47
edir
17
(diaqram 1.1 və 1.2). Ümumilikdə, cari neft və qaz ehtiyatlarından gözlənilən fiskal
gəlirlər (2008-ci ilin iyun ayının proqnozlarına əsasən) xalis cari dəyərlə $198 mlrd. həcmində və
yaxud 2024-cü ilə qədər adambaĢına gəlir ifadəsində təxminən $1,000 səviyyəsində gözlənilir.
18
Cari neft proqnozlarına əsasən neft ehtiyatlarının təxminən 20-25 il ərzində tükənəcəyi
gözlənilir. Qeyd etmək lazımdır ki, təxminən 2011-ci ildən neft sektorunun artım tempinin sıfr
olması, təxminən 2021-ci ildən sonra isə mənfi rəqəmə çevrilməsi gözlənilir.
1.3.
Azərbaycan, neftdən gələn yeni fiskal gəlirləri məĢğulluq və iqtisadi artımı təmin edə
bilən dayanıqlı və bazar prinsipləri əsasında fəaliyyət görsədən iqtisadiyyatın yaradılması
üçün fürsət kimi qəbul edir. Ġqtisadi artımın mənbələri bu hesabatda müzakirə olunur, lakin
hökumət tərəfindən təhrif verilməsinə ehtiyac var. ġübhəsiz ki, iqtisadiyyatın diversifikasiyası,
regional və qlobal inteqrasiya bu planın bir hissəsidir. 2006-2008-ci illərdə Azərbaycan,
inkiĢafın qarĢısında duran
ən əsas infrastruktur problemlərini həll etmək üçün, dövlət xərclərini
əhəmiyyətli dərəcədə artırmıĢdır. Bu, elektrik enerjisinin təchizatı, su və kanalizasiya
problemlərinin həlli kimi məsələləri nəzərdə tutmuĢdu. Neft bumundan əvvəl 8.6 milyonluq
əhalinin təxminən dörddə birinin ―nisbətən‖ yoxsul olduğunu nəzərə alaraq, onların yaĢayıĢ
səviyyələrinin artırılması üçün Azərbaycan sosialyönümlü xərclərini nəzərəçarpan dərəcədə
geniĢləndirmiĢdir.
1.4.
Dünya iqtisadiyyatı iqtisadi böhranla üzləĢib və bunun nəticəsində Azərbaycan,
qısamüddətli diversifikasiya məqsədlərinə nail olmaq üçün əvvəllər gözlənildiyi kimi digər
ölkələrə daha az arxalanmalıdır. 2008-ci ilin ikinci yarısı dünya iqtisadiyyatının qlobal böhran
dövrünə daxil olmasını nümayiĢ etdirdi. Ən optimistik proqnozlara görə böhran iki il davam
edəcək. 2009-cu ilin Qlobal iqtisadi proqnozlarına əsasən ( The Global Economic Prospects,
Sentyabr 2009), Dünya Bankı 2008-ci ildə 1.9 faiz təĢkil edən dünya ÜDM-in artım tempinin
2009-cu ildə -2.9 faizə qədər azalmasını proqnozlaĢdırır. ĠnkiĢafda olan ölkələrin artım tempinin,
2007-ci ildəki olan 5.9 faizdən 2009-cu ildə 1.2 faizə qədər azalması gözlənilir. ĠnkiĢaf etmiĢ
ölkələrin artım
templəri çox güman ki, 2009-cu ildə -4.2 faiz təĢkil edəcək. Ümumdünya ticarətin
həcminin isə 12 faiz azalması gözlənilir (2008-ci ilin 3.7 faizindən 2009-cu ildə -9.7 faizə qədər).
Avropa və Mərkəzi Asiya regionu üçün də artım templərinin zəifləməsi gözlənilir: 2006-2007-ci
ilin orta hesabla 7.3 faizindən 2009-cu və 2010-cu ildə müvafiq olaraq -4.7 və 1.6 faizə qədər.
Azərbaycanın 2 vacib ticarət tərəfdaĢı olan Rusiya və Türkiyə üçün 2009-cu ildə artım templəri -
7.5 və -5.5 faiz gözlənilir. Qlobal böhrandan öncə baĢ verən maliyyə böhranı və inkiĢaf etmiĢ
ölkələrdə habelə Azərbaycanın regional ticarət tərəfdaĢları olan ölkələrdə, iqtisadi vəziyyətin
pisləĢməsinin gözlənilməsini nəzərə alaraq, qısa-müddətli maliyyə resurslarının, BXĠ-lərin və
Azərbaycanın qeyri-neft ixracının artım potensialının azalması proqnozlaĢdırılır. Məcmu tələbə
nəzərəçarpan təsir gözlənilməsə də, Azərbaycan qeyri-neft ixracın azalması ilə üzləĢə bilər. Eyni
zamanda böhran, qısa-müddətli neft qiymətləri və Azərbaycanın fiskal gəlirləri barədə qeyri-
müəyyənlik yaradır.
B.
Ġ
QTISADI TARIXÇƏ
1.5.
1991-ci ildə müstəqillik əldə olunduqdan sonra Azərbaycan, ticarət Ģərtlərinin kəskin
pisləĢməsi, marketinq və ticarət sistemlərinin əhəmiyyətli dərəcədə zəifləməsi və Sovet
17
2008-ci ilin iyun ayında elan olunan yeni yataqlar neft ehtiyatlarını 7 milyarddan 9 milyarda qədər artırmıĢdır.
18
Qiymətləndirmələr cari ABġ dolları ilə barel üçün 66 $ və yaxud 2007-ci ilin qiymətləri ilə barel üçün 52 $
əsasında aparılıb və 2010-2030-cu illəri əhatə edir. Qiymətləndirmələr aparılarkən diskont dərəcəsi 8 faiz, Neft
Fondunun aktivlərinin gəlirliliyi isə 3 faiz qəbul olunub. 1978-2007-ci illəri əhatə edən dövrdə neft qiymətlərinin
orta səviyyəsi 2007-ci ilin qiymətləri ilə barel üçün 33 $ təĢkil etmiĢdir.
48
dövrünün fiskal transferləri və subsidiyaların kəsilməsi ilə üzləĢmiĢdir. Ölkə
iqtisadiyyatında qeyri adekvat nisbi qiymətlər, xarici valyuta üçün qara bazar, çoxsaylı
məzənnələr və təklif sahəsində irimiqyaslı boĢluqlar müĢahidə olunurdu. Ermənistanla Dağlıq
Qarabağ uğrunda silahlı münaqiĢənin yaranması və bunun nəticəsində ölkəyə təxminən 1 milyon
qaçqının axını, iqtisadi vəziyyəti daha da mürəkkəbləĢdirmiĢdir. Bunun nəticəsində
Azərbaycanda istehsal dağılmıĢ və ölkə, post-müstəqillik keçid dövrünə bir sıra digər keçmiĢ
Sovet ittifaqı ölkələri ilə müqayisədə, əhəmiyyətli dərəcədə, kasıb vəziyyətdə daxil olmuĢdur.
1989-1995-ci illər ərzində Azərbaycanın real ÜDM-i MDB ölkələrinin orta hesabla 42 faiz
göstəricisi ilə müqayisədə 63 faiz azalmıĢdır (Diaqram 1.3)
19
. Ġqtisadi artım həm neft, həm də
qeyri-neft sektoru hesabına baĢ vermiĢdir (Diaqram 1.4). Qeyri-neft sektorunun neft sektorunun
artımından asılı olduğu qabaqda müzakirə olunacaq.
HaĢiyə 1.1:
ÜDM qeyri-neft ÜDM-a qarĢı. Azərbaycanda iqtisadi vəziyyətin qiymətləndirilməsi üçün
hansı göstəricidən istifadə etmək lazımdır?
Azərbaycanın neft gəlirlərinin tükənməsi 20 ildən sonra gözlənilir ki, bu da 2024-cü ilə təsadüf edir.
Ümumi Daxil Məhsul istənilən ildə iqtisadiyyatda tam istehsal olunan mallar və xidmətlərin cəmidir. Neft
hasilatının 2011-ci ildə pika çatmasını nəzərə alaraq ÜDM-in üçdə ikisi neft sektoru təĢkil edəcək.
Sonrakı 10 il ərzində (2024-cü ilə qədər) neft hasilatı azalacaq. 20 illik istehsal sikli dövründə gözlənilmir
ki, neft sektoru ölkənin iĢçi qüvvəsinin 1 faizdən artıq hissəsini iĢlə təmin etsin. Ġstehsal sikli dövründə
planlaĢdırılan neft hasilatı yeni, irimiqyaslı investisiyalar tələb etmir. Digər sözlərlə neft sektoru əvvəllər
edilmiĢ investisiyalar hesabına (demək olar ki ―avtopilot‖ rejimində) inkiĢaf edir.
Ġqtisadiyyatın diversifikasiyası daimi iĢ yerlərinin açılması baxımından mənalıdır. Diversifikasiyaya nail
olmaq üçün neft sektorundan baĢqa digər sektorlara da investisiyaların yatırılması (həm xarici, həm də
daxili) vacibdir. Bu baxımdan, yatırılan investisiyaların ÜDM əvəzinə qeyri-neft ÜDM-də nisbətinə
diqqət yetirmək daha məqsədəuyğundur. Bu onunla bağlıdır ki, müvəqqəti olan neft hasilatının təsiri
qeyri-neft ÜDM-ə ümumi ÜDM-lə müqayisədə daha az təsir edir. Belə ki, ixrac bazarlarını əhatə etmək
niyyətində olan ―kiçik‖ iqtisadiyyat üçün qeyri-hasilat ixracı vacibdir.
Bunun ÜDM-lə nə əlaqəsi var? Nəyə görə bir çox ölkələrdə iqtisadiyyatda baĢ verən prosesləri
qiymətləndirmək üçün (məsələn ixracın və investisiyaların ÜDM-ə nisbəti) ümumi ÜDM-dən daha
münasib göstərici sayılır? Azərbaycanda neft istehsalı siklinin nisbətən qısa olduğunu nəzərə alaraq (20-
25 il) ÜDM (neft daxil olmaqla) göstəricisinin bu kimi hesablamalarda istifadə etməsi alınan nəticələri
təhrif edir (neft istehsalının baĢlanması dövründə göstəricilər artır, neft hasilatı azalan dövrdə isə
göstəricilər azalır). Yəni iqtisadiyyatın uzunmüddətli dayanıqlığını ifadə edən göstəricilərin (axınların)
adekvatlığının qiymətləndirilməsi (məsələn fiskal maliyyə axınları, qeyri-neft ixracı və qeyri-neft
investisiyalar) neft istehsalının artıb azalmasına həssas olacaq. Bu baxımdan qeyri-neft ÜDM-i daha
münasib ölçü vahididir (baxmayaraq ki, neft sektorunda baĢ verən proseslər qeyri-neft ÜDM-ə də təsir
göstərir).
Bum illərində Azərbaycan iqtisadiyyatında istehsal olunan dəyəri qiymətləndirərkən
Ümumi Milli Məhsul
(ÜMM) və adambaĢına düĢən ÜMM-in qiymətləndirilməsi də məqsədəuyğundur. Bu göstəricilər istehsal
bumunun ilkin mərhələsində neft konsortsiumu tərəfindən irimiqyaslı kapitalın repatriasiyasını nəzərə
almağa imkan verir.
19
Diaqram 1.3-də MġA ölkələri üçün xüsusi çəkisi ölçülmüĢ $ PPP (Alıcılıq qabiliyyəti pariteti, dövlət və özəl sektorun
partnyorluğu) ÜDM göstəricisi hesablanmıĢdır. Bu ölkələr sırasına Türkiyə istisna olmaqla BVF-in MġA ölkələri kimi müəyyən
etdiyi ölkələr daxildir. Gürcüstam və Monqolustan MDB-nin üzvü olmasalar da, coğrafi cəhətdən və iqtisadi strukturda
bənzərliklər səbəbindən MDB siyahısına aid ediliblər.
Diaqram 1.3: Real ÜDM indeksi (1989=100)
Diaqram 1.4: Real ÜDM-in artımı