-
tinin  yenidən  formalaşdırılması  üçün  nələrin  edilməli  olduğu,  yeni  strukturun 
hansı  formada  olmasının  daha  məqsədəuyğun  olması  ilə  bağlı  fikirlər  də  öz 
əksini tapmışdır. 
Türkiyə  universitetlərlə  sənaye  arasında  əməkdaşlığı  inkişaf  etdirən 
ölkələrdəndir. Bu əməkdaşlıq üzrə tənzimləmə siyasəti beşillik inkişaf planları 
əsasında həyata keçirilmişdir və bu proses bu gün də davam etdirilir. 
Türkiyədə  elmi-tədqiqatlara  və  texnologiyaların  inkişafına  sərf  olunan 
vəsaitlərin ÜDM-dəki payı son illərdə artmışdır. 
Türkiyədə  tədqiqat-təkmilləşdirmə  xərclərinin  ÜDM-də  xüsusi  çəkisi 
2002-ci  ildə  0,53%-ə,  son  illərdə  elm  və  texnologiya  sahəsində  müşahidə 
olunan  siyasətə  bağlı  olaraq  2012-ci  ildə  0,92%-ə  çatmışdır.  Bu  faiz  2011-ci 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
41
 
 
ildə  0,86%  idi.  2012-ci  ildə  tədqiqat-təkmilləşdirmə  fəaliyyətləri  tədqiqatı 
çərçivəsində, ictimai quruluşlar, vəqf universitetləri və ticarət sektorundakı an-
ket  nəticələrinə,  dövlət  universitetlərinin  büdcə  və  şəxsi  sənədləri  əsasında 
yerinə  yetirilən  hesablamalara  görə  Türkiyədə  ümumi  daxili  tədqiqat-təkmil-
ləşdirmə  xərcləri  2012-ci  ildə  əvvəlki  illə  müqayisədə  17,1%  artaraq  13,062 
milyon TL olaraq hesablanmışdır [11, s. 21]. 
1991-ci ildə rəsmi qəzetdə nəşr olunan məlumata görə, Türkiyədə texno-
parkların qurulması aşağıdakı məqsədləri daşıyırdı: 
-
 
Dünya bazarı üçün rəqabət potensialına və daxili bazarda strateji 
əhəmiyyətə malik texnologiyaya əsaslanan sənaye sahələri qurmaq
-
 
Daxili və xarici sərmayəni təşviq etmək; 
-
 
Universitet, dövlət və özəl sektor arasında güclü əlaqə yaratmaq
-
 
Yeni xammal, bacarıqlı işçi qüvvəsi və sərmayə üçün daha yüksək əlavə 
dəyərli ixrac məhsullarının istehsalını inkişaf və təşviq etmək
-
 
Yüksək iqtisadi təsirə malik yeni texnologiyalara sərmayə qoyulması və 
dolayı yolla məşğulluğun artırılması; 
-
 
Universitetlərin  tədqiqat  nəticələrini  məhsuldar  sektorlara  tətbiq  etmək 
[9. s. 186]. 
Türkiyədə  elmi-tədqiqatların  aparılması  əsasən,  biotexnologiya,  kosmos 
araşdırmaları  və  peyk  texnologiyası,  elektron,  bərpa  oluna  bilən  enerji  resurs-
ları,  yeni  vəsaitlər,  dəniz  elmləri,  dəmir  və  kömür  texnologiyası  kimi  istiqa-
mətlər  üzrə  aparılır  və  texnoparkların  əsasən  bu  istiqamətlərdə  yaradılması 
nəzərdə tutulur. 
Türkiyədə fəaliyyət  göstərən texnoparkların fəaliyyət sahələri dünyadakı 
texnoparklarla müqayisədə bənzərlik nümayiş etdirir. Proqramlaşdırma və mü-
dafiə  sənayesi  ən  öndə  gələn  fəaliyyət  sahələridir.  Dünyadakı  uğurlu  texno-
parklar tədqiq edilərkən firmaların ortalama istehsala keçmə müddəti 5 il olaraq 
götürülsə də, Türkiyədəki texnoparklarda fəal olan firmalar 3 ildən az bir müd-
dət ərzində texnologiya ixracatına başlayırlar [2, s.88]. 
Türkiyədə  qurulması  planlaşdırılan  texnoparklar  layihəsindən  sənaye, 
ticarət,  elm  və  texnologiya  sahələrində  fayda  və  strategiyalar  bu  şəkildə 
müəyyən edilmişdir: 
-
 
Dünya bazarı üçün qlobal rəqabət potensialına və daxili bazarda strateji 
əhəmiyyətə sahib texnologiyaya əsaslanan sənayenin qurulması; 
-
 
Daxili investisiyaları və xarici kapital qoyuluşuna təşviq etmə
-
 
Universitet, dövlət və özəl sektor sənaye müəssisələri arasında effektiv 
qarşılıqlı əlaqələri qurmaq; 
-
 
Xüsusilə yerli xammal, bacarıqlı iş qüvvəsi və kapital üçün daha yüksək 
əlavə dəyərə sahib ixrac məhsullarının təşviqi və inkişaf etdirilməsi
-
 
Yüksək  iqtisadi  effektivliyə  malik  qabaqcıl  texnologiyalara  investisiya 
edilməsi və dolayı yolla məşğulluğu artırmaq; 
-
 
Qabaqcıl texnika və təhsilin tətbiqi ilə məhsul keyfiyyəti və məhsuldar-


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə