World Bank Document



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə49/102
tarix17.09.2018
ölçüsü3,58 Mb.
#68775
1   ...   45   46   47   48   49   50   51   52   ...   102

100 
 
sabitləĢdirilməsi,  dövlət  xərclərinin  Ģəffaflığının  artırılması,  ticarət  maneələrinin  aradan 
qaldırılması,  biznes qaydalarının optimallaĢdırılması və özəl  sektorla  əməkdaĢlığı  asanlaĢdıran 
institutların  yaradılmasıdır.  Sonuncu  institutların  hədəfləri  texniki  inkiĢafın  təmin  edilməsi, 
ixracın  təĢviqi,  kiçik  bizneslərin  əlaqələndirilməsi  və  alıcılıq  qabiliyyəti  paritetlərinin  inkiĢaf 
etdirilməsi olmalıdır.     
 


101 
 
FƏSĠL 3 
MALĠYYƏ DAYANIQLIĞI VƏ DÖVLƏTĠN MALĠYYƏ ĠDARƏÇĠLĠYĠ
 
Neft bumuna hazırlıq çərçivəsində, Azərbaycan hökuməti irəliyə doğru baxaraq sabitləşdirmə 
fondu  kimi  fəaliyyət  göstərmək  və  neft  gəlirlərini  gələcək  nəsillər  üçün  qorumaq  məqsədilə 
Neft  Fondunu  yaratmışdır.  Azərbaycanın  proqnozlaşdırılan  neft  gəlirlərinin  əhəmiyyətli 
miqyasda  olmasına  baxmayaraq,  onlar  təqribən  20  illə  məhdudlaşır  və  təqribən  198  milyon 
ABŞ  dolları  həcmində  cari  xalis  dəyərə  malikdir  (2007-ci  ilin  qiymətləri  ilə).  Bununla  belə, 
proqnozlara  görə  növbəti  20  ildə  neft  qiymətlərinin  tarixi  orta  rəqəmdən  yuxarı  olacağı 
gözlənilsə də, buna tam təminat vermək mümkün deyil. 2006-2008-ci illərdə dövlət xərclərinin 
irimiqyaslı  artımı  neft  gəlirlərinin  hesabına  baş  vermişdir  ki,  bu  da  özü-özlüyündə  qeyri-
dayanıqlıdır  (qeyri-neft  ÜDM-ə  nisbətdə  82  faiz).  Xərclərin  artması  həmçinin  real  valyuta 
məzənnəsinin  volatilliyini  artırmışdır  ki,  bu  da  özəl  investisiyalar  və  diversifikasiyaya  üçün 
problemlər yaradır.  
 
Bu fəsildə makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını saxlamaq məqsədilə neft gəlirlərinin 
xərclənməsini azaltmaq üçün metodologiya təqdim olunmuşdur.  Bu metodologiya 2008-ci ilin 
proqnozlarına  əsaslanır

  Burada  hökumətin  mövcud  Neft  və  Qaz  Gəlirlərinin  İdarəedilməsi 
üzrə  Uzun  Müddətli  Strategiyasını  həyata  keçirmək  üçün  yanaşma  təqdim  olunur.  Bu 
metodologiya  hökumətin  neft  gəlirlərindən  “daimi  gəlir”  və  yaxud  “sabit  real  xərcləri”nin 
təqribi məbləğini ortaya qoyur (sabit ABŞ dolları ilə), hansı ki, həmişəlik olaraq icmal büdcəni 
maliyyələşdirmək üçün səmərəli şəkildə istifadə oluna bilər. Bu hesablama dayanıqlı qeyri-neft 
kəsirinə  bərabərdir.  Təbii  olaraq,  bu  hesablama  tez-tez,  təxminən  üç  ildə  bir  dəfə  həyata 
keçirilməlidir.  Bu  fəsldəki  təhlil qlobal böhranın  baş  verdiyi  dövrdə  seçilmiş  üç uzun  müddətli 
qiymət ssenarisi çərçivəsində daimi gəlir hesablamalarına əsaslanır. Təhlil təsdiq edir ki, 2008-
ci ildə qeyri-neft kəsirinin səviyyəsi dayanıqlı deyil və dayanıqlılıq 2009 və ondan sonrakı illərdə 
qeyri-neft  kəsirinin  daha  aşağı  olmasını  tələb  edir  (nominal  ifadədə  və  qeyri-neft  ÜDM-ə 
nisbətən). 
 
Bu  fəsildə  qeyd  olunur  ki,  Azərbaycan  NQGİUMS  əsasında  ildə  sabit  məbləğ  (daimi  gəlir 
ekvivalentinə  bərabər)  xərcləməklə  neft  hesabına  formalaşan  xərclərini  rəvanlaşdıra  bilər. 
Daimi  gəlir  yanaşması  çərçivəsində  neft  gəlirlərinin  xərclənməsini  azaltmaq  tədricən  dövlət 
xərclərini  dayanıqlı  səviyyəyə  qədər  azaldacaq.  Bununla  belə,  əgər  hökumət  daimi  gəlir 
səviyyəsindən  bir  qədər  çox  xərcləyərsə,  bu  dövlət  maliyyəsinin  sürətli  pisləşməsinə  səbəb 
olacaq və hətta orta müddətli planda sərt fiskal korreksiyalar tələb edə bilər. 
 
Diversifikasiya  sahəsində  arzuedilməz  meyllərdən,  azalan  xərc  paketi  planlarından  (qeyri-neft 
ÜDM-ə münasibətdə) və bundan sonra neft qiymətlərinin ucuz olması perspektivindən ortaya 
çıxan  əlaqələndirmə  problemləri  ondan  xəbər  verir  ki,  makroiqtisadi  siyasətin  və  xərc 
siyasətinin  diversifikasiya  məqsədləri  ilə  uzlaşdırılmasının  təmin  edilməsi  məqsədilə 
Azərbaycan, ölkə Prezidentinin yanında yüksək səviyyəli məsləhət şurasını yaratmaqla yüksək 
səviyyəli  siyasət  diskussiyalarını  rəsmiləşdirə  bilər.  Maliyyə  idarəetməsi  və  xərclərin 


 102 
0
 
5
 
10
 
15
 
20
 
25
 
30
 
05
 
07
 
09
 
11
 
13
 
15
 
17
 
19
 
21
 
23
 
P yüksək
 
P orta
 
P aĢağı
 
idarəetməsi  sahəsində  islahatlar  aparmaqla  Azərbaycan  eyni  zamanda  öz  xərclərinin 
səmərəliliyini əhəmiyyətli şəkildə gücləndirməli olacaq. 
 
 
A.
 
G
IRIġ
 
3.1.    Azərbaycan  üçün makroiqtisadi  sabitlik və  idarəetmə  sıx  qarĢılıqlı  əlaqəlidir.  ĠnkiĢaf 
təcrübəsi  təbii  ehtiyatlarla  zəngin  olan  ölkələrin  qarĢılaĢdıqları  ciddi  idarəetmə  problemlərini 
nümayiĢ  etdirir.  Azərbaycan  neft  gəlirlərini  gələcək  nəsillər  üçün  qorumaq  və  sabitləĢdirmə 
fondu kimi fəaliyyət göstərmək məqsədilə tədbir görərək Neft Fondunu (NF) yaratmıĢdır. NF-in 
həm  neft  gəlirlərini  iqtisadiyyatda  paylaĢdırmaq  üçün  keĢikçi  kimi,  həm  də  makroiqtisadi 
sabitliyə  əsas töhfə verən qurum kimi xidmət etməsi gözlənilir. Müvafiq olaraq, ölkənin  Büdcə 
Sistemi  haqqında  Qanununda  (BSQ)  qeyd  olunur  ki,  bütün  neft  gəlirləri  icmal  büdcənin  bir 
hissəsi  kimi  büdcəyə  daxil  edilməlidir.  Neft  gəlirlərindən  fiskal  maliyyə  xərcləmələrinin 
səviyyəsi  haqqında  qərarlar  büdcənin  səviyyəsi  və  tərkibi  haqqında  siyasi  qərarlarla  əlaqəlidir. 
2005  və  2008-ci  illər  ərzində  irimiqyaslı  dövlət  xərclərindən  qaynaqlanan  qeyri-neft 
iqtisadiyyatının  güclü  iki-rəqəmli  artıma  baxmayaraq,  inflyasiya,  qeyri-neft  özəl  investisiyaları 
və ticari sektorlardakı son zamanlara aid mənfi meyllər beynəlxalq müĢahidəçilərin idarəetmənin 
səviyyəsi  barədə  suallarına  səbəb  olmuĢdur.  Bu  fəsildə  neftin  xərclərini  sabitləĢdirmək  üçün 
maliyyə qaydası təklif olunur, bu qaydanın orta-müddətli büdcə tərtibatına təsirləri təqdim olunur 
və bu qaydanı dəstəkləmək üçün zəruri institutlara nəzər salınır.   
 ProqnozlaĢdırılan gəlirlər 
3.2.
 
Azərbaycanın  növbəti  20  ildə 
böyük 
maliyyə 
gəlirləri 
gətirəcək 
əhəmiyyətli  miqdarda  neft  və  qaz 
ehtiyatları var. Neft ehtiyatlarının 9 milyon 
barel  və  qaz  ehtiyatlarının  1.36  trilyon  kub 
metr  həcmində  olması  ehtimal  edilir.
72
 
Diaqram  3.1–dən  görünür  ki,  2005-ci  ildən 
etibarən  neftdən  gələn  maliyyə  gəlirləri 
artmıĢdır, 2010-2015-ci illər arasında onların 
ən  yüksək  həddə  çatması  və  daha  sonra 
tədricən  azalması  gözlənilir  (Diaqram  3.1). 
Neft  istehsalından  gələcək  gəlirlər  eyni 
zamanda  yeni  kəĢflərdən  asılı  olacaq.
73
 
Gəlirlər  haqqında  məlumat  Diaqram  1.2-də 
göstərilən gəlirlər proqnozlarına əsaslanır və 
dövlət  tərəfindən  bu  hesabat  üçün  münasib 
                                                 
72
 2008-ci ilin iyununda yeni kəĢflər elan olunmuĢdur və bu kəĢflər neft ehtiyatlarını 7 milyard bareldən 9 milyard 
barelə qaldırmıĢdır (bl). Yeni kəĢflərin bu araĢdırmaya daxil edilməsi Azərbaycan Hökuməti ilə razılaĢdırılıb. 
73
 Hökumətin  vəzifəli  Ģəxsləri  ilə  müzakilərə  əsasən,  aĢağı  neft  qiymətlərinə  cavab  olaraq  neft  istehsalı  texniki 
səbəblərə  görə  azaldıla  bilməz.  Buna  baxmayaraq,  2009  və  yaxud  2010-cu  illərdə  qlobal  böhran  neft  və  ya  qaz 
istehsalında azalmaya gətirib çıxarsa, xalis cari dəyər hesablamasının təsiri çox az olacaq.   
Diaqram 3.1: Azərbaycanın neftdən gələn maliyyə 
gəlirləri (AZN hesabı ilə) – 2005-2007-ci illər üzrə 
faktiki,2008-ci il üzrə proqnozlaĢdırılan  göstəricilər və 
2009-2024-cü illər üzrə üç ssenari 
 
Mənbə: 
Azərbaycan 
Hökuməti 
və 
Dünya 
Bankının 
hesablamaları. 
Qeyd: Neft qiymətləri üçün bax cədvəl 3.1
 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə